Paxıllığın yaranmasına səbəb olan amillər nələrdir?
Paxıl insan şeytandan (lən) və Firondan da daha pisdir. Belə ki, şeytanla Fironun söhbətinə nəzər salanda görmək olur ki, şeytan paxıl insanı Firondan və özündən də pis adlandırır. Firon şeytana sual verir: “Məndən və səndən də pisini yer üzündə tanıyırsanmi?”. Şeytan (lən) deyir: “Paxıl insan məndən və səndən də pisdir. Çünki paxıllıq insanın yaxşı əməllərini yeyər, necə ki, atəş odunu yeyər və yandırar”. (Tebyan)
Paxıllıq o qədər təhlükəli bir xəstəlikdir ki, sahibini həm zahirdə və həm də batində yeyib bitirər. Həm bu dünyasını və həm də axirətini məhv edər. İmam Sadiq (ə) buyurur: “Paxıl insanın üç nişanəsi vardır: insanın arxasınca qeybət edər, üzləşən zaman yaltaqlanar, başqalarının çətinliyə düşməsindən şad olar”. Paxıl insan həyatda heç bir zaman müvəffəq ola bilməz. İmam Əli (ə) buyurur: “Paxıl insan alicənab olmaz”. Həzrət Əli (ə) başqa yerdə buyurur: “Paxıllıq insanı qəm və qüssəyə düçar edər”. Bəs paxıllığı yaradan amillər hansılardır? 1. Düşmənçilik. 2. Təkəbbür. 3. Məqsədə çatmaq qorxusu. 4. Rəhbərlik etmək istəyi. 5. Zati paxıllıq.
Əraf haradır və Əraf səhabələri kimlərdir?
“O iki dəstənin arasında bir pərdə və arakəsmə vardır. Ə’rafın üstündə hər bir dəstəni simalarından tanıyan (Allahın övliyalarından olan) kişilər vardır. Onlar hələ daxil olmamış və ümid bəsləyən Cənnət əhlinə «Sizə salam olsun» (deyə) nida edərlər. Gözləri Cəhənnəm əhlinə tərəf dönən zaman deyərlər: «Ey Rəbbimiz, bizi zalım qövmlə birgə etmə». Və Ə’rafın üstündə olan kəslər üzlərindən tanıdıqları kişiləri səsləyər (və onları məzəmmət etmək məqsədilə) deyərlər: «(Gördünüz ki,) sizin toplum və cəmiyyətiniz və təkəbbür göstərməyiniz (sizdən heç bir əzabı) dəf etmədi!». (Və möminlərə işarə edərək deyərlər:) «Məgər bunlar Allahın Öz rəhmətinə qovuşdurmayacağını and içdiyiniz kəslər deyildirlər? (Sonra möminlərə deyəcəklər:) “Cənnətə daxil olun ki, sizə nə bir qorxu var və nə də qəmgin olacaqsınız”». (Əraf/ 46-49).
Əraf haradır və Əraf səhabələri kimlərdir? Bu haqda təfsirçilər arasında fikir ayrılığı vardır. Yuxarıdakı ayədən də aydın olur ki, Əraf səhabələri Qiyamət gününə aid bir məsələdir. Bəzi təfsirçilər deyirlər ki, Əraf behiştlə cəhənnəm arasında olan divar və ya pərdədir. Yəni, orada olan hər bir insan hər iki tərəfi görə bilir. (Tebyan)
Əraf səhabələrinin kimlər olduğu haqda nəzərlər müxtəlifdir. Bu nəzərləri üç dəstəyə bölmək olar: 1. Onlar böyük və şəxsiyyətli insanlardır ki, bütün xəlq olmuşlardan şərəflidirlər. 2. Orta həddə olan insanlardır ki, kafirlərdən və münafiqlərdən üstündür. 3. İnsan cildində Ərafda aşkar olan mələklər.
İmam Hüseyn (ə) üçün tökülən göz yaşının bərəkətləri nələrdir?
İmam Hüseyn (ə) üçün tökülən göz yaşının çox sayda bərəkət və fəziləti vardır ki, onların bəzisi ilə tanış olaq: 1. İmam Hüseyn (ə) inqilabını ayaqda saxlayar və zülmə və zalıma qarşı hiss aşılayar. 2. İmam Hüseynə (ə) olan sevgi artar və düşmənlərinə qarşı nifrət hissini çoxaldır. 3. Dinin həqiqəti ilə tanış olmaq və dinə olan əlaqəsini gücləndirər və möhkəm edər. 4. Günahlar bağışlanar. -kiçik və böyük, az və çox günahlarını bağışlayar. 5. Behiştdə sakin olmaq. İmam Sadiq (ə) hədisinə istinadən. 6. Şəfa tapmaq və xowa gəlməz. 7. İmam Hüseynə (ə) göz yaşı tökən Qiyamət günü ağlamaz. 8. Can verən zaman amanda olar.
Zikrdən məqsəd nədir?
Allahı zikir etmək insanın ruhiyyə və əxlqında böyük təsiri vardır ki, qarşılıqlıdır. Allahı yad etmək bəndədən və ürəyin aydın, saf və Allahın əmirlərinə əməl etməmək qorxusu, günahların bağışlanması, elm və hikmətin əta olunması isə Allah tərəfindəndir. Umumi olaraq zikri iki hissəyə bölmüşdürlər dildə və qəlbdə, dildə olan zikri “verd” də adlandırırlar. Bu nəzəriyyəyə əsasən hər bir varlıq öz məqamına uyğun bir dərəcədə Allahı yad edir və hər bir insanda öz dərəcəsində Rəbbini tanıyarıq bir dərəcədə Allahı zikr edir və yaxud öz məqamı dərəcəsində Allahı unudur; bunun ücün də insanın kamilliy məqamı allahı yad etməyə bağlıdır.
Verd və ya dildə zikr etmək də şəriət və irfanda xususi bir növdə diqqət altındadır, ondan məqsəd insanın Allaha diqqəti və onun vasitəsiylə qəlbin oyanmasıdir. Əlbətdə zikrin davamlı olması vasitəsiylə, zikir edən şəxslər Allah arasında olan hicablar kənar olur. Odur ki, irfanda da xikrin qaydaları da bu böyük hədəf ücündür ki, bir cox aləmlərin hicabını kənar etmək qabiliyyətini insanda yaradır.
Gözəl ailəyə malik olmaq üçün Məsumların (ə) 10 tövsiyəsi nələrdir?
Müsəlman ailə: Gözəl ailəyə malik olmaq istəyən hər bir kəs ailədə sevgi, dostluq, qarşılıqlı anlaşma, hörmət, bir-birinin haqqına riayət etmək kimi mövzulara xüsusi əhəmiyyət verməlidir. İslam dini hər bir müsəlman qadın və kişinin xoşbəxt yaşaması üçün qanunlar təyin etmişdir ki, hər biri onu yerinə yetirməlidir.
İslami maariflərdə gözəl ailəyə sahib olmaq üçün 10 mühüm tövsiyələri görmək olar. İbarətdirlər:
1. Həyat yoldaşı ilə imanla rəftar etmək, 2. Həyat yoldaşı ilə düzgün rəftarı Əhli Beytin həyatından nümunə götürmək, 3. Həyat yoldaşı ilə mehriban olmaq, 4. Həyat yoldaşı ilə təkəbbür və kobud olmamaq, 5. Həyat yoldaşına cismi zərər yetirməkdən çəkinmək, 6. Mən səni sevirəm sözü ilə kişi qadınını özünə vəfalı etməyə çalışsın. (qadın da həyat yoldaşı səninlə fəxr edirəm deməklə müştərək həyatlarını daha da möhkəm etsinlər) 7. Kişi həyat yoldaşına münasib nəfəqə versin və dini məsələlərini öyrətsin və qadın da həyat yoldaşı ilə uyğunlaşmağa çalışsın. 8. Halal ruzi ilə ailəsini təmin etsin ki, düzgünlük ailəyə hakim olsun. 9. Həyat yoldaşına hədiyyə verməklə kişi qadınının dəyərli olduğunu göstərməlidir. və ailəsini də hədiyyələndirsin yəni övladlarını və ... 10. Bir-biriləri üçün gözəlləşsinlər, qadın yoldaşı üçün bəzənsin və kişi də qadınının söykənəcək olan həyat yoldaşını paklıq mənbəyi kimi görməlidir.
İmam Əli (ə) baxışında hansı əxlaqi xüsusiyyətlər bəzi insanlardan daha çox bəyənilir?
İnsan dərki və düşüncəsində əxlaqi xüsusiyyətlər səadət səbəbi hesab olunur. İslam maarifində isə buna daha dərin baxış olaraq İmam Əli (Ə) hədisindən Bəzi əxlaqi xüsusiyyətlərin, seçilmiş insanlarda olması daha çox dəyərli və Allah dərgahında vacib olaraq tələb olunur. O əxlaqi xüsusiyyətlər ibarətdir:
1-Ədalətli olmaq bəyənilmiş xüsusiyyətdir, amma dövlət başçılarında olması dəyərli və tələb olunandır,
2-Səbirli olmaq gözəl xüsusiyyətdir, amma fəqirlərdən daha qiymətli və tələb olunandır,
3-Allah qorxusu, təqva bə günahlardan çəkinmək gözəl xüsusiyyətdir, amma alimlərdən daha dəyərli və tələb olunandır,
4-Günahlardan tövbə etmək gözəl əməldir, amma cavanlardan daha qiymətli və dəyərlidir,
5-Həyalı və iffətli olmaq gözəldir, amma qadınlardan daha gözəldir,
6-Əliaçıqlıq gözəldir, amma imkanlı şəxslərdən daha bəyənilən və istəniləndir.
İmam Zamanın (ə) qiyamı hadisəsinə aid üç şübhəyə cavab!
İmam Zamanının (ə) qiyamı hadisəsinə aid üç şübhə və cavablar ibarətdir:
A) İmam Zamanın (ə) qiyamı nə zaman başlayacaqdır?
cavab: İmam Zamanın (ə) 313 xüsusi səhabəsi Məkkədə o həzrətin yanına gəlməsi və köməkçilərinin 10 min nəfərə çatması ilə dünyaya elan olunacaqdır.
B) Sual: İmam Zamanın (ə) zühuru zamanı hansı qüvvələr o həzrətə kömək edər?
Cavab: İlahi möcüzələr və dünya cəmiyyətinin o həzrətin hədəflərinə inam gətirməsi o həzrətin ilahi hökumətinin qurulmasında kömək edəcəkdir.
C) Sual: İmamın qılıncla qiyam etməsi necə başa düşülür bir halda ki, dünya silah cəhətindən çox inkişaf etmişdir?
Cavab: İmamın qiyamı zamanı (ə) deyilən mühüm bir məsələ budur ki, İmam Cəddinin qılıncı ilə zühur edəcəkdir mənası budur ki, qılıncla qiyam kinayədir silahla zühur etmək və cihad etməyə əmr olunmaqdır. Eləcə də İmam Zaman (ə) zühur edən zaman əsrinin düşmənləri ilə mübarizə edərkən zamanında lazım olan silahlardan bəhrələnəcəkdir.
İmam Huseyin (ə) qiyamı, hansı ictimai şəri hökmləri bizə öyrətdi?
İmam Huseyin (ə) qiyamı ilə səadətə çatmağın yollarını islam ümmətinə öyrətdi. O cümlədən bu qiyamın ictimai fiqhi hökmləri dərs olaraq o həzrətin əməli sünnətindən ələ gəlir. Kərbəla qiyamının ictimai şəri hökmləri ibarətdir:
1-Hər bir İslami addım dini vəzifə olaraq həyata keçirilməlidir, istər insanın ziyanına olsun və ya xeyrinə.
2-Hər islahedici addım gərək İslami quruluşu yaratmaq və ya onu qorumaq üçün nəzərə alınsın,
3-İslam düşməni ilə yola gəlmək İslamın və müsəlman ümmətinin ziddinə olsa şəriətə görə qəbul olunmazdır,
4-İmamın qiyamı tarix boyu bütün bəşəriyyət üçün həyati nümunə olaraq əməli dərs oldu ki, zülmə qarşı mübarizə azad insanların borcudur,
5-Cəmiyyət məsləhətləri şəxsi məsləhətlərlə üst-üstə gələrsə şəri hökm budur ki, ümmətin məsləhətinə şəxsi istəklər və məsləhətlər qurban verilməlidir,
6-Çətinlikdə təqiyyə etmək qaydası İslamın əsaslarını qorunması zamanı işlək deyildir,
7-Allah yolunda cihad edib ilahi qaydaların məhvinin qarşısını almaq insanın qələbəsi mənasındadır zahirdə məğlubiyyət yaransa belə.
İmam Zaman (ə) köməkçiləri hansı xüsusiyyətlərə malik olmalıdırlar?
İmam Zaman (ə) zühur edən zaman rəvayətlərdə 313 xüsusi səhabə və çoxlu sayda köməkçilərinin olması deyilmişdir. Belə bir sual irəli gəlir ki, o ağanın səhabələri hansı xüsusiyyətlərə malik olacaqlar. Rəvayətlərdən belə istifadə olunur ki, o həzrətin səhabələri bu xüsusiyyətlərə malik olaraq belə böyük məqama nail olarlar. Seçilmiş səhabələrin xüsusiyyətləri ibarətdir:
1-Mərifət, Onlar Allah və İmamla dərin tanışlığıa və düşüncəyə malik olarlar. 2-İtaətkar olarlar, İmamın hər əmrini ilahi şəri hökm olaraq qəbul edib istəyin niyəliyindən sual verməz və inkar və əmli zidiyyət göstərməzlər. 3-İbadətkar və güclü və möhkəm iradəli olarlar, 4-Şəhadət və səadət tələb olarlar, Allah yolunda qurban olmağı arzu edərlər, 5-Həmrəylik və birlik yolunda olar və başqalarını birliyə dəvət edənlərdən olarlar, 6-Maarifləndirmək qabiliyyətinə malik olarlar.
Hacətlərin qəbul olunmasında quranın beş möcüzəvi ayələri hansılardır?
Hər kim bu 5 ayəni hər gün 11 dəfə oxuyarsa, hər bir hacəti asan olar və tezliklə öz muradına çatar.
1. Ayətül-kürsü.
2. “Ali-İmran” surəsinin 2-ci ayəsi. “اللّهُ لا إِلَهَ إِلاَّ هُوَ الْحَیُّ الْقَیُّومُ
3. “Nisa” surəsinin 87-ci ayəsi. اللّهُ لا إِلَهَ إِلاَّ هُوَ لَیَجْمَعَنَّكُمْ إِلَى یَوْمِ الْقِیَامَةِ لاَ رَیْبَ فِیهِ وَ مَنْ أَصْدَقُ مِنَ اللّهِ حَدِیثًا
4. “Taha” surəsinin 8-ci ayəsi. اللَّهُ لَا إِلَهَ إِلَّا هُوَ لَهُ الْأَسْمَاء الْحُسْنَى
5. “Təğabun” surəsinin 13-ci ayəsi. اللَّهُ لَا إِلَهَ إِلَّا هُوَ وَ عَلَى اللَّهِ فَلْیَتَوَكَّلِ الْمُوْمِنُونَ
Həzrət Peyğəmbər (s) buyurur: “Elə bir ev yoxdur ki, “Ayətül-kürsü” ayəsi orada oxunsun, məgər o halda ki, şeytanlar 30 gün həmin evi tərk edərlər və ora sehr və sehrbaz gəlməz”. ...