Əgər Allah varlıq aləmİnİ mərhəmətİ səbəbİndən yaratmışsa, cəhənnəm nə üçündür?
Yaranışda məqsəd behişt və cəhənnəm yox, Allaha doğru hərəkətdir. Allahın həm rəhmət, həm də qəzəb sifətləri var. Behişt Allahın rəhmət sifəti, cəhənnəm isə Onun qəzəb sifətinə doğru hərəkətin mənzilidir. İtaət edən insan Allahın mərhəməti, tüğyan qoparan insan isə Onun qəzəbi ilə qarşılaşır. Demək, behişt və ya cəhənnəmi seçən insan özüdür. Əgər bir şəxs günəşin nurundan gizlənib, özünü zülmətə salırsa günəşi qınamamalıdır.
Ölümdən sonrakı həyat bütün canlılar üçündür, yoxsa təkcə İnsan üçün?
“Rum” surəsinin 11-ci ayəsində buyurulur: “Allah məxluqatı əvvəlcə yaradır, (öləndən) sonra yenidən dirildir.” Bu və digər ayələrə əsasən Allah bütün yaratdıqlarını öz hüzuruna qaytarasıdır. Məad, yəni ölümdən sonra dirilmə həm cismə, həm də ruha aiddir. Ruhun təkamülü baxımından insan digər canlılardan fərqlənir. Ona görə də ölümdən sonrakı dirçəlişdə insan ön pillədə dayanır və onun yenidən dirilməsi daha çox əhəmiyyət kəsb edir.
Dünyasını dəyİşmİş İnsanın ruhu yenİ doğulmuş uşağa keçə bİlərmİ?
“Tənasüx” adlanan bu məsələ ciddi elmi mübahisə mövzularından biridir. Ruhun bir bədəndən o birinə keçməsi, ölmüş insanın başqa bir şəkildə dünyaya qayıtmasının mümkünlüyü çoxlarını düşündürür.
Doğrudurmu kİ, ölülər cümə günü azad edİlİr?
Rəvayətə görə, bərzəxdəki ruhlar ləyaqətlərindən asılı olaraq dünya işlərindən xəbər tutur, hətta ailələrinə baş çəkirlər. Bu iş hər gün baş verə bilər. Amma cümə günü xüsusi qeyd edilir....
Bərzəx bədənİ maddİdİrmİ?
Etiraf etməliyik ki, dünyəvi elmlər belə suallar qarşısında tam acizdir. Əslində insan təfəkkürü bir çox həqiqətlər qarşısında kəsərsizdir. Uyğun məsələlər haqqında yalnız az saylı övliyalar məlumata malikdirlər. Amma Quran ayələri və rəvayətlərdən bəzi qənaətlərə gəlmək olar.
Cansız cəsəd qəbİrdə necə əzab çəkə bİlər?
Qəbir əzabı həm cismə, həm də ruha aiddir. Amma bu cism adi cismdən fərqlənir. Maddi bədəni tərk edən ruh “bərzəx bədəni” adlanan bir bədənə daxil olur. İnsan yatdığı vaxt ruhun maddi bədənlə əlaqəsi son dərəcə zəifləyir və o, bərzəx bədəninə oxşar bədənlə hərəkət edir. Həmin bədən görür, eşidir, danışır, ağrını hiss edir. ...
Müharİbələrlə və fəsadla dolu dünyada ümİdsİzlİyə qapılmamaq olarmı?
Əvvəla, insan nə üçün yaşadığını bilməlidir. Dünyada baş verənlər yalnız düzgün hədəfi olmayan insanları bədbinləşdirir. Ləzzət və şəhvət üçün yaşayan bir insan, əlbəttə ki, bədbin olasıdır. Əslində isə həyatımızın bir hissəsi olan ləzzət və şəhvət həyat idealı deyil. Ümumiyyətlə, qeyd olunan ümidsizlik həyatın ölümlə bitdiyini güman edən insanlara aiddir...
Nə üçün bəzİ İnsanlar kor, kar və lal yaradılmışdır?
Əvvəla, Allah bütün yaratdıqlarını ən gözəl şəkildə yaratmışdır. Amma yaranışa gözəllik verən ondakı nizam, qayda-qanunlardır. Bu qanunlara qarşı yönəlmiş istənilən bir hərəkət insan üçün faciə ilə nəticələnir. İnsanları vaxtında mənzilə çatdırmaq üçün müxtəlif nəqliyyat vasitələri fəaliyyət göstərir. Əgər bir şəxs relslərin üzərinə çıxıb, qatarın altında qalırsa, bu faciə nəqliyyat şəbəkəsinin ünvanına yazılmamalıdır.
Nəyə görə Allahın İSMİNİ çəkəndə ayağa galxmırıq, amma Imam Zamanın (ə) adını çəkəndə İsə ayağa galxırıq?
Ayağa qalxmaq ehtiram əlamətidir. Ayağa qalxmaq ağanın əmirlərinə hər an hazır olmağlıq əlamətidir. Ayağa qalxmaq bir növ ağanın varlığına və onun sağ olub hələdə bütün varlıq aləminin İmamı olmasına inammaq deməkdir. Çünki çoxları o ağanın vücuduna ya inanmır və yaxud inananların bəziləri də deyirlərki ağa hələ dünyaya göz açmayıb.
Nİyə ancaq İmam Hüseynİn (ə) 40 məclİsİ qeyd edİlİr?
Sual yarana bilər ki, nə üçün ancaq İmam Hüseynin (ə) Ərbəini qeyd edilir, qalan İmamların (ə) və hətta Peyğəmbərin (s) ərbəini qeyd edilmir?
1. İmam Hüseynin (ə) fədakarlığı ilə İslam dini dirçəldi. İslam dininin dirçəldilməsində onun rolu əvəzsizdir. Ona görə də bu fədakarlıqları canlı saxlamaq lazımdır. Çünki onları canlı saxlamaq İslam dinini canlı saxlamaq deməkdir. Aşura gününü və Ərbəini əziz tutmaq İslam dininin düşmənləri ilə mübarizə aparmaq deməkdir. Və ümumilikdə Peyğəmbər (s) və Əhli-beytinin (ə) müsibətini diqqətdə saxlamaq deməkdir.