İmam Zamanın ə.c Şeyf Müfidə yazdığı məktubda o həzrəti tanımaq deyildikdə nəyə işarə olunur ?!
Haqq Mərifət: Tanımaq Sadəcə Adla Olmaz
İmam (ə.f) məktubunda davam edir:
“Haqq mərifət və bizə olan doğru tanıma ilə bizi müşahidə etmək səadəti tezləşər.”
Buradan belə anlaşılır ki, İmamın zühurunun tək səbəbi fiziki zəminin hazır olması deyil, mərifət və doğru tanımadır. Bu isə sadəcə adıyla tanımaq, ya da dualarda adını çəkməklə kifayətlənmir. İmamı tanımaq, Onun məqsədini, dəyərlərini, istəklərini və prinsiplərini həyatımıza daşımaqla mümkündür.
Bugünkü cəmiyyətlərdə məhz bu tanımanın dərinliyinə ehtiyac var. İmam Mehdinin (ə.f) bir ədalət simvolu kimi dünyaya gəlməsi üçün, hər bir fərd içində o ədaləti yaşatmalı və yaymalıdır.