Qara Təsvir

Hz.Yusifə nəyə görə səcdə edilmişdi? Axi Allahdan başqasına səcdə edliməz!

Cavab :

Yusifin yanına girdiklərində ana atasını bağrına basdı və "Allahın icazəsiylə Misirə güvən içində daxil edin!" dedi.  Ana atasını taxtına oturtdu, hamısı onun hüzurunda yerə əyildilər; Yusif dedi ki: "Atacığım! Bu, daha əvvəl gördüyüm yuxunun ortaya çıxışıdır; Rəbbim onu həyata keçirdi. Doğrusu rəbbim mənə lütf etdi: Məni həbsxanadan çıxardı və şeytan mənimlə qardaşlarımın arasını pozmuş ikən daha sonra sizi çöldən gətirdi. Şübhəsiz rəbbim dilədiyinə çox lütfkardır. Şübhəsiz O çox yaxşı biləndir, hikmət sahibidir. (Yusif surəsi, ayə 100)


Təfsirçilər Hz. Yusifin ana, ata və qardaşlarının səcdəyə əyilmələrini iki şəkildə şərh etmişlər:

a) Hz. Yusifə qarşı bir hörmət salamı olmaq üzrə yerə əyilmişlər.

b) Hz. Yusifə qovuşduqları üçün Allaha şükr etmək üzrə səcdəyə əyilmişlər. (bax.  Quran Yolu, Heyət, əlaqədar ayənin təfsiri)

0 Şərh

Hələ ki heç bir şərh yoxdur. İlk şərh verən siz olun!

Şərh yazın

Ad və soyadınızı qeyd edin. Mobil nömrəniz yalnız təsdiq üçün saxlanılacaq və saytda görünməyəcək.