Qara Təsvir

Allahın hər şeydən ehtiyacsız, heç bir gücə tabe olmadığı halda niyə günahkarları cəhənnəmə atır? Bu işdə hədəf nədir?

Cavab :

Bəşərin dünyadakı əməllərinin bir sıra qaçılmaz və ayrılmaz təsirləri vardır. Cəza və mükafatlar bizim əməllərimizin yaratdığı nəticə, rəftarlarımızdan doğan bilavasitə təsirlərdir. Bu üzdən gileylənib etiraz etməyə heç bir haqqımız yoxdur.

 

 İkincisi, Qiyamət gününün mükafat və cəzaları səmavi qanunların icrasını gerçəkləşdirir. Allah-Taala öz qəti və dəyişməz vədləri ilə bəndələrini yaxşı və xeyirxah işlərə dəvət edir, onları pis işlərdən çəkindirir. Burada pozuntu və ləğv ehtimalı olarsa, öz tərbiyəvi təsirini tamamilə itirər.

0 Şərh

Hələ ki heç bir şərh yoxdur. İlk şərh verən siz olun!

Şərh yazın

Ad və soyadınızı qeyd edin. Mobil nömrəniz yalnız təsdiq üçün saxlanılacaq və saytda görünməyəcək.