Qara Təsvir

İmam Cavad (ə) və İmam Hadi (ə) İmam Mehdinin (ə.f) dünyaya gəlişi barədə nə deyib?

Cavab :
I Sual: İmam Hadi (ə) İmam Mehdinin (ə.f) dünyaya gəlişi barədə nə deyib? Saqr ibn Əbu Dəlf deyir: İmam Hadinin (ə) belə buyurduğunu eşitdim: الإمام بعدى الحسن وبعد الحسن ابنه القآئم الّذى يملأ الأرض قسطاً وعدلاً کما ملئت جوراً وظلماً “Məndən sonra imam Həsəndir. Həsəndən (ə) sonra (imam) oğlu Qaimdir, kim ki yer üzünü zorakılıq (haqsızlıq) və zülm ilə dolduğu kimi (oranı) haqq-ədalətlə dolduracaqdır” “Biharul-ənvar”, c.50, səh.239, hədis.3 Davud ibn Qasim Cəfəri deyir: İmam Əbül-Həsən Hadinin (ə) belə buyurduğunu eşitdim: الخلف من بعدى الحسن، فکيف بکم بالخلف من بعد الخلف؟ فقلت: ولِمَ؟ جعلنى اللَّه فداک! فقال: إنّکم لاترون شخصه ولايحلّ لکم ذکر اسمه Məndən sonra xələf (canişin) Həsəndir. Canişindən sonrakı canişinə olan nisbətiniz necədir?” Dedim: “Nə üçün (necədir)? Allah məni sizə fəda etsin”. Dedi: “Həqiqətən, siz onun kimliyini görməyəcəksiz və sizə onun adını çəkməyə icazə verilmir” “Kəşfül-ğümmə”, c.2, səh.406 II Sual. İmam Cavad (ə) İmam Mehdinin (ə.f) dünyaya gəlişi barədə nə deyib? İmam Cavaddan (ə) nəql olunmuş 90a yaxın hədisdə İmam Mehdinin (ə.f) doğulmasına işarə olunmuşdur. Şeyx Səduq öz sənədinə əsasən, Əbdüləzim Həsənidən belə nəql etmişdir: Mən Muhəmməd ibn Əli ibn Musa ibn Cəfər ibn Əli ibn Hüseyn ibn Əli ibn Əbutalibin yanına daxil oldum və Qaim barədə soruşmaq istəyirdim ki, o Mehdidir, yoxsa başqa bir şəxs? Həzrət sözünün əvvəlində buyurdu: يا أباالقاسم! إنّ القآئم منّا هو المهدىّ الّذى يجب أن ينتظر فى غيبته ويطاع فى ظهوره وهو الثالث من ولدى) “Ey Əbülqasim! Həqiqətən, Qaim bizdəndir. O, qeyb dövründə intizarı çəkilməsi və zühur etdikdə itaət edilməsi vacib olan Mehdidir. O, mənim övladlarımdan (nəslimdən) üçüncüsüdür” “Kəmalud-din”, səh.377, hədis.1; “Biharul-ənvar”, c.51, səh.156, hədis.1 Şeyx Səduq öz sənədinə əsasən, Saqr ibn Əbu Dəlfdən nəql etmişdir ki, İmam Cavaddın (ə) belə buyurduğunu eşitdim: الإمام بعدى اِبنى علىّ، أمره أمرى وقوله قولى وطاعته طاعتى، والإمام بعده ابنه الحسن أمره أمر أبيه وقوله قول أبيه وطاعته طاعة أبيه “Məndən sonra imam oğlum Əlidir. Onun əmri mənim əmrim, sözü mənim sözümdür və ona tabe olmaq isə mənə tabe olmaqdır. Ondan sonra imam oğlu Həsəndir. Onun əmri atasının əmri, sözü atasının sözüdür və ona itaət etmək isə atasına itaət etməkdir”. Sonra susdu və ona dedim: “Ey Allah elçisinin oğlu! Bəs Həsəndən sonrakı imam kimdir?” Hönkürərək ağladı və dedi: إنّ من بعد الحسن ابنه القآئم الحقّ المنتظر… “Həqiqətən, Həsəndən sonra (imam) oğlu – haqla qiyam edən (Qaim) və intizarı çəkiləndir (Müntəzər).” “ilamul-vəra”, səh.436; “Biharul-ənvar”, c.51, səh.157, hədis.5 www.imamzaman.az

0 Şərh

Hələ ki heç bir şərh yoxdur. İlk şərh verən siz olun!

Şərh yazın

Ad və soyadınızı qeyd edin. Mobil nömrəniz yalnız təsdiq üçün saxlanılacaq və saytda görünməyəcək.