Kərbəlada qadınların olmasının sirri və faydaları nə oldu?


Kərbəlada qadınların olmasının sirri və faydaları nə oldu? Kərbəla qiyamında qadınların olması Bəni Üməyyə nəslinin çirkin hədəflərini alt-üstə etmək üçün idi. Bu cür ki, fədakar qadınlar xüsusən də Zeynəb (ə) dəfələrlə etdiyi xütbələrdə İmam Huseynin (ə) qiyamının hədəflərini açıqlamaqla İslam ümmətini həqiqətlərdən agah edərək mövcud hakimiyyətə qarşı nifrət oyatdı. Eləcə də qadınların aşura qiyamında olan rolları bunlardan ibarət idi:
1. Qiyamın həqiqətini bəyan etmək: İmamın hədəfinin yaxşılığa dəvət, pislikdən çəkindirmək və Peyğəmbər və Əli (ə) sünnətinə ümmətin qayıtmasının lazımlığı və bidətlərin məhvi olduğunu açıqlamaq üçün qadınlar kərbəlada iştirak edirdilər. 2. Allah yolunda fədakarlığın həddini təyin etmək , mübariz insanların bəzi çətinliklər qarşısında təslim olması tarixdə səbt olunmuşdur, amma kərbəla qiyamı iman və hədəf yolunda heç bir həddə dayanmağın icazəli olmaması deyildiyi bu hərəkətdə açıqlandı. 3. Nalə və göz yaşları, Qadınlar bu yolla zülmün nə qədər faciəvi və böyük yüklü olduğunu hər yerdə açıqlaya bildilər, hətta düşmənlərdə belə hakimiyyətin əməlinin çirkin olduğu söylənildi, 4. Xanımların əsarəti, bu əməlin heç bir yozulacaq yolu olmaması zülmkarların rüsvay olmasına səbəb oldu.


Ələmə inanmaq olar, yoxsa yox?


Ələmə inanmaq olar, yoxsa yox? Dini mühiti qıcıqlandırmaq üçün mütəmadi olaraq gündəmə gətirilən mövzulardan biri də ələm mövzusudur. Ələmdən sui-istifadələri görüb islah etmək istəyənlər də ələmdən yazırlar, Kərbəla qiyamı ilə düşmən olub onun simvollarını məhv etməyə çalışanlar da bu işə girişirlər.
Ən geniş yayılmış metod budur ki, ələmi camaatdan pul qoparmaq vasitəsi kimi tənqid edirlər. Amma maraqlıdır ki, niyə bu pulun hansı məqsədlə yığılmasını şərt qoymurlar? Simvolik mənada bir xəstə uşaq şəklini yaymaqla xeyriyyə aksiyası keçirmək, pul yığıb filan xəstəlikdən əziyyət çəkən uşaqlara sərf etmək yaxşı əməldirsə, ələmdən bu məqsədlə istifadə etmək niyə pis olmalıdır? Pul ələmin qarşısına atılsın, ya nəzir qutusuna, ya da xeyriyyə vəqfinə verilsin - nə fərqi var ki? Tənqid edirsinizsə, yığılan pulların şəffaflıqla xərclənmədiyini tənqid edin. Rüsvay edirsinizsə, pulların kiminsə cibinə getməsini rüsvay edin.
Ələmi tənqid atəşinə tutanların özləri öz sosial səhifələrində yardım aksiyalarını azmı reklam ediblər? Həmişə bu aksiyanın şəffaflığını yoxlayırlarmı? Onun reklamını paylaşmazdan əvvəl bunun həqiqət, yoxsa saxta olması ilə maraqlanırlarmı? Yığılan pulların deyilən məqsəd üçün xərcləndiyi barədə hesabat istəyirlərmi? Elə isə məhz ələmə qarşı bu nifrət haradandır? İstər ələm olsun, istərsə də hər hansı başqa vasitə - fırıldağa, yalana xidmət edirsə, onun istifadəsi günahdır. ...


Qəbirlərin ziyarəti məsələsində Səhabə və tabeinin rəftarlarından bir neçə nümunə qeyd edin?


Qəbirlərin ziyarəti məsələsində Səhabə və tabeinin rəftarlarından bir neçə nümunə qeyd edin? İslam maarifini dəqiq mütaliə edib və insaflı hökm edilsə qəbirlərin ziyarətinin haram olmaması aşkar və açıqlamaya ehtiyaclı olmayan bir məsələ olduğu başa düşülər. Qəbirlərin ziyarəti haqda səhabə və tabeinlərdən bir neçə nümunə qeyd etməklə sözümüzü isbat edəcəyik: 1. Əbu Cəfər (ə) buyurur: Allahın elçisinin (s) qızı Fatimə həmişə həzrət Həmzənin (Allah ondan razı olsun) qəbrini ziyarət edərdi. Xanım Fatimə onu yenidən təmir edib, nişanə olaraq bir daş qəbir üzərinə qoydu. 2- İbn Əbi Məlikə deyir: Ayişəni, qardaşı Əbdürrəhmanı ziyarət edərkən gördüm (Ayişənin qardaşı Əbdürrəhman, Həbəşi adlı məkanda vəfat etmiş, elə oradaca basdırılmışdır). 3- İmam Baqir (ə) sevimli atası İmam Səccadın (ə) məzarını ziyarət etməyə gedərdi. ... və çoxlu qəbir ziyarətinin nümunələri var tarixdə ki, bu əməlin haram olmamasınıa şahid tutmaq olar.


Həzrət Zeynəbin (ə) həyatına bir baxış!


Həzrət Zeynəbin (ə) həyatına bir baxış! Həzrət Zeynəb (ə) İmam Əli (ə) və Fatimeyi-Zəhranın (ə) böyük qızı idi. Məsum olmasa da böyük şəxsiyyət olmuşdur ki, tarix onun yaşayışı haqda ibarətamiz dastanlar yazmışdır. O İmam Huseyinnin (ə) Kərbəla qiyamının hədəfinə çatması üçün böyük addımlar atmışdır. Belə ki, Kərbəlada haqsızlıqlar görməklə bütün İslam aləminə onun haqqında danışdı və dövrün şeytansifətli insanları rüsvat edib, pis işlərini aşkar etdi. Eləcə də İmam Huseyindən (ə) sonra İmam olan Səccad (ə)-ı zülmkarların şərrindən qorudu. ...


Aşura gecəsində baş verən 5 mühüm hadisə nələr olmuşdur?


Aşura gecəsində baş verən 5 mühüm hadisə nələr olmuşdur? İmam Huseynin (ə) Kərbəla qiyamında çoxlu qeyri-adi hadisələr və çox böyük hədəfli hadisələr baş vermişdir ki, Aşura gecəsində də 5 mühüm hadisə tarixdə yazılmışdır ki, onlara işarə edirik: 1. Aşura gecəsi İmam Hüseynin (ə) tərəfdaşlarından biri olan Muhəmməd ibni Bəşir Həzrəmi oğlunun başqa yerdə çətinliyini eşitdikdən sonra da İmamı tərk etməməsi İmamın onun üçün dua etməsi. 2. İmam (ə) Aşura gecəsi öz tərəfdaşlarına xütbə oxudu və onları şəhadətdən və xeymələrə hücum haqda agahlıq verdi. 3. İmam Hüseyn (ə) əmr verir ki, xeymələrin arxasında xəndək qazsınlar ki, hərəmi qorumaq mümkün olsun. Əmr edir ki, düşmən hücum edən zaman xəndəyin üzərində olan cubuqlara atəş vursunlar ki, düşmənin xeymələrlə əlaqəsi arxadan kəsilmiş olsun. 4. Aşura gecəsi İmam Hüseynin (ə) əmri ilə Əli Əkbər ağa (ə) 30 nəfərlə bir yerdə Fəratdan su gətirir. İmam (ə) öz tərəfdaşlarına buyurur: “Qalxın, qüsl alın və dəstəmaz alın ki, bu, sizin sonuncu azuqənizdir”. 5. İmam (ə) Aşura gecəsində etdiyi xütbədən sonra işıqları söndürməyi əmr edir və sonra buyurur ki, hər kim onunla vuruşmaq istəmirsə və hər kimin borcu varsa, geri qayıtsın.


\"QIRX” KƏLMƏSİ HAQQINDA QIRX İNÇƏLİK NƏLƏRDİR?


"QIRX” KƏLMƏSİ HAQQINDA QIRX İNÇƏLİK NƏLƏRDİR? Məsumların rəvayətlərinə əsasən Qırx gün kəlməsinin incəliklərdə çoxlu sözlər deyilmişdir. Biz burda qırx gəlməyə qırx incəlik qeyd edirik:
1-Qırx günlük ixlaslı əməl elm və hikmət hədiyyə edər, 2-Qırx günlük ixlaslı əməl insanı zahid edib mərifət bəxş edər, 3-Şərab içənin qırx gün saleh əməli xüsusən namazı qəbul olmaz, 4-Hər kəs qırx möminə dua edə və sonra öz istəklərini dilinə gətirə Allah onun duasını qəbul edər, 5-Meyyit şəxsin haqqında 40 mömin ölümündə şəhadət verə ki, mömin idi Allah onun bağışlayar, 6-Camaatı maarifləndirmək üçün qırx hədis öyrənən şəxs qiyamət günü fəqih və alim olaraq tanıtdırılacaq. Eləcə də peyğəmbər, övliya və şəhidlərlə məşhur olacaqdır. 7-Qırx cümə günü ardıcıl olaraq cümə qüslü alan şəxsin cəsədi qəbirdə çürüməz, 8-Qırx gün Ayətül-kürsünü oxumaq duaları qəbul etdirər, (Bəqərə surəsi ayə 255) 9-Quranın Həşr surəsini 40 gün oxumaq hacətlərin qəbul olunmasına kömək edər, 10-Qırx dəfə həcc ziyarətinə gedən şəxsə qiyamətdə istədiyi şəxsə şəfaətçi ola bilər, ...


Cümə gününün bilinməyən möcüzələri varmı?


Cümə gününün bilinməyən möcüzələri varmı? Rəvayətlərdən istifadə olunur ki, Cümə günləri hər kəs bir dəstə əməlləri edərsə Allah-Taaladan möcüzəvi hədiyyələr alar:
1-Cümə gecəsi Kəhf surəsi oxuyan şəxsin günahlarını Allah bağışlayar, 2-Cümə günü günah etmədən keçsə digər günahlardan da salamatçılıqla keçər, 3-Cümə günü səksən salavat deyənin 80 illik günahı məhv olar, 4-Cümə günü dırnaq kəsmək şəfaya səbəbdir, 5-Cümə günü işlədilən savablar çox dəyərlidir və neçə qat olar, eləcə də cümə gecəsi olan günahlar neçə bərabər hesab olunar, 6-Cümə günü və ya gecəsi ölən mömin, şəhid və qəbir əzabından xilas olar, 7-Altıncı günü yəhudilərə, bazar günü xristiyanlar və cümə günü müsəlmanlar üçün seçildi ki bu gündə bərəkət, xeyir və yaxşı hadisələr baş verir, 8-Cümə gecəsi Yasin surəsini oxuyanın günahları bağışlanar, 9-Cümə günü 600 min insan cəhənnəmdən çıxardılır, 10-Cümə namazında iştirak etmək və bu günü əzəmətli tutmaq müsəlmana layiq əməldir.


Qurana bir neçə sualımız və onun ayələrinin bizə cavabı?


Qurana bir neçə sualımız və onun ayələrinin bizə cavabı? Qurani Kərimdə Allahın bizə cavabı:
1-Dedim: Çox tənhayam. Dedi: Mən ki sənə çox yaxınam. (\"Bəqərə\",186)
2-Dedim: Bilirəm SƏN mənə yaxınsan, amma mən SƏNDƏN uzağam. Kaş ki mən də SƏNƏ yaxın ola biləydim. Dedi: Səhər-axşam yalvararaq, qorxaraq, səsini qaldırmadan ürəyində RƏBBİNİ yad et. (\"Əraf\", 205)
3-Dedim: Bu da SƏNİN köməyini istəyər. Dedi: ALLAHIN sizi bağışlamasını istəməzsinizmi? (\"Nur\", 22)
4-Dedim: Əlbəttə ki, məni bağışlamağını çox istəyirəm. Dedi: (Elə isə) RƏBBİNİZDƏN bağışlanmağınızı diləyin və ONA tövbə edin. Həqiqətən, RƏBBİM (bəndələrinə) rəhm edəndir, (onları çox) sevəndir! (\"Hud\", 90)
5-Dedim: Çox günahkaram, bu qədər günahla mən nə edim? Dedi: Məgər onlar bilmirlər ki, ALLAH qullarından tövbə qəbul edər, sədəqə (zəkat) alar. Və ALLAH tövbələri qəbul edəndir, rəhmlidir?! (\"Tövbə\", 104) ...


Peyğəmbərdən (s) qadınlar haqda bir neçə rəvayətə işarə edin?


Peyğəmbərdən (s) qadınlar haqda bir neçə rəvayətə işarə edin? İslam Peyğəmbəri (s) Qadınlarla rəftar və başqalarının namusuna hörmətsizliyin nəticələri haqda belə buyurur: 1-\"Kim naməhrəm bir qadınla qucaqlaşsa, ALLAH-u Təalanı qəzəbləndirər\".
2- \"Bir yerdə, zina və sələm çoxalırsa, o yerin xalqı, bəlaya məruz qalır\".
3-\"ALLAH qadın paltarını geyən kişiyə və kişi qılığına girən qadına lənət etsin\".
4-\"Qadın zərər görməyə uyğun bir varlıqdır, şeytan onun azdırar. Onun üçün ya çölə çıxmamalı, ya da çıxdığında çox diqqətli olmalıdır


Görəsən nəyə görə Məhərrəmliyi əziz tutmalıyıq?


Görəsən nəyə görə Məhərrəmliyi əziz tutmalıyıq? Bu sualın cavabı elə də mürəkkəb deyildir. Hər hansı bir yeniyetməyə çox asanlıqla başa salmaq olar ki, bütün cəmiyyətlərdə baş verən mühüm hadisələr, həmin xalqın gələcək həyatında, müqəddəratında böyük izlər qoyub, mühüm rol oynaya bilər. O xatirələrin yad edilməsinin səbəbi, həqiqətdə həmin hadisələrin bir daha bərpa edilib, xatirələrdə yenidən canlandırılmasıdır. Bu kimi tarixi hadisələrin təkrar-təkrar yad edilməsi həmin olayların həqiqi mahiyyətini üzə çıxarır, qarşılaşdıqları problemlərin həllində, gələcək həyatın düzgün qurulmasında xalqa yardımçı olur. Məlum məsələdir ki, həmin hadisə tarixin faydalı və şanlı səhifəsidirsə, onun yenidən yad edilib, canlandırılması insanlara şərəf, ləyaqət və ruh yüksəkliyi aşılayacaq.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter