Qur’ani Kərimdə daha bir sirr açıldı! 12 Rəqəmin ilahi dinlərdə əhəmiyyəti ...
OXUYUN, İBRƏT ALIN, ZÜLMƏTDƏN AYDINLIĞA ÇIXIN…!!!
İmamların (ə) və ümumilikdə Əhli-beytin (ə) haqq olmasının Əhli-sünnə alimi Qurani Kərimlə isbat edib. Şafei məzhəbindən olan əl doktor Ən Nəcdi Misirdə Əl Əhzər universitetinin xətiblərindəndir. Qurani Kərimdə təhqiqatlar aparıb. Qurani Kərimdən bəzi əsrarlar (sir) açıqlayıb. Doktor Nəcdi deyir ki: Qurani Kərimdə bəzi əsrarlar var ki, bəzi məsələlərlə müqayisədə açıqlamaq olar. Ən Nəcdi buyurur ki: mənim zehnimə sual gəldi, görəsən Quranda olan bu rəqəmlər hansısa bir rol oynayırmı? Təhqiqat nəticəsində gördüm ki, misal üçün: 1 ilimizdə 365 gün var, təhqiq etdikdən sonra gördüm ki, el youm (ərəb dilində “gün” deməkdir) kəlməsi Qurani Kərimdə 365 dəfə gəlmişdir. İldə 12 ay var, Qurani Kərimdə isə şəhr (ay) kəlməsi 12 dəfə gəlir. Doktor buyurur ki: gördüm ki, təhqiqat məsələsində bəzi əsrarlar əlimə gəlir. Daha da dəqiq təhqiqat apardım, gəldim İmamiyyə bəhsinə çatdım. İmam kəlməsi… Dedim görəsən Şiə məzhəbi ki, İmamət bəhsinə müdaidilər, görüm Qurani Kərimdə imam kəliməsi neçə dəfə gəlib. Təhqiqat elədim gördüm ki, Qurani Kərimdə 12 dəfə imam kəlməsi gəlib (Bəqərə surəsi 124, Tövbə surəsi 12, Hud surəsi 17, İsra surəsi 70, Ənbiya surəsi 72,Qəsas surəsi 5 və 41, Hicr surəsi 79, Səcdə surəsi 24, Yasin surəsi 12, Furqan surəsi 74, Əhqaf surəsi 12-ci ayələr)
Ən Nəcdi deyir ki, bu məni daha da təəccübləndirdi. Ali-Əba və ya Kisa hədisi (ərəb. ﺣﺪﻳﺚ ﺍﻟﻜﺴﺎﺀ) – Məhəmməd (s) peyğəmbərin üstündə əbası olduğu halda əbanın altına Fatiməni, Əlini, Həsəni və Hüseyni (5 nəfər) alması və Əhzab surəsinin 33-cü ayəsini oxuması barəsindədir. Deyir gördüm ki, məhz Qurani Kərimdə “kisa” kəliməsi 5 dəfə gəlib (Bəqərə surəsi 233 və 259, Maidə surəsi 89, Muminun surəsi 14, Nisa surəsi 5-ci ayə). Təəccübləndirdi məni. Nəyə görə məzh Allah 12 nəfəri seçmişdir. 12-də əcaba nəsə varmı? Deyir Qurani Kərimdə gördüm ki, Allah Musa (a.s) peyğəmbərə əmr elədi ki: Musa əsanı vur, ordan 12 çeşmə fışqıracaq. Sonra gördüm ki, il ərzində aylarda 12-di, bürclərdə 12-di, yəhudilər 12 qövmdü, həvarilər də 12-di. Kəlmeyi: “Lə ilahə iləllah` da 12 hərfdən ibarətdir”,“Nəbiyul Mustafa (s.a.s) gördüm ki 12 hərfdir”. Maraqlısı budur ki, “imamaların hamısının adı 12 hərfdən ibarətdir”. Bunu Şiə alimi təhqiq etməyib, əhli-sünnə alimi əl doktor Ən Nəcdi təhqiq edib. Peyğəmbər buyurduğu, “Bunlar mənim itrətimdir, 12 hərf”, “bunlar cənnət ağalarıdır (Həsən və Hüseyn) 12 hərf”, Onları (Əhli-beyti) sevən mömin və təqva əhlidir, 12 hərf, “onların düşmənləri kafir, şəqidilər, bu da həmçinin 12 hərf”dən ibarətdir. Qurani Kərimdə Allahu Təala Əhli-beytin (ə) barəsində belə buyurur: Ey əhli-beyt! Allah sizdən çirkinliyi (günahı) yox etmək və sizi tərtəmiz (pak) etmək istər! (Əhzab surəsi 33, Təthir ayəsi). Doktor deyirki təhqiq elədim, bu ayə 47 hərfdən ibarətdir. Sonra imamların adları barəsində təhqiqat apardım. (Fatimə 5, Əli 3, Həsən 3, Hüseyn 4, Əli 3, Muhəmməd 4 , Cəfər 4, Musa 4, Əli 3, Muhəmməd 4, Əli 3, Həsən 3 və Muhəmməd (İmam Zaman (ə.f) 4 hərfdir. Gördüm adlarının cəmi 47 hərfdir.
Allahu Əkbər.
www.imamzaman.az