Qara Təsvir

Əhli-beyti (ə) tanımağın dəyəri haqda nə belə hədislər nəql olunmuşdur ?!

Cavab :
1. Peyğəmbər (s): Allah hər kəsə mənim Əhli-beytimi tanımağı və onların vilayətini nəsib edibsə, deməli, həmin şəxsə bütün xeyri vermişdir. Şeyx Səduq, Əmali, səh. 383, h. 9; Bəşarətul- Mustəfa, səh. 176 2 . Peyğəmbər (s): Məhəmməd Əhli-beytini tanımaq, cəhənnəm odundan qurtulmaq deməkdir. Məhəmməd Əhli-beytini sevmək sirat körpüsündən uçub keçmək deməkdir. Məhəmməd Əhli-beytinin vilayətini qəbul etmək əzabdan amanda olmaq deməkdir. Yənabiul-məvəddə, c. 1, səh. 78, h. 16; Fəraidus-siməteyn, c. 2, səh. 257; İhqaqul-həqq, c. 18, səh. 496 və c. 9, səh. 494 3. Səlman Muhəmmədi: Günlərin bir günü Peyğəmbərin (s) yanına getdim. Məni görən kimi dedi: “Ey, Səlman! Allah elə bir peyğəmbər göndərməyib ki, onun üçün on iki seçilmiş şəxs qərar verməsin.” Mən soruşdum: – Ey Allahın Rəsulu! Atam, anam sənə fəda olsun! Həmin şəxsləri tanıyanların mükafatı nədir? Həzrət (s) cavab verdi: “Ey Səlman, hər kəs onları lazımi şəkildə tanısa, onlara itaət etsə, dostlarını dost, düşmənlərini düşmən bilsə, and olsun Allaha, həmin şəxs bizdəndir. Biz hara ensək, o da enər, biz harda sakin olsaq, o da bizimlə olacaq.” Biharul-Ənvar, c. 53, səh.142, h. 1620; c.25, səh. 6, h. 9 4. İmam Əli (ə): Ən xoşbəxt şəxs o şəxsdir ki, bizim fəzilətimizi tanıya, bizim vasitəmizlə Allaha yaxınlaşa, bizə səmimi məhəbbət bəsləyə, bizim dəvət etdiyimiz işləri yerinə yetirə, çəkindiklərimizdən çəkinə. Belə bir şəxs bizdəndir və ali cənnətdə bizimlə bir yerdə olacaq. Ğurərul-hikəm, h. 3297 5. İmam Sadiq (ə): Hüseyn ibn Əli (ə) səhabələrinə tərəf gedib dedi: “Ey insanlar, Allah bəndələrini yalnız onu tanımaq üçün yaradıb. Bəndələr onu tanıyandan sonra ona ibadət etmək istəyəcəklər. Ona ibadət etdikdən sonra daha başqalarına ibadət etməyə ehtiyac hiss etməyəcəklər.” Bir şəxs soruşdu: – Ey Rəsulullahın oğlu! Atam, anam sənə fəda olsun! Allahı tanımaq nə deməkdir (onu tanımağa nə cür nail olmaq olar)? İmam (ə) buyurdu: -Hər bir zəmanənin insanlarının öz zəmanəsinin itaəti vacib sayılmış imamını tanıması.” İləluş-şəraye, səh. 9, h. 1; Kənzul- fəvaid, c. 1, səh. 328; İhqaqul- həqq, c. 11, səh. 594 6. İmam Baqir (ə): Allahı o şəxs tanıyıb ibadət edir ki, Allahı və biz Əhli-beytdən olan Allah imamlarını tanımış olsun. Kafi, c. 1, səh. 181, h. 4 7. Zürarə: İmam Baqirdən (ə) soruşdum: – (Yəbnə Rəsulullah!) De görək, siz Əhli-beytdən olan imamları tanımaq bütün məxluqata vacibdirmi? Həzrət (s) cavab verdi: – Allah-təala Məhəmmədi (s) yer üzərindəki bütün məxluqatına Peyğəmbər və ilahi hüccət göndərmişdir. Deməli, hər kəs Allaha və onun elçisi olan Məhəmmədə iman gətirsə, ona tabe olub təsdiq etsə, onun xanədanından olan imamı tanımaq da həmin şəxsə vacibdir.” Kafi, c. 1, səh. 180, h. 3 8. Salim: İmam Baqirə (ə) “Sonra kitabı bəndələrimizdən seçdiklərimizə miras qoyduq. Onlardan kimisi özünə zülm edər, kimisi mötədil olar, kimisi də, Allahın iznilə irəli keçər ” ayəsi barədə sual verdim. Həzrət (ə) cavab verdi: “Yaxşı işlərdə irəli keçən imamdır. Mötədil yolu gedən imamı tanıyan şəxsdir. Özünə zülm edənsə imamı tanımayandır.” Fatir surəsi, 32 Kafi, c. 1, səh. 214, h. 1 9. Zürarə: İmam Sadiqdən (ə) soruşdum : – Allahı tanıyandan sonra ən fəzilətli əməl hansıdır? Həzrət (ə) buyurdu: “Allahı tanıyandan sonra namaz qədər ikinci dəyərli bir şey yoxdur. Namazdan sonra isə zəkata bərabər ikinci bir vacib şey yoxdur. Bunlardan sonra orucla bərabər tutulan bir şey yoxdur. Daha sonra orucla bərabər tutulan bir şey yoxdur . Daha sonra heç bir şey həcclə bərabər deyil, amma bütün bu şeylərin başlanğıcı və sonu bizi (imamları) tanımaqdır.” Şeyx Tusi – Əmali, səh. 694, h. 1478 10. İmam Sadiq (ə): Biz o şəxlərik ki, bizə tabe olmağı Allah-təala (insanlara) vacib etmişdir. Onların köməyinə yalnız bizi tanımaqları yetər və tanımamaqda da heç vaxt üzürlü hesab olunmayacaqlar. (…) Hər kəs bizi tanımasa və həm də inkar etməsə, bu şəxs yolunu azmışdır. O zamana qədər ki, Allahın ona vacib etdiyi yola bizə itaət etməyə qayıtsın. Həmin şəxs azğınlığı ilə dünyasını dəyişərsə, Allah nə istəsə, ona edə bilər.” Kafi, c.1, səh.187, h.11 11. İmam Sadiq (ə): “Hər kəsə hikmət verilibsə, ona çox böyük xeyir verilib ” ayəsinin təfsirində buyurdu: – Məqsəd Allaha itaət etmək və imamı tanımaqdır.” Bəqərə surəsi, 269 Kafi, c. 1, səh. 185, h. 11 12. İmam Sadiq (ə): Zürarəyə öyrətdiyi bir duada: “Pərvərdigara! Özünü mənə tanıtdır. Əgər özünü mənə tanıtdırmasan, sənin peyğəmbərini tanıya bilməyəcəyəm. Allahım! Öz peyğəmbərini mənə tanıtdır. Çünki onu mənə tanıtdırmasan, sənin hüccətini (imamı) tanımayacağam. Allahım! Öz hüccətini mənə tanıtdır. Əgər onu mənə tanıtdırmazsansa, öz dinimin yolunu azacağam.” Kafi, c. 1, səh. 337, h. 5 13. İmam Rza (ə): İmamların qəbirlərinin ziyarətində: – Salam olsun Allahı tanımanın məkanlarına! (…) Hər kəs onları tanısa, Allahı tanıyacaq, onları tanımasa, Allahı da tanımayacaq.” Kafi, c. 1, səh. 578, h. 2; Kamiluz-ziyarat, səh. 315 www.imamzaman.az

0 Şərh

Hələ ki heç bir şərh yoxdur. İlk şərh verən siz olun!

Şərh yazın

Ad və soyadınızı qeyd edin. Mobil nömrəniz yalnız təsdiq üçün saxlanılacaq və saytda görünməyəcək.