Qara Təsvir

İmam Zamana (ə.f) yaxın olduğunuzu necə bilə bilərsiniz?!

Cavab :
Hər birimiz İmam Zaman ağaya (ə.f) nə qədər yaxın olduğumuzu, o Həzrətin yanında olan yerimizi bilmək istərik. Ağa üçün sevimliyikmi, yoxsa uzaqmı düşmüşük… Əhli-Beyt İmamları (ə.s) bu suala cavab verib və bunun üçün əsas bir qayda təyin ediblər ki, müntəzir şəxs İmamın (ə.f) hüzurunda yerini müəyyən edə bilsin. Bu qayda isə qəlbimizlə bağlıdır. Yəni, əvvəlcə özümüzə sual verməliyik: Zamanın İmamı (ə.f) bizim üçün nə məna daşıyır? Onun özü və qeybi ilə necə davranırıq? Onun qeybi üçün nə qədər qayğı, əzmkarlıq və ciddi çalışırıq?!… İmamın (ə.f) qeyb dövründə onların (ə) sözlərinə nə qədər itaət edirik? Vacib-mübahına, haramına-halalına, İmamın məsləhətlərinə nə qədər diqqət edirik. Həqiqət də ona zinətikmi yoxsa ləkəyikmi? Özümüzə bu sualları verməli və İmam Zaman ağanın (ə.f) həyatımızdakı mövqeyini təyin etməliyik. Onda İmamın (a.f) hüzurunda necə bir məqamda olduğumuzu təxmin edə bilərik. Bu məsələ bizim fikirlərimizdən və ya xəyalımızdan gəlmir, əksinə, Əhli-Beyt İmamları (ə.s) tərəfindən deyilib. Şeyx Kuleyni “Əl-Kafi” kitabında, İsmayıl ibn Mehran vasitəsilə, Həsən ibn Yusifdən, Zəkəriyyə ibn Məhəmməddən, Saleh ibn Həkimdən belə nəql edir: Bir kişi İmam Əbu Abdullahdan (ə.s) soruşdu: “Mən sizi sevirəm, amma sizin məni sevdiyinizi necə bilə bilərəm?” O dedi: “Qəlbini sınaqdan keçir. Əgər bizi sevirsənsə, biz də səni sevirik.” Başqa bir rəvayətdə Məhəmməd ibn İsa əl-Qattan əl-Mədəinidən, onun atasından: Məsədə ibn Yəsid dedi: “Ey Əbu Abdullah, Allaha and olsun ki, mən səni sevirəm.” İmam (ə), başını qaldırdı və dedi: “Doğrudur, ey Əbu Bəşər. Qəlbindən məni nə qədər sevdiyini soruş. Çünki qəlbim məni sənin qəlbində olan sevgindən xəbərdar etdi.” Başqa bir rəvayətdə Səhəl ibn Ziyaddan, Əli ibn Əsbətdən, Həsən ibn Cəhm dedi: “Ey Əbu Həsən, məni dualarında unutma.” İmam (ə) dedi: “Sən necə bilirsən mən səni unuduram?” O düşündü və dedi: “Xeyr, sən məni unutmursan.” İmam (ə) dedi: “Bəs bunu necə bildin?!” O dedi: “Mən sənin şiənəm və mən bilirəm ki, sən şiələrinçün dua edirsən.” İmam (ə) dedi: “Bundan başqa nəsə bildinmi?” O dedi: “Xeyr!” İmam (ə) buyurdu: “Sənin haqqında qəlbimdə olanı bilmək istəyirsənsə, öz qəlbindəki yerimə bax.” “Əl-Kafi”, cild 2, səhifə 252. ☝🏻 Əzizlər, İmamın (ə.f) hüzurundakı yerimizi bilmək üçün, qəlbimizdə onun mövqeyini və həyatımızdakı əhəmiyyətini ölçməliyik. Gün ərzində İmamı (ə) neçə dəfə yad edirik, neçə dəfə salamlaşır, neçə dəfə həmsöhbət oluruq. Görəsən biz İmamı, öz maraqlarımızdan, ailəmizdən və işlərimizdən üstün tuturuqmu? Yoxsa onu yalnız dualarımızda və məclislərimizdə xatırlayırıq?! www.imamzaman.az

0 Şərh

Hələ ki heç bir şərh yoxdur. İlk şərh verən siz olun!

Şərh yazın

Ad və soyadınızı qeyd edin. Mobil nömrəniz yalnız təsdiq üçün saxlanılacaq və saytda görünməyəcək.