Qara Təsvir

Zəmanə imamı olah Həzrət Məhdi ə.c üçün nə dua edək ?!

Cavab :
İmam Mehdinin (ə.f) ğeybəti dövründə ona (ə.f) dua etməyin əməli keyfiyyətini görürük. Bu deyilənlər aşağıdakılardan ibarətdir: 1. İMAMIN (ə.f) HİFSİ (QORUNMASI) ÜÇÜN OLAN DUA. Bu məqsədin çoxlu nümunəsi vardır. Məsələn, dualar içində “Allahummə kun li vəliyyikəl” duası kimi. Bu cür duaların bəziləri yaxud əksəriyyəti İmamın (ə.f) hifzi və salamatçılığını əks etdirir. Bu duaların əhəmiyyəti məlumdur. Çünki, İmamın (ə.c) salamatçılığını yaradılışın salamatçılığıdır. 2. FƏRƏCİ TƏCİLİ ÜÇÜN DUA Doğrudur ki, İmamın (ə.f) varlığı özü əsasdır. Öz-özüyündə İmamın (ə.f) varlığı fərəcdir. Hər halda, çünki, o imam (ə.f) olmasa yer öz əhli ilə birlikdə həlakətə uğrayar. Lakin, İmamın (ə.f) zühuru daha böyük fərəc və daha böyük bərəkətdir. Tam fərəc İmamın (ə.c) xürucu ilə baş verəcək. Elə buna görə də bu məsələ Əhli-beytin (ə) dualarında daha böyük yer tutmuşdur. 3. ƏHD KƏSMƏK və BEY’ƏT ETMƏK BARƏDƏ OLAN DUALAR. Mömin bir kəsə vacibdir ki, İmamla (ə.c) bey’ətini təzələsin və hər zaman onu gözləmək halında qalsın. Bunun üçün ən böyük və əsas dualardan biri olan əhd duasını oxuya bilərsiniz. 4. İMAMA (ə.f) DÜŞMƏNLƏRƏ QALİB GƏLMƏKDƏ KÖMƏK ETMƏK ÜÇÜN OLAN DUALAR. Bu geniş şəkildə dualarda təkrarlanmışdır və hər kəs məsələn, İftitah və Nüdbə dualarını oxuyarsa orada İmama (ə.f) kömək etmək barədə olan dualar onun üçün aşkar olar. Şiə və sünnə arasında ittifaq vardır ki, İmam (ə.f) zühur edən zaman böyük döyüşlər keçirəcəkdir və əzəmətli Ümumdünya İslam Dövlətini qurmaq uğrunda səhabələri (gözü) qarşısında şəhadətə yetəcək. Çünki, insanlardan ibarət olan iblislər, Süfyani və Dəccal kimiləri İmama (ə.f) təslim olmayacaqlar. Necə ki, babası Həzrəti Muftəfaya (s.a.a.s) olmamışdılar. Buna görə də çox mühümdür ki, İmamın (ə.f) salamatmılığıyla birgə, ona düşmənlərə qalib gəlməyində kömək etmək üçün də dua edək. Çünki, Onun (ə.f) salamatçılığı barəsində olan dua yalnız ğeybət dövrünü əhatə etmir, həmçinin zühur edəcəyi zamana da şamil olur. Bu səpgidə oxunan dualar dua edənin fərəcə hazırlaşmağına səbəb olur. Ona görə ki, İmam zühur edən zaman cihad etməyə hazır olacaq. Allah təala Quranda bu məsələ barədə belə buyurur: “Düşmənlərə qarşı bacardığınız qədər qüvvə və döyüş atları hazırlayın ki, bununla Allahın düşmənini, öz düşməninizi və onlardan başqa sizin bilmədiyiniz, lakin Allahın bildiyi kimsələri qorxudasınız. Allah yolunda nə xərcləsəniz, əvəzi sizə tam ödənilər və sizə zülm edilməz.” əl-Ənfal surəsi 60 İmamın (ə.f) yolunda sabit qalmaq ən mühüm məsələlərdəndir. Biz bunun qarşılığında görürük ki, bəzi şəxslər İmamın (ə.f) ön sıralarında dayanacaq. 5. ƏCDADLARININ QAN BAHASINI ÜÇÜN DUA ETMƏK. İmam Mehdinin (ə.f) İmam Hüseynin (ə) və pak babalarının qan bahasını alması məsələsi hüquqi müstəvada insanın haqqıdır. (Deyilə bilər ki,) öldürməkdə israf etməyəcək. Bir halda ki, bəziləri buna zidd bilirlər. Kamal sahibləri qan bahası olan (yaxud qan tökən) biri kimi baxırlar. Bəlkə onlar əl sıxandırlar. (yəni, bağışlayan bir şəxsin canını almağı bacardığı halda əlini sıxırsa onu bağışlayır deməkdir.) Necə ki, bunu Allahın Rəsulu (s.a.a.s) etdi və belə buyurdu; “Gedin siz azad olunmuşlarsız.” Əl-kafi .c.3, s.513) İmamın (ə.f) dövləti sonuncu dövlətdir və o İlahi ədalət və Rəbbani bir dövlətdir. Hansı ki, istəyir fasid insanlar yer üzərindən olan kökünü kəssin və bütün peyğəmbərlərin (ə) arzusunu gerçəkləşdirsin. (Çünki, bu məqsəd bütün peyğəmbərlərin (ə) arzusu olub və bu məqsədi gerçəkləşdirmək bütün peyğəmbərlərin (ə) arzusunu, xəyalını gerçəkləşdirməkdir.) Bu deyilənlər zalımların kökü kəsilməyənədək gerçəkləşməz. Elə bu zalımlar əcdadlarının yolun gedənlərdir, hansı ki, günümüzdə də Əhli-beytə (ə) zülmlər edirlər. Burdan məlum olur ki, bu qan bahası şəxsi, qövmi və mənfi olan bir iş deyil. Buna görə də bu məzəmmət olunan bir məsələ deyil. Elə bəlkə tələb olunan işdir. (Çünki) Bu peyğəmbərlərə, vəsilərə və onların övladlarına olunan zülmün qan bahasıdır. Bu yalnız küfr mədrəsəsindən alınan qan bahasıdır və hədəf bu fasid olan nizamın kökünün kəsilməsidir. Həyat əhli üçün salim, adil dövlətin gölgəsində həyatın davamı üçün nəzərdə tutulmuşdur. 6. ETİQADİ ƏSAS Biz bir dəfə baxırıq ki, İmam Məhdi (ə.f) ictimai islahatçıdır və inqilab rəhbəridir. İstəyir ki, bütün dünyanın halını dəyişsin. Bir dəfə baxırıq ki, O (ə.f) on ikinci xəlifədir və məsumdur. Ki, Mustəfanın (s.a.a.s) dininin bütün təfsilatını təmsil edir. O (ə.f) heç zaman azmaz, yolundan sapmaz və ya Allahın kitabına və Peyğəmbərə (s.a.a.s) ad işlərdə barmaq ucu boyda olsa belə xəta etməz. Çünki O (ə.f) Qurani Kərim ilə birlikdə ikindi ağır əmanətdir. Belə ki, Quran və Əhli-beyt (ə) ümmətin azğınlıqdan amanda olmasını təşkil edirlər. O (ə.f) Əhli-beytdəndir (ə), hansı ki, onlar barədə Peyğəmbər (s.a.a.s) buyurub: “Mənim Əhli-beytim(ə) Nuhun (ə) gəmisi kimidir. Hər kəs o gəmiyə minərsə nicat tapar və hər kəs boyun qaçırarsa həlakətə uğrayar. (vəsailuş-şiə c.27, s.34) Budur doğru və salamat yol, mövzu belə olan halda təbiidir ki, biz dualarda İmamın (ə.f) hüquqi şəxsiyyətinə mərkəzləşdirildiyini görürük. Hansı ki, O (ə.f) ilahi, rəbbani, məsum olan doğru yolda addımlayan rəhbərdir. 7. İMAMA (ə.f) NÜDBƏ ETMƏK! Nübdə bir halətdir ki, İmama (ə.f) xalislik, məvəddət və sevginin izhar olunmasıdır. Həmçinin, onu (ə.f) itirmək hissi və onun (ə.f) dostlarının, sevənlərinin gözündən gizli qaldığına görə acı çəkməkdir. Bundan əlavə insan, imamın (ə.f) qeybətində islami irslərin çoxunu itirib. Bizlər Ali-Muhəmmədin (ə) və İmam Məhdinin (ə.f) yetimləriyik, zaman isə müsibət zamanıdır. Və bu müsibət yalnız xürucu ilə aradan gedər. Burdan çox aşkar olur ki, bu cəhət nüdbə bir gerçəkdir və mühüm bir hissə duadan zikr etmək gərəkdir. (Yəni, dua etmək lazımdır bu baxımdan ki, günün bir hissəsini duaya sərf etmək gərəkdir). Bu səbəbdən biz çox duaların bu halətə yönəldiyini görürük. Necə ki, nüdbə duası (bundan ibarətdir). Hansı ki, dörd bayramda oxuyuruq. (Fitr, Qurban, Qədirxum, Cümə) 8. İMAM MƏHDİNİN (ə.f) DÖVLƏTİ HAQQINDA MƏLUMATLARIN BƏYANI! Biz Allahdan istəyirik (dua edirik) və həmin kərim dövlətin rəğbətindəyik. İmamlar (ə) istəyiblər ki, bizi həmin Kərim dövlətin məlumatlarına mərkəzləşdirsinlər. Və bunu da yalnız hədis vasitəsi ilə etməmiş, hətta, dualar vasitəsilə də etmişlər. İmamlar (ə) bizə bəyan ediblər ki, rahat həyat yalnız bu dövlətdədir, dünya və axirət müstəvasında olan adil qanunlar yalnız bu dövlətdədir. Necə bir halda ki, bütün ehtiyac və haqq öz ehtiyac və haqlarına yetişəcəklər və hər kəs doğru yolda addımlayacaq. • DUADA OLAN ETİQADİ CƏHƏT İmam Məhdi (ə.f) hadisəsi, Əhli-beytin (ə) bu hadisənin məsələlərini ümdə olaraq dəqiq şəkildə tərkiz etdiyi hadisələrdəndir. Hər kim İmama (ə.f) buyurulmuş dualardan hər hansı biri ilə dua edərsə gərək diqqət yetirsin ki, İmama (ə.f) aid olan (istər ğeybətində istər zühurunda, istərsə də dövlətinin altında) əsas etiqadi dövrənin üzərindən keçir. © Şeyx Həssan Suveydan www.imamzaman.az

0 Şərh

Hələ ki heç bir şərh yoxdur. İlk şərh verən siz olun!

Şərh yazın

Ad və soyadınızı qeyd edin. Mobil nömrəniz yalnız təsdiq üçün saxlanılacaq və saytda görünməyəcək.