İmam Zaman ə.c buyurub : Kəbənin ziyarəti üzünüzə bağlandıqda mənim zühurum baş verəcək ?!
Cavab :
1. İmam Əli (əleyhissəlam) buyurmuşdur: “Xətib (xütbə deyən) həlak olduqda, zəmanənin imamı gözlərdən itdikdə, bəzi qəlblər narahat, bəziləri isə xoşhal olduqda, arzu edənlər ölüb getdikdə, möminlər isə qaldıqda (zühur baş verəcək). Onların (möminlərin) sayı çox az olacaq, üz yüz, ya bir qədər də artıq. O möminlərin yanında Bədr günündə Peyğəmbər tərəfindən döyüşüb, sağ qalan bir dəstə (mələk) cihad edəcək”. Biharul-ənvar, c.52,səh.137, hədis 42 2. İmam Əli (əleyhissəlam) buyurmuşdur: “And olsun Allaha, And olsun Allaha, intizarında olduğunuz şəxsi yalnız o vaxt görə bilərsiniz ki, Allahı yalnız əlinizlə işarə etməklə və gözünüzü qırpmaqla çağıracaqsınız. (mümkündür İmam burda çarəsizliyə işarə edir) Həmçinin yerdən bir ayaq izi qədər yerə malik olacağınız (yəni, əlinizdə olan hər şey alınacaq və ya əlinizdən çıxacaq), bir də kürəyinizdə silahlarınızın izi olan zamana qədər. Həmin gün mənə yalnız Allah mələkləri vasitəsi ilə kömək edəcək. Və həmçinin o şəxslər ki, onların qəlbinə iman yazılmışdır”. Şərhi-Nəhcül-bəlağə, c.6, səh.382 3. İmam Əli (əleyhissəlam) buyurmuşdur: “İnsanların üçdə biri qətlə yetirilib, üçdə biri ölüb, yalnız üçdə biri qalmayınca Həzrəti Mehdi (ə.f) zühur etmiyəcək”. Kənzul-ümmal, hədis 39663 (əhli-sünnə mənbəsi) 4. “Kəmalud-din” kitabında Məhəmməd ibn Müslimdən belə nəql edilmişdir: “(Bir gün) İmam Sadiq (əleyhissəlam) buyurdu ki, Allah-təala möminlər üçün Qaimin qiyamı barədə nişanəlar qoymuşdur. Dedim ki, başına dönüm, nədir o nişanələr? Həzrət buyurdu: “Sizi (yəni siz möminləri) bir az qorxu, bir az aclıq, bir az da mal, can (övlad) və məhsul qıtlığı ilə imtahan edərik. (Ya Rəsulum! Belə imtahanlara) səbr edən şəxslərə müjdə ver”. (Əl-Bəqərə surəsi, ayə 155) ayəsində deyilənlər”. Kəmalud-din, səh.649, hədis 3 5. “Biharul-ənvar” kitabında Məhəmməd ibn Müslim və Əbu Bəsrdən belə nəql edilmişdir: “İmam Sadiq (əleyhissəlam) buyurdu ki, bu iş (Qaimin zühuru) insanların üçdə ikisi məhv olduqdan sonra daha kim qalacaq ki? Həzrət buyurdu ki, siz sağ qalan üçdə birdən olmaq istəmirsiniz?!” Biharul-ənvar, c.52, səh.113, hədis 27 6. İmam Kazım (əleyhissəlam) buyurmuşdur: “Nə vaxt səhrada gəzən çirkin simalı şəxsi görünsə, onda həm özün, həm də mömin tərəfdarların üçün fərəcin intizarında ol. Nə vaxt gün tutulsa, göyə bax gör, Allah günahkarlara nə edəcək”. Biharul-ənvar, c.78, səh. 332, hədis 7 7. İmam Mehdi (əccələllahu təala fərəcəhuş-şərif) Əli ibn Məhziyarın: “Ey mənim ağam, bu iş (zühur) nə vaxt olacaq?” sualının cavabında buyurmuşdur: “Kəbənin yolu üzünüzə bağlandıqda”. Təfsiri-nurus-səqəleyn, c.5, səh.461, hədis 4 8. İmam Mehdi (əccələllahu təala fərəcəhuş-şərif) Səmuriyə yazdığı məktubda buyurmuşdur: “Qulaq as, Allah sənin müsibətində (vəfatında) qardaşlarına əcr versin. Sən altı gündən sonra vəfat edəcəksən. İşlərini sahmana sal. Səndən sonra canişinin olmaq barədə heç kimə vəsiyyət etmə. Çünki artıq böyük qeyb dövrü başlayır. Allahın icazəsi olmadan zühur baş verməyəcək. Bu isə uzun müddət keçdikdən, qəlblər sərtləşdikdən, yer üzü zülm və haqsızlıqla dolduqdan sonra olacaq”. Biharul-ənvar, c.52, səh.151, hədis 1 www.imamzaman.az