Qara Təsvir

İmam Zamandan (ə.c) nəsihətdolu 20 hədis ...

Cavab :
أقدار الله عز وجل لا تغالب، وإرادته لا ترد، وتوفيقه لا يسبق. 1. Doğurdan da Allahın müqəddəratı məğlubiyyətə uğramaz. Allahın iradəsi labüddür. Heç bir şey Allahın müvəffəqiyyətindən önə keçə bilməz. Əllamə Məclisi (r.ə); Biharul-Ənvar; cild 53; səh.191 إن الله تعالى لم يخلق الخلق عبثا ولا أهملهم سدى. 2. Allah-təala məxluqatı hikmətsiz yaratmamışdır və onları hədəfsiz və öz başlarına buraxmamışdır. Əllamə Məclisi (r.ə); Biharul-Ənvar; cild 53; səh.194 بعث محمدا صلى الله عليه وآله رحمة للعالمين، وتمم به نعمته، وختم به أنبياءه، وأرسله إلى الناس كافة 3. Allah Muhəmmədi (s) bir rəhmət kimi bütün insanlara peyğəmbər göndərmişdir. O, öz nemətini peyğəmbərin vəsiləsi ilə kamala çatdırmış və peyğəmbərliyi Həzrəti Məhəmmədin (s) vəsiləsi ilə sona çatdırmışdır. Allah Həzrəti-Məhəmmədi (s) bütün insanlara rəhbər göndərmişdir. Əllamə Məclisi (r.ə); Biharul-Ənvar; cild 53; səh.194 فإنه عز وجل يقول ” ألم أحسب الناس أن يتركوا أن يقولوا آمنا وهم لا يفتنون “، كيف يتساقطون في الفتنة، ويترددون في الحيرة، ويأخذون يمينا وشمالا، فارقوا دينهم، وأم ارتابوا، أم عاندوا الحق، أم جهلوا ما جاءت به الروايات الصادقة والأخبار الصحيحة، أو علموا ذلك فتناسوا ما يعلمون إن الأرض لا تخلو من حجة إما ظاهرا وإما مغمورا. 4. Allah Quranda buyurmuşdur: İnsanlar yalnız: “İman gətirdik” – demələri ilə onlardan əl çəkiləcəklərini və imtahan olunmayacaqlarını güman edirlərmi? İnsanlar necə də imtahan olunaraq heyrətə dalıb, yollarını itirmişlər və sağa-sola gedirlər! Həqiqətən bu insanlar öz dinlərindən ayrılmış yoxsa şübhəyə düşmüşlər və ya haqqa qarşı inadmı edirlər yoxsa doğru rəvayətlərin və düzgün hədislərin bəyan etdiyi şeydən, yəni, yer üzünün ya zahir, ya da gizli olan bir höccətdən boş qalmayacağından xəbərləri yoxdur? Yoxsa xəbərləri var, lakin özlərini bilməməzliyə vurmuşlar? Şeyx Səduq (r.ə); Kəmalud-Din; cild 2; səh.539 أما سمعتم الله عز وجل يقول: ” يا أيها الذين آمنوا أطيعوا الله وأطيعوا الرسول وأولي الأمر منكم ” هل أمر إلا بما هو كائن إلى يوم القيامة، أو لم تروا أن الله عز وجل جعل لكم معاقل تأوون إليها وأعلاما تهتدون بها من لدن آدم عليه السلام إلى أن ظهر الماضي (أبو محمد) صلوات الله عليه، كلما غاب علم بدا علم، وإذا أفل نجم طلع نجم، فلما قبضه الله إليه ظننتم أن الله عز وجل قد قطع السبب بينه وبين خلقه كلا ما كان ذلك ولا يكون حتى تقوم الساعة ويظهر أمر الله عز وجل وهم كارهون. 5. Siz Allahın sözlərini eşitməmişsimizmi ki; “Ey iman gətirənlər, Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar sahiblərinə itaət edin.” buyurur? Bu əmr qiyamət gününə qədər davam edən bir əmr deyilmi? Görmədinizmi Allah Həzrəti-Adəmdən (ə) sonuncu İmamadək (ə.c) sığınmağınız üçün pənahkarlar və hidayətiniz üçün əlamətlər qərar vermişdir?! Belə ki, bir nişan aradan gedəndə digəri zahir olmuş, bir ulduz batanda ayrısı çıxmışdır. Sonuncu imamı (iman Həsən Əskərini) Allah taala özünə tərəf çağırdıqda, Allahın bəndələri ilə özünün arasındakı əlaqəni kəsdiyini sandınız. Lakin belə deyil, kafirlər narahat olsalar da, qiyamət gününə və Allahın əmri aşkar olana kimi əlaqə davam edəcəkdir. Şeyx Səduq (r.ə); Kəmalud-Din; cild 2; səh.515 وإن الماضي عليه السلام مضى سعيدا فقيدا على منهاج آبائه عليهم السلام حذو النعل بالنعل وفينا وصيته وعلمه، ومن هو خلفه، ومن يسد مسده، ولا ينازعنا موضعه إلا ظالم آثم، ولا يدعيه دوننا إلا جاحد كافر، ولولا أن أمر الله لا يغلب، وسره لا يظهر ولا يعلن، لظهر لكم من حقنا ما تبهر (3) منه عقولكم، ويزيل شكوككم، لكنه ما شاء الله كان، ولكل أجل كتاب. فاتقوا الله، وسلموا لنا 6. Keçmiş İmam (İmam Həsən Əskəri(ə)) ömrünü səadətlə başa vurmuş və dünyadan getmişdir. Onun yaşayışı atalarının yaşayışı kimi olmuşdur, (heç bir təfavut olmadan) onun vəsiyyəti və elmi, canişini və bütün proqramları tamamilə bizim varlığımızdır. Onun canişini haqqında bizimlə mübarizə aparan və müxalifətçilik edən zülümkar, kafir alar bilər. Allahın fərmanının sarsılmazlığı və sirlərin aşkar olacağı labüd olmasaydı, öz haqqımı sizlərə elə göstərərdim ki, bu halda ağıllarınız heyrətə düşər və şübhələriniz aradan gedərdi. Lakin Allahın istədiyi olmalıdır. Hər şey üçün müəyyən zaman təyin olunmuşdur. Belədirsə, Allahdan qorxun və bizə təslim olun. Əllamə Məclisi (r.ə); Biharul-Ənvar; cild 53; səh.179 وأما الحوادث الواقعة فارجعوا فيها إلى رواة حديثنا فإنهم حجتي عليكم وأنا حجة الله عليهم. 7. Baş verən hadisələr barədə bizim hədislərimizi söyləyən (təqlid mərcələrinə) müraciət edin, çünki onlar sizin üçün mənim höccətimdir və mən onlar üçün Allahın höccətiyəm. Şeyx Səduq (r.ə); Kəmalud-Din; cild 2; səh.512 اللهم …وَتَفَضَّلْ عَلى عُلَمائِنا بِالزُّهْدِ وَالنَّصيحَةِ، وَعَلَى الْمُتَعَلِّمينَ بِالْجُهْدِ وَالرَّغْبَةِ، وَعَلَى الْمُسْتَمِعينَ بِالاِتِّباعِ وَالْمَوْعِظَةِ، وَعَلى مَرْضَى الْمُسْلِمينَ بِالشِّفاءِ وَالرّاحَةِ، وَعَلى مَوْتاهُمْ بِالرَّأفَةِ وَالرَّحْمَةِ، وَعَلى مَشايِخِنا بِالْوَقارِ وَالسَّكينَةِ، وَعَلَى الشَّبابِ بِالاِنابَةِ وَالتَّوْبَةِ، وَعَلَى النِّساءِ بِالْحَياءِ وَالْعِفَّةِ، وَعَلَى الاَغْنِياءِ بِالتَّواضُعِ وَالسَّعَةِ، وَعَلَى الْفُقَراءِ بِالصَّبْرِ وَالْقَناعَةِ 8. İlahi, alimlərimizə dünyaya vurğun olmamağı və xeyirxahlığa dəvəti, elm oxuyanlara ciddi çalışmağı və rəğbəti, bizi dinləyənlərə bizə itaət etməyi və nəsihət qəbul etməyi, müsəlmanların xəstələrinə şəfa və rahatlıq, ölülərimizə rəhmət və mehribanlıq, böyüklərimizə arxayınlıq və vüqar, gənclərimizə qayıdış yolu və tövbə, qadınlarımıza iffət və həya, varlılarımıza əliaçıqlıq və təvazö, yoxsullarımıza isə səbr və qənaət mərhəmət et! Şeyx Kəfəmi (r.ə); əl-Misbah; səh.281 قلوبنا أوعية لمشية الله، فإذا شاء شئنا 9. Bizim qəlbimiz Allahın iradəsinin qabıdır, Allahın istədiyini biz də istəyirik. Əllamə Məclisi (r.ə); Biharul-Ənvar; cild 52; səh.51 فاعلم أنه ليس بين الله عز وجل وبين أحد قرابة 10. Bil ki, Allah ilə heç kimin arasında qohumluq yoxdur. Şeyx Səduq (r.ə); Kəmalud-Din; cild 2; səh.512 وليعلموا أن الحق معنا وفينا، لا يقول ذلك سوانا إلا كذاب مفتر، ولا يدعيه غيرنا إلا ضال غوي 11. Bilməlidirlər ki, imamlıq bizim haqqımız və bizim aramızdadır. Bunu başqasına aid bilən şəxs iftiraçı, yalançıdır və bizdən başqa imamlıq iddiasında olan azğındır. Şeyx Səduq (r.ə); Kəmalud-Din; cild 2; səh.539 اِلـهي بِحَقِّ مَنْ ناجاكَ وَبِحَقِّ مَنْ دَعاكَ فِي الْبَرِّ وَالْبَحْرِ صَلِّ عَلى مُحَمَّد وَآلِهِ تٌفَضَّلْ عَلى فُقَراءِ الْمُؤْمِنينَ وَالْمُؤْمِناتِ باِلْغَناءِ وَالثَّرْوَةِ، وَعَلى مَرْضَى الْمُؤْمِنينَ والْمُؤْمِناتِ بِالشِّفاءِ وَالصِّحَةِ، وَعَلى اَحْياءِ الْمُؤْمِنينَ وَالْمُؤْمِناتِ بِاللُّطْفِ وَالْكَرَمِ وَعَلى اَمْواتِ الْمُؤْمِنينَ وَالْمُؤْمِناتِ بِالْمَغْفِرَةِ وَالرَّحْمَةِ، وَعَلى غُرَباءِ الْمُؤْمِنينَ وَالْمُؤْمِناتِ بِالرَّدِ اِلى اَوْطانِهِمْ سالِمينَ غانِمينَ بِمُحَمَّد وَآلِهِ اَجْمَعينَ. 12. İlahi, Səninlə raz-niyaz edib, quruda və ya dənizdə Səni xatırlayan şəxsin haqqına, Muhəmməd (s) və onun Əhli-beytinə (ə) salam göndər. Yoxsul möminlərə (kişi və qadınlara) ehtiyacsızlıq və bol ruzi ver. Mömin xəstələrə şəfa və sağlamlıq inayət et. Möminlərin dirilərinə lütf və kəramət, ölülərinə isə rəhmət və bağışlanmaq əta et. Qəriblərə öz vətənlərinə əli dolu və sağlam qayıtmağı mərhəmət et. Həzrəti Muhəmməd (s) və Əhli-beytinin (ə) mərhəməti xatirinə! Şeyx Kəfəmi (r.ə); əl-Misbah; səh.306 وكذب الوقاتون 13. İmam Zamanın (ə.c) zühurunun vaxtını təyin edənlər yalançılardır. Şeyx Səduq (r.ə); Kəmalud-Din; cild 2; səh.512 وأما وجه الانتفاع بي في غيبتي فكالانتفاع بالشمس إذا غيبها عن الأبصار السحاب 14. Qeybət dövründə məndən faydalanmaq göy üzünü buludlar alan zaman günəşdən faydalanmaq kimidir. Əllamə Məclisi (r.ə); Biharul-Ənvar; cild 53; səh.181 إلهي عَظُمَ البَلاءُ وَبَرِحَ الخَفاءُ وَانكَشَفَ الغِطاءُ وَانقَطَعَ الرَّجاءُ وَضاقَتِ الأرضُ وَمُنِعَتِ السَّماء وَأنتَ المُستَعانُ وَإلَيكَ المُشتَكَى وَعَلَيكَ المُعَوَّلُ في الشِّدَّةِ وَالرَّخاءِ 15. İlahi, bəlalar böyüyüb, işlərin üzü açılıb, işlərin üstündən pərdələr götürülüb, ümidlər qırılıb, yer darısqallaşıb, rəhmət yağışı kəsilib. Yalnız Sən kömək edənsən, şikayət Sənin dərgahınadır və hər asanlıqda və çətinlikdə etimadımız sənədir. Əs-Səhifətul-Məhdiyyə (ə); səh.69 وإني لأمان لأهل الأرض 16. … Doğrudan da mən yer üzündə əmin-amanlıq vəsiləsiyəm. Əllamə Məclisi (r.ə); Biharul-Ənvar; cild 53; səh.181 أبى الله عز وجل للحق إلا إتماما وللباطل إلا زهوقا 17. Allah kamil və hərtərəfli olmayan haqqı qəbul etməz. Və batilin yalnız tamamilə məhv olmasını istər. Əllamə Məclisi (r.ə); Biharul-Ənvar; cild 53; səh.193 وأكثروا الدعاء بتعجيل الفرج، فإن ذلك فرجكم 18. İmam Zamanın (ə) tezliklə zühur etməyini öz dualarınızda Allahdan diləyin, çünki həmin dualar sizin qurtuluşunuz və nicatınızdır. Şeyx Səduq (r.ə); Kəmalud-Din; cild 2; səh.513 أنا خاتم الأوصياء وبي يدفع الله البلاء عن أهلي وشيعتي. 19. Mən Peyğəmbər (s) canişinlərinin sonuncusuyam. Allah mənə xatir mənim şiələrimi və əhlimi bəlalardan qoruyar. Əllamə Məclisi (r.ə); Biharul-Ənvar; cild 52; səh.30 وأما علة ما وقع من الغيبة فإن الله عز وجل يقول: ” يا أيها الذين آمنوا لا تسئلوا عن أشياء إن تبد لكم تسؤكم 20. Qeybət hadisəsinin səbəbini Allah belə buyurmuşdur: “Ey iman gətirənlər, o şeylərdən ki, aşkar olsa acığınız gələcək, soruşmayın.” Şeyx Səduq (r.ə); Kəmalud-Din; cild 2; səh.513\imamzaman.az

0 Şərh

Hələ ki heç bir şərh yoxdur. İlk şərh verən siz olun!

Şərh yazın

Ad və soyadınızı qeyd edin. Mobil nömrəniz yalnız təsdiq üçün saxlanılacaq və saytda görünməyəcək.