Zühurdan öncə qətlə yetiriləcək “Nəfsi-Zəkiyyə” kimdir?
Hədislərdə İmam Mehdinin (ə.f) “Nəfsi-Zəkiyyə”nin qətlindən sonra zühur edəcəyi bildirilir. Belə ki İmam Sadiq (ə) buyurur:
“Qaimin zühuru Nəfsi-Zəkiyyənin qətlə yetirilməsi arasında fasilə 15 gecədən çox deyil.” ¹
Şeyx Müfid deyir: “Zühur əlamətlərindən biri də Nəfsi-Zəkiyyənin 70 salehlə birlikdə Kufə yaxınlığında qətlə yetirilməsidir.” ²
Bəzi hədislərdə qeyd edilir ki, Nəfsi-Zəkiyyə İmam Mehdi (ə.f) tərəfindən təbliğ əmri аlаn şəxsdir və bu şəxs rükn və məqam arasında şəhadətə çatacaq.” ³
Bəziləri güman edir ki, Nəfsi-Zəkiyyə Abbasi xəlifələrindən olan Mənsurun dövründə qiyam qaldırmış Məhəmməd ibn Abdullah ibn Həsən ibn Əli ibn Əbutalibdir. Amma bu ehtimalın ziddinə bir sıra dəlillər var:
1. Hədislərdə Nəfsi-Zəkiyyənin rükn və məqam arasında öldürüləcəyi bildirilir. Məhəmməd ibn Abdullah ibn Həsən isə başqa yerdə şəhadətə çatmışdır.
2. Bəzi rəvayətlərə əsasən, İmam Mehdinin (ə.f) zühuru ilə Nəfsi-Zəkiyyənin qətlə yetirilməsi arasında 15 gecə fasilə var.
3. Məhəmməd ibn Abdullah ibn Həsən İmam Mehdinin (ə.f) mövludundan öncə qətlə yetirilmişdir.
4. Məhəmməd ibn Abdullahın niyyəti xalis olmamış, “Məqatilüt-Talibin” kitabında bildirildiyinə görə isə bu şəxs “Mehdilik” iddiasında olmuşdur. Atası onu Bəni-Üməyyənin süqutundan və Bəni-Abbas dövləti təsis olunmamış Mehdi (ə.f) kimi tanıtdırırdı. ⁴
5. İmam Sadiq (ə) buyurur: “Nəfsi-Zəkiyyə” qətlə yetirildikdən sonra İmam Mehdi zühur edəcək.” ⁵
¹. Əliəsğər Rizvani, Əsrin İmamı Mehdi (ə.f) ilə tanışlıq, səh/212
². Əl-İrşad, c/2, səh/368
³. Biharül-ənvar, c/52, səh/307
⁴. Məqatilüt-talibin, səh/174
⁵. Üsuli-Kafi, c/8, səh/225 -imamzaman.az