Qara Təsvir

Namaz qılmayan şəxsin oruc tutması düzgündürmü?

Cavab :

   Müsəlman şəxs yetkinlik yaşına çatan gündən həm namaz qılmalı, həm də növbəti Ramazandan başlayaraq hər il oruc tutmalıdır. Bu iki ibadət bir-birindən asılı deyildir.

Əlbəttə, yaxşı olar ki, adam eyni zamanda həm namaz qılsın, həm də oruc tutsun.

     Ancaq bunların ikisini də yerinə yetirmək üçün hələ özünü hazır hiss etmirsə, heç olmazsa, birini yerinə yetirməlidir. Allah qarşısında bütün vəzifələrimizi tərk etməkdənsə, onlara heç olmazsa hissə-hissə əməl etmək daha yaxşıdır.

 

   Beləliklə, namaz qılmayan şəxs oruc tuta bilər və orucu batil deyil. Amma belə şəxs unutmamalıdır ki, oruc tutmağı namaz qılmamaq günahını yüngülləşdirmir, namaz qılmağı gecikdirən adamın günahı günbəgün artır.\oxu.az

0 Şərh

Hələ ki heç bir şərh yoxdur. İlk şərh verən siz olun!

Şərh yazın

Ad və soyadınızı qeyd edin. Mobil nömrəniz yalnız təsdiq üçün saxlanılacaq və saytda görünməyəcək.