Şeytandan (lən) xilas olmağın 4 yolu hansılardır?


Şeytandan (lən) xilas olmağın 4 yolu hansılardır? Hər bir insan şeytanın (lən) vəsvəsəsinə məruz qala bilər. Lakin, insan şeytandan xilas olmaq qüdrətinə malikdir. Bunun üçün aşağıdakılara riayət etməlidir:
1. Nəzarət etməyi davamlı etsə. Günahlardan amanda qalmaq üçün hər bir əməlinin sonucları haqda düşünməklə.
2. İbadətdə sabitqədəm olsa. Allahın vacib etdiklərini diqqətlə yerinə yetirməklə və bəyənilən müstəhəb əməlləri şeytan qarşısında sipər etməklə.
3. İnsanın batinindən və xaricindən agah olan Əzəmətli Allahdan qorxsa. Əgər bəndə bilsə və insansa ki hər bir əməli Allahın nəzarət və bilindən uzaq qalmır və Onun əzabı ağır olacaq, şeytana dost olmaqdan qorxar.
4. Hər bir halda Allahı çoxlu zikr etsə. Xeyir işlərlə çox məşğul olmaq insanın pis işlərə yaxınlaşmağa imkan yaratmaz ki Şeytan insanı yoldan azdırsın. Allah bəndəliyinə ömürlər xərclənsə Şeytan qulluğunda durmağa fürsət yaranmaz!


Mübahilə dastanı tarixdə hansı hadisəyə deyilir?


Mübahilə dastanı tarixdə hansı  hadisəyə deyilir? Mübahilənin leksik və terminoloji mənası: “Mübahilə” “Bəhələ” sözündən götürülüb, yəni xilas etmək. Terminoloji mənası: Mübahilə insanın qarşı tərəflə bir-birinə lənət və nifrin etməsinə deyilir. Mübahilənin üsulu isə bu cürdür: Əgər bir neçə nəfər mühüm bir dini məsələ haqda ortaq məxrəcə çata bilməsələr, bu zaman onlar bir yerə yığışıb Allaha dua edir və Ondan yalançı tərəfin xar və zəlil olmasını istəyirlər.
Mübahilənin baş vermə mərhələləri: 1. Mübahilə hadisəsinin qısa şərhi: Peyğəmbərin (s) mübahiləsi Nəcran məsihiləri ilə olub. 2. İslama dəvət: Peyğəmbər dünyaya risalətini elan edir və Nəcran məsihilərini İslama dəvət edir. 3. Peyğəmbərin (s) Nəcran keşişinə yazdığı məktub: Peyğəmbərləri yada salmaqla öz risalətini elan edir, 4.Nəcranlıların reaksiyaları: Məsihi heyətinin peyğəmbərlik nişanələrini araşdırmaq üçün mədinəyə gəlişi, 5. Peyğəmbərin (s) nəcranlı nümayəndələrlə görüşü, 6. Son silah - mübahilə, Allahın Quranda Məsihilərlə mübarizə üçün göstərdiyi yol: (Ali-İmran:61) 7. Nəcran böyüklərinin mübahilə haqda fikirləri, 8. Mübahilə yerində nə baş verdi? Nəcranlılar ehtiyat edərək Peyğəmbərin (s) təklifini başqa bir yolla əvəz etməyi təklif etdilər, 9. Sülh haqda Əbu Harisənin dedikləri, -“Əgər Məhəmməd bizimlə mübahilə etsə yer üzündə bir nəfər də məsihi qalmaz.” 10. Mübahilənin sonu: Nəcranlılar hər il 2000 zinət əşyası verirdilər. Onların hər biri 40 dirhəm idi. Əlavə, əgər müsəlmanların müharibəsi olsaydı 30 döyüş zirehi və 30 at borc verməli idilər.


Günahları bağışladan və imanı kamilləşdirən xüsusiyyətlər hansıalrdır?


Günahları bağışladan və imanı kamilləşdirən xüsusiyyətlər hansıalrdır? İnsanlar adətən çoxlu ibadət edən, oruc tutan və az gülən insanları daha çox dindar və nicat tapmış hesab edirlər. Halbuki, İlahi peyğəmbərlərin (ə) zamanının çoxu insanların arasında keçərdi və onları hidayət edərdilər. Onlar insanlarla söhbət edib, hidayət etməyi sükutdan üstün hesab edərdilər. Lakin bəşər elə düşünür ki, əgər cəmiyyətdən uzaq olsa, daha çox dindar ola bilər. Lakin indi ki, müsəlmanıq və cahiliyyət dövrünü geridə qoymuşuq, insanlarla düzgün ünsiyyət və rəftar çox mühümdür. (Tebyan) İmam Səccad (ə) buyurur: “Hər kimdə bu dörd sifət olarsa, imanı kamil və günahları bağışlanar. Allahla ondan razı olan halda görüşər”. Günahların bağışlanmasına və imanın kamilləşməsinə amillər ibarətdirlər: --1. İlahi təqva. -“Əgər yaxşılıq etsəniz, özünüzə yaxşılıq etmisiniz və əgər pislik etsəniz, özünüzə aiddir”. (“İsra” 7) - 2. İnsanlara qarşı sadiq və düzgün olmaq. - Allah yanında xüsusi əhəmiyyətə malikdir. -3. Həyaya riayət etmək. Peyğəmbər (s) buyurur: “Nə zaman həya varlığında olmasa, hər nə istəyirsənsə et. Çünki insanda həya olmazsa, yaxşı ilə pisi ayıra bilməz”. -4. Xoş rəftar və xoş əxlaqlı olmaq. Peyğəmbər (s) “Hər kim bəd əxlaqlı xanımının rəftarına səbir edər və bu işində savaba ümid edərsə, Allah şakirlərin savabını ona əta edər”.


Hansı dəstə amillər ağlı məhv edir?


Hansı dəstə amillər ağlı məhv edir? Ağıl da bədən üzvləri kimi daxili və xarici amillərin təsiri altına düşə bilir. Əslində ağlın kamala çatmamasına səbəb olan ən mühüm amil budur. Təsir altına düşə bilən bir ağıl, kamala çata bilməz. Hədislərimizdə ağlı məhv edən bəzi amillərin adı çəkilmişdir ki, onlara işarə edəcəyik. (Tebyan) O dəstə amillər ki ağlı məhv edər:
1. Tamahkarlıq. İmam Əli (ə) buyurur: “Düşüncələrin qurbangahı – arzulardır”. Uzun arzular insanı məhv edər. Xüsusilə də əgər bu arzular tamah üzərində qurulubsa.
2. Xudbinlik. Həzrət İsa (ə) buyurur: “Koru Allahın izni ilə görən etdim, xəstəyə Allahın izni ilə şəfa verdim, ancaq axmağı islah edə bilmədim”. Soruşurlar ki, axmaq kimdir? Buyurur: “O kəs ki, özünə və rəyinə qarşı xudbin olsun. O kəs ki, fəziləti özündə görsün”.
Xudbin insan heç bir zaman faydalı elm dalınca düşməz. Belə ki, İmam Əli (ə) buyurur: “Xudbinlik ağlın, elm və inkişafın artmasına mane olar”.
3. Səfeh insanla yoldaş olmaq. Əmirəlmöminin (ə) yenə buyurur: “Hər kim aqilləri eşitməyi tərk edər, ağlı həlak olar”.


Kərbəla qiyamı bizə nə öyrədir?


Kərbəla qiyamı bizə nə öyrədir? Kərbəla qiyamının bizə verəcəyi dərslər:
1) Azadlıq dərsi, 2). Axirət aləminə inam dərsi, 3. Səbr və dözüm dərsi, 4. Fədakarlıq dərsi, 5. İslami dəyərlərin qorunması, 6. Tanrı hökmünə baş əymək, 7. Əxlaqi səciyyələrə riayət etmək, 8- Başqalarını dinləmək


İmam Hüseyn (ə) qiyamının təqvimini yazın?


İmam Hüseyn (ə) qiyamının təqvimini yazın? İmam Hüseyn (ə) qiyamının təqvimini yazın:
1-Mədinə hakimi Vəlid tərəfindən beyət istənilməsi, 2-İmam Hüseyn və Vəlid arasında ikinci görüş, 3-İmamın mədinədən çıxması, 4-Məkkəyə giriş, 5-Məkkədə qalmaq, 6-Küfəlilərin ilk məktublarının İmama çatması, 7-Müslimin Məkkədən çıxması, 8-Müslimin Küfəyə girişi, 9-Müslimin şəhadəti, 10-İmamın Məkkədən çıxması, 11-İmamın Kərbəla diyarına çatması, 12-Ömər ibn Sədin Kərbəlaya girişi, 13-Ömər ibn Səd tərəfdən ordunun tənzimlənməsi və onun İmam ilə görüşləri, 14-İmamın ordusunun su əldə etməkdən qarşısının alınması, 15-İmamın ordusuna ilkin hücumlar, 16-Aşura hadisəsi, 17-Əsirlərin Kərbəla diyarından köçü


Kişilər qadınlarına nisbətdə neçə şeyə mane ola bilməzlər?


Kişilər qadınlarına nisbətdə neçə şeyə mane ola bilməzlər? Şəriət qanunlarına əsasən qadınlar evdən çıxmaq istəyəndə şəri borclarıdır ki, həyatyoldaşlarından icazə alsınlar. yəni əgər əksinə etsələr Allah qarşısında günahkar hesab olunub, əzaba layiqli olarlar. Bu ümumi qaydadan bir neçə yerlərdə istisna qoyulmuşdur. Yəni kişilər qadınların bu ehtiyaclarını görsələr mane olmamalı hətta onların icazəli olmalarının qarşısını belə ala bilməzlər. İbarətdirlər:
1-Qadın evdən çıxanda etiqadı və şəri məsələlərini öyrənmək məqsədi güdə, 2-Xəstəliyini müalicə etmək üçün, 3-Canına, malına və başqa təsəvvür olunan ziyanlardan amanda qalmaq məqsədi ilə, 4-Özünə aid olan vacibatları yerinə yetirmək üçün evdən çıxa, həcc mərasimində iştirak etmək, ... kimi hadisələrdə. 5-Evdə qalmaqla dözülməz çətinliklərdə üz-üzə qala, 6-Əgər evlənən zaman yaşayamaq, ev seçmək və iş barəsində əqddə seçim ixtiyarını kişi qadına verərsə, 7-Maddi ehtiyaclarını təmin etmək üçün, əgər nəfəqəsi olmasa, 8-Evdən çıxa zülmün qarşısını almaq üçün və ya haqqını əl gətirmək üçün.


İmam Zamanın (ə) qeybi dövründə İmam Sadiq (ə) hansı duanı oxumağı bizə vəzifə olaraq tanıtdırır?


İmam Zamanın (ə) qeybi dövründə İmam Sadiq (ə) hansı duanı oxumağı bizə vəzifə olaraq tanıtdırır? İmam Sadiq (ə) İmam Zamanın (ə) qeybət dövründə oxunmağı lazım bildiyi dua ibarətdir:
\"Allahummə ərrifni nəfsəkə fəinnəkə in ləm tuərrifni nəfsəkə ləm ərif nəbiyyəkə. Allahummə ərrifni rəsuləkə fəinnəkə in ləm tuərrifni rəsuləkə ləm ərif höccətəkə. Allahummə ərrifni höccətəkə fəinnəkə in ləm tuərrifni höccətəkə zələltu ən dini\".
(İlahi! özünü mənə tanıtdır əgər tanıtdırmasan sənin nəbini tanıya bilməyəcəm. İlahi Rəsulunu mənə tanıtdır əgər onu tanımasam zamananın höccətini tanıyamıyacağam. İlahi zamanamızın höccətini tanıtdır əgər tanımasan (zamanamızın höccətini dinimi saxlamaxda yolumu səhv gedərəm.


İmam Rzanın (ə) tövsiyələrindən bir neçəsini yazın?


İmam Rzanın (ə) tövsiyələrindən  bir neçəsini yazın? İmam Rza (ə) Əbdüləzim Hüseyni (ə) vasitəsilə insanlara bu xəbəri çatdırır və buyurur: “Bizim davamçılarımıza və dostlarımıza salam çatdır. Özlərinə şeytanın yolunu açmasınlar... ”. (Tebyan) İmam Rza (ə) buyurur: “İnsanlara de ki, xəyanət etməsinlər”.
İmamın bizlərə tövsiyə etdikləri: 1. Şeytanın yolunu açmayaq. 2. Danışan zaman düz danışaq. 3. Əmanətə xəyanət etməyək. 4. Sükut etmək və yersiz söz, danışmamaq. 5. Bir-birimizi görməyə gedək. 6. İmam (ə) insanlara tövsiyə verməklə yanaşı, bəzilərini nifrinləyir və buyurur: “Mən nifrin edirəm o kəsə ki, Əhli-beyt (ə) davamçılarının abrını aparar. 7. İmam (ə) buyurur: “Allah Əhli-beyt (ə) davamçılarından iki dəstəni bağışlamaz: müşrik olanı və ürəyi bədbin olanı”.


Əbədi əzaba səbəb olan 13 günah hansılardir?


Əbədi əzaba səbəb olan 13 günah hansılardir? Günah ürəyi qaraldar və ibadəti insandan uzaqlaşdırar. Çünki Allah Təalaya mərifət qara ürəklərlə bir yerə sığmır. Günah insanı həm dünyada və həm də axirətdə bədbəxt edir. (Tebyan)
Hər bir əməl öz sahibinə qayıdar və axirətdə hər kəs öz əməlini çiyninə alar. “Hər kim bir zərrə ağırlığında yaxşı iş görmüşsə, onu(n qarşılığını, yaxud eyni ilə təcəssümünü) görəcəkdir. Və hər kim bir zərrə ağırlığında pis iş görmüşsə, onu görəcəkdir”. (“Zəlzələ” 7-8).
Günahkar insan ona bənzəyir ki, özü öz əli ilə gözünə iynə batırır. Nəticədə isə kor olur. Bəzi günahlar insanın həqiqət görən gözünü kor edər. Qoymaz ki, insan dünyada həqiqətləri görə bilsin. “(Qəlbi) bu dünyada kor olan kəs axirətdə də kordur və o, (səadət) yolu(nu) çox azmışdır”. (“İsra” 72).
Quran əbədi əzaba səbəb olan günahları sayır ki, onlardan bəzisinə işarə edək: 1. Küfr. 2. Zülm. 3. Nifaq. 4. Təkəbbür. 5. İlahi ayələri inkar etmək. 6. Bilərəkdən qətl etmək. 7. İlahi həddi aşmaq. 8. Allah və Peyğəmbərlə (s) düşmən olmaq. 9. Vücudu əhatə edən pis əməl. 10. Sələm. 11. İslam düşmənləri ilə dostluq etmək. 12. Şirk. 13. Günah əhli olmaq.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter