Nə üçün imam Hüseyn (ə) Yezidin hakimiyyətini İslamın fatihəsi (sonu) kimi tanıtdırdı?
İmam Hüseyn (ə) irtica təhlükəsi barədə xəbər verirdi. Həmin vaxt müsəlmanlar üçün ən böyük təhlükə şirk, bütpərəstlik və cahiliyyətə qayıdış idi. Bəni-üməyyə irticası İslam ayinlərini, dini şüarları təhqir edirdi.
İslam dünyası, xüsusi ilə böyük dini şəxsiyyətlərin yaşadığı Məkkə, Mədinə, Kufə, Bəsrə kimi şəhərlər səsini udmuş, ölüm sükutuna qərq olmuşdular. İbn Ziyad, Müğeyrə kimi zalım hakimlər günahsız insanları qətlə yetirir, müsəlmanların əqidəsini təhqir edirdilər. Əməvilər İslam mənəviyyatını, dindar təbəqələri əzir, xalqın ehtiramını qazanmış din alimlərini sıxıntıda saxlayırdılar.
Niyə İmam Hüseyn (ə.s) şəhid olacağını bilə-bilə qiyam etdi?
Mümkündür ki, İmam Hüseyn (ə.s) haqqında olan şübhələrdən biri eşidən və ya oxuyanların zehnini özünə məşğül etsin ki, görəsən İmam Hüseyn (ə.s) bu işlə özünü həlakətə atıb halbuki Allah Quranda bu işi nəhy emişdir:“Özünüzü öz əllərinizlə təhlükəyə atmayın!” Bu suala cavab vermək üçün əvvəlcə müqəddimə ünvanı ilə”haram olan həlakət” müəyyən olunsun deyə ayədə olan “həlakət”in mənasına işarə edək, sonra isə görək bu məsələ İmam Hüseynin (ə.s) qiyamına da aid ola bilər ya yox?
Allah Təala buyurur: Bəqərə:195 Allah yolunda infaq edin, öz əllərinizlə özünüzü təhlükəyə atmayın və yaxşılıq edin ki, Allah yaxşılıq edənləri sevir.
Bu ayədə “təhlükə” “həlakət” mənasındadır. Bundan məqsəd adi halda dözülməz dərəcədə insanın özünə zərər verməsidir. Məsələn fəqirlik, xəstəli, ölüm... kimi.
Amma İmam Huseynin (ə) hərəkəti: 1-İslamı qorumaq üçün idi, 2-İmamın qurbanı uca hədəf yolunda idi bu fədakarlıqdır təhlükəyə atmaq deyildir, ki quranın ziddinə bir addım olaraq dəyərləndirilsin...
Xanımı hicabsız olan imam camaata iqtida etmək olarmı?
O halda ki, İmam camatlıq şəraitinə malik olsa, və xanımının bu işi kişin laqeydliyi ucbatından olmasa, və ehtimal olunsa ki o əmr be məuf və nəh əz münkər edib, və xanımın hicabsız olmasına razı deyil, bu halda namazda ona iqtida etmək olar.
Dünyanı dəyişən 10 kitab hansılardır?
Yəqinki çoxlarınızda bu kitablarin hansilar olduğu haqda təsəvvür yaranır. İstər müqəddəs istərsədə digər elmi kitablar haqqinda qısa da olsa əsas məlumatlar yazılıb. Ümumiyyətlə kitab müasir dünyanın bir parçasıdır. Hər gün bütün dünyada milyonlarla kitab çap edilir, satılır, müzakirə edilir və s. Amma bəzi kitablar var ki, onlar insanların, xalqların həyatında mühüm rol oynayıb və belə kitablar dünyanı dəyişib. Bu gün sizə dünyanı dəyişə 10 kitabı təqdim edirik: 1. “Quran” 1 milyarddan çox müsəlman, 2. “İncil” Bu kitab yaranmasından 2 əsr sonra bütün Roma İmperiyasını bütpərəstlikdən xristianlığa çəkmişdir, 3. “Kommunist Manifesti” – bu traktat tarixdə ən çox iz qoyan siyasi əsərlərdəndir. 4. “Millətlərin sərvəti” – Bu kitab müasir dünya iqtisadiyyatı anlayışını formalaşdırıb – azad iqtisadiyyatı və rəqabəti.5. “Növlərin Mənşəyi” – kitab növlərin təkamülünün öyrənilməsində əvəzsiz rol oynayıb. 6. “Riyaziyyatın prinsipləri” – Nyutonun 1687-ci ildə yazdığı bu əsər müasir fizika və riyaziyyat elmlərinin təməlini qoyub. 7. Qalileyin Dialoqu, Bu kitab əsrlər boyu müzakirə ediləcək “din, yoxsa elm” mübahisələrini başlatmışdır, 8. “Tarix” – qədim dünya haqda biliklərimizin mənbəyi və Qərbdə tarix elminin əsasını qoyub. 9. “İkinci cins” – kitabda Bovuar qadınlarla tarix boyu “ikinci cins” kimi davranıldığını iddia edir. 10. “Yuxu Yozmaları” – Freydin psixoanalizə ən böyük töhvəsi hesab olunur.
Hansı məhsulların tərkibində xolesterin çoxdur?
Əgər hər bir insan, xolesterinin hansı məhsullarda çox, hansılarda az olduğunu bilsə, o zaman orqanizmdə onun səviyyəsini kontrol edərək,özü orqanizminin infark və insultdan profilaktikasını təmin edə bilər. Xolesterin — bir çox daxili proseslərin baş verməsi üçün orqanizmin istehsal etdiyi çətin kimyəvi birləşmədir ki, çoxlu bədən orqanizmlərində prablemlər yaradan amildir. Bunu yadan yeməklər:
— yağ və marqarinin qəbulu, — yağlı ət növləri, paştetlər, şorabalar, hisdə qurudulmuş məmulatlar və konservantlar, — qatılaşdırılmış süd, yağlı kəsmik və əridilimiş pendirlər, — paçkada olan hazır suplar, — qızardılmış kartof, — un məmulatları, — kako, qəhvə, mayonez, spirtli içkilər və ədviyyatlar ...
İmam Zaman ağanın (ə.f) dostlarının 6 mühüm xüsusiyyəti hansılardır?
İmam Zaman ağa (ə.f) zühur edərkən, bütün dünya insanlarına xitab edəcək və İslamın şüarını və müraciətini hamıya çatdıracaqdır. O insanlar ki, İmamın (ə.f) sözlərini qəbul edəcək - onlar İmamın (ə.f) dostları olacaqlar. (Tebyan)
İmamın (ə.f) dostlarının elə xüsusiyyətləri vardır ki, başqalarından fərqləndirər. Onların ən mühüm xüsusiyətləri bunlardır:
1. Dərin baxış və dərkə malik olmaq, 2. İbadət. İmamın (ə.f) dostları öz rəhbərlərindən nümunə götürür və gündüz və gecələrini zikrlə keçirirlər. 3. Məhəbbət. İmam Zaman ağanın (ə.f) dostları ona sevgi bəsləyərlər. 4. İtaət. Həzrətin (ə.f) istəyini öz istəyindən üstün bilmək, 5. Şücaət. Onlar bu yolda möhkəm əzmə və iradəyə malikdirlər. 6. Səbir. Bu insanlar təvazökar və ixlaslı olduqları üçün öz əməllərini heç sayarlar. Çətinliklərin hücumuna baxmayaraq, Allaha minnət qoymazlar.
Dəstəmazi vacib olan əməllər hansılardır?
Altı şey üçün dəstəmaz almaq vacibdir:
1. Meyit namazından qeyri-vacib namazlar üçün; müstəhəbbi namazlarda isə dəstəmaz, namazın səhih olması üçün şərtdir. 2. Unudulmuş səcdə və təşəhhüd üçün; əgər onunla namaz arasında bövl etmək kimi dəstəmazı pozan bir hədəs baş vermişdirsə; amma səhv səcdəsi üçün dəstəmaz almaq vacib deyil. 3. Həcc və ümrə əməllərindən olan Kəbə evinin vacib təvafı üçün. 4. Dəstəmaz alacağına dair nəzir, əhd və and etmişdirsə. 5. Məsələn; Qurani-Şərifi öpəcəyinə nəzir etmişdirsə. 6. Nəcisə bulaşmış Quranı suya çəkmək üçün,
Yaxşı əhval-ruhiyyə üçün 11 məsləhət hansılardır?
Əgər siz həyatınızda nəyinsə düz getmədiyini, kədərli fikirlərin daha çox olduğunu hiss edirsinizsə, çalışın bu vəziyyətdən tez çıxasınız, çünki bu getdikcə uzana bilər. Yaxşı əhval-ruhiyyə üçün 11 məsləhət:
1. Özünüzü idarə etməyi öyrənin. Kiçik şeylərə görə inciməyin. 2. Dünyaya yumor hissi ilə baxmağa çalışın. 3. Bütün dünyaya küsərək evdə oturmayın! 4. Həyatınıza yeniliklər gətirin. Məsələn: təzə hobbiyə başlayın və yaxud geyim tərzinizi dəyişin. 5. İstirahət etməyi bacarın! Məsələn dostlarınız və yaxud sevdiyinizlə görüş barədə. 6. Üzgüçülüklə məşğul olun. 7. Dayanın və düşünün. Otağınızı müntəzəm təmizlədiyiniz kimi fikirlərinizi, məqsədlərinizi və münasibətlərinizi də qaydaya salmalısınız. 8. Həyata daha asan münasibət bəsləyin. 9. Perspektiv hissini qoruyun. Həyat özü bir hərəkətdir. Bu gün sizin üçün faciə olan bir şey sabah sizin üzünüzü güldürə bilər. 10. Xoşagəlməz şeyləri unudun. 11. Alış-veriş edin.
Puldan da vacib olan şeylər nələrdir?
Sahibnəzərlər deyirlər: Gözünüz ancaq onun-bunun pulunu saymasın. Həyatda puldan önəmli, dəyərli elə məfhumlar var ki, biz bəzən onlar haqqında unuduruq. Onları sadalayırıq:
1-Savad, Savadlı adamın həmişə çörəyi var. 2-Nigah — Partnyorunuz sizi stimullaşdırır, daha çox işləyir, daha çox uğur qazanırsınız. 3-Fiziki sağlamlıq — Cansağlığı böyük nemətdir. 4-Psixoloji sağlamlıq — çətinliklərdən qorxmamaq üçün psixologiyamız gərək güclü olsun. 5-Öz gücümüzə söykənmək — Sizin dəyəriniz özünüzə inamınız, bacarığınız və gücünüzdür. 6-Ünsiyyət — Öz fikirlərmizi auditoriyaya bildirmək qabiliyyəti həqiqətən qiymətsizdir. 7-Başqalarına kömək etmək – özünü xoşbəxt hiss etmək üçün başqalarını çətinlikdən qurtarmaq çox dəyərlidir. 8-Minnətdarlıq və şükür etmək — Çünki bəlkə də bizim sahib olduğumuz kiminsə arzususdur. 9-Mənəviyyat — Hansını ki, nə başqa yerlərdə nə də pulla tapa bilirik. 10-Dostlar – insanın qolu və söykənəcəyi gücdür.
İslamda 10 ödəniləsi haqlar hansılardır?
Ağıllı məxluq və bütün varlıqlardan üstün seçilən insan o zaman dəyərli olar ki vəzifələrini tanısın və haqlarını əldə etməkdə və ödəməkdə çalışqanlıq etmiş olsun. Öncə başqalarının haqqını ödəməlidir ki, onun haqqlarına da hörmət olunub və Allah da ona yar olsun. İslam maarifi baxımından İslamda haqqlar 10-dür:
1.Allahın haqqı -ona ibadət etmək, 2.Məhəmməd peyğəmbərin (s.ə.s) - onun risalətinə baş əymək, 3.Valideynin haqqı - onlar istəmədən onaların ehtiyacını təmin etmək. 4.Övladın haqqı -gözəl tərbiyə vermək, 5.Qohum haqqı - Onlarla get-gəl etmək, 6.Qonşunun haqqı - çətinliklərində yardımcı olub, ona xəyanət etməmək, 7.Ərlə arvadın bir birinə olan haqqı. kişilər qadınların nəfəqəsini ödəməli və qadınlar itaətkar olmalı, 8.Hakimlərin haqqı - hökmlərinə tabe olub itaət etmək, 9.Müsəlmanların bir-birinə olan haqqı - bir-birinə qarşı mərhəmətli olmaq, 10.Qeyri-müsəlmanların haqqı - insanlara qarşı ədalətli olmaq,