Qara Təsvir

Həzrəti Məhdi (ə.c) tərəfindən ortaya çıxan tövqilər (məktub və yazılar) haqda tarixi məlumatlar vardırmı ?!

Cavab :
Kiçik qeyb dövründə Həzrətə tovqilər (məktublar) yazılar və Həzrətdən cavab alınardı. Bu tovqilər Şeyx Tusinin Əl Geyğə kitabında gəlmişdir ki, onlardan bəzilərini sizlərə ərz edirik. Məktub 1. Əli ibn İbrahim Razi belə rəvayət edir: “Bağdadda etibarlı bir şeyx belə dedi: “İbn Əbu Ğanəm Qəzvini və şiələrdən bir dəstə adam canişin barədə mübahisə edirdi. İbn Əbu Ğanəm qeyd etdi ki, Əbu Muhəmməd (ə) dünyasını dəyişib və canişini yoxdur. Sonra bu barədə məktub yazıb nahiyəyə yolladılar. Məktubda etdikləri mübahisə barədə xəbər vermişdilər. Məktubların cavabı gəldi. Onu öz xətt ilə yazmışdı, Ona və atalarına salam olsun. “Bağışlayan və mehriban Allahın adı ilə! Allah bizi və sizi azğınlıqdan qorusun. Bizə və sizə yəqin ruh bəxş etsin. Bizi və sizi pis dönəcəkdən saxlasın. Sizdən olan bir dəstəni din barəsində tərəddüdə düşməsi, qəlblərinə şəkkin daxil olması, əmr sahibləri barədə heyrətdə qalması xəbəri mənə çatmış və bu bizim narahat olmağımıza səbəb olmuşdur. Bu, sizə görədir, bizə aid deyil. Sizin barənizdə bizi pis edib, bizim barəmizdə deyil. Çünki, Allah bizimlədir və başqa birisinə ehtiyac duymuruq. Haqq bizimlədir, odur ki, bizdən imtina edən kəs bizi qorxutmur. Biz, Rəbbimizin işlənən bütün yaxşı və gözəl işləriyik. Məxluqat isə bizim etdiklərimizdir. Ey camaat! Sizə nə olub ki, şüphəyə düşmüsünüz və çaşqınlıqda qalmısınız? Məgər izzət və cəlal sahibi Allahın belə buyurduğunu eşitməmisiniz? “Ey iman gətirənlər! Allaha itaət edin, Rəsula və sizdən olan əmr sahiblərinə itaət edin”. (Nisa, 59). Yoxsa keçmiş və qalan imamlarınız barədə olan xəbərləri bilmirsiniz? Yoxsa görmürsünüz ki, sığınasınız deyə, Allah sizin üçün pənah yerləri qoyub? Adəmin (ə) zamanından bəri keçən kəsə (İmam Əskəriyə) qədər hidayət tapdığınız əlamətləri görmürsünüz? Hər dəfə bir əlamət qeybə çəkildikdə digəri üzə çıxır. Bir ulduz yox olduqda digəri parıldayır. Allah onu qəbzi ruh etdikdə zənn etdiniz ki, Allah Öz dinini batil etmiş, Özü ilə məxluqatı arasında olan səbəbi kəsmişdir? Əsla belə olmamışdır və Qiyamət baş verənədək də olmayacaq. Onların acığına gəlsə belə, Allah Öz əmrini üzə çıxaracaq. Dünyadan gedən kəs atalarının üslubu üzərinə xoşbəxt şəkildə dünyadan getmişdir. Bu addımbaaddım eyniniklə baş vermişdir. Niyyəti və elmi onun yerini dolduran və xələfi bizim aramızdadır. Onun yeri barədə kimsə bizimlə çəkişə bilməz. Bunu yalnız zalım və günahkar edə bilər. Habelə bunu bizdən başqası iddia edə bilməz. Edən yalnız inkarçı və kafir kəs ola bilər. Belə olmasaydı, Allahın əmri qalib olmaz, sirri üzə çıxmazdı. Sizə bizim haqqımızdan mütləq zahir olacaq ki, bundan sonra şəkkləriniz aradan getmiş olacaq. Lakin Allah hər nə istəsə, o da olar. Hər bir əcəl üçün müəyyən bir kitab var. Allaha təqvalı olun, bizə təslim olun. İşi bizə qaytarın. Bizə müraciət edin. Gətirmək bizim üzərimizdən olduğu kimi, sadir etmək də bizim üzərimizdədir. Sizdən örtülü olan bir şeyin üstünü açmağa çalışmayın. Düz yoldan çıxmayın. Bizə tərəf yönəlin, bunu məvəddətlə edin. Mən sizə nəsihət etdim və Allah mənə də sizə də şahiddir. Əgər yanımızda sizin məsləhətinizə, rəhmətinizə səbəb olan, sizə şəfqət bəxş edən məhəbbət olmasaydı, o zaman sizinlə əlaqə saxlamaq əvəzinə, zülmkar, qaba, pozğunluğun ardınca düşən, Rəbbinə qarşı çıxan, ona aid olmayana iddiaçılıq edən, qəsbkarla çəkilməklə məşğul olardıq. Allah Rəsulunun (s) qızında mənim üçün gözəl ülgü var. Tezliklə cahilin əməlinin pisliyi elə özünə qayıdacaq və kafir biləcək ki, Axirət evi kimindir. Allah bizi və sizi həlak edici şeylərin, pisliklərin, bəlaların, dərdlərin hamısından rəhməti ilə qorusun, çünki bu işlərin vəlisidir. İstədiyi hər bir şeyə qadirdir. O həm bizə, həm sizə vəlidir, hifz edəndir. Salam olsun bütün vəsilərə, vəlilərə və möminlərə. Allahın rəhməti və bərəkəti olsun onlara. Allahın salavatı və salamı olsun Muhəmmədə və onun ailəsinə”. Məktub 2. Muhəmməd ibn İbrahim Məhziyar belə rəvayət edir: “Əbu Muhəmməd (ə) dünyasını dəyişərkən şəkkə düşdüm. Atamın yanında çoxlu mal toplanmışdı. Onu götürüb gəmiyə mindi və mən də onunla birlikdə çıxdım. Birdən şiddətli qızdırması qalxdı. Mənə dedi ki, oğul, bu ölümdür, məni geri qaytar, bu mal barədə Allaha təqvalı ol. Mənə vəsiyyət etdi və öldü. Öz özümə dedim ki, atam səhih olmayan şeyi mənə vəsiyyət etməz. Bu malı İraqa apardım. Sahil kənarında bir ev kirayələdim. Ancaq bu barədə heç kəsə xəbər vermədim. Əgər bu məsələ Əbu Muhəmmədin (ə) sağlığında olduğu kimi mənə aydın olsa həmin malı təslim edəcəyəm. Əks təqdirdə bütün malı sədəqə verərəm. Odur ki, İraqa gəldim. Birdən bir elçi gördüm ki, yanında məktub vardı. Həmin məktub da yazılmışdı ki, Ey Muhəmməd, yanında filan şey var, içində filan qədər məbləğ var. O həddə qədər ki, yanımda nə vardısa hekayət etdi. Halbuki bunlar barədə heç mənim də xəbərim yox idi. Mən həmin malı elçiyə təslim etdim və bir neçə gün qaldım. Lakin heç kəs mənə baş çəkmədi. Bu səbəbdən kədərləndim. Ancaq mənə bir tövqi gəldi: Biz səni atanın məqamına təyin etdik, odur ki, Allaha həmd et”. Məktub 3. Əbu Əqil İsa ibn Nəsr belə rəvayət edir: “Əli ibn Ziyad Səyməri bir məktub yazaraq kəfən istədi. Həzrəti Məhdi ona cavab olaraq bir məktub yazdı ki, “sən kəfənə ancaq 80 yaşında ehtiyac duyacaqsan.” Əli ibn Ziyad 80 yaşında ikən öldü və ölümündən əvvəl ona kəfən göndərdi”. www.imamzaman.az

0 Şərh

Hələ ki heç bir şərh yoxdur. İlk şərh verən siz olun!

Şərh yazın

Ad və soyadınızı qeyd edin. Mobil nömrəniz yalnız təsdiq üçün saxlanılacaq və saytda görünməyəcək.