Həzrət Məhdiyə ə.c aid yeddi künyənin izahı ...
Cavab :
İmamın (əccələllahu təala fərəcəhuş-şərif) künyələri Künyə bir şəxsi tanıtmaq və ona ehtiram göstərmək üçün həmin şəxsə verilən addır. Künyənin əvvəlində “əb”, yəni ata və ya “ümm”, yəni ana sözləri gəlir. Məsələn, İmam Əliyə (əleyhissəlam) “Əbülhəsən”, yəni Həsənin atası künyəsi verilmişdir). 1. “Dəlailül-imamə” (İmam Məhdinin əsil-nəcabəti qeyd olunur): “O, Həsən ibn Əli ibn Muhəmməd (əleyhissəlam) canişinidir. Künyələri bunlardır. Əbülqasim, Əbu Cəfər, və on bir imamın digər künyələri”. Dəlailul-imamə, səh.501 2. “Kəmalud-din” (Cabir ibn Abdullahdan nəql edilir): “Fatimənin lövhündə imamların adı mövcuddur: “Əbulqasim Muhamməd ibn Həsən Allahın yaradılış aləminə olan höccəti və Qaimidir. Anası Nərcis adlı kənizdir. Allahın salamı olsun ona”. Kəmalud-din, səh.305; Uyunul-əxbari-Rza, c.1, səh.40; Əl-ihcicac, c.2, səh.198; Əs-Siratul-müstəqim, c.2, səh.139; Biharul-ənvar, c.36, səh.194 3. “Kəmalud-din” (Əqid Xadimdən nəql edilir): “Allahın vəlisi Höccət ibn Həsən ibn Əli ibn Muhəmməd ibn Əli ibn Musa ibn Cəfər ibn Muhəmməd ibn Əli ibn Hüseyn ibn Əli ibn Əbutalib — Allahın salamı olsun onlara — hicri-qəməri tarixi ilə 254-cü ilin Ramazan ayının 1-də cümə axşamı günü dünyaya gəldi. Ona Əbülqasim künyəsi verdilər, həmçinin Əbu Cəfər də deyirdilər. Onun ləqəbi Məhdidir. O, Allahın yer üzündə insanlara göndərəcəyi höccətidir”. Kəmalud-din, səh.474; Biharul-ənvar, c.51, səh.16 4. “Kəşfül-ğimmə” (Musadan nəql edilir): “Sərvərim İmam Sadiq (əleyhissəlam) buyurdu: “Ləyaqətli canişin mənim nəslimdən olan Məhdidir. Onun adı Muhəmməd, künyəsi Əbülqasim, anasının adı isə Səqildir. O, axırzamanda zühur edəcək”. Kəşful-ğummə, c.3, səh.265; Məcmuə Nəfisə (Tarixul-Əyimmə), səh.44, Biharul-ənvar, c.51, səh.24 5. Nomaninin “əl-Ğeybə” kitabında (Əbu Həmzə Somalidən nəql edilir): “İmam Baqir (əleyhissəlam) buyurdu: “Adı və künyəsi mənim adım və künyəmlə eyni olan nəslimin 7-ci şəxsinə atam-anam fəda olsun.” əl-Ğeybə (Nomani), səh.86 Biharul-ənvar, c.51, səh.139 6. “Kəmalud-din” (İsa Xəşşabdən nəql edilir): “İmam Hüseynə (əleyhissəlam) dedim: “Sən bu əmrin (sonuncu qiyamın) sahibisənmi?” Buyurdu: “Xeyr, bu əmrin sahibi qeybdə olan, atasının intiqamını alan və əmisi ilə eyni künyədə olan şəxsdir” (İmam Məhdinin əmisinin adı Cəfərdir. Lakin rəvayət və tarix kitablarında İmam Cəfərin (əleyhissəlam) künyəsi yazılmamışdır. Demək, burada nəzərdə tutulan məna odur ki, “əb” və “ümm” əlavələri ilə birləşən künyənin əsas hissəsi onun əmisinin adından, yəni Cəfərin adından götürülmüşdür. Digər ehtimal budur ki, İmamın künyəsi əmisinin künyəsi ilə eyni olmuşdur”. Kəmalud-din, səh.318; Dəlailül-İmamə, səh.530; Biharul-ənvar, c.51, səh.133; Kəmalud-din, səh.432; əl-Ğeybə (Nomani), səh.179 7. “Kəmalud-din” (Həsən ibn Mənzərdən nəql edilir): “Bir gün Həmzə ibn Əbülfəth yanıma gəldi və dedi: “Mənə müjdə ver. Dünən gecə Əbu Muhəmmədin evində bir uşaq dünyaya gəldi. İmam göstəriş verdi ki, onu gizli saxlasınlar”. Soruşdum: “Adı nədir?” Dedi: “Ona Muhəmməd adı verdilər və künyəsini də Əbu Cəfər qoydular” Kəmalud-din, səh.432; Biharul-ənvar, c.51, səh.15 www.imamzaman.az