Qara Təsvir

“Səhih-Buxari” və “Səhih-Müslimdə” İmam Mehdi (ə.f) barədə nə var?

Cavab :
Əhli-sünnənin məhdəviyyət mövzusuna iradlarından biri budur ki, onların tanınmış alimləri Buxari və Müslim bu barədə bir söz deməmişdir. Fəqət bunu da bildirək ki, əhli sünnə alimləri Həzrəti Məhdiyə dair 150-ə yaxın kitab yazmışlar. Ən qədim və mötəbər sünnə kitablarından “Musnəd” adlı kitabdır ki, müəllifi Əhməd İbni Hənbəlidir. Həmin kitabın tərkibində İmam Məhdi haqqında 100-ə yaxın hədis vardır. O cümlədən sünnü alimlərindən “Sünən” Əbu-Davud (275 qəməri), İbni Macəh (293 qəməri) və Tirmizi (297qəməri) illərə təsadüf edir ki, onların hər birində İmam Məhdiyə (ə.f) ayrıca bir fəsl ayrılmışdır. Əhməd Əmin Misri deyir: «Səhih-Buxari» və «Səhih-Müslim» hədis kitablarında bu sayaq (məhdəviyyət) hədislərə yer verilməməsi onların iftixarıdır. Amma digər hədis kitablarında uyğun hədislərə yer ayrılmışdır». Əl-Məhdi vəl-Məhdəviyyə, səh.41 Bu sayaq iradlar Şeyx Məhəmməd Əbu zöhrə, Səd Məhəmməd Həsən, Hüseyn Sai Liviyayi Məğribi, Seyid Məhəmməd Rəşid Rza, Şeyx İbn Məhmud kimi qərb yönümlü əhli-sünnə alimləri tərəfindən də irəli sürülmüşdür. Digər əhli-sünnə alimləri uyğun irada kəskin etiraz etmişdir. Doktor Bəstəvi deyir: «Güman edirlər ki, Buxari və Müslim məhdəviyyət hədislərini zəif sayaraq nəql etməmişlər. Bu yanlış gümandır. Çünki həmin iki kitab bütün hədisləri əhatə etmir və müəlliflərin belə bir iddiası olmamışdır» Əl Məhdiyyul-Muntəzər fil-əhadisul-Səhihə Buxari deyir: «Mən öz kitabımda mötəbər hədisləri nəql etmişəm. Amma kitabımın həcminə görə nəql etmədiyim etibarlı hədislər də çoxdur». Müqəddimeyi-ibn-Səlah, səh.21-22 Müslüm ibn Həccac Quşeyri deyir: «Mən öz kitabımda bütün etibarlı hədisləri nəql etməmişəm. Məqsədim yalnız yığcam hədisləri zikr etmək olub». Müqəddimeyi-ibn-Səlah, səh.21-22 Hakim Nişapuri deyir: «Buxari və Müslim iddia etmir ki, onların kitabında olmayan hədislər etibarsızdır». Müstədrəke-Hakim, c.1, səh.2 İbn Qeyn Cəvziyyə deyir: «Məgər Buxari deyibmi ki, mənim kitabımda nəql olunmayan hədis batildir? Buxari öz kitabında nəql etmədiyi bir çox hədisləri də etibarlı saymışdır». Zadul-Məad Əbdülmöhsin ibn Həmdülibad deyir: «Etibarlı hədislər «Səhiheyn» kitablarında nəql olunduğu kimi başqa kitablarda da nəql olunmuşdur. Məsələn, «Muvta», «Səhihe-ibn Xəzimə», «Səhihe ibn Həbban», «Müstədrəke-hakim», «Cameye-Termizi», «Sünəne-Əbu-Davud», Sünəne-Nəsayi», «Sünəne İbn Mace», «Sünəne-Dar Qutni, «Sünəne-Beyhəqi» kimi kitablarda «Səhiheyndə» olmayan bir çox etibarlı hədislər var». Əl imamul-Məhdi ində əhlis-sünnə, c.2, səh.445 Buxari və Müslimin məhdəviyyətlə bağlı hədislərə tamamilə diqqət yetirməməsi düzgün deyil. Çünki bu müəlliflər İmam Mehdinin (ə.f) zühuru ilə bağlı bəzi məsələlərə işarə etmişlər. Məsələn: a) Dəccalın meydana çıxması – Buxari, xüsusilə də Müslim, Dəccalın meydana çıxması ilə bağlı xeyli hədis nəql etmişdir. Səhih-Buxari, c.4, səh.143; Səhih-Müslim, c.8, səh.58-85 (Nəvəvinin şərhi ilə) İbn Həcər Əsqəlani Abərridən nəql etməklə Dəccalın əhvalatını İmam Mehdinin (ə.f) zühuru ilə əlaqələndirmişdir. Təhzibul-təhzib, c.9, səh.125 b) İsa ibn Məryəm – Buxari Əbu Hüreyrəyə istinadən nəql edir ki, Peyğəmbər (s) buyurmuşdur: «İmamınız aranızda olduğu halda, Məryəm övladı nazil olan vaxt halınız necə olacaq?» Səhih-Buxari, c.4, səh.143 Müslim də eyni məzmunda hədis nəql etmişdir. Səhih-Müslim, c.1, səh.94 Bu rəvayətlərdə İmam Mehdidən (ә.f) başqası nəzərdə tutula bilməz. Çünki «Səhih-Buxarini» şərh edənlərin hamısı rəvayətdəki imam sözünün Mehdiyə (ə.f) işarə olduğunu bildirirlər. v) Mal bəxşişi – Müslim Cabir ibn Əbdullah Ənsariyə istinadən nəql edir ki, Peyğəmbər (s) buyurmuşdur: «Sonda ümmətim üçün elə bir xəlifə gələr ki, hesab aparmadan çoxlu mal bağışlayar». “Səhih-Müslim», c.8, səh.185. Digər rəvayətlərə müraciət etdikdə uyğun hədisdə İmam Mehdinin (ə.f) nəzərdə tutulduğu məlum olur. İbn Əbu Şeybə Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: «Fitnə-fəsad tüğyan etdiyi bir vaxt Əhli-beytimdən (ə) bir şəxs zühur edəcək və onun ətası böyükdür». “İbn Əbu-Şeybə, “Əl-Müsənnəf», səh.678. q) Beyda əhvalatı – Müslim «Səhihdə» Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: «Bir şəxs bir evə sığınar və onun üstünə qoşun göndərilər. Bu qoşun Beyda məntəqəsinə çatdıqda yerə gömülər». “Səhih-Müslim», c.8, səh.167. Digər rəvayətlərə müraciət etdikdə məlum olur ki, Beyda məntəqəsində qoşunun yerə gömülməsi İmam Mehdinin (ə.f) zühur əlamətlərindəndir. Mustədrəke-hakim», c.4, səh.520. www.imamzaman.az

0 Şərh

Hələ ki heç bir şərh yoxdur. İlk şərh verən siz olun!

Şərh yazın

Ad və soyadınızı qeyd edin. Mobil nömrəniz yalnız təsdiq üçün saxlanılacaq və saytda görünməyəcək.