Imam Səccadın (ə) hədisində, hansı xasiyyətlər insanın günahını bağışladar və imanını kamil edər?


Imam Səccadın (ə) hədisində, hansı xasiyyətlər insanın günahını bağışladar və imanını kamil edər? İmam Əli ibn Huseyn (əleyhi səlam) buyurub: “Hər kimin dörd xasiyyəti olarsa imanı kamil olar, günahları bağışlanar, Allah Təalanın görüşünə gedərkən (admin: dünyasını dəyişdiyi zaman, qiyamət günü) Allah Cəllə Cəlaluh ondan razı olar: 1-İlahi təqva və pərhizkarlıq sifəti. Belə ki, heç kimdən heç bir şey gözləmədən camaata xidmət göstərər. 2-Həyatının bütün anlarında xalqla sadiqcəsinə rəftar edib, doğru danışa. 3-Bütün Şəri və Ürfi (admin: xalq arasındakı rəylərə ürf deyilir) pisliklərə qarşı həyalı olub özünü çirkinliklərdən saxlaya. 4-Öz ailəsi və yaxınları ilə, gözəl əxlaqla davrana.” (Mişkatul Ənvar: 172)


İmamlara bəzi dualarda şərikəl-Quran deyilir, bu nəqədər doğrudur?


İmamlara bəzi dualarda şərikəl-Quran deyilir, bu nəqədər doğrudur? İmamlara şərikəl-quran xitab etmək bir çox dua və ziyarətnamələrdə gəlib. Şərikəl-quran demək həqiqətdə sünnü və şiənin mötəbər kitablarında Peyğəmbərdən (ə) nəql olan səqələyn hədisini məfhumudur. Peyğəmbər buyurub: “Mən iki qiymətli şeyi – Allah Kitabını və Əhli-beytimi sizin aranızda əmanət qoyuram. Necə ki, o (iki əmanət) sizinlədir, heç zaman haqq yoldan azmayacaqsınız. O ikisi, (Quran və Əhli-beyt) (axirətdə) Kövsər hovuzunun kənarında mənə qovuşacaq ana qədər bir-birindən ayrılmazlar.”
Bu hədisdə Quran və Əhli-beyt biri-birinin yanında qərar tapıb yəni əgər birini götürüb digərini kənara qoysaq azğınlıqdan nicat tapmağa və hidayət olmaq üçün kifayət etməz. İmamlar Quranı doğru təfsir edənlər və natiqi-quran və Quranın danışan dili və həmişə Quranla-dırlar. Peyğəmbər (s) buyurub: ”Əli Quranla birgədir və Quran da Əli birgədir.Bu ikisi Kövsər hovuzunun yanında mənə qovuşana qədər heç vaxt bir-birindən ayrılmazlar”. Bəs İmamlara şərikəl quran demək yanlış deyil. İmamlar Qurana şərik tanıtdılır, bu mənalarda: 1. Müştərək xüsusiyyətləri var 2. İşlərində şərikdirlər 3. Hədəf və məqsədləri birdir.


Yehova sahidlərinin əsas inancları nələrdən ibarətdir?


Yehova sahidlərinin əsas inancları nələrdən ibarətdir? Yehova sahidlərinin əsas inancları:
1. Yəhudilərin müqəddəs kitabı olan Tövratda adı çəkilən YAHOVAnın tanrı olduğuna, İSA peyğəmbərin də “Yahova ölkəsi”nin rəhbəri olduğuna inanırlar.
2. Zahirdə xristianların kitabı olan İNCİLə də inanmış görünürlər və onu maraqlarına uyğun olaraq şərh edib, anladırlar. 3. Axirətə - cənnətə inanmırlar, inanclarına görə cənnət dünyada və güman etdikləri məmləkətlərindədir. 4. İsa peyğəmbərin 1914-cü ildən Tanrının krallığını qurmağa başladığına inanır, 5. Ruha və sonsuzluğa inanmırlar. 6. Özlərinə məxsus ibadətləri vardır, buna “Kral Salonu” adı verirlər. 7. İnsan qardaşlığı sadəcə onlara məxsusdur, bu, digər insanlara aid deyildir. “Yahova şahidi”...


Yehova sahidləri barədə nə deyə bilərsiz?


Yehova sahidləri barədə nə deyə bilərsiz? “Yahova şahidləri” - Onalrın əsas məramları bir din dövləti olan tanrı krallığı yaratmaqdır. “Yahova Şahidləri” yəhudi soylu, dini yönümlü, xristianlığı və xüsusilə də İslamı parçalamaq hədəfli, şəraitinə görə din, məzhəb, təriqət, mafiya və s. kimi müxtəlif cəhətli çox gizli eyni zamanda çox təhlükəli bir təşkilatdır.
Yahova Şahidləri ilk dəfə 19-cu əsrin əvvəllərində ABŞ-da iş adamı Çarlz Tez Rassell tərəfindən yaradılmışdır. O, bu sektanın mövqeyini Hz. İsa-nın gələcəyi və qiyamət günü qopacağı əsasında qurmuşdur. Amerikada dərc etdiyi ilk jurnalda Hz. İsa-nın 1878–ci ildə gələcəyi xəbərini verdi. Lakin, təbii ki, bu xəbər həyata keçmədi. Daha sonra Rassel Hz. İsa-nın 1891 ci ildə gələcəyi xəbərini vermək üçün dünya turuna çıxdı. Lakin bu xəbər də yalan oldu. Almaniya, Türkiyə, İtaliyada özünə tərəfdar toplaya bilməyən Rassel başqa ölkələrə üz tutdu. O öldükdən sonra onun işini Rezerford davam etdirdi. ...


Qəbir ustə türbə ve ya məbər tikməyin delili varmi?


Qəbir ustə türbə ve ya məbər tikməyin delili varmi? Qəbr üstə türbə və ziyarətgah tikmək Peyğəmbər səhabələrinin arasında təbii və şəri bir məsələ idi ki tarixdə nəql olunub.
1. Peyğəmbərin (s) məzarı: Peyğəmbər (s) vəfat etdikdə bir hücrədə (kiçik otaq) dəfn edildi. Əgər qəbirlər üzərində nə isə tikib ucaltmaq haram olsaydı, səhabələr Peyğəmbəri (s) dəfn etməzdən öncə onu uçurar sonra dəfn edərdilər. Çünki vəhhabilərə görə sözügedən tikililər büt hesab edilir. Elə buna görə də hər hansı bir tikilinin daxilində dəfn etməklə dəfndən sonra nə isə tikib ucaltmağın heç bir fərqi yoxdur. Peyğəmbərin (ə) məzarı üzərindəki tikili və günbəz o həzrət (s) dəfn edildiyi gündən günümüzə qədər mövcuddur.
2. Peyğəmbər, Həmzə şəhid olduqdan sonra qəbri üstə nişanə qoydu. Quranda Kəhf surəsində buyrulur: 21......(Amma möminlər, yəni) onların işi (barəsi)ndə (mübahisədə) qalib gələnlər dedilər: «Biz onların (əbədi yadigarı olmaq üçün) cəsədləri üzərində bir məscid tikəcəyik.» ...


Şeytanın 20- düşməni kimlərdir?


Şeytanın 20- düşməni kimlərdir? İnsanın çıxdığı səfərdə məqsədə çata bilməməsinin əsas səbəblərindən biri yolda maneələri, düşmənləri tanımamasıdır.
İbn Abbas nəql edir ki, həzrət Peyğəmbər (s) Şeytandan soruşdu: -Ümmətimdən kimləri özünə düşmən sayırsan? Şeytan cavab verərək dedi:
Ümmətin arasında 20 düşmənim var: 1-Birincisi sən özünsən, 2-Elminə əməl edən alim, 3-Oxuduqlarına əməl edən Quran hafizi, 4-Allah rızası üçün gündə 5 vaxt namaz qılan, 5-Kasıbların, miskinlərin və yetimlərin dostu olan, 6-Mərhəmətli kimsə, 7-Haqq üçün çalışan kimsə, 8-Allah-Taalaya ibadətlə böyüyən gənc, 9-Halal yeyən, 10-Alah razılığı üçün bir-birini sevən iki insan, 11-Namaza və xalqa aşiq kimsə, 12-İnsanlar yatarkən gecə qalxıb ibadət edən kimsə, 13-Özünü haramdan qoruyan şəxs, 14-Qardaşlarına dua edən kimsə, 15-Daim dəstəmazlı olan kimsə, 16-Alicənab, mədr insan, 17-Əxlaqlı insan, 18-Hər işdə Allahı təsdiq edən insan, 19-Dul qadınlara yaxşılıq edən, 20-Ölümə hazırlıq görən.


İnsanları aldatmaq üçün şeytanın istifadə etdiyi 12 söz hansılardır?


İnsanları aldatmaq üçün şeytanın istifadə etdiyi 12 söz hansılardır? Şeytanın sevdiyi 12 söz bunlardır:
1-Bir dəfəyə bir şey olmaz, Yəni narkotik maddələrdən (eləcə də Allahın haram buyurduqlarından) uzaq olun, 2-Daha gəncik, daha gəncin deyib dindən uzaqlaşmayın, 3-Əhəmiyyətli olan ürək təmizliyi deyilmi? Yəni ürəyivizin təmiz olduğunu düşünüb həqiqi dindən uzaqlaşmayın, 4-Allah ilə qul arasında girilməz, Bu da o mənanı verir ki, başqasının yerinə heç birimiz o dünyada cavab verməyəcəyik, 5-Təqaüdə çıxdıqdan sonra. Yəni fikirləşməyin ki, təqaüdə çıxdıqdan sonra din yoluna keçərəm, 6-Zaman sizə deyil, siz zamana tərəf gedin, Allahın alın yazısını heç kim silə bilməz, 7-Bir şey olmaz Allah bağışlayar. 8-Bu qədər günahdan sonra çətin ki, bağışlanaq. 9-Çox düşünmə. 10-Cəhənnəmdə bir müddət yandıqdan sonra cənnətə də gedərik. 11-Biz böyüklərimizdən belə gördük. 12-Tövbə edincə keçirmiş. Oğurluq edib fikirləşməyin ki, tövbə edərəm Allah bağışlayar. Sizcə siz bunlardan hansını edirsiniz?


Qumar oynamayan şəxs qumar məclislərində otura bilərmi?


Qumar oynamayan şəxs qumar məclislərində otura bilərmi? Ənam, 68-ci ayə: «Ayələrimizə istehza edənləri gördüyün zaman onlar söhbəti dəyişənə qədər onlardan üz çevir. Əgər şeytan bunu sənə unutdursa, xatırlayandan sonra o zalım tayfa ilə oturma». Uyğun əmrə itaət etməyənlərə xəbərdarlıq olunur: «Belə məclislərdə iştirak etsəniz, siz də onların tayı olacaq, onların aqibəti ilə rastlaşacaqsınız» Nisa» surəsi, ayə 140. Peyğəmbər (s) buyurur: Fasiqlərlə ünsiyyətdə olmaq pislik ardınca pislik gətirir.
Ayə və hədislərdən aşağıdakı nəticələr çıxır: 1. Günah məclisində iştirak, günahda iştirak kimidir; 2. Belə məclisdə iştirak edən şəxs, ya günahın qarşısını almalı, ya da həmin məclisi tərk etməlidir; 3. Belə məclislərdə sakit oturanın cəzası, günahkarların cəzası qədərdir; 4. Günaha yol verilməyən məclislərdə kafirlərlə oturmaq olar; 5. Günahkarlarla mehriban münasibət nifaq nişanəsidir. Çünki həqiqi müsəlman, ilahi hədlərin pozulduğu mühitdə rahat dayana bilməz.


Nümunəvi qadının 3 bəyənilən xüsusiyyəti hansılardır?


Nümunəvi qadının 3 bəyənilən xüsusiyyəti hansılardır? Bu məsələ heç kəsdən gizli deyildir ki, yaxşı həyat yoldaşı Allah Təala tərəfindən olan böyük nemətdir və səadət səbəblərindəndir. Bu haqda Peyğəmbər (s) buyurur: “Kişinin səadəti – saleh həyat yoldaşına malik olmaqdadır”.
İnsan hər nə qədər həyat yoşdaşı haqqında agahlıq əldə edərsə, müştərək həyatın daha şirin olmasına gətirib çıxardar. Bəs nümunəvi qadın necə olmalıdır?
1) İmanlı. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim qadınla gözəlliyinə görə evlənərsə, istədiyini onda görməz. Hər kim qadınla mal və sərvətinə görə evlənərsə, Allah onu həmin mal və sərvətlə tərk edər. İmanlı qadınla evlənin”. 2) Ailə nəcibliyi. Həzrət Peyğəmbər (s) buyurur: “Zibillikdə bitən yaşıllıqdan (göyərtilərdən) çəkinin”. Soruşurlar ki, bu kimdir? Həzrət (s) buyurur: “Alçaq ailədə və nəsildə dünyaya gələn gözəl simalı qadın”. 3) Az mehriyyəsi olan. İmam Sadiq (ə) buyurur: “Qadının bərəkəti onun az xərcləyən olmasıdır”. Həzrət Peyğəmbər (s) buyurur: “Mənim ümmətimin ən yaxşı qadınları - ən xoş simalı və onların az mehriyyəli olanlarıdır”.


İmam Huseyin (ə) hədisində mömin şəxsə yaraşan sifətlər!


İmam Huseyin (ə) hədisində mömin şəxsə yaraşan sifətlər! Mömin şəxs üçün Allah yanında məqamını ucaldan sifətlər. İmam Huseyin (ə) buyurur: (Elml öyrənməsi, təcrübə əldə etməyə çalışması, Təqvalı və qane olmağa çalışması, həqiqi dostunu tapması və pisliyini istəyən insan və şeytanı tanıması. Çünki:
\"-(Mömin şəxs üçün) elm öyrənmək mərifətin başlanğıcı deməkdir,
-Uzun-uzadı və çox təcrübəyə sahib olmaq, ağlın və şəxsiyyətin artması deməkdir,
-Təqvalı olub, Allah ruzi edən nemətlərə qane olmaq, insan yaşayışının rahatlığı deməkdir,
-Mömini sevənlər o şəxslərdir ki, onu pis işlərdən çəkindirsin,
-Mömin şəxsin həqiqi düşməni o dəstə insanalardır ki, onu haqq yolundan azdırmaq istəsin.
العلم لقاح المعرفة، وطول التجارب زيادة في العقل والشرف، التقوى والقنوع راحة الابدان، ومن احبك نهاك، ومن ابغضك اغراك.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter