Qəlb 8 sifətlə xəyanət edərək duaların qəbuluna mane olur!
Bir nəfər İmam Əlinin (ə) yanına gəlir və “Ğafir” surəsinin 60-cı ayədən soruşur: “Rəbbiniz buyurdu: “Məni çağırın ki, Mən də duanızı qəbul edim””. Soruşur ki, nə olub ki, biz Allahı çağırırıq, ancaq O, bizə cavab vermir.
Həzrət Əli (ə) buyurur: “Həqiqətən sizin qəlbiniz 8 sifətlə xəyanət etmişdir. 1-Siz Allahı tanımısınız, ancaq haqqını vacib buyurduğu kimi əda etməmisiniz. Ona görə də bu tanımanın sizə faydası olmamışdır. 2- Siz Allahın Rəsuluna (s) iman gətirmisiniz, ancaq onun sünnətinə və yoluna əməl etməmisiniz. Onun şəriətini aradan aparmısınız. Ona görə də imanınızın faydası yoxdur. 3-Siz Quranı oxumusunuz, ancaq ona əməl etməməsiniz. Deyirsiniz ki, itaət edirik, ancaq müxalifət etmisiniz. 4-Deyirsiniz cəhənnəm atəşindən qorxursunuz. Ancaq hər an günah işlədərək ona yaxın olursunuz. Bəs qorxunuz haradadır? 5-Deyirisiniz behiştə müştaqsınız. Halbuki, hər an elə iş görürsünüz ki, sizi ondan uzaqlaşdırır. Bəs sizin həvəsiniz haradadır? 6-İlahi nemətlərdən bəhrələnirsiniz. Ancaq şükrünü yerinə yetirmisiniz. 7-Allah sizə əmr vermişdir ki, şeytanla düşmən olasınız. Ancaq onunla müxalifətlik etmədən onunla dost olmusunuz. 8-Ancaq insanların eybini görürsünüz, öz eyblərinizdən qafilsiniz. Halbuki, siz özünüzü danlamağa daha layiqsiniz, ancaq başqalarını məzəmmət edirsiniz.
Şeytanın İslam Peyğəmbərinə (s) sədəqənin təsirləri haqda 6 sözü nələrdir?
Bir zaman Peyğəmbər (s) şeytana bir neçə sual verir. O da həmin sualların cavabını verir. Həzrətin (s) suallarından biri bu idi: “Ey Məlun! Mənim ümmətimin sədəqə verməsi sənin üçün necədir və sədəqənin faydası nədir?”. Şeytan cavab verir: “Ya Rəsulallah! Sənin ümmətinin sədəqə verməsində altı xüsusiyyət və mənfəət vardır: 1-Sədəqə və bəxşiş etməklə nəinki insanın malı azalmaz, əslində sədəqə verənin malı hər gün artar. 2-Sədəqə verməklə ömür uzanar və ani ölümlər və xoşagəlməz hadisələr aradan qalxar. Bu haqda gələn hədisdə oxuyuruq ki, sədəqə insanı 70 növ bəladan qoruyar. 3-Sədəqə verməklə insan zəngin olar və yoxsulluğu aradan gedər. 4-Sədəqə, onu verənə bədən sağlamlığı verər, müxtəlif dərd və ağrılardan nicat tapar. 5-Sədəqə verənin əməl tərəzisi Qiyamət günü ağır olar. Sirat körpüsündən qorxusuz keçər. 6-Sədəqə Qiyamət günü cəhənnəm atəşi ilə onu verən arasında bir divar olar və cəhənnəm atəşi ona əziyyət verə bilməz”. Ona görə də Həzrət Rəsuli-Əkrəm (s) buyurur ki, sədəqə şeytanın belini sındırar.
Şəban ayının əzəməti və savabı haqda 4 hədis.
Peyğəmbər (s) və Əhli Beytinin (ə) hədislərində Şəban ayının dəyəri və savabı:
1-Peyğəmbər (s): \"Hər kəs bayram axşamı (Fitr-Qurban) və Şəban ayının 15-iaxşamı əhya saxlaya, qəlblərin öldüyü gündə onun qəlbinə zəval gəlməz.
2-İmam Rza (ə) buyurur: \"Əmirəlmöminin (ə) üç gecədə əhya saxlayardı: Ramazan ayının 23-cü gecəsində, Fitr bayramının gecəsində və Şəban ayının 15 gecəsində; bu gecələrdə ruzilər və ömürlər təyin olunar və eləcə də il boyu başa gələcək haqda Allah hökm edər.
3-İmam Sadiq (ə) buyurur: \"Şəban ayında tutulan oruc bəndə olan şəxs üçün qiyamətdə əzabdan xilas edən azuqə olar, və hər bir bəndə ki Şəban ayında çox zaman oruclu ola Allah onun dolanışını düzəldər, düşmənlərinin şəriini ondan uzaqlaşdırar.
İslam zamanla ayaqlaşırmı?
Əllamə Təbatəbai: İslamın zamanla ayaqlaşmaması iddiası fəlsəfi yox, emosional düşüncədən qaynaqlanır. Zaman və məkan nə qədər dəyişsə də cəmiyyət öz həyatını yaşayır və ictimai qanunlara ehtiyac aradan qalxmayıb. Sadəcə ictimai həyatda istəklər artıb. Rifah şəraiti genişləndiyindən insanlar yaxşı yaşamaq üçün yarışa girib. Bəsirətsiz, heyvansayağı yalnız qarnını düşünən insan təbii ki, mənəvi ehtiyaclarına kor olur. Zaman dəyişib deyəndə qəbul edə bilmərik ki, insanın mənəviyyat ehtiyacı aradan qalxıb. Əgər İslam əxlaq və mənəviyyat ehtiyaclarına cavab verirsə, zamanın dəyişməsinin ona nə təsiri ola bilər?!
İslamda insan cəmiyyətinin bütün ehtiyacları nəzərə alınaraq qanunlar tənzimlənib və xoşbəxtliyə aparır. Zamanın dəyişməsi əxlaq və mənəviyyatdan imtinadırsa bu cəmiyyət bədbəxtliyə gedir. İnsan nə qədər dəyişsə onun fitri meylləri yerindədir. Onun sevgiyə, dostluğa, mərhəmətə ədalətə, təlaşa ehtiyacı var. Əgər İslam bu ehtiyaclara bütün məktəblərdən daha kamil cavab verirsə, demək zamana da cavab verir. İslam dini hökumət başçısına ixtiyar verir ki, cəmiyyətin ehtiyaclarına uyğun qanunlar tənzimlənsin. Əlbəttə ki, bu qanunlar şəriət qanunlarını pozmayacaq.
Qurani Kərimə görə kimlər mömindir!
Qurani Kərimə görə möminlərin siması:
1-Yetimlərin mallarını yeməzlər, (Nisa/2). 2-Yolda qalanlara kömək edərlər, (Bəqərə/177). 3-İnsanların qüsurlarını bağışlayarlar, (Ali-İmran/134). 4-Ancaq Allaha təvəkkül edərlər, (Mücadilə/40). 5-Yer üzündə təvazökarlıqla gəzərlər, (Furqan/63). 6-Haqqı bilə-bilə gizlətməzlər, (Bəqərə/42). 7-Namuslarını qoruyarlar, (Muminun/5).
8-Ata-analarına \"uf\" belə deməzlər, (İsra/23). 9-Zənnə qapılmaz, qeybət etməzlər, (Hücurat/12). 10-Bolluqda da, qıtlıqda da öz mallarından infaq edərlər, (Ali İmran/134). 11-Allahın Peyğəmbərləri arasında heç bir fərq qoymazlar, (Bəqərə/ 136). 12-Allah anıldığı zaman qəlbləri titrəyər, (Ənfal/2). 13-Zina etməzlər, (Furqan/68). 14-Lağlağıdan, lüzumsuz şeylərdən üz döndərərlər, (Muminun/3). 15-Cahillər onlara \"Xoşagəlməz\" söz dedikdə onlara (onları incitməmək üçün) salam! deyərlər. (Furqan/63). 16-Əmanətə heç vaxt xəyanət etməzlər. (Muminun/8). 17-Sözlərinin üstündə durarlar, (Bəqərə/177). ...
Cənab Rəhbərin baxışında tələbə təhsilində 6 nöqtəyə diqqət edərsə elmin şirinliyi dadar!
Əgər tələbə oxuduğu elmi kompleks şəkildə təsəvvür edə bilirsə, onun başqa elmlərlə əlaqələrini görürsə, bu elm üçün sual qalmış məsələlərdən xəbərdardırsa, bu elmin tarixi dəyərindən məlumatlıdırsa elmdə müvəffəq olacaq, onun dərinliklərinə yiyələnəcək. Elmi bu üsulla oxuyan hər bir şəxs üçün onun şirinliyi var.
Tələbəlikdə müvəffəq olmaq üçün Altı mühüm nöqtə: 1- Tələbənin müvəffəq olması üçün mühüm nöqtələrdən biri onun şəxsiyyətində elmin yayılması ilə bağlı məsuliyyət və həvəsin olmasıdır. 2- İkinci mühüm nöqtə kimi qeyd edə bilərik ki, tələbənin hər bir elmə baxışı peykdən baxış olmalıdır. Yəni elmin bütün sərhədlərini, coğrafiyasını görmək nəzərdə tutulur. 3- Tələbə özünəinam sayəsində elmin yüksək qüllələrini fəth edir. 4-Tələbənin təhsildə təlaşlı və həvəsli olmasına başqa amillər də təsir göstərir. Dördüncü amil olaraq daxildən və xaricdən qaynaqlanan sevinci göstərə bilərik. Tələbədə təhsil həvəsi yaradan amillərdən biri daxili amildir. Yəni bir növ istək ... 5-Tələbənin müvəffəqiyyətində rol oynayan beşinci amil onun elmə təşnə olmasıdır. Tələbə elmə bir su kimi baxmalı, ruhundakı susuzluğu elmlə yatırmalıdır. 6-Təhsilə həvəsi artıran altıncı amili dialiktik amil adlandıra bilərik. Tələbənin sinifdə iştirakı, müzakirələrə qatılması, suallarını ortaya qoyması onun fəallığını göstərir.
Mübarək Şaban ayı daxil olur-Ayın fəzilət və əməlləri!
ŞƏBAN AYININ FƏZİLƏTİ: 1-İmam Səccad (ə) - \"Kim şaban ayını Rəsulullaha (s) olan sevgisindən ötəri və Allaha yaxınlaşmaq üçün oruc tutsa, Allah onu sevər, öz ikram və ucalığına yaxınlaşdırar və cənnəti ona vacib edər\". 2- Bu ayın ən fəzilətli vaxtı “Nimeyi-Şəban” bayramadır. Şaban ayının 15-ci gecəsi və günü xüsusi ibadət vaxtıdır. Allah bu gecə edilən duaları qəbul edəcəyinə and içib. Bu gecə barəsində Peyğəmbər (s) Aişəyə belə buyurub: «… Bu gecə ruzilərin bölündüyü, əcəllərin yazıldığı və Həccə gedəcək insanların siyahısının müəyyənləşdiyi gecədir...» ŞABAN AYININ ƏMƏLLƏRİ: 1- Şaban ayı boyunca 1000 dəfə “La ilahə illəllahu və la nə\'budu illa iyyahu muxlisinə ləhud-dinə və ləv kərihəl-muşrikun” deyən mömin min ilin ibadətinin savabını qazanar. 2- Rəvayətlərdə qeyd olunub ki, mələklər Allah-Taaladan, Şəban ayının cümə axşamında oruc tutan şəxsin bağışlanmasını və dualarının müstəcəb olmasını istəyirlər. Nəbəvi xəbərə əsasən, Şəban ayının bazar ertəsində və cümə axşamında oruc tutan şəxsin Allah-Taala 20 dünya və 20 axirət hacətini yerinə yetirər. ...
Üç düşüncə insanı xoşbəxt və üç düşüncə insan həyatını qaraldar!
İnsan xoşbxətliyi üç cümlə və düşüncədə yerləşmişdir:
1-Dünəndən təcrübə qazanmaq, 2-Bu günün fürsətindən yaxşı istifadə etmək, 3-Gələcək haqda ümidli olub uğur qazanmaq üçün çalışmaq.
Amma üç düşüncə insan insan həyatını məhv edər:
1-Keçmişin məğlubiyyətindən həsrətli olmaq, 2-Bu günün fürsətlərini əldə vermək. 3-Gələcəkdən qorxmaq.
Peyğəmbərimizin (s) dəyərli kəlamlarından bir neçə hədis yazın?
Peyğəmbərimizin (s) dəyərli kəlamları: 1. Həddindən artıq gülüş ürəyin qənimidir. 2. Heyvanların da bəşər kimi ölümdən xəbərləri olsa idi, yağlı ət yeməzdilər. 3. Miqdarından 2 dəfə artıq qazanc gətirən hər borc sələmdir. 4. Şəhidin borcundan başqa qalan bütün günahları bağışlanacaqdır. 5. Sələmsiz verilən hər hansı bir borc sədəqədir. 6. Ən böyük düşmənim və ən uzaq olanlar bədxah və bədxasiyyətlilərdir. 7. Əxlaqı və davranışı ailə üzvlərinin xoşuna gələn adam həqiqi müsəlmandır. 8. Mən sizə xoşəxlaqlılıq öyrətmək üçün Peyğəmbər olmuşam. 9. Hər bir müsəlmana 2 xasiyyət yaraşmaz: bədxahlıq və acgözlülük, 10. Halal yeməklə qidalanıb göstərişlərimə əməl edin. 11. Xəbislikdən uzaqlaşın. 12. Hikmətin qayəsi Allahdan qorxmaqdır. 13. ...
Zühur zamanı Qaimin (ə.f) çətinliyi olacaqmı?
Həzrət Mehdinin (ə.f) zühur dövründə əsas çətinliklərindən biri də cəmiyyətdə Allah dini ilə bağlı yanlış düşüncənin rəvac tapmasıdır. Bu sayaq yanlışlıqlar əsrlər boyu cəmiyyətdə kök atmışdır. Müsəlmanlıq iddiasında olub, dini təlimləri təhrif edən şəxslə mübarizə aparmaq kafirlə mübarizədən daha çətindir. Quran ayələri və hədisləri yanlış təfsir edənlər üç hissəyə bölünür: 1. Dünyapərəst və asılı ruhanilər; 2. Sərmayədarlar və kübarlar; 3. Adı müsəlman olan hökumətlər.
İmam Sadiq (ə) buyurur: “Zühuru zamanı Qaimin (ə.f) cahillərdən çəkdiyi əziyyət Peyğəmbərin (s) cahil xalqdan çəkdiyi əziyyətdən də ağır olacaq. Peyğəmbər (s) zühur edən vaxt xalq daşa-taxtaya pərəstiş edirdi. Qaim zühur etdikdə isə insanlar öz mövqelərini Quran ayələri ilə sübut etmək istəyəcək.”