
Rəvayət olunur ki, Peyğəmbər (s) səfərdə idi, yemək üçün bir qoyun kəsilməsini əmr etdi.
Yoldaşlarından biri dedi: “Onu kəsmək mənim boynuma.” Başqası dedi: “Dərisini soymaq da mənim boynuma.”
Başqa birisi dedi: “Xörəyi bişirmək də mənim boynuma.” Beləcə hər kəs bir işi öz boynuna götürdü. Peyğəmbər (s) belə buyurdu: “Elə isə ocaq qalamaq üçün odun yığmaq da mənim boynuma.” Dedilər: “Ey Allahın Elçisi, biz özümüz odun yığacağıq, daha sizin zəhmət çəkməyinizə ehtiyac yoxdur.”
Həzrət (s) buyurdu: “Bilirəm, amma özümü sizdən üstün saymaq istəmirəm, çünki Allah-Təala özünü başqalarından üstün sayan bəndəni xoşlamır.” (Müntəhal-amal cild 1, səh.18) \islam.az