İmam Rza (ə) hədislərinə əsasən imamətin hikmət və anlayışı hansı xüsusiyyətlərlə tanıtdırılır ?!
İmam Rzadan (ə) imamətlə bağlı nəql olunan iki rəvayətə nəzər yetirək:
اِنَّ الْاِمامَةَ زَمامُ الدِّينِ وَنِظامُ المُسلِمِينَ وَصَلاحُ الدُّنْيا وَعِزُّالمؤُمِنِينَ، اِنَّ الْاِمامَةَ اُسُّ الْاِسْلامِ النّامِى وَفَرْعُهُ السّامِى، بِالْاِمامِ تَمامُ الصَّلاة وَالزَّكات وَالصِّيام وَالحَجّ وَالجَهاد وَتَوْفيرُ الفَيئ وَالصَّدَقات وَاِمْضاءُالْحُدوُد وَالْاَحْكام، وَمَنْعُ الثُّغوُر وَالْاَطْراف، اَلاِمامُ يَحِلُّ حَلالَ الله، وَيَحْرُمُ حَرامَ الله، وَيُقِيمُ حُدوُد الله، وَيَذُبُّ عَنْ دِينِ الله، وَيَدْعُو اِلی سَبِيلِ رَبِّهِ بِالحِكْمَةِ وَالْمَوْعِظَةِ الْحَسَنَةِ وَالْحُجَّةِ الْبالِغَةِ
1. “İmamət dinə rəhbərlik, müsəlmanların nizam-intizamı, dünyanın abadlığı və möminlərin izzəti deməkdir. İmamət həqiqi İslamın əsası və onun gövdəsidir. İmam vasitəsilə namaz, zəkat, oruc, həcc və cihad kamilləşir, beytül-mal (ümumi əmlak) və sədəqə (yoxsullara kömək) çoxalır, qanun və hökmlər icra olunur, İslamın sərhədləri qorunur. İmam Allahın halalını halal, haramını haram bilir, Allahın hökmlərini icra edir, Onun dininin müdafiəsində dayanır. Elm, yaxşı nəsihət, möhkəm və tutarlı dəlillərlə (insanları) Rəbbinə doğru dəvət edir!”
O həzrət Mərvdə olarkən cümə günü “Came” məscidində camaatın qarşısında bir sıra məsələlərə toxundu və o cümlədən buyurdu:
اِنَّ الْاِمامَةَ هِىَ مَنْزِلَةُ الْاَنْبِياء، وارِثُ الْاَوصِياء، اِنَّ الْاِمامَة خِلافَةُ اللهِ وَخِلافَةُ الرَّسوُلِ... اَلْاِمامُ اَلْبَدْرُ الْمُنِيرُ، وَالسِّراجُ الزَّاهِرُ، وَالنّوُرُ السّاطِعُ، وَالنَّجْمُ الْهادِی فِی غَياهِبِ الدّجی... اَلْاِمامُ اَلماءُ الْعَذبُ عَلی الظَّمّاءِ وَالدّالُّ عَلی الْهُدی، وَالمُنْجِی مِنَ الرَّدی... اَلْاِمامُ السَّحابُ الْماطِرُ، وَالْغَيثُ الْهاطِلُ، وَالشَّمْسُ الْمُضِيِئَة... اَلْاِمامُ اَمينُ اللهِ فِى خَلْقِهِ، وَحُجَّتُهُ عَلى عِبادِهِ، وَخَلِيفَتُهُ فِى بِلادِهِ... نِظامُ الدِّيِن، وَعِزُّالْمُسْلِمِينَ، وَغَيْضُ الْمُنافِقِينَ، وَبَوارُالْكافِرِينَ
2. “Şübhəsiz, imamət peyğəmbərlərin məqamı və vəsilərin irsidir. İmamət Allahın nümayəndəliyi, Peyğəmbərin (s) xilafəti və canişinliyidir... İmam parlaq ay, işıqlı çıraq, şölələnən nur, zülmət və qaranlıqda hidayət ulduzu və süqutda xilaskardır... İmam yağış dolu bərəkətli bulud, ardıcıl (dirilik) yağış və parlaq günəşdir... İmam yaranmışlar arasında Allahın əmini, bəndələri üzərində Onun höccəti və canişinidir... İmamın vücudu ilə din nizamlanır, müsəlmanlar izzət qazanır, münafiqlər qeyzdən yanır və kafirlər həlakətə yetir.” (“Üsuli-kafi”, 1-ci cild, səh. 200.)
Mənbə: “Məsum imamların ictimai-siyasi həyatı”, Ustad Rəsul Cəfəryan, “imam Rzanın hətatı” bölümü; “Qurani-Kərimdə imamət və canişinlik”, Ayətullah Məkarim Şirazi, səh. 14 və 30.)\sibtayn.com