Qara Təsvir

İmam Zamanın ə.c Şeyx Müfidə yazdığı məktubda o həzrəti gözləmək yoxsa hazırlıq! bu yolda ən böyük kömək və ümid nə ola bilər ?!

Cavab :

- İntizar: Sadəcə Gözləmək Deyil, Hazırlıqdır…
imamın məktubu bizə göstərir ki, intizar passiv bir gözləmə deyil, aktiv bir hazırlıq dövrüdür. Bu hazırlıq özünü təmizləmək, cəmiyyətdə birliyi bərqərar etmək, haqqı tanımaq və yaşamaqla mümkündür.

Bugünkü dünyada insanlar çox zaman dəyişiklik gözləyir, amma dəyişmək istəmirlər. Halbuki İmam Mehdi (ə.f) zühur etdikdə, Onun ətrafında dəyişmiş insanlar olmalıdır. Bu məktub, bizi həmin dəyişimin ilk addımına çağırır.

- Ən Böyük Ümid: Allahın Yardımı

İmam (ə.f) məktubunu belə bitirir:

“Yardım edən yalnız Allahdır! O, bizim üçün yetər!”

Bu ifadə ümidin qapısını ardına qədər açır. Bəli, zəifliklərimiz var, amma bu dəyişməyəcəyimiz anlamına gəlmir. Allah yardım edərsə, hər bir insan Öz İmamının yoluna qayıda bilər. Yeter ki, içdən bir niyyət və addım olsun.

0 Şərh

Hələ ki heç bir şərh yoxdur. İlk şərh verən siz olun!

Şərh yazın

Ad və soyadınızı qeyd edin. Mobil nömrəniz yalnız təsdiq üçün saxlanılacaq və saytda görünməyəcək.