İmam Zaman ə.c islam ümmətinin qurtuluş və zühura çatmasını nələrdə görür ?!
Cavab :
1. Vəfa və Ümmətin Birliyi: Qurtuluşun Şərti
İmam (ə.f) buyurur:
“Əgər şiələrimiz… əhd-peymana vəfalı olmaqda qəlbləri birlikdə olarsa…”
Bu cümlədə açıq şəkildə şiə ümmətinin İmamla görüşə, yəni zühur və qurtuluşa nail olmasının əsas şərti qoyulur: əhdə vəfa və qəlb birliyi.
Bu gün fərdi səviyyədə çox ibadət edə bilərik, lakin əgər ümmət olaraq bir-birimizə qarşı etimad, səmimiyyət və birgə məqsəd yoxdursa, zühurun şəraitini yaratmamış olarıq. Əhdə vəfa yalnız İmamla deyil, ümmət daxilində də güclü bağlar yaratmağı tələb edir.