Məscidin işlədilməyən əşyalarını başqa məkanlara verməyin hökmü nədir ?
Cavab :
Sual 411 Kəndlərin birində uçulub-dağılmaq üzrə olan bir məscid vardır. Amma onu sökmək üçün heç bir səbəb yoxdur, çünki yolu da kəsmir. Bu məscidi tamamilə sökmək olarmı? Həmçinin bu məscidin bir qədər əşyası vardır. Bunlar kimə verilməlidir?
Cavab: Məscidi sökmək və uçurmaq olmaz. Ümumiyyətlə, məscidi sökmək onu məscid olmaqdan xaric etmir.
Məscidin əşyaları əgər həmin məsciddə istifadə edilmirsə, istifadə edilməsi üçün onları başqa məscidlərə aparmağın maneəsi yoxdur./leader.ir