İmam Mehdinin (ə.c) imamlığının tarixi və hədislərdən olan 13 dəlilləri !
Cavab :
Bu mövzuya dair hədis və rəvayətləri üçün Şeyx Müfidin “əl-İrşad fi mərifəti hucəcilləhi ələl-ibad ” kitabına müraciət edirik: 1. Əhməd ibn Muhəmməd ibn Abdullahdan belə nəql edir: “Zübeyr öldürüldüyü vaxt mənə İmam Əskəridən bir xəbər gəldi: “Allahın vəlilərinə zülm edərək Allaha qarşı hörmətsizlik edənlərin cəzası budur. O məni öldürəcəyini və nəslimi kəsəcəyini iddia edirdi, Allahın qüdrətini gördünmü?” Muhəmməd ibn Abdullah deyir: “İmamın bir oğlu oldu”. 2. Əbülqasım Cəfər ibn Muhəmməd Əmridən belə nəql edir: “İmam Həsən Əskəri (ə) vəfat etdikdən sonra, onun yerinə oğlu keçdi”. 3. Davud ibn Qasim belə rəvayət edir: “İmam Hadidən (ə) soruşdum: “Məndən sonra xələf oğlum Həsəndir. Bəs sizin üçün xələfdən sonra xələf necə olacaq?” Mən dedim: “Allah məni sizə fəda etsin! Niyə ki?” İmam Hadi (ə) buyurdu: “Ona görə ki, siz onun şəxsiyyətini görməyəcəksiniz; sizə onun adını çəkmək halal olmayacaq”. Mən sorusdum: “Bəs onun adını necə çəkək?” İmam Hadi (ə) buyurdu: “Ali-Muhəmməddən olan höccət” söyləyin”. 4. Əbülqasim Cəfər ibn Muhəmməd Əmr Əhvazidən belə nəql edir: “İmam Əskəri (ə) mənə oğlunu göstərərək belə buyurdu: “Məndən sonra sahibiniz budur”. 5. Əbülqasim Cəfər ibn Muhəmməd, Muhəmməd ibn Əli ibn Bilaldan belə nəql edir: “Vəfat etməsindən iki il əvvəl İmam Əskəridən (ə) məktub aldım. O, məktubu özündən sonrakı imamın haqqında xəbər vermişdi. İmam Əskərinin (ə) vəfatından üç gün əvvəl yenə məktub almışdım. O, özündən sonrakı imamın haqqında xəbər vermişdi”. 6. Əbülqasim Cəfər ibn Muhəmməd Əbu Haşim Cəfəridən belə nəql edir: “Bir gün İmam Əskəriyə (ə) dedim: “Sizdən bir söz soruşmaq istəyirəm, amma böyüklüyünüzə xatir, cəsarət edib soruşa bilmirəm”. İmam Əskəri (ə) buyurdu: “İstədiyini çəkinmədən soruşa bilərsən”. Mən soruşdum: “Ey Ağam, sizin oğlunuz varmı?” İmam Əskəri (ə) buyurdu: “Bəli”. Mən soruşdum: “Əgər başınıza bir iş gələrsə, onu harda soraqlaya bilərəm?” İmam Əskəri (ə) buyurdu: “Mədinədə”. 7. Əbülqasim İmam Baqirdən (ə), o da Cabir ibn Abdullahdan belə rəvayət edir: “Bir gün Fatimənin (ə) yanına gəldiyim zaman, onun əlində bir lövhə gördüm. Həmin lövhədə onun nəslindən olan vəsilərin adları yazılmışdı. Mən on iki ad saydım və onların sonuncusu Qaim (ə) idi. Onlardan üçünün adı “Muhəmməd”, üçünün adı isə “Əli” idi”. 8. Zürarə İmam Baqirdən (ə) belə nəql edir: “Muhəmmədin (s) nəslindən olan on iki imamın hamısı mühəddəsdir (qeybdən gələn xəbəri əxz edəndir). Onlar Əli ibn Əbu Talib (ə) və onun on bir övladından ibarətdir. Allah rəsulu (s) və Əli (ə) onların atalarıdır”. 9. Əbu Bəsir İmam Baqirdən (ə) belə nəql edir: “Hüseyndən (ə) sonra doqquz imam gələcək və onların doqquzuncusu Qaimdir (ə).” 10. Möminlərin əmiri Əli (ə) İbn Abbasa belə buyurmuşdur: “Qədr gecəsi hər il var. O gecə illə əlaqədar olan bütün əmrlər nazil olar və Allah rəsulundan (s) sonra bu işlərin hər birinin də bir vəzifə sahibi var. Onlar mən və mənim sülbümdən gələn on bir nəfərdir; onlar mühəddəs olan imamlardır”. 11. Əbülqasim Cəfər ibn Muhəmməd, Həsən ibn Abbasdan, o, İmam Cavaddan (ə), o da öz ata-babalarından Allah rəsulunun (s) belə buyurduğunu nəql edir: “Qədr gecəsinə iman gətirin. Həmin gecə məndən sonra Əli ibn Əbu Talib (ə) və onun nəslindən gələn on bir nəfərə xas edilmişdir”. 12. Zürarə İmam Baqirin (ə) belə buyurduğunu nəql edir: “Biz on iki imamıq. Həsən və Hüseyn (ə) bu imamlardandır. Onlardan sonrakı imamlar İmam Hüseynin (ə) nəslindəndirlər”. 13. Əbülqasim Cəfər ibn Muhəmməd, Əbu Həmzə Sumalidən belə nəql edir: “Allah Muhəmmədi (s) bütün insanlar və cinlərə peyğəmbər olaraq göndərmiş, ondan sonra isə on iki vəsi qərar vermişdir. Bu vəsilərin bəziləri gəlib-keçmiş, bir hissəsi ilə hələ gəlməmişdir. Hər bir vəsi özünəməxsus bir qanuna tabedir. Muhəmməddən (s) sonrakı vəsilər İsa (ə) üçün qüvvədə olan qanunlara tabedirlər. Bu vəzilər on iki nəfərdir. Möminlərin əmiri Əli (ə) Məsihin (ə) tabe olduğu sünnəyə tabe idi”.\İmamzaman.az