Məsihi (ə) tapan xristian, niyə müsəlman oldu?


Şeyx Kuleyni, Həsən ibni Hüseyndən nəql edir: “Muhəmməd ibni Həsən mənim üçün nəql etmişdir: “Bizim səhabələrdən biri Samirra şəhərində qan almaq peşəsi ilə məşğul idi və əvvəllər xristian olmuşdur. O, danışır: “Bir gün İmam Həsən Əsgəri (ə) zöhr zamanı mənim dalımca adam göndərdi və mən ora gedən zaman mənə bir damarı nişan verib dedi ki, ondan qan alam. Mən adətən qanı aldığım damarları tanıyıram, ancaq bu damarı tanımırdım. Ona görə də ürəyimdə dedim: “Bu gün qəribə bir şey görürəm”.
O, mənə əmr edir ki, tanımadığım damardan qan alım. Mən damarı açdım və ondan bir qədər qan çəkdim. Sonra İmam (ə) mənə buyurdu: “Evində qal və gözlə”. Mən evdə qaldım və əsr zamanı gəlib çatdı. Həzrət (ə) məni yenə çağırdı və buyurdu ki, yenə qan alım...


Duanın insan taleyində nə belə təsiri vardır?! Hizqil Nəbinin (ə) müjdəsi


Hizqil Nəbiyə Allah-Taaladan (c.c) ilham olundu ki, filan hakimə denən ki, az bir müddətdən sonra öləcəksən! Hizqil Nəbi (ə) İlahi mesajı ona çatdırdı!
Hakim çox qorxaraq təsirləndi. Taxtının üstündə Allahla münacat və duaya məşğul oldu. Duasında belə deyərdi: “Mənim Rəbbim! Mənə o qədər fürsət ver ki, övladım böyüsün və işlərimi sahmana sala bilim!” Allah-Taala (c.c) hakimin duasını qəbul edərək Hizqil (ə)-a vəhy etdi: Get hakimə denən ki, sənin ölümünü 15 il daha gecə saldım.”


Allah –Taala (c.c) Hz Adəmə (ə) bəşəriyyətin vəzifəsini hansı 4 cümlədə açıqladı?!


İmam Sadiq (ə) buyurdu: “Allah-Taala Hz Adəmə (ə) vəhy edərək belə buyurdu: Mən bütün sözləri dörd cümlədə sənin üçün bəyan edirəm!” ...
1-O bir şey ki, Mənə aiddir, odur ki, Mənə bəndəlik edəsən və heç bir şeyi mənə tay və şərik seçməyəsən,
2-O bir şey ki sənə aiddir, Mən sənin əməllərini qarşılığı verəm, o zamanda ki, hər zamandan daha çox ona ehtiyaclı olduğun vaxtda!
3-Və amma o bir şey ki, səninlə Mənim aramdadır, sənin dua etməndir və Mənim qəbul etməyimdir.
4 -Son olaraq o bir şey ki, səninlə insanlar arasındadı, budur ki, o bir şeyi ki, özünə bəyənirsən camaat üçün də bəyənəsən, və o bir şeyi ki, özünə xoşlamayasan insanlar üçün də rəva bilməyəsən.” Mənbə: Nasix Ət-Təvarix kitabı, səh: 23


Nəfsimizi kontrol etməyi Həzrət Yusif (ə) kimi istəyək!


Quran bizə bir çox dastanları ilə ibrət dərsi vermişdir. Bu dastanlardan biri də Yusif peyğəmbərin (ə) dastanıdır ki, Həzrət Yusif (ə) şəhvət və nəfsinə qalib gəlmək üçün Allahdan yardım istəyir. Bu dastan, Quranın ən gözəl dastanı kimi məşhur olmuşdur. Quran buyurur ki, Yusif (ə) öz nəfsinə qalib gəlməkdə siddiq məqamına çatmışdı. Yəni, o həm zahirdə və həm də batində həqiqi mömin idi. Nə zaman Züleyxa ona fitnə qurur, o, Allaha xitab edərək buyurur: “(Yusuf) dedi: «Ey Rəbbim, mənim üçün zindan bunların məni dəvət etdiklərindən daha xoşdur və əgər bu qadınların məkr və hiyləsini məndən dəf etməsən, onlara meyil edər və nadanlardan olaram»”. (“Yusif” 33).
Həzrət Yusifin (ə) Allahdan yardım istəməsi səbəb oldu ki, şəhvətinə məğlub olmaq yerinə, xilas oldu. Düzdür ki, onun xilası zindan imtahanı ilə oldu. O, zindanı Misirin vəziri olmaqdan üstün tutur. Çünki zindan ona iffətli və pak halda ibadət etmək və Allaha bəndə olmaq üçün imkanlar vermişdi. Hər nə qədər çətin və əziyyətli olsa da, nəfsinə qalib gəldiyi üçün Həzrət Yusif (ə) çox xoşbəxt idi.


Niyə Həzrət İbrahim (ə) oda atılanda, Allahdan kömək istəmir?


Quran buyurur: “Kim Allaha təvəkkül etsə, O, ona kifayət edər”. (Təlaq” 3). Həzrət İbrahim peyğəmbəri (ə) göstərmək olar. Belə ki, Nəmrud onu atəşə atmaq istəyəndə, İlahi mələk onun yadına salır ki, Allahdan yardım istəsin. Ancaq o Həzrət (ə), cavabında deyir: “Allahın mənim halımdan xəbər tutması, məni Ondan (nicat) istəmək üçün ehtiyacsız etmişdir”. Əlbəttə, təvəkkülün bu dərəcəsi ancaq siddiqlərə məxsusdur. Həqiqi təvəkkül məhz budur. Yəni, insan əlini hər şeydən üzər və ürəyində inanar ki, onun Allahı vardır və həmişə Onu himayə edir. Ona görə də heç bir çətinliyə görə nigaran və pərişan olmur. “Möminlər yalnız o kəslərdir ki, Allah zikr olunduqda qəlbləri qorxar, Onun ayələri onlara oxunan zaman imanlarını artırar və daim öz Rəbblərinə təvəkkül edərlər”.(“Ənfal” 2).


Hz Nuhun (ə) Nuh adlanmasının səbəbi nədir?!


Bir neçə hədislə suala cavab verək: 1. İmam Sadiqdən (əleyhissəlam) belə nəql olunmuşdur: “Nuhun (əleyhissəlam) adı “Əbdül-Ğəffar” olmuşdur. O, öz halına (çoxlu ağlamış və) növhə söylədiyinə görə “Nuh” adlandırılmışdır.
2. Həmçinin İmam Sadiqin (əleyhissəlam) belə buyurduğu nəql olunmuşdur: “Nuhun adı “Əbdül-Məlik” idi. O, beş yüz il ağladığına görə “Nuh” adlandırılıb”.
3. İmam Sadiqin (əleyhissəlam) belə dediyi rəvayət olunmuşdur: “Nuhun adı “Əbdül-Əla” olmuşdur. Ona beş yüz il ağladığına görə “Nuh” deyilib”.


Həzrət Musaya (ə) edilmiş dörd vəsiyyət hansı məsələlər haqda idi?!


Həzrət Musa (ə) Allah Təala tərəfindən dörd şeyə vəsiyyət edilmişdir ki, bunları biz də bilsək faydalı olar.
1. O zamana qədər ki, Allahın səni bağışladığını bilmirsənsə, insanların eybi ilə işin olmasın. Özünün bağışlanmağın üçün vasitə fikirləş.
2. O zamana qədər ki, xəzinələrimdə olan sərvətin bitdiyini bilmirsənsə, ruzi üçün qüssə yemə. Sənə yazılan sənə çatacaqdır.
3. O zamana qədər ki, Mənim hakimiyyətimin sona çatdığını bilmirsən, heç kimə ümid etmə.
4. Təhlükəli düşmən olan şeytanın ölüm xəbəri sənə çatmayıbsa, onun hiyləsindən amanda olma...


Həzrət Musa (ə) hansı keyfiyyətinə görə seçilmişdi?


İmam Baqir (ə) nəql edir: “Həzrət Musaya (ə) 30 gün vəhy gəlməsi kəsilir. Ona görə də Şamın ətrafında olan Əriha adlı dağa qalxır və buyurur: “Ey Pərvərdigar! Nəyə görə vəhyini məndən saxlamısan və həbs etmisən? Düçar olduğum günaha görədir? Mən indi Sənin dərgahına gəlmişəm ki, hansı şəkildə razı olsan, məni cəzalandırasan”. Allah vəhy edir: “Ey Musa! Bilirsənmi ki, niyə Öz vəhy yolumla səni başqa bəndələr içərisindən seçmişəm?”. Musa (ə) deyir: “Bilmirəm, ey Allahım!”. Allah buyurur: “Ey Musa! Bəndələrimə nəzər saldım və onların arasında səndən daha təvazökar olanını görmədim. Ona görə də səni başqa bəndələr arasından seçdim və Öz kəlamıma məxsus etdim”.


Həzrət İsanın (ə) diriltdiyi ölü, ağılsız insana nə dərsini verdi?


Həzrət İsa (ə) buyurur: “Sükut et, diriltmək sənin işin deyildir. Sən o nəfəsə malik deyilsən. Ölünü dirildən nəfəs elə olmalıdır ki, yağış suyundan pak olsun. Səma xəzinəsinin əmini olmalıdır. Fərz edək ki, sən Musanın (ə) əsasını əldə etməyi bacardın. Musanın (ə) əlinin sirrini haradan əldə edəcəksən?”.
Bu insan səfeh, ağılsızın biri idi. İnadkarlıqla dedi: “Əgər mən layiqli deyiləmsə, sən ki, layiqlisən. O adı çək və ölüləri dirilt”. Həzrət İsa (ə) bu sözləri eşidən zaman üzünü göyə tutur və deyir: “Allahım! Bu nə sirdir? Niyə bu ağılsız bu qədər təkid edir? Təəccüblüdür ki, bu ağılsız özünü düşünmür. Öz xəstəliyini düşünmür. Özünün ölməsini buraxıb, başqasının ölüsü barəsində niyə düşünür ki?!”. Allah Təal tərəfdən nida gəldi: “Bu, o insandır ki, ruh aləminə arxa çevirmişdir. Ona görə də nə axtarırsa, bu meylinə görədir. Onun ruhuna tikan əkilmişdir ki, səmərəsi də elə həmin yersiz axtarışdır. O kəs ki, dünyada tikan əkər, gül tikana çevrilər. Əgər üzünü yarına tərəf tutarsa, o yar onun üçün ilana çevrilər. Hər nəyə toxunarsa, onu ilan zəhərinə çevirər...


Məsumların (ə) məadı fərqlidirmi?!


“Hər kim bir zərrə ağırlığında yaxşı iş görmüşsə, onu(n qarşılığını, yaxud eyni ilə təcəssümünü) görəcəkdir. Və hər kim bir zərrə ağırlığında pis iş görmüşsə, onu görəcəkdir”. (“Zəlzələ” 7-8).
İmam Sadiq (ə) bu ayənin: “Hər bir canlı (mütləq) ölümü dadacaqdır. Qiyamət günü sizin mükafatlarınız tam şəkildə veriləcəkdir. Odur ki, oddan uzaqlaşdırılan və Cənnətə daxil edilən kəs doğrudan da kama çatmışdır. Bu dünya həyatı aldadıcı maldan başqa bir şey deyildir”. (“Ali-İmran” 185) təfsirində buyurmuşdur: “Qiyamət bərpa olan zaman Peyğəmbəri (s) çağırarlar və ona gül yarpağına bənzəyən behişt paltarı geyindirərlər. O, Allah ərşinin sağ tərəfində dayanar. Ondan sonra Həzrət İbrahimi (ə) çağırarlar və ona ağ rəngli behişt paltarı geyindirərlər. O, Allah ərşinin sol tərəfində qərar tutar. Ondan sonra Əli İbni Əbutalibi (ə) çağırarlar və ona gül yarpağına bənzər gözəl paltar geyindirərlər...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter