İmam Hüseyn (ə) hansı səbəbdən sübh namazında atası ilə birlikdə deyildi?


Əmirəl-möminin (ə) ilə İmam Hüseynin (ə) evi Kufə məscidinin yanında idi. Ona görə də onların evi ilə məscid arasında böyük bir fasilə yox idi.
Məclisi yazır: “O gecə Əmirəl-möminin (ə) şam etmək üçün Ümmil-Gülsümün (s.ə) evinə gedir. Ümmil-Gülsüm (s.ə) deyir: “Atam bir tikə çörək və bir qədər duzla iftar etdi. Allahın həmdini yerinə yetirdi və namaz üçün dayandı. Davamlı olaraq namazda idi. Bəzən otaqdan bayıra çıxar və ulduzlara nəzər salardı. “Yasin” surəsini axıra qədər tilavət etdi. Əmirəl-möminin (ə) o gecəki hərəkətlərindən şəhadət iyi gəlirdi.
Gecənin yarısından çoxu keçmişdi və dəstəmazını təzələmək üçün otaqdan bayıra çıxdı. Onun bu halını müşahidə edərkən qardaşım İmam Həsənin (ə) yanına getdim və olanları ona danışdım. İmam Həsən (ə) hərəkət etdi və Əmirəl-möminin (ə) Kufə məscidinə çatmadan ona yetişdi və dedi: “Hələ gecənin üçdə biri qalıbdır. Niyə evdən tez çıxmısınız?”.


İmam Səccadın (ə) duasında Ramazan ayını hansı 5 adla çağırır?!


İmam Səccad (ə) “Səhifeyi-Səccadiyyə” kitabında Ramazan ayına 5 ad vermişdir ki, onlarla tanış olaq:
1. Ramazan ayı. İmamın (ə) bu müqəddəs ay üçün qərar verdiyi ilk ad – Ramazan ayıdır. Ramazan sözü “rəməz” sözündən götürülmüşdür ki, mənası günəşin yandırıcı nur saçmasıdır. Yəni, yüksək hərarət, yandırıcı hərarət nəzərdə tutulur. Peyğəmbərimiz (s) ona görə buyurur: “Bu ayın adını ona görə Ramazan ayı qoyublar ki, bu ayın nuraniliyi və hərarəti keçmiş günahları yandırar. Əməl dəftərinin qara səhifələrini ağardar”.
2. Orucluq ayı. Həzrət Peyğəmbər (s) buyurur: “Allah Təala buyurmuşdur: “Oruc – Mənim üçündür və Mən onun mükafatını verəcəyəm”. Oruc nəfsani istəkləri və şəhvəti aradan aparır və qəlbin səfasına səbəb olur...


İmam Həsənin (ə) həyatına qısa baxış....


İmam Həsən ibn Əli (ə) hicrətin 3-cü ilində mübarək Ramazan ayının 15-ci gecəsində Mədinə şəhərində dünyaya göz açıb. O Həzrətin (ə) Seyyid, Sibt, Əmin, Hüccət, Nəqi, Zəki, Zahid və Müctəba kimi ləqəbləri vardır. Dünyaya gəldikdən 7 gün sonra anası Həzrəti Fatimə (ə) İmam Həsəni (ə) ipək parçaya bükərək Allah Rəsulunun (s) yanına aparır. Mənbələrdə bildirilir ki, bu ipək parçanı vəhy mələyi Həzrət Cəbrayıl (ə) cənnətdən Peyğəmbərimiz (s) üçün gətirmişdi. Həzrət Peyğəmbər (s) uşağın adını \"Həsən\" qoyur və onun üçün əqiqə olaraq bir qoyun kəsir. İmam Həsən (ə) babası Peyğəmbərin dövründə az yaşayıb. Çünki İmam Həsən (ə) təxminən yeddi yaşında olarkən İslam peyğəmbəri (s) dünyadan köçüb. O, uşaqlıq çağından güclü istedada malik olub. Güclü hafizəsilə Peyğəmbərə (s) nazil olan ayələri eşidir və hamısını əzbərləyirdi. Evə qayıtdıqda isə, anasına deyirdi. Həzrət Fatimeyi-Zəhra (ə) da o ayələri və Peyğəmbərin (s) kəlamlarını İmam Əliyə (ə) deyirdi. İmam Əli (ə) təəccüblə bu ayələri necə eşitdiyini soruşduqda Xanım Zəhra (ə) bunları İmam Həsəndən (ə) eşitdiyini bildirirdi.


İmam Əli (ə) hökumətinin əsas işi – hansı hədəf üzərində qurulmuşdu?!


İmam Əlinin (ə) hökumət etdiyi zamanlarda ən böyük səyi – ədaləti bərpa edib, cəmiyyətdəki yoxsulluğu aradan qaldırmaq olmuşdur. İmamın (ə) nəzərinə görə, hökumətin ən böyük vəzifəsi – iqtisadiyyatı inkişaf etdirib, insanların rifahını yaxşılaşdırmaq olmalıdır.Ona görə də insanlara xitab edərək buyurur: “Ey insanlar! Mənim sizin üzərinizdə haqqım vardır. Sizin də mənim üzərimdə haqqınız vardır.Sizin mənim üzərimdə olan haqqınız odur ki, mal-dövlətinizi, gəlirlərinizi artırım və onu sizə çatdırım. Ey insanlar, mənə işimdə yardım edin. Planlarımı həyata keçirtməkdə kömək edin. Allaha and olsun ki, zülm görmüş insanın dadına çataram və ona zülm edənin cilovunu toplayaram. Onu haqq mənzilinə tərəf çəkərəm”.







İmam Səccadın (ə) Ramazan ayına verdiyi 5 ad hansılardır?!


İmam Səccad (ə) “Səhifeyi-Səccadiyyə” kitabında Ramazan ayına 5 ad vermişdir ki, onlarla tanış olaq:
1. Ramazan ayı. İmamın (ə) bu müqəddəs ay üçün qərar verdiyi ilk ad – Ramazan ayıdır. Ramazan sözü “rəməz” sözündən götürülmüşdür ki, mənası günəşin yandırıcı nur saçmasıdır. Yəni, yüksək hərarət, yandırıcı hərarət nəzərdə tutulur. Peyğəmbərimiz (s) ona görə buyurur: “Bu ayın adını ona görə Ramazan ayı qoyublar ki, bu ayın nuraniliyi və hərarəti keçmiş günahları yandırar. Əməl dəftərinin qara səhifələrini ağardar”.
2. Orucluq ayı. Həzrət Peyğəmbər (s) buyurur: “Allah Təala buyurmuşdur: “Oruc – Mənim üçündür və Mən onun mükafatını verəcəyəm”. Oruc nəfsani istəkləri və şəhvəti aradan aparır və qəlbin səfasına səbəb olur. İnsanın həm zahirini və həm də batinini paklayır və zinətləndirir. İnsana Allahın nemətlərini göstərir və əvəzində də insan Allaha şakir olur.


İmam Rza (ə) iftar zamanı Allah-Taala (c.c) ilə necə münacat edərdi?!


... İmam Rzadan (ə) nəql edilir ki, buyurub: “Hər kim iftar zamanı desə: “Allahım! Sənin tövfiqinlə Sənə xatir oruc tutdum. Sənin əmrinlə verdiyin ruzi ilə iftar etdim. Ona görə onu bizdən qəbul et və bizi bağışla. Həqiqətən, Sən çox bağışlayan və mehribansan” - Allah da hər bir eyb və ya nöqsanına görə orucuna təsir edən günahları bağışlayar”. Muhəmməd ibni Sənan İmam Rzaya (ə) orucun fəlsəfəsi haqqında sual verir və Həzrət (ə) buyurur: “Orucun səbəbi - aclıq və susuzluq ağrısını dərk etməkdir ki, bəndə zəlil, yalvaran və səbirli olsun. Axirətin şiddətini başa düşsün. Bununla yanaşı, oruc zamanı nəfsani meyillər sınar. Axirət üçün bir moizədir və dünya və axirətdə yoxsul insanların halından agah olmaqdır”.


Əhli-Beyti (ə) ziyarət edə bilməsək kimlərin görüşünə gedək?! İmam Kazimin (ə) hədisi


Alimləri və seyyidləri ziyarət etmək – məkarim əxlaqdan hesab olunur. İmam Kazım (ə) buyurur: “O kəsin ki, bizi görməyə imkanı olmaz, bizim dostlarımızdan olan saleh bəndələrin görüşünə getsinlər ki, bizi görməyin savabı onun üçün yazılar.
O kəsin ki, bizi ziyarət etməyə imkanı olmaz, bizim dostlarımızdan olan saleh bəndələri ziyarət etsinlər ki, bizi ziyarət etməyin savabı onun üçün yazılar”.


Hz Peyğəmbərin (s) hədisinə əsasən İmam Əlinin (ə) ümmət üzərində əsas haqqı nədir?!


Həzrət Zəhra (s.ə) buyurur: “Həqiqətən də kamil və həqiqi xoşbəxt o kəsdir ki, İmam Əlini (ə) həyatda olan dövrdə və öləndən sonra sevər”.
Ata haqqı kimi olan haqq. Həzrət Peyğəmbər (s) buyurur: “Əlinin (ə) bu ümmət üzərində olan haqqı, atanın övladı üzərində olan haqqı kimidir”.
İmam Əli (ə) – hidayət qapısıdır. İmam Kazım (ə) buyurur: “Əli (ə) – hər an hidayət qapısıdır. Ona görə də hər kim bu qapıdan daxil olarsa, mömindir. Hər kim ondan çıxarsa, kafirdir. Hər kim ona daxil olmaz və xaric olmazsa – o təbəqədən olar ki, işi Allahladır”.


On ikinci İmamın adından sonra yazılan (ə.f) hərflərinin mənası nədir?


Müqəddəs adları yazdıqdan və söylədikdən sonra onlara olan hörmətimizi göstərməliyik. Məsələn, İmamların adlarından sonra “əleyhissalam” deyilir, yaxud bunun qısaldılmış şəkli olan (əs) və ya (ə) yazılır. Həzrət Mühəmməd Peyğəmbərin adı çəkiləndə və ya yazılanda isə salavat söyləmək, həzrətin özünə və nəslinə salam göndərmək az qala vacib səviyyəsində təkid edilən müstəhəb əməldir. On ikinci İmamın zühurunu gözləmək və buna hazırlaşmaq hər bir müsəlmanın vəzifəsidir. O həzrətin adı çəkilərkən ərəb dilində “Allah onun zühurunu tezləşdirsin” mənasını verən “əccəlallahu fərəcəhu” ifadəsi deyilir. Yazıda bunu qısa şəkildə baş hərfləri ilə (ə.f) formasında ifadə edirlər.


İmamlarımız (ə) son nəfəslərində bizlərə nə haqda vəsiyyət ediblər?!


Ayətullah Məzahiri insanları zülm etməkdən çəkinməyə dəvət edərək, onun aqibətlərindən danışmışdır. Alim buyurur: “Əgər Məsum İmamların (ə) həyatına nəzər salsaq – xüsusilə də İmam Səccadın (ə), İmam Hüseynin (ə), Əmirəl-möminin (ə) – görərik ki, şəhid olan zaman son vəsiyyətləri insanları zülmdən çəkindirmək olmuşdur. Halbuki, onlar özləri ən böyük zülmlərə məruz qalmışdırlar. Bu dünyadakı ən məzlum insan – İmam Hüseyn (ə) və o Həzrətin (ə) tərəfdaşları idi. Lakin, buna baxmayaraq, İmam (ə) son nəfəsini verən zaman vəsiyyəti bu idi ki, Allahdan başqa pənahı olmayan heç kəsə zülm edilməsin...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter