Zühür üçün səbr edənlərə Məsumlardan hikmətli dolu nəsihətlərdə nələr deyilir ?!
1. Əntərədən belə nəql olunur: “Dəfələrlə Həzrət Əlini (ə) barmaqlarını bir-birinə keçirdiyi halda bu sözləri dediyini eşitmişəm: “Açıl, bağlan, bağlan, açıl”. Sonra buyurdu: “İti gedənlər həlak oldular, lakin yaxınlaşdıranlar nicat tapdılar. Kiçik daş parçaları öz yerində möhkəm dayandılar. Sədaqətlə Allaha and içib deyirəm ki, qəm-qüssədən sonra mütləq qəribə bir açılış olacaq”.
əl-Kafi, c.8, s.294
2. Möminlərin əmiri Əli (ə) buyurur: “Onlar yolun sağını və solunu tutdular. Əyri yollarla getdilər və hidayət yollarını itirdilər. İntizarında olduğunuz şeyin gəlməsi üçün tələsməyin. Sabah baş verəcək həmin işi isə uzaq saymayın. Çox tələsənlər tələsdiyi və arzusunda olduğu şeyin zamanı gəlib çatanda deyər, “Ey kaş o gəlməyəydi”.
Nəhcül-bəlağə, xütbə 150
3. Saleh ibn Meysəm və Yəhya ibn Sabiq İmam Baqirdən belə nəql edirlər: “İti gedənlər həlak oldular, amma yaxınlaşdıranlar nicat tapdılar. Qala öz sütunları üzərində möhkəm dayandı. Şüphəsiz ki, qəm-qüssədən sonra qəribə açılış olacaq”.
Ğeybəti-nümani, s.198
4. Muhəmməd ibn Müslüm belə rəvayət edir: “Bir gün İmam Sadiqin (ə) yanına getmişdim. Elə bu zaman Mehzəm də gəldi və dedi: “Qurbanın olum, intizarını çəkdiyimiz o gün nə zaman baş verəcək?” İmam (ə) buyurdu: “Ey Mehzəm! Zühurun vaxtını təyin edənlər yalan demişlər, tələsənlər həlak oldular, əmrimizə tabe olanlar nicat tapdılar və bizə tərəf yönəldilər”.
əl-Ğeybə, s.426
5. Haris ibn Həmədani möminlərin əmiri Əlinin (ə) moizələrinin birində belə buyurduğu rəvayət edir: “Hökümət iddiasında olanlar həlak olduqda, əsrin sahibi gözlərdən gizli qaldıqda, şad və ümid dolu ürəklər qəmgin olub ümidsizliyə qapıldıqda, arzu edənlər həlak olar, məhvə məhkum olanlar tədricən aradan gedər, yerdə isə möminlər qalar. Onların sayı necədə azdır. Üç yüz və ya bundan artıq bir qrup təşkil edərlər. Bədr savaşında Peyğəmbərin (s) köməyinə gəlmiş həmin mələklər bu müharibədə onlara da yardım edərlər. Onlar nə öldürülər, nə də ölərlər”.
Ğeybəti-nümani, s.195; Biharul-ənvar, c.52, s.137
6. Təmim ibn Bəhlul belə rəvayət edir: “Abdullah ibn Huzeyldən soruşdum: “Kimin imamətini qəbul etməliyik, onun nişanələri nədir?” O dedi: “Onun əlamətləri bunlardır: pəhrizkarlıq, düzgünlük, çalışqanlıq, uzun səcdələrdə olmaq, gecələri ibadətlə məşğul olmaq, haramdan çəkinmək, səbrlə zühurun intizarını gözləmək və qonşulara xoş davranmaq”.
Kəmalud-din, s.336
7. Mehzəm belə rəvayət edir: “İmam Sadiqin (ə) yanında olarkən söhbət əsnasında filan sülalənin padşahlarından söz düşdü. İmam (ə) buyurdu: “Zühurun baş verməsinə tələsmək, insanların həlak olmasına gətirib çıxarır. Bəndə nə qədər tələssə də, Allah heç vaxt tələsməz. Bu işin bir həddi və sonu var. Həmin vaxt yetişəndə nə bir an tez, nə də bir an gec olmadan baş verəcək”.
əl-Kafi, c.1, s.369
8. Əbu Mürhif rəvayət edir: İmam Baqir (ə) buyurdu: “Toz-duman qaldıran şəxsin öz başına bulaşar. “İti gedənlər həlak oldular”. Mən soruşdum: “Canım sizə fəda olsun! Bəs iti gedənlər kimlərdir?” İmam (ə) buyurdu: “Tələsənlər. Bilin ki, zalım hakimlərin onlara qarşı çıxanlardan başqa heç kimlə işləri olmaz. Ey Əbu Mürhif! Ayıq olun, çünki onlar istədikləri vaxt sizə əzab-əziyyət verərlər. Ona görə də Allah onların başını özlərinə qatar ki, sizi yaddan çıxarsınlar. Ey Əbu Mürhif! Sən özünü Allaha həsr edən insanın işlərində fərəc olmayacağınımı düşünürsən? Allah and olsun ki, onların işlərində fərəc mütləq olacaq”.
əl-Kafi, c.8, s.273
9. Əhməd ibn Muhəmməd ibn Əbu Nəsr İmam Sadiqdən (ə) belə nəql edir: “Səbirlə zühurun intizarını gözləmək necə də gözəldir! Allah-təala bu barədə buyurur: “Və gözləyin ki, mən də mütləq sizinlə birgə gözləyirəm”. (Hud, 93) “Gözləyin ki, mən də mütləq sizinlə gözləyənlərdənəm”. (Əraf, 71) Elə isə səbirli olun, çünki zühur insanlar tam ümidsizliyə düçar olduqları zaman baş verəcək. Sizdən əvvəlkilər daha səbirli insanlar idilər”.
Kəmalud-din, s.645; Qurbul-isnad, s.380\İmam Zaman.az