İmam Zamanın ə.c Şeyx Müfidə yazdığı məktubda zühurun gecikməsinə əsas səbəb olaraq nə tayıtdırılır ?!
Cavab :
Niyə Gecikir? Gecikmənin Səbəbi Bizik…
İmam (ə.f) buyurur:
“Bizi onlardan uzaq tutan, onların etmələrini bəyənmədiyimiz və onlara layiq bilmədiyimiz əməllərinin bizə gəlib çatmasıdır.”
Bu cümlə çox ağır, lakin eyni zamanda oyadıcı bir həqiqəti ehtiva edir: zühurun gecikmə səbəbi bizim əməllərimizdir…
Bu gün ümmət daxilində qeybət, ədalətsizlik, riyakarlıq, mənfəətpərəstlik, möminlərə qarşı qısqanclıq və bir çox mənəvi xəstəliklər İmamın zühuruna əngəl olan amillərdəndir. Bu məktub bizə göstərir ki, intizar sadəcə dua etmək deyil, özünü dəyişdirmək və islah olmaqdır.-imamzaman.az