İmam Mehdiyə (ə.f) ilk kim beyət edər?


İmam Mehdiyə (ə.f) ilk kim beyət edər? Sualın cavabı hədislərdə gəlmişdir: İmam Sadiq (ə) buyurmuşdur: “Həqiqətən, Həzrətə ilk beyət edən Cəbraildir”.
Təbərsi nəql edir ki, Əbu Abdullah (ə) buyurmuşdur: “Allah-taala Cəbraili göndərər ki, ondan soruşsun: “(İnsanları) nəyə dəvət edirsən?” Qaim ona öz dəvətinin mahiyyətini bildirər. Cəbrail deyər: “Mən sənə beyət edən ilk kəsəm”. Sonra onun əlini əlinə alıb beyət edər...”
Cəbrailin beyəti ilə bağlı iki ehtimal var: 1. Rəmzi məna: Cəbrailin beyəti Allahın təsdiqi mənasındadır. Çünki o, Allahın ən böyük nümayəndəsidir. 2. Geniş yayılmış məna: Cəbrailin beyəti insanların xəlifəyə beyəti kimidir. Bunun iki faydası var: Xalqın diqqətini beyətin zəruriliyinə cəlb etmək; İmamın hərəkət və qiyamının təsdiqi


Peyğəmbərin (s) hədisinə əsasən 5 dəstənin duası qəbul olar!


Peyğəmbərin (s) hədisinə əsasən 5 dəstənin duası qəbul olar! Həzrət Peyğəmbərin (s) hədisində 5 dəstənin duasının qəbul olunması deyilir.
İslam Peyğəmbəri Həzrət Muhəmməd (s) buyurur: 5 dəstə müsəlman və möminin dua və istəyi cavabsız qalmaz:
1-Məzlum olan şəxsin duası cavabsız qalmaz, o zamana kimi ki, onun dadına kimsə yetişsin. 2-Hacının duası qəbul olunar, o zamana kimi ki, yaşadığı vətəninə qayıda.
3-Allah yolunda cihad edən şəxsin dua və istəyi qəbul olunar, yəni istər xarici, istər daxili şeytanlarla mübarizə aparan şəxsin Allah tərəfindən diləyi cavabsız qoyulmaz. 4-Xəstənin duası qəbul olunar, o zamana kimi ki, sağlamlıq əldə edə. 5-Qardaşın qardaş haqqında dua və istəyi cavabsız qalmaz, yəni əgər bir Allah bəndəsi müsəlman və mömin qardaş və bacısının haqqında onun xəbəri olmadan dua edərsə Allah onun istəklərini tez icabət edər. \"Nəhcül Fəsahə, səh: 274, hədis: 1619.\"


Cənab Rəhbərin baxışında Məbəsin hədəfləri nələrdir?


Cənab Rəhbərin baxışında Məbəsin hədəfləri nələrdir? Cənab Rəhbər Ayətullah Xameneni məbəs haqqında belə buyurdular: İnsanların nəyə ehtiyacı olubsa o besətdə mövcuddur.
Besət hadisəsi sadəcə tarixi bir hadisə kimi xatırlanmır. Bu məsələni böyük, bəşər tarixinin əzəmətli məsələsi kimi yadda saxlamalıyıq. Bu xatirələr əslində unudulmaz bir dərsin təkrarıdır. Öncə İslam ümməti, siyasətçilər və alimlər, daha sonra bütün bəşəriyyət üçün böyük dərsdir. Məbəsin xatırlanması ibrətamiz bir hadisənin xatırlanmasıdır. Məbəsin baş verməsinin əsas amillərindən: 1-Həzrət Peyğəmbərin (s) besəti (peyğəmbərlik məqamına çatması) tövhidə dəvət idi. 2-Əgər tövhid İslamdakı, peyğəmbərlərin buyuruğundakı həqiqi mənasında səhnəyə gəlsə bəşəriyyət həqiqi səadətə, dünya və axirət xoşbəxtliyinə çatar. 3-Peyğəmbərin (s) besəti insanlar üçün yeni həyata başlanğıc idi. 4-Məbəs əslində risalət bayrağının göyə qaldırılmasıdır. Bu bəşəriyyət üçün misilsiz hadisədir. Məbəs elm və mərifət bayrağını qaldırdı. ...


İbrahim ibn Malik Əştərin İbn Ziyadla mübarizəsi haqda yazın?


İbrahim ibn Malik Əştərin İbn Ziyadla mübarizəsi haqda yazın? Hicri təqvimi ilə 67-ci il, İbrahim Malik Əştər oğlu İbn Ziyada qarşı çıxdı. Cənab Muxtar (r) Kufənin Seyidüş-şühədanın qatillərindən təmizlədiyi gün, İbrahim ibn Malik Əştər 12000 dən az nəfərlə İbn Ziyadla döyüşmək üçün Kufədən xaric oldu. İbrahimin odrusu, Mosulunu beş fərsəxliyində yerləşən Xazər nəhrinədək gedib oranı öz odusunun düşərgəsinə çevirdi. Abdullah düşərgəyə gəlib oranı otuz və ya həştad minlik ordu ilə ələ keçirib İbrahimlə döyüşə hazır oldu. Səhəri döyüşün başlacağı gecə İbrahim ibn Malikin gözünə yuxu getmədi. O, bu kəlmələri öz qoşunu üçün təkrarlayırdı: \" Ey camaat! Dinin ənsasrı və Əmirəlmömininin (ə) şiələri sizsiniz!
O da Abdullah ibn Mərcanə - Hüseyn ibn Əlinin (ə) qatili! Odur ki, bir udum suyu Fatimeyi-Zəhranın (ə.s) oğluna qadağan etdi. Halbuki onun əhl-əyalı, uşaqları Susuzluqdan fəryad edirdi. ...


Peyğəmbərin (s) möcüzələrindən bir neçəsini yazın?


Peyğəmbərin (s) möcüzələrindən bir neçəsini yazın? Peyğəmbərin (s) möcüzələri: Səmavi Qurani-məcid kitabı Peyğəmbərin (s) ölməz möcüzələrindən hesab olunur. Lakin ondan başqa o həzrətdən çoxlu möcüzələr müşahidə olunurdu ki, burada onlardan bəzilərinə işarə edirik:
1. Heyvanlarla danışmaq, 2. Ölülərin dirilməsi, korların görməsi və xəstələrin şəfa tapması üçün etdiyi duaların qəbul olunması, 3. Peyğəmbərin (s) bütün dilləri bilməsi və onun bütün dillərdə danışması, 4. O həzrətin əlində kiçik daşlar təsbih deyirdi və elə bir şəkildə ki, camaat da onu eşidirdi, 5. Peyğəmbərin (s) günəş altında gölgəsi yox idi. 6. O həzrətin mübarək əli hansı yeməyə toxunsaydı o, bərəkətli olardı və çox sayda adamı doydurardı, 7. Allahın Rəsulu (s) ağzının suyunu bir quyuya atsaydı o quyu bərəkətlənib su ilə dolardı. 8. Allahın Rəsulu (s) yumşaq torpaqda yeriyərkən ayağının izi qalmazdı, lakin möhkəm daş üzərində yeriyərkən ayağının izi qalardı. (Həqqül-yəqin, s. 36)


İslam Peyğəmbərin (s) doğum günündə hansı qeyri-adi hadisələr baş verdi?


İslam Peyğəmbərin (s) doğum günündə hansı qeyri-adi hadisələr baş verdi? O pak nümunənin təvəllüdü gecəsi dünyada təəccüblü hadislər baş verdi. Burada onlardan bir neçəsi ilə kifayətlənirik:
1. Min illər boyu sönməyən \"fars” yanar ocağı (ibadətgah) o gecə söndü. 2. Pərəstiş olunan \"Savə” gölü, birdəfəlik quruyub duzluq sahəyə çevrildi. 3. Allahın Evdinə olan bütün bütlər yerə töküldü və asimandan belə bir nida eşidildi: \"Haqq gəldi, batil yox oldu. Həqiqətən də batil məhvə olmağa məhkumdur” ( \"İsra” surəsi, 84-cü ayə)
4. İran padşahlarının (mədainin) böyük eyvanı titrəməyə başladı və onun dörd sütunu çökdü. 5. Səmavə çayının suyu (Kufə və Şam arasında yeriləşir) çoxaldı və axmağa başladdı. (Əl-əmali, Şeyx Səduq, s. 444)


Yasa düşənə necə başsağlığı verək?


Yasa düşənə necə başsağlığı verək? Yas tutana Həzrət Əlinin (ə) başsağlıq verməsi
Bir şəxs dünyadan getmişdi. İmam Əli (ələyhis-salam) o şəxsin qalanlarının yanına getdi və onlara belə başsağlığı verib buyurdu: \"Bu ölüm sizinlə başlanmayıb və sizinlə də sona yetməyəcək.
Sizin bu keçmiş (təzə) dostunuz və yoldaşınız bəzi vaxt səfərə gedirdi. Budur o, yenə də səfərə gedib. Səfərdən qayıtsa, daha yaxşı. Yoxsa siz ona tərəf gedəcəksiniz.\" Bu tərtiblə İmam (ələyhissalam) həm qalanlarına ürək-dirək verdi (ki, bu ümumi bir məsələdir) həm də onlara ibrət dərsi öyrətdi ki, bir gün siz də ölüm karvanına qovuşacaqsınız. ...


Qadına Cənnəti bəxş edəcək 33 səbəb hansı əməl və xüsusiyyətlərdir?


Qadına Cənnəti bəxş edəcək 33 səbəb hansı əməl və xüsusiyyətlərdir? Qadına Cənnəti bəxş edəcək 33 səbəb: 1.İxlaslılığı, 2.Gözəl əxlaq, 3.Həyat yoldaşına qarşı xoş davranmaq, 4.Yol üzərində olan, insanlara əziyyət verən, onlara mane olan əngəllərin aradan qaldırılması, 5.Nafilə namazlarına əməl etmə, 6.Möminlərə Allaha xatir sevgi bəsləmək, 7.Həya, 8.Hicab, 9.Allah-Təalanı zikr etmək, (xatırlamaq) 10.Qonşulara yaxşılıq etmək, 11.Söz və əməldə düz olmaq, 12.Allaha nemətlərinə görə şükür etmək, 13.Səcdəni uzatmaq, 14.Allah üçün təvazökar olmaq, 15.Qohumlara baş çəkmək, onları ziyarət etmək (Sileyi Rəhm), 16.Valideynlərlə xoş davranmaq, 17.Qurani Kərim oxumaq və ona əməl etmək, 18.Əmr Be Məruf və Nəhy əz münkər, 19.Heyvanlara qarşı mərhəmətli olmaq, 20.Fərz namazlardan sonra Allahı zikr etmək, 21.Allahın Rəsuluna itaət (bağlılıq) göstərmək, 22.Səbrli olmaq, 23.Doğru olmaq, doğru danışmaq, 24.Gündəlik vacib namazlara əməl etmək, 25.Xəstələrə baş çəkmək, 26.Başqalarını özündən üstün tutmaq, 7.Dua etmək, 28.Süd vermək və yedizdirmək, 29.Quranı öyrənmək və öyrətmək, 30.Peyğəmbərə (s.a.v.v) və onun pak ehli-beytinə salavat göndərmək, 31.Yaxşılıq etmək, 32.İnsanları Allah yoluna dəvət etmək, 33.Allah barəsində gözəl fikrlərə malik olmaq.


Gecə namazının fəzilətləri haqda hədislər nə buyurur?


Gecə namazının fəzilətləri haqda hədislər nə buyurur? Gecə namazının fəzilətləri hədislərdə:
1-Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurur: \" Gecə namazı Allahın razılığını, mələklərin məhəbbətini qazanmaq üçün bir vasitədir. Gecə namazı peyğəmbərlərin sünnəsi, mə \' rifət nuru, imanın köküdür ( çünki iman gecə namazı vasitəsilə güclənir ). O, bədəni aramlaşdırır, şeytanı qəzəbləndirir. O, düşmənlər əleyhinə çəkilən bir silah, duaların və əməllərin qəbul olunması üçün bir vasitədir. İnsanın ruzisinə bərəkət verir, Ölüm mələyi ilə namaz qılan arasında şəfaətçi olur. O, qəbrin çırağı və döşəməsi, Münkərlə Nəkirin cavabıdır, qiyamətə qədər qəbirdə namaz qılanın ziyarətçisi və munisi olacaqdır. Qiyamət bərpa olan zaman namaz onun başına kölgə salacaqdır. Onun başında bir tac, bədənində bir paltar olacaqdır, onun qarşısındakı bir nur onunla cəhənnəm atəşi arasında bir pərdə salacaqdır. Mö \' min üçün Allahın yanında bir höccət, əməl tərəzisinin ağırlaşma vasitəsi, siratdan keçmə hökmü, behiştin açarıdır. Çünki namaz təkbir, həmd, təsbih, təqdis, tə \' zim, qiraət və duadan ibarətdir. Həqiqətən vaxtında qılınan namaz əməllərin ən fəzilətlisidir.\" ...


On dörd məsumun ziyarəti nə həddə düzgün və dəyəri nədir?


On dörd məsumun ziyarəti nə həddə düzgün və dəyəri nədir? On dörd məsumun ziyarəti nə həddə düzgün və dəyərlidir:
1-Həzrət Peyğəmbər (s) buyurub: «Hər kəs məni və ya övladlarımdan birini ziyarət etsə, Qiyamət günündə onu ziyarət edər və o günün qorxularından (onu xilas edərəm) ona nicat verərəm». 2- Əbu Əbdillah Hərrani nəql etmişdir ki, Həzrət İmam Sadiq (ə)-a ərz etdim: Hüseyn (ə)-ın qəbrini ziyarət edənin savabı nədir? Həzrət (ə) buyurdu: «Hər kəs onun yanına gedib, onu ziyarət edərək yanında iki rəkət namaz qılsa, onun üçün bir həcc əməlinin savabı yazılar. Amma orada dörd rəkət namaz qılsa, onun üçün bir həcc və bir ömrə əməlinin savabı yazılar». 3-Həzrət İmam Sadiq (ə) buyurub: «Hər kəs məni ziyarət etsə, günahları bağışlanar və yoxsul halda dünyadan getməz». 4-Həzrət İmam Sadiq (ə) buyurub: «Həzrət Fatimə (ə) hər Şənbə gününün sübh çağı şəhidlərin qəbrinin ziyarətinə gedirdi. Həmçinin Həmzənin (rə) qəbri yanına gedərək onun üçün Allahdan rəhmət və əfv tələb edirdi».
Bu hədislərdən istifadə edirik ki, məsumların və eləcə də şəhidlərin qəbrini ziyarət etmək İslam baxışında düzgün və eləcə də böyük savab əməl hesab olunur.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter