Özümü düzəltmək və şeytanı uzaqlaşdırmaq nə etməliyik?
Birinci sualın cavabında deyə bilərəm ki, özünü düzəltmək üçün şəriət göstərişlərinə əməl etmək, ən azı haramlardan çəkinib, vacibatı yerinə yetirmək lazımdır. Özünütərbiyənin ən ali dərəcəsi bəyənilmiş işlərin icrası, pislənmiş əməllərin tərkidir. Çünki özünütərbiyənin mənası insanın səadətinə təminat verən yaşayış tərzinə əməl olunmasıdır. Belə bir həyat tərzini isə yalnız insanı vücuda gətirmiş Allahdan öyrənmək olar.
Müəllimlik necə sənətdir?
Şərəfli müəllim peşəsi ağlın və şəriətin ehtiramını qazanmış peşələrdən olub, bütün müəllimlər arasında təqdir olunmuşdur. Qurani-kərimdə buyurulduğuna görə bütün insanların, həzrət Adəmin, eləcə də həzrət Məhəmmədin (s) müəllimi Allah-taala özüdür....
Dünya və axİrətİm üçün faydalı bİr nəsİhət
Ali məqamlı fəqih həzrət Ayətullah-üzma Safinin mübarək hüzuruna salam!
Xahiş edirəm ki, dünya və axirətim üçün faydalı bir nəsihətlə mənə yol göstərəsiniz.
İntİhar (özünü öldürmə) Allahın şİddətlİ əzabına düçar olarmı?
Özünə qəsd etmək böyük günahlardandır. Bu günaha görə istər kişi, istərsə də qadın Allahın şiddətli əzabına düçar olar. Əgər insan dəli və əsəbi deyilsə, günahın səbəbi axirət inancının zəifliyi, dözümsüzlük və Allahdan ümidsizlikdir.
YENİ dərs İlİnİn başlanğıcında tələbə və şagirdlərə göstərişlər
Xahiş edirəm ki, yeni dərs ilinin başlanğıcında tələbə və şagirdlərə öz göstərişlərinizlə yol göstərəsiniz.
Nəfs pİs İşlərə sövq edİrsə nə etməlİ?
Ayətullah-üzma Safi Gülpayiqani ağanın müqəddəs hüzuruna. Salam!
Mən gəncliyimin əvvəl dövründən başlayaraq əmmarə (alçaq) nəfs ilə mübarizədə olmuşam. Amma bəzən müvəffəqiyyət qazana bilmirəm, əmmarə nəfs məni pis işlərə sövq edir. Günaha batandan sonra vicdan əzabı çəkirəm. Mənə ümid verib, kömək göstərməyinizi xahiş edirəm.
Ayətullah-üzma Safİnİn yetkİnlİk yaşına çatmış cavanlara nəsİhətİ nə oldu?
Quranın müraciət etdiyi, ilahi vəzifələr şərəfinə çatmış əziz yeniyetmələr və övladlar! Bu yaşa, bu ləyaqətə çatmağınız münasibəti ilə sizi təbrik edirəm.
Diqqətli olun, bu tarixdən başlayaraq islami cəmiyyətdə üzvlüyə qəbul olmusunuz. Əxlaqınız, danışığınız, fəaliyyətiniz üzərində hesab aparırlar. Allah-taala sizə etibar əta etmiş, (Quranda 88 dəfə) «Ey iman gətirənlər» deyə sizə üz tutmuşdur. Həmin bu etibar baxımından da cəmiyyətdə qiymətiniz vardır.
Əgər Allah sİzİn bİr arzunuzu yerinə yetİrərsə, Ondan nə İstəyərsİnİz?
Həzrət Ayətullah hacı şeyx Lütfüllah Safinin mübarək hüzuruna. Salam. Xahiş edirəm ki, suallarıma cavab verəsiniz:
1. Əgər bir gün Allahd-taala sizin bir arzunuzu yerinə yetirərsə, Ondan nə istəyərsiniz?
2. İnşəallah, qiyamət aləmində Allah şəfaət məqamı verərsə, mənə şəfaət edərsinizmi?
İslam yolunda sabİtqədəm olmağım üçün nə etməlİyəm?
Əlhəmdulillahi rəbbil aləmin Vəssəlatu vəssəlamu əla səyyidina və nəbiyyina Əbil-qasimi Muhəmmədin və alihit-tahirin, siyyəma bəqiyyətillahi fil-ərzin.
Allah-taala buyurur: «Bilin ki, mənim doğru və düzgün yolum budur. Onu seçin və digər yolla getməyin ki, sizi Onun yolundan uzaqlaşdırar. Sizə belə tapşırılmışdır. Olsun ki, amanda qalasınız» (Ənam-153).
Ruhİ sarsıntı və uğursuzluqdan qurtulmaq üçün nə etmək lazımdır?
CAVAB: Bismillahir-rəhmanir-rəhim.
Ruhi halətlər və müvəffəqiyyətlərin kəsilməsindən danışan məktubunuz gəlib çatdı.
Nəfsdən şikayətlənən ruhiyyə, ruhani mənbələrə diqqət, mənəvi ziyanlardan narahatlıq özü qəlbin diriliyi və fikrin ayıqlığıdır. Qəflət halətinin əksi olan nəfsi danlamaq batinin islahında çox təsirlidir...