İmamı tanımağa fürsəti (imkanı) olmayan şəxsin vəzifəsi nələrdir ?!
Cavab :
1. “əl-Kafi” (İsa ibn Abdullahdan nəql edilir): “İmam Sadiqə (əleyhissəlam) dedim: “Əgər sizin üçün bir hadisə baş versə (dünyadan köçsəniz) — Allah eləməsin ki, o günü görüm — bu zaman kimi özümə imam seçim?” İmam Sadiq (əleyhissəlam) oğlu Musaya işarə etdi. Dedim: “Əgər Musa üçün də bir hadisə baş versə, kimi özümə imam seçim? İmam (əleyhissəlam) buyurdu: “Onun oğlunu” Dedim: “Əgər onun oğlu üçün də hər hansı bir hadisə baş versə və bu zaman özündən sonra böyük və ya kiçik qardaşı qalsa, bu zaman onlardan hansı birini özümə imam seçim?” İmam buyurdu: “Onun oğlunu” Sonra İmam (əleyhissəlam) bir daha buyurdu: “Beləliklə, sona qədər davam et”. Dedim: “Əgər onu tanımasam və yerini bilməsəm nə edim? İmam buyurdu: “Belə deyərsən: “İlahi, mən əvvəlki imamın övladlarından qalan höccətinə tabeyəm. Bu, sənin üçün kifayətdir və Allahın izni ilə vəzifəni öhdəndən götürür”. əl-Kafi, c.1, səh.309; Kəmalud-din, səh.416; əl-İrşad, c.2, səh.218; Biharul-ənvar, c.52 səh.253 2. “Kəmalud-din” (Zürarədən nəql edilir): “İmam Sadiq (əleyhissəlam) buyurdu: “Elə bir zaman gələcək ki, insanların imamı onlardan qaib (gizli) olacaq”. Dedim: “Həmin zaman insanlar nə etsin?” İmam buyurdu: “İmam aşkar olanadək öz əqidələrində möhkəm qalsınlar”. Kəmalud-din, səh.350; əl-Ğeybə (Nomani), səh.158; Biharul-ənvar, c.52, səh.149 3. “Kəmalud-din” (Abdullah ibn Sənandan nəql edilir): “Mən və atam İmam Sadiqin (əleyhissəlam) hüzuruna getdik. İmam buyurdu: “Əgər elə bir zaman gəlsə ki, nə sizi hidayət edən bir imam və nə də onun aşkar bir əlaməti olsun, həmçinin elə bir halda olsanız ki, suda batmaqda olan şəxsin Allaha dua etdiyi kimi dua edib canınızı qurtarıb salamat qalmaq istəyəsiniz, bu zaman nə edərsiniz?” Atam dedi: “Belə bir bəla ilə üzləşsək, nə edək?” İmam (əleyhissəlam) buyurdu: “Sən elə bir vəziyyətə düşməyəcəksən, amma belə bir iş baş versə, həqiqət sizin üçün görünənədək (İmam zühur edənədək) əlinizdə olandan möhkəm yapışın”. Kəmalud-din, səh.348; əl-Ğeybə (Nomani), səh.159; Biharul-ənvar, c.52, səh.113 4. “Kəmalud-din” (Əban ibn Təğlibdən nəql edilir): “İmam Sadiq (əleyhissəlam) mənə buyurdu: “Elə bir zaman gələcək ki, insanlar həmin dövrdə səbtəyə düçar olacaqlar. Həmin səbtədə elm, öz yuvasına tərəf sürünən ilan kimi Məkkədə və Mədinədə olan məscidlərin arasında sürünər və yığılar. İnsanlar həmin halda olarkən Allah-təala onların ulduzunu parladar”. Dedim: “Səbtə nədir?” İmam (əleyhissəlam) buyurdu: “İmamınızın qeybə çəkilməsi”. Dedim: “Həmin vəziyyətdə bizim vəzifəmiz nədir?” İmam (əleyhissəlam) buyurdu: “Allah-təala ulduzunuzu sizə göstərənədək öz əqidənizdə qalın”. Kəmalud-din, səh.349; əl-Ğeybə (Nomani), səh.159; Biharul-ənvar, c.52, səh.134 5. “Kəmalud-din” (Haris ibn Müğeyrədən nəql edilir): “İmam Sadiqdən (əleyhissəlam) soruşdum: “Elə bir zaman gələ bilər ki, insanlar imamını tanımasın?” İmam (əleyhissəlam) buyurdu: “Bu vəziyyətin yaranması mümkündür”. Dedim: “Bu zaman insanlar nə etsin, onların vəzifəsi nədir?” İmam (əleyhissəlam) buyurdu: “Həmin vəziyyətdə başqa bir imam onlara aşkar olanadək möhkəm olsunlar”. Kəmalud-din, səh.351; əl-Ğeybət (Nomani), səh.58; Biharul-ənvar, c.27, səh.297 6. “əl-İmamə vət-təbsirə” (Yəqub ibn Şüeyibdən nəql edilir): “İmam Sadiqə (əleyhissəlam) dedim: “İmamın ölüm xəbəri insanlara çatsa, onlar nə etsin?” İmam (əleyhissəlam) buyurdu: “Camaat imamın axtarışına çıxsın. Onlar axtarışda olduqları halda üzrlüdürlər”. Dedim: “Onların hamısı axtarışa çıxmalıdır, yoxsa bəziləri bu öhdəliyi yerinə yetirsələr kifayətdir?” İmam (əleyhissəlam) “Tövbə” surəsinin 122-ci ayəsini söylədi: “(Ehtiyac olmadıqda) möminlərin hamısı birdən (cihada, döyüşə) çıxmamalıdır. Barı, hər tayfadan bir dəstə (elm öyrənmək, sonra da onu dindaşlarına öyrənmək üçün) qalsın ki, camaat (döyüşdən) qayıtdığı zaman onları (Allahın əzabı ilə) qorxutsun”. İmam sözünün davamında buyurdu: “Onların dostları (axtarışa çıxanlar) qayıdana qədər axtarışa çıxmayanlar üzrlüdürlər”. əl-İmamə vət-təbsirə, səh.88; İləlüş-Şərayə, səh. 591; Biharul-ənvar, c.27, səh.295 7. “Ricali-Kəşşi” (Abdullah ibn Zürarədən nəql edilir): “Zürarə oğlu Übeydi İmam Kazim barədə axtarış aparmaq üçün göndərdi. Lakin Übeyd qayıtmazdan öncə Zürarə dünyadan köçdü. O, ölüm halında Quranı başına tutdu və dedi: “Cəfər ibn Muhəmməddən sonrakı imam o şəxsdir ki, onun adı bu kitabda — Quranın zimnindədir (içindədir) və o, elə bir şəxslər tərəfindən təyin olub ki, Allah-təala həmin şəxslərə tabe olmağı bütün insanlara vacib buyurmuşdur. Mən ona iman gətirmişəm və ona inanıram”. Bu hadisəni imam Kazimə xəbər verdilər”. İmam buyurdu: “Allaha and olsun ki, Zürarə Allaha tərəf hicrət edən (mühacir olan) şəxsdir”. Ricali-Kəşşi, c.1, səh.372; Mocəm rical əl-Hədis, c.7, səh.232; Kəmalud-din, səh.75; Təhrir Tavusi, səh.125; Biharul-ənvar, c.47, səh.339 www.imamzaman.az