Elm, ağıl və təcrübə olan yerdə imama nə ehtiyac var?


Elm, ağıl və təcrübə olan yerdə imama nə ehtiyac var? Bəziləri düşünürlər ki, elm və texnika əsrində rəhbərə ehtiyac yoxdur. Onların nəzərincə, bəşəriyyət günbəgün müstəqilləşir və kamilləşir, onun qeybi yardımlara ehtiyacı azalır, ağıl və elm tədricən boşluqları doldurur... Əslində isə elm və texnika əsrində bəşəriyyət üçün daha böyük təhlükələr yaradır. Əsas təhlükə tamahkarlıq, məqampərəstlik, bir sözlə, nəfsə itaətdən doğur. Məgər elm və texnikanın inkişafı insanlardakı təqva, haqpərəstlik, iffət meyllərini təmin edə bilirmi? Əslində iş tamam başqa cürdür. Yəni: Elm insan və onun meyllərindən savay hər şeyə hakim ola bilir.


Məhdəviyyətin (İmam Zamanın olması və gəlməsinin) bir əsası vardırmı?


Məhdəviyyətin (İmam Zamanın olması və gəlməsinin) bir əsası vardırmı? Məhdəviyyətin (İmam Zamanın olması və zühuru) əsasının açıqlaması:
1. Bu əqidə təkcə şərqə aid deyil, əksər dinlərdə, məktəblərdə və ayinlərdə onun oxşarı var.
2. Məhdəviyyət insan fitrətindən qaynaqlanan bir əqidədir.
3. Qeyd olunduğu kimi, məhdəviyyət ayə və rəvayətlərə, icmaya və bütün din və məktəblərə uyğun əqidədir. İngilis filosofu Bertrand Rassel deyir: “Dünya hamını birləşdirib, bir bayraq və bir şüar ətrafında toplayacaq xilaskarın intizarındadır”. Nisbilik nəzəriyyəsinin banisi Eynşteyn deyir: “Sülh-səfanın bütün yer üzünü bürüyəcəyi və insanların dost və qardaşcasına yaşayacağı gün bir o qədər də uzaq deyil”. ...


Peyğəmbər (s) hədisində günahdan daha ağır olanlar nələrdir?


Peyğəmbər (s) hədisində günahdan daha ağır olanlar nələrdir? Günah insan həyatında ruhi zərərlər yetinrən amildir. Hər bir kəsin əməlində baş versə pak qəlbi, böyük ləkəyi özündə yerləşdirər. Günah tozdur, artsa qəsavət olar, təkrarlansa qəlb bərkiyər rəhmsizlik bütün əməllərini əhatə edər. Əməllər səmimi olmasa və cəmiyyətdə mehribanlıqla yaşamasa düşüncəsi korluğa yönələr belə olan halda isə ölümü və nəsihəti qəbul etməz. Bəşər günahı o zaman bu mərhələlərə gələr çatar ki günahdan daha ağır hesab olunan 4 şeyə əl atmış olsun. Günahdan daha ağır olan və Allah qəzəbini artıranlar ibarətdirlər, Peyğəmbər (s) buyurur:
1-Günahı kiçik saymaq, yəni nə etmişəm ki başqaları nələr edir mənim günahım bir şey deyil ki!
2-Günahı etməklə yanaşı, etdiyi itaətsizliyə və zülmə fəxr edə!
3-Günahı ilə fəxr etmək, nə gözəl aldatdım heç özü də başçıxara bilmədi demək!
4-Günaha israrçı olmaq, yəni günahının yaxşı nəticələri haqda üzr gətirmək, yəni belə etdim ki, başqa işləri düzəldim!


İmam Mehdi öz imamətini sübut edibmi?


İmam Mehdi öz imamətini sübut edibmi? Həzrət Mehdi (ə.f) öz İmamətinin şiə cəmiyyətinə sübutu üçün bir sıra işlər gördü:
1. Möcüzələr və kəramətlər – öncə Əbülədyandan nəql etdiyimiz əhvalatda deyilirdi: “İmam Əskəri (ə) vəfat edən vaxt bir uşaq qabağa çıxıb İmamın cənazəsinə namaz qıldı. Sonra İmam atası ilə yanaşı dəfn olundu. Bu körpə (Həzrət Mehdi (ə.f)) mənə buyurdu: “Ey Bəsri! Yanındakı məktubu mənə ver. Məktubları Həzrətə təqdim etdim. Gördüyüm bu iki nişanə uşaqdakı İmamət nişanələridir...” Əbül-Ədyan deyir: Xadim bayıra çıxdı və dedi: “Filan məktublar var, xurcunlarınızda 1010 dirhəm var.” Oradakılar məktubları və dinarları ona verib dedilər: “Səni bu iş üçün göndərən, həqiqətən, İmamdır...
2. Məsələlərin cavablandırılması – Həzrət Mehdi (ə.f) öz nümayəndələri vasitəsi ilə xalqın suallarına cavab verirdi. Onun verdiyi cavablar İmamətinin digər bir sübutu idi. Mənbələrdə Həzrət Əhməd ibn İshaq Əşəriyə, İshaq ibn Yəquba, Həmiriyə, Məhəmməd ibn İbrahim Məhzyara, Əbülhüseyn ibn Məhəmməd Əsədiyə verdiyi cavablar nəql olunur.


Quranda buyurulur: Peygəmbərin( ə ) min keçmis ve gələcək gunahlarini bagisladiğ. Bu ayənin acixlamasini deyərdiniz?


Quranda buyurulur: Peygəmbərin( ə ) min keçmis ve gələcək gunahlarini bagisladiğ. Bu ayənin acixlamasini deyərdiniz? Bu barədə İmam Rza (ə) buyurur: Məmunun bu ayəni dəlil gətirərək peyğəmbərin günah edib-etməmsi barədə sualına cavab olaraq İmam buyurdu: \"Məkkə müşriklərinə görə peyğəmbərin günahı hamının günahından böyükdür. Onlar üç yüz bütə pərəstiş etdikləri halda peyğəmbərin (s) onları tövhidə dəvət etməsi onlar üçün ağır gəldi və təəccüblə dedilər: \" O bizim bütün allahlarımızı bir Allahlamı əvəz etmək istəyir? Necədə təəccüblü bir şeydir?\" Onlara görə peyğəmbərin bu işi ən böyük günah idi. Amma Allah Məkkəni, peyğəmbəri üçün fəth edən zaman, ona buyurdu: \"(Ya Peyğəmbər!) Həqiqətən, Biz sənə (müsəlmanların fəthlərinin başlanğıcını qoyan, Kəbənin yerləşdiyi Məkkə şəhərinin, habelə bir çox başqa məmləkətlərin fəthinə səbəb olacaq ) açıq-aşkar bir zəfər bəxş etdik! Bununla da müşrik ərəblərin yanında, tövhidə dəvət etdiyinə görə (onların günah hesab etdiyi) keçmiş və gələcək günahlarını bağışladıq.\" Məkkə Fəth olunduqdan sonra bəzi müşriklər islamı qəbul etdi, bəziləri oranı tərk etdi qalanlar da İslam təbliğ etdiyin zaman onu inkar edə bilməzdilər. Beləlliklə bu fəthlət vastəsi ilə müşriklər də peyğəmbəri günahkar saymaqdan əl çəkdilrə.\"


İslam Peyğəmbəri (s) hansı şeyləri qərib olaraq tanıtdırır?


İslam Peyğəmbəri (s) hansı şeyləri qərib olaraq tanıtdırır? Əziz İslam Peyğəmbəri Hz. Məhəmməd (s): Altı şey altı yerdə qəribdir: 1). Məscid namazqılmayanlar arasında; 2). “Müshəf” (Quran ya hər hansı bir kitab) onu oxumayanlar arasında; 3). Quran fasiqlərin ağzında - (onu fasiq oxuyarkən); 4). Müsəlman qadın zalim, fasiq və pis əxlaqlı kişinin əlində; 5). Müsəlman saleh kişi rəzil və pis əxlaqlı qadın əlində; 6). Alim, ona qulaq asmayanların (onun elmindən istifadə etməyənlərin) arasında.
Allah-Taala Qiyamət günü onlara (bu altı şeyi qərib edənlərə) baxmayacaq (onlardan üz çevirəcək).


İmam Həsən Əsgəri (ə) hansı tövsiyələri edir?


İmam Həsən Əsgəri (ə) hansı tövsiyələri edir? İmam Həsən Əsgəri (ə) buyurur:
\"Sizlərə tövsiyə edirəm ki... 1). Təqvalı olun və Allahdan qorxun; 3). Allah yolunda çalışın; 4). Doğru danışın; 5). Xəyanət etməyin; 6). Səcdə də çox qalın; 7). Qonşularla yaxşı davranın, 8). Sizinlə yaşayan əhli-sünnə və digərlərini yoxlayın, cənazələrinin dəfnində hazır olun, xəstələrini ziyarət edin, 9). Sizdən biriniz bu deyilənlərə əməl edib, camaatla gözəl rəftar edərsə, deyəcəklər bu kişi şiədir! 10). Allahdan qorxun və bizə zinət və yaraşıq olun. 11). Allahı çox zikr edin, ölüm həmişə yadınızda olsun. 12). Quran çox oxuyun. 13). Peyğəmbərə (s) çoxlu salavat deyin. ...


Şirkin gətirdiyi dünya və axirət bəlaları nələrdir?


Şirkin gətirdiyi dünya və axirət bəlaları nələrdir? Şirk tələsinə düşmək insanı dünya və axirət səadətindən məhrum edər və axirətini yandırar. Bu cür insan İlahi rəhmətdən məhrum olar, insanlıqdan süqut edər, batini nəcis olar. Şirkdən xilas olmaq üçün əqli və nəqli yollar vardır. Onlardan biri də insanın öz zəif olması haqqında düşünməsidir. Allahın ona əta etdiyi nemətlərə diqqət etməsidir. (Tebyan) “Şirk” sözünün lüğətdəki mənası “nəsib qərar vermək”dir. Quran maarifində şirk dedikdə Allah Təalaya şərik qoşmaq nəzərdə tutulur. Şirk tələsinə düşən insanları həm dünyada və həm də axirətdə çox sayda bəlalar gözləyir: 1. İlahi rəhmətdən məhrum olmaq və cəhənnəmə düşmək. 2. Yar və yavərdən məhrum olar. Şirk insanı bədbəxt edər və üzərindən himayə çətirini götürər. 3. İnsanlıq dərəcəsindən süqut edər. 4. Batini çirkin olar. 5. Məzəmmət olunar. 6. Rahatlıqdan uzaq olar. Şirkin nümunələri: Riyakarlıq etmək, ücb yəni öz əməllərini dəyərli hesab etmək, nəfsi istəkləri əsasında hərəkət və ibadət etmək və ...


İblisə (lən) qarşı olan effektiv silahlar nələrdir?


İblisə (lən) qarşı olan effektiv silahlar nələrdir? İblis (lən) – insanın and içmiş düşmənidir. Ona görə də hər an onu izləyir və ona zərbə vurmağa hazırlaşır. İnsan da gərək bu döyüş meydanında əliboş olmasın. Onun da mübarizə üçün silahları olmalıdır. Əks halda şeytan fürsəti qənimət bilib, onun dünya və axirətini məhv edə bilər. (Tebyan) Bu silahlarla tanış olaq: 1. Allaha pənah aparmaq. “Və de: «Ey Rəbbim! Şeytanların vəsvəsə və təhriklərindən Sənə pənah gətirirəm». Quran. 2. Allahı zikr etmək. “Şübhəsiz, təqvalı olanlara şeytandan bir vəsvəsə yetişsə, (ya qəlblərdə dolanan bir şeytan onların fikirlərinə zərər-ziyan yetirsə, dərhal) (Allahı yadlarına salaraq) özlərinə gələr və onda gözüaçıq olarlar”. (“Əraf” 201). 3. Allaha təvəkkül etmək. “Çünki, onun iman gətirən və özlərinin Rəbbinə təvəkkül edən kəslər üzərində (vəsvəsə etməkdən savayı başqa) bir hökmranlığı yoxdur”. (“Nəhl” 99). 4. Niyyətin xalis olması. “(İblis) dedi: «İzzətinə and olsun ki, onların hamısını (kökü kəsilənə kimi Adəmin nəslinin hamısını) aldadıb doğru yoldan çıxaracağam. Onların arasından Sənin (ruh və bədənlərini küfr və günah çirkinliyindən təmizlədiyin) xalis və seçilmiş bəndələrin istisna olmaqla»”. (“Sad” 82-83). 5. Yalvarış. “Biz peyğəmbər göndərdiyimiz hər bir şəhər və kəndin əhalisini xəstəlik, çətinlik və yoxsulluğa düçar etdik ki, bəlkə (Bizim dərgahımıza) yalvarıb-yaxarsınlar”. (“Əraf” 94).


Əllamə Təbatəbainin baxışında içkilərin haram olunması fəlsəfəsi nədir?


Əllamə Təbatəbainin baxışında içkilərin haram olunması fəlsəfəsi nədir? Əllamə Təbatəbainin (əl-Mizan təfsinin müəllifi) baxışında içkinin haram olma fəlsəfəsi ibarətdir:
İslamın baxışında bilikləndirmə və tərbiyə etmək, əqli ölçülərlə qurulmuşdur. Bu quruluşun hədəfə çatması yalnız insani məqam və dəyərlərə əhəmiyyətlə yanaşmaq lazımdır. İnsan bu dəyərlərə əhəmiyyətli yanaşmaqla başqa heyvanlar və məxluqlardan üstün olur. Aydındır ki, spirtli içkilər və hər bir məst edici içəcəklər, bu insani dəyərləri ki insan həyatına məna verir, zay edir. Və içkili halda bu insani dəyərlərdən uzaqlaşmamağ imkanı olmadığından dini maarifləndirmə və tərbiyə məhv olur. Məst edici içkilər müxtəlif cinayətlərə səbəb, başqalarının haqlarına təcavüz və sair ziyanlar yol açdığında və eləcə də ruhi və cismi sağlamlıqlara ziyan verməsi və irsi mənfi təsirlər qoyması səbəbindən haram olunması zəruriliyinə göz yummaq hikmətsiz bir addım hesab olunar. İslam təlimləri də bu səbəbdən spirtli içkiləri haram etmişdir.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter