Hz Peyğəmbərə (s) Allah-Taala (c.c) tərəfindən hansı beş hədiyyə verillmişdir?!


İlahi hədiyyədir. Həzrət Peyğəmbər (s) buyurur: “Beş şey mənə əta edilmişdir ki, məndən əvvəlki peyğəmbərlərin heç birinə verilməmişdir:
1. Mən bütün aləmlər üçün göndərilmişəm.
2.Torpaq mənim üçün pak və səcdəgah qərar verilmişdir.
3. Qorxu ilə yardım edilmişəm (düşmənlərin qəlbinə qorxu salınaraq).
4. (Döyüş) qəniməti mənim üçün halal hesab olunmuşdur. Halbuki, məndən əvvəl heç kəsə halal deyildi.
5. Mənə Allah tərəfindən bütün sözlər hərtərəfli verilmişdir”.


Hz Peyğəmbərin (s) zöhd və ibadətini nə həddə tanımaq mümkündür?! Tarixi hadisələr


Cəfər ibn Əhməd Qumi \"Zuhdun-Nəbi\" kitabında rəvayət edir ki, Allahın Rəsulu (s) namaza duranda Allahın qorxusundan rəngi qaçardı, ondan sızıltılı səs eşidilərdi. Həmçinin namaz qılanda yer üzərinə sərilmiş paltar kimi olardı. Əllamə Məclisi özünün \"Biharul-ənvar\" kitabında Aişədən belə nəql edir: \"Allahın Rəsulu (s) bizlə söhbət edər, biz də onunla danışardıq, amma namaz vaxtı gələndə elə bir halda olardı ki, sanki nə o bizi tanıyır və nə də biz onu tanıyırıq.\" Əbu Bəsir İmam Məhəmməd Baqir (ə)-dan rəvayət edir ki: \"Allahın Rəsulu (s) bir gecə Aişənin yanında idi. Aişə dedi: Nə üçün ibadət etməyə görə özünə bu qədər əziyyət verirsən, bir halda ki, Allah Taala sənin keçmiş və gələcək günahlarını bağışlamışdır? Həzrət buyurdu: Mən şükr edən və minnətdar bəndə olmayımmı?\"
\"Üsuli-kafi\" kitabında İmam Cəfər Sadiq (ə)-dan rəvayət olunmuşdur ki, Allahın Rəsulu (s) buyurmuşdur: \"İnsanların ən üstünü o kəslərdir ki, ibadətə aşiq olmuş, onu qucaqlamış, qəlbi və canı ilə sevmiş, cismi və bədən əzaları ilə onu yerinə yetirmiş, ibadət üçün hər şeydən əlini çəkmişlər. Belə bir halda bu insan üçün dünyada çətinliklə yaxud asanlıqla yaşamağın heç bir fərqi yoxdur...\"


İmam Əli (ə) özünü Zülqərneynlə hansı məsələ oxşar olaraq tanıtdırır?!


Əmirəl-möminin (ə) minbərdə olan zaman İbni Kəvva qarşısında dayanır və Həzrətdən (ə) soruşur: “Mənə Zülqərneyndən xəbər verin ki, peyğəmbər idi, yoxsa sultan?”.
Həzrət (ə) buyurur: “Zülqərneyn nə peyğəmbər idi və nə də sultan. O, elə bir bəndə idi ki, Allah Təalanı sevirdi və Allah da onu sevirdi. Allah üçün xeyirxahlıq edərdi və Allah da ona xeyirxahlıq edərdi. Ona Zülqərneyn deyilməyinin sirri budur ki, o, öz qövmünü Allah Təalaya tərəf dəvət edir. Ancaq onlar başına vurub, onu yarırlar. Ona görə də bir müddət onlardan qaib olur. Sonra yenə yanlarına gəlir və onları yenə dəvət edir. Onlar bu dəfə başının o biri tərəfinə vururlar və onu şikəst edirlər.
Həzrət (ə) sonda buyurur: Sizin də aranızda onun kimisi vardır”...


Əmirəl-möminin (ə) niyə öz fəzilət və üstünlüklərini bəyan etməyə məcbur oldu?


Əmirəl-möminin (ə) xüsusi fəzilətlərindən biri də budur ki, Həzrət Xatəmül-ənbiyadan (s) başqa, qalan İlahi peyğəmbərlərdən (ə) üstünlüyə malikdir. Həzrət Peyğəmbər (s) Əmirəl-mömininə (ə) buyurur: “Allah, Öz peyğəmbərlərini (ə) yaxın mələklərindən üstün etmişdir. Məni bütün peyğəmbərlərdən (ə) üstün etmişdir.
Ey Əli! Üstünlük məndən sonra səndə və səndən sonrakı İmamlardadır (ə)”. Nəql edilir ki, bir gün Səsəhə ibni Suhan İmam Əliyə (ə) onun digər peyğəmbərlərdən (ə) üstünlükləri ilə bağlı sual ünvanlayır. Həzrət (ə) cavabında buyurur: “İnsanın özünü tərifləməsi yaxşı iş deyildir. Ancaq Allah buyurmuşdur: Sənə verilən nemətləri bəyan et””. Sonra Həzrət Əli (ə) öz fəzilət və üstünlüklərini bəyan etdi. Məlum oldu ki, Həzrət Adəmə (ə) behiştdə buğda yemək yasaqlanmışdı, ancaq ondan yedi. Ancaq Həzrət Əliyə (ə) buğda yemək qadağan olunmamışdı, amma buna baxmayaraq, o Həzrət (ə) heç bir zaman buğda çörəyi yeməmiş, arpa çörəyi ilə kifayətlənmişdi...


İmamətliyin nişanəsi sayılan Mushəfi-Fatimə nədir?


Mushəfi-Fatimə o kitabın adıdır ki, İmam Əlinin (ə) vasitəsilə yazılmışdır. Bu kitabın içində olanlar isə vəhy mələyi vasitəsilə Xanıma (s.ə) təlqin edilmişdir. Bu kitabda qeyb hadisələri və Ali-Muhəmmədin (ə) sirləri bəyan edilmişdir. Bu kitab İmamətliyin nişanəsi sayılır və İmamların (ə) yanında əldən-ələ ötürülür. Hal-hazırda İmam Zaman ağanın (ə.f) əlindədir.
Əksər hədislərə görə, Peyğəmbərdən (s) sonra nəşr edilmişdir. Həzrət Peyğəmbər (s) onun haqqında məlumat verməmişdir. Lakin bu, o demək deyildir, ki, Həzrət (s) həmin kitabdan xəbərsiz idi. Bizim əqidəmiz belədir ki, Allahın izni ilə onun gələcəkdən xəbəri var idi. Bu kitab İmamətliyin nişanəsi olduğu üçün, tərkibində olanlar insanlara açıqlanmamışdır. Ona görə də ümumi insanların ondan xəbərləri yoxdur və onların ixtiyarına qoyulmamışdır.


Peyğəmbərin (s) vəziri, köməkçisi, qardaşı və dayağı kim olmuşdur?


İmam Əlinin (ə) fəziləti ilə bağlı bir hədisə nəzər salaq. Bu mübarək hədisdə Həzrət Rəsuli-Əkrəm (s) Musa peyğəmbər (ə) kimi Allaha dua etmişdir. Musa peyğəmbər (ə) qardaşı Harunla (ə) bağlı Allahdan nələri istəmişdirsə, əziz Peyğəmbərimiz (s) də Həzrət Musa peyğəmbər (ə) kimi İmam Əli (ə) ilə bağlı Allaha o cür dualar etmişdir.
Elə bu səbəbdəndir ki, başqa bir hədisdə də Peyğəmbərimiz (s) buyurmuşdur: \"Əlinin mənə olan nisbəti – Harunun Musaya olan nisbəti kimidir və (lakin) məndən sonra peyğəmbər yoxdur\". Qeyd olunan hədislərə və Quran ayələrinə əsasən deyə bilərik ki, İmam Əli (ə) Peyğəmbərin (s) vəziri, köməkçisi, qardaşı, arxası və təbliğ işlərində Onun (s) şərikidir. Bu fəzilət Allah tərəfindən fəqət İmam Əliyə (ə) verilmişdir. Abdullah ibn Cəfər əl-Himyəri mötəbər sənəd ilə İmam Baqirdən (ə) nəql edir: \"Peyğəmbər (s) Ərəcdə olarkən belə buyurmuşdur: \"İlahi, Sənin bəndən Musa (ə) dua etdi və Sən onu cavablandırdın. Öz tərəfindən ona sevgi yaratdın. Səndən istədi ki, onun sinəsini genişləndirəsən, işini asanlaşdırasan, ailəsindən onun üçün bir vəzir qərar verəsən və dilindəki düyünü açasan.


İmamların (ə) malik olduqları elm, hamısında eyni səviyyədədirmi?


Məsum İmamlar (ə) da Peyğəmbər (s) kimi, insanları hidayət etmək yolunda xüsusi İlahi elmə malik olarlar. Bu elmi ladoni adlandırırlar. Yəni, qeyb elmidir, bəşər elmi deyildir.
Onlar hər zaman dua edərlər ki, Allah bu elmlərini artırsın. Hətta Həzrət Peyğəmbər (s) belə dua edən zaman buyurardı:“Allahım, mənim elmimi artır”.
Hədislərdən belə qənaətə gəlmək olur ki, bütün İmamların (ə) qeyb elmi vardır. Bu elmi Allah Təala ancaq mələklərə və peyğəmbərlərinə (ə), vəsilərinə (ə) öyrətmişdir.
İmam Sadiq (ə) buyurur: “Allah Təalanın iki cür elmi vardır: birincisi o elmdir ki, Onun yanındadır və heç bir məxluqunu ondan agah etməmişdir. İkincisi isə o elmdir ki, mələklərinə və peyğəmbərlərinə (ə) vermişdir. O şeyi ki, mələklərə və peyğəmbərlərə (ə) vermişdir – bizə də gəlib çatmışdır\".


İmam Həsən Əsgəri (ə) keşişin yağış sirrini necə aşkar etdi?


İnsanlar üç gün dalbadal namaz qılmaq üçün namaz yerinə getdilər. Əllərini dua üçün açdılar, ancaq yağış yağmadı. Dördüncü günü xristianların böyük yepiskopu Casliq xristianlarla bir yerdə səhraya gedir. Keşişlərdən biri nə zaman əlini göyə qaldırsa, iri damçılı yağış yağardı.
Bu dəfə də bu cür oldu. Onun etdiyi dua nətincəsində çoxlu yağış yağdı. Bu mövzu müsəlmanların şəkkə düşməsinə səbəb oldu. Hətta bəziləri xristian olmağa meyl etdilər.
Bu mövzunu eşidən xəlifə, İmam Həsən Əsgərinin (ə) sorağına getdi. İmam (ə) zindanda idi. Olanları İmama (ə) danışdı. İmam buyurdu: “Sabah gələcəyəm və Allaha ümid edərək insanların bu şəkkini aradan qaldıracağam”. Sabah olan zaman insanlar gəldilər və həmin keşiş də gəldi. Əllərini qaldırıb dua edən zaman İmam (ə) xidmətçilərdən birinə buyurdu: “Keşişin sağ əlindən tut və bax gör barmaqlarının arasında nə var?”. Onun əlindən qara bir sümük aldılar.
İmam (ə) keşişə xitab edib buyurdu: “İndi dua et və Allahdan yağış istə”. Səma yağış yağmağa hazır olan zaman onun duası ilə açılır və yağışdan xəbər olmur...!!!


Bu cümləni deməklə, İmam Əli (ə) düşmənlərə qalib gəlirdi


İmam Hüseyn (ə) buyurur: “Atam nəql edir: “Bədr döyüşünə bir gecə qalmış Xızr peyğəmbəri (ə) yuxuda gördüm və ona dedim: “Mənə elə şey öyrət ki, onunla düşmənə qalib gəlim”. O, mənə dedi: “De: یا هُوَ یا مَن لا هُوَ إلاّ هُوَ، ”
O zaman ki, səhər açıldı, onu Peyğəmbərə (s) danışdım. Buyurdu: “Ey Əli! Allahın əzəmətli adı sənə öyrədilmişdir”.
Bədr günü bu cümlə davamlı olaraq dilimdə idi””. İmam Əli (ə) bu cümlələrdən sonra “Tövhid” surəsini oxuyurdu. Sonra yenə həmin cümləni deyir və buyururdu: “Məni bağışla və kafir dəstəyə qalib et!”...


11 000 xütbəsi olan bu dahi, Peyğəmbərimizin (s) zamanında bir kəlmə də danışmamışdır?!


Ayətullah Sübhani İslam dini üçün örnək və nümunə olan misilsiz insan – Həzrət Əli (ə) haqqında öz nəzərlərini bildirmişdir ki, onlarla tanış olaq.
Alim buyurur: “Birinci bundan başlamaq olar ki, bötün insanlar Həzrət Əlini (ə) şücaətli və igid bir insan kimi tanıyırlar. Dəlili də Peyğəmbərin (s) onun haqqında Xəndəq döyüşündə buyurduqlarıdır. Həzrət Əli (ə) həm də ən zahid insan idi. Zahid insan isə həm ümumi və həm də xüsusi insanların dilində əzbər olar.
İmam Əlini (ə) fəsahət və bəlağət cəhətdən gözəl tanımaq olar. “Nəhcul-bəlağə” bu dediklərimə nümunədir. Bəzən Həzrət Əlini (ə) gözəl əxlaqına görə tanıyırıq. Onun əxlaqı bütün İlahi saliklər üçün örnəkdir. Tarixdə görməmişik ki, Həzrət (ə) kiməsə müraciət etsin. Ancaq bütün insanlar ona müraciət etmişdilər. Onun elmindən faydalanmışdılar. Əvvəlinci mövzu – Həzrətin (ə) imanı idi. O, Peyğəmbərə (s) ilk dəfə iman gətirən insan olmuşdur.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter