Quran ayələrinə əsasən kimlər cəhənnəmdə əbədi qalacaq?


Quran ayələrinə əsasən kimlər cəhənnəmdə əbədi qalacaq? Qurani-kərim ayələrindən məlum olur ki, qiyamətdə insanların bəzi təbəqələri əbədi cəhənnəm əzabına düçar olacaqlar. Ümumilikdə Qurani-kərimdə cəhənnəm və onun əhli barədə onlarla ayə mövcuddur. Bu ayələrdə cəhənnəm əhlinin əzabı rəngarəng boyalarla təsvir edilir. Bəzi ayələrdə isə müəyyən insanlar üçün cəhənnəm əzabının daimi və əbədi olacağı vurğulanır. Məsələn: -- 1-Kafirlər (Ali-İmran, 116; Maidə, 37). 2-Müşriklər (Allaha şərik qoşanlar) (Nəhl, 29). 3-Münafiqlər (Mücadələ, 17). 4-Mürtədlər (dindən dönənlər) (Ali-İmran, 88). 5-Allahın ayətlərini təkzib edənlər (Əraf, 36; Təğabün, 9). 6-Allahın və Peyğəmbərin düşmənləri (Tövbə, 63). 7-Zalımlar (Şura, 45; bax: Yunus, 52). 8-Günah içində batanlar (Bəqərə, 81). 9-Mömin şəxsi qətlə yetirənlər (Nisa, 93). 10-Sələmçilər (Bəqərə, 275). 11-Xeyir əməlləri yüngül gələnlər (Möminun, 102-103). 12-Allaha və Peyğəmbərə asi olanlar (Cin, 23). 13-Günahkarlar (Züxrüf, 74). (Burada tövbə etməyən günahkarlar nəzərdə tutulur).
 Cəhənnəm əzabının əbədi yoxsa müddətli olacağı barədə ənənəvi rəyə görə, yuxarıda adı çəkilən günahlar istisna olmaqla, başqa günah sahibləri cəhənnəmdə müvəqqəti əzab çəkdikdən sonra xilas olacaqlar. Lakin xilas olanlar cəhənnəmdə əbədi əzab çəkməyə məhkum edilənlərlə müqayisədə azlıq təşkil edəcək. ...


Hafizəni gücləndirən və zəiflədən amillər nələrdir?


Hafizəni gücləndirən və zəiflədən amillər nələrdir? 1)-İslamda da hafizəni gücləndirmək üçün bir çox tövsiyələr vardır ki, onlardan bəzilərinə işarə edək:
1-1- Peyğəmbərə (s) salavat göndərmək. 1-2- Misvak etmək. gündəlik təmizləmək, 1-3- Bal yemək. bədəndəki ağrını azaldar və fikri cəmləşdirər. 1-4- Səhər yeməyindən qabaq kişmiş yemək. Çünki onun təkibində fosfor çox olduğundan beyni gücləndirir. 1-5- Gündəlik işləri görmək üçün proqram tərtib etmək.

2) -Məsumlardan (ə) gələn hədislərdə hafizəni zəifləndirən amillərə işarə edilmişdir. Onlardan bəzisinə nəzər salaq:
2-1. Günah işlətmək. 2-2. Turşu yemək. 2-3. Hündürdən və çox gülmək. 2-4. Müəllimlərə hörmətsizlik etmək. 2-5. Həddən artıq pendir yemək. 2-6. Qəbirlərin üzərindəki yazıları oxumaq. 2-7. Cənabətli halda yeyib-içmək. 2-8. Qaynar yemək yemək. 2-9. Pis iyləri iyləmək.


Möminliyin əlamətlərini rəvayətlər baxımında yazın?


Möminliyin əlamətlərini  rəvayətlər baxımında yazın? İmam Həsən Əsgəri (ə) buyurur: “Möminliyin əlaməti beşdir:
1-Gecə-gündüz vaxtında 51 rəkət vacib və nafilə namazlarını qılmaq, 2-İmam Huseyin (ə) ərbəinində (İmamın qırxında) İmamı ziyarət etmək və ya əl çatmaza İmamın ziyarət naməsini oxumaq. 3-Sağ ələ üzük taxmaq, 4-Alını torpağa səcdəyə qoymaq, 5-Bismillahir-Rəhmanir-Rəhimi ucadan demək.
(Şeyx Səduq fiqhi kitabı olan “Təhzib”-ində və “Misbahuz-Ziyarədə” bu duanı İmam Sadiqdən (ə) ərbəinə aid olduğunu nəql etmişdir.


Naməhrəmə baxmaqda haram olunmuş baxışlar hansılardır?


Naməhrəmə baxmaqda haram olunmuş baxışlar hansılardır? İslam şəriəti baxımından müsəlmanlara bəzi baxışlar haram olunmuşdur:
1-Makiyajlanmış qadının üzünə baxmaq, 2-Qadının bəzərlərinə baxmaq, 3-Tanış olan qadının hicabsız şəkilinə baxmaq, 4-Ləzzət qəsdi ilə bir qadına baxmaq istərsə də şəkilinə, 5-Naməhrəm kişinin bədəninə baxmaq (üz və əllərindən başqa) 6-Naməhrəm qadının bütün bədənlərin baxmaq, (üz və əllərindən başqa) 7-Həvəsbazlıq üzündən baxmaq istər öz həmcisinə belə olsa.


Cəbrailin arzu etdiyi insanların əməlllərindən yeddi əməl nələrdir?


Cəbrailin arzu etdiyi insanların əməlllərindən yeddi əməl nələrdir? Cəbrailin arzu etdiyi insanların əməlllərindən yeddi əməl:
Həzrət Mühəmməd Peyğəmbər (s) İmam Əliyə (ə) buyurmuşdur: “Cəbrail mənə dedi: “Kaş bu yeddi əməli edə bilmək üçün insan olaydım: camaat namazında iştirak etmək, alimlərlə oturub-durmaq, iki küsülü adamın arasını düzəltmək, yetimlərə nəvaziş göstərmək, xəstələrin görüşünə getmək, dəfn mərasimlərinə qatılmaq, həcc zamanı Məkkədə hacılara su paylamaq”.


Tövbə namazı necə qılınır?


Tövbə namazı necə qılınır? Tövbə etməyi ibadətlə başlanmaqı tövsiyə olunur. Bu haqda Həzrət Peyğəmbər (s) buyurdu:
“Qüsl (tövbə qüslü) və dəstəmaz (tövbə dəstəmazı) alın. Sonra dörd rükətli namaz qılın. Hər rükətdə 1 dəfə “Həmd”, 3 dəfə “Tövhid”, 1 dəfə “Fələq” və 1 dəfə də “Nas” surələrini deyin. Sonda 70 dəfə istiğfar edin və onu “Lə həvlə və lə quvvətə illə billahil-əliyyil-azim” cümləsi ilə tamamlayın. Sonra isə bu duanı oxuyun: “Ya Əzizu, ya Ğəffar. İğfirli zunubi və zunubə cəmiyəl-muminin və muminat. Fəinnəhu lə yəğfiruz-zunubi illa ənt””. (“Ey Əziz, ey Bağışlayan! Ey Mehriban! Mənim günahlarımı, bütün mömin qadın və kişilərin günahlarını bağışla. Çünki Səndən başqa heç kim günahları bağışlamaz”). ...


Ər razı olmadığı halda qadın namaz qıla bilərmi?


Ər razı olmadığı halda qadın namaz qıla bilərmi? Vacib (fərz) ibadətləri yerinə yetirmək üçün kiminsə razılığı və narazılığı şərt deyil.
Bu, Allahın əmridir və insan ən əsası Allahın tapşırığını yerinə yetirməlidir. Yetkinlik yaşına çatmayan uşaq öz valideyninə, qadın da ərinə itaət etməlidir. Amma əgər bunlar Allahın buyurduğunun əksinə onu məcbur edirlərsə, yəni vacib (fərz) olan ibadəti icra etməyə mane olur və ya haram bir işi görməyə məcbur edirlərsə, bu məsələdə onlara itaət etmək lazım deyil. Başqa işlərdə (Allahın buyruqlarına zidd olmayan məsələlərdə) yenə onlara tabe olmaq və onlarla hesablaşmaq lazımdır. Suala gəlincə, ər öz arvadına gündəlik fərz namazları qılmağı qadağan edə bilməz. Bunu etsə böyük günah qazanar.


Şad yaşayışa nail olmaq üçün 7 məsləhət hansılardır?


Şad yaşayışa nail olmaq üçün 7 məsləhət hansılardır? Bəzi ailələrdə insanlar mal və dövlətə çatan zaman elə məğrur və təkəbbürlü olurlar ki, şad olmağın mənası onlar üçün əvəz olur. Yerini başqlarını məsxərə etmək və təhqir etmək alır. İslam dini şadlıq və sevinc dinidir. Lakin müsəlmana rəva bilmir ki, özünü şad etmək üçün başqasını təhqir etsin. Ancaq dini təlimlərin sayəsində insan həqiqi şadlığı dada bilər. (Tebyan)
Şad olmaqla bağlı bəzi tövsiyələr: 1. İlahi təqdirə razı olmaq. 2. Dünyaya bağlılığı azaltmaq, 3. Xoşbəxt insan o insandır ki, Allaha təvəkkül edir və hər bir yaxşı işi Ondan bilir. 4. Müsbət təfəkkürə malik olmaq – xoşbəxtliyin rəmzidir. Mənfi düşüncəli insanlar hər zaman hər bir şeydə pislik axtararlar. 5. Sevgini bildirmək hər bir ailəyə xüsusi səfa və təravət gətirər. 6. Şad olmağın amillərindən biri də gülərüz olmaqdır. Belə insanları bir-birinə yaxınlaşdırar. 7. İnsan həyatına sevinc qata bilən amillərdən biri də gəzməkdir, çünki insan ruhu gəzməyə ehtiyaclıdır. vardır.


imam Əli (ə) baxışında itdə olan hansı xüsusiyyətlərdir ki, insanda olsa xoşbəxtlik gətirər?


imam Əli (ə) baxışında itdə olan hansı xüsusiyyətlərdir ki, insanda olsa xoşbəxtlik gətirər? İmam Əli (ə) Buyurub: Xoş o kəsin halına ki, yaşayışı itin yaşayışı kimi olsun. Çünki itdə 10 xislət vardır ki o hər kimdə olsa xoşbəxt olar. 1.İtin məxluqat arasında layiqincə qədir-qiyməti olmaz və bu sifət miskinlərə məxsusdur. 2.İtin malı və dövləti olmaz və bu sifət dünya məhəbbətindən qırılana məxsusdur. 3.Yer kürəsi geniş olduğuna görə itin müəyyən yeri olmaz və bu sifət Aııaha təvəkkül edənlərə məxsusdur. 4.İt çox zaman ac qalar və bu sifət saleh bəndələrə məxsusdur. 5.İtin sahibi onu 100 dəfə vursa belə onun qapısını tərk etməz və bu sifət müridlərə məxsusdur. 6.İt gecələr çox az yatar və bu sifət aşiqlərə məxsusdur. 7.İti qovsalar və ona zülm etsələr belə onun qəlbində sahiblərinə qarşı kin qalmaz. Sahibləri onu çağıran zaman kin və küdurətsiz olaraq qarşı hərəkət edər və bu sifət ruhunda icad olan İlahi mənəviyyatın aradan getməsinə qorxu içində qalan bəndələrə məxsusdur 8.İtə nə yemək versəkər razı olar və bu sifət qane olan bəndələrə məxsusdur. 9.İt çox zaman sakit qalar və bu sifət Haqq-hesab günündən qorxanlara məxsusdur. 10.İt öləndən sonra ondan bir irs qalmaz və bu sifət zahidlərə məxsusdur.


Əllamə Təbatəbainin həyatından ibrətamiz əhavalat!


Əllamə Təbatəbainin həyatından ibrətamiz əhavalat! Əllamə Təbatəbai belə nəql edir: Kiçik yaşlarımda Təbrizdə olduğum illərdə çox qəribə bir əhvalat baş vermişdi.
Təbriz şəhərində \"Bidar Əli\" adlı bir dərviş yaşayırdı. Buğdayı rəngli, arıq cüssəli bu dərvişin əlində həmişə bir təbərzin olardı. Onun Bidar Əli adlı kiçik bir oğlu da var idi. Bu dərviş ara-sıra iştirak etdiyi rozə məclislərində təbərzinini göyə qaldırıb camaata deyərdi: \"Bidari Əli baş!\" (Əlidən qafil olma)
Mən özüm dəfələrlə onu belə məclislərdə görmüşdüm. Bir axşam Bidar Əlinin uzaq kəndlərin birində yaşayan dostlarından biri onun evinə qonaq gəlir. Bidar Əlinin arvadı qonağı layiqincə qarşılayır. ...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter