Hansı saleh əməllərdir ki, Yaradan cavabsız qoymaq?


Hansı saleh əməllərdir ki, Yaradan cavabsız qoymaq? Peyğəmbərdən (s) nəql olunan hədislərdə gəlmişdir, həzrət buyurur:
Allah-təala buyurur: “Ey mənim bəndələrim! Altı şey sizdəndir, altı şey Məndən;
1- tövbə sizdəndir, bağışlamaq Məndən, 2-itaət sizdəndir, behişt Məndən, 3-şükr sizdəndir, ruzi Məndən,
4-riza (razılıq) sizdəndir, qəza (təqdir) Məndən, 5-səbr sizdəndir, bəla Məndən, 6-dua sizdəndir qəbul etmək Məndən.


İslam Peyğəmbəri (s) hansı şeyləri qərib olaraq tanıtdırır?


İslam Peyğəmbəri (s) hansı şeyləri qərib olaraq tanıtdırır? Əziz İslam Peyğəmbəri Hz. Məhəmməd (s): Altı şey altı yerdə qəribdir: 1). Məscid namazqılmayanlar arasında; 2). “Müshəf” (Quran ya hər hansı bir kitab) onu oxumayanlar arasında; 3). Quran fasiqlərin ağzında - (onu fasiq oxuyarkən); 4). Müsəlman qadın zalim, fasiq və pis əxlaqlı kişinin əlində; 5). Müsəlman saleh kişi rəzil və pis əxlaqlı qadın əlində; 6). Alim, ona qulaq asmayanların (onun elmindən istifadə etməyənlərin) arasında.
Allah-Taala Qiyamət günü onlara (bu altı şeyi qərib edənlərə) baxmayacaq (onlardan üz çevirəcək).


Möminliyin əlamətlərini rəvayətlər baxımında yazın?


Möminliyin əlamətlərini  rəvayətlər baxımında yazın? İmam Həsən Əsgəri (ə) buyurur: “Möminliyin əlaməti beşdir:
1-Gecə-gündüz vaxtında 51 rəkət vacib və nafilə namazlarını qılmaq, 2-İmam Huseyin (ə) ərbəinində (İmamın qırxında) İmamı ziyarət etmək və ya əl çatmaza İmamın ziyarət naməsini oxumaq. 3-Sağ ələ üzük taxmaq, 4-Alını torpağa səcdəyə qoymaq, 5-Bismillahir-Rəhmanir-Rəhimi ucadan demək.
(Şeyx Səduq fiqhi kitabı olan “Təhzib”-ində və “Misbahuz-Ziyarədə” bu duanı İmam Sadiqdən (ə) ərbəinə aid olduğunu nəql etmişdir.


İmam Zamanın (ə) qeybi dövründə İmam Sadiq (ə) hansı duanı oxumağı bizə vəzifə olaraq tanıtdırır?


İmam Zamanın (ə) qeybi dövründə İmam Sadiq (ə) hansı duanı oxumağı bizə vəzifə olaraq tanıtdırır? İmam Sadiq (ə) İmam Zamanın (ə) qeybət dövründə oxunmağı lazım bildiyi dua ibarətdir:
\"Allahummə ərrifni nəfsəkə fəinnəkə in ləm tuərrifni nəfsəkə ləm ərif nəbiyyəkə. Allahummə ərrifni rəsuləkə fəinnəkə in ləm tuərrifni rəsuləkə ləm ərif höccətəkə. Allahummə ərrifni höccətəkə fəinnəkə in ləm tuərrifni höccətəkə zələltu ən dini\".
(İlahi! özünü mənə tanıtdır əgər tanıtdırmasan sənin nəbini tanıya bilməyəcəm. İlahi Rəsulunu mənə tanıtdır əgər onu tanımasam zamananın höccətini tanıyamıyacağam. İlahi zamanamızın höccətini tanıtdır əgər tanımasan (zamanamızın höccətini dinimi saxlamaxda yolumu səhv gedərəm.


İmam Rzanın (ə) tövsiyələrindən bir neçəsini yazın?


İmam Rzanın (ə) tövsiyələrindən  bir neçəsini yazın? İmam Rza (ə) Əbdüləzim Hüseyni (ə) vasitəsilə insanlara bu xəbəri çatdırır və buyurur: “Bizim davamçılarımıza və dostlarımıza salam çatdır. Özlərinə şeytanın yolunu açmasınlar... ”. (Tebyan) İmam Rza (ə) buyurur: “İnsanlara de ki, xəyanət etməsinlər”.
İmamın bizlərə tövsiyə etdikləri: 1. Şeytanın yolunu açmayaq. 2. Danışan zaman düz danışaq. 3. Əmanətə xəyanət etməyək. 4. Sükut etmək və yersiz söz, danışmamaq. 5. Bir-birimizi görməyə gedək. 6. İmam (ə) insanlara tövsiyə verməklə yanaşı, bəzilərini nifrinləyir və buyurur: “Mən nifrin edirəm o kəsə ki, Əhli-beyt (ə) davamçılarının abrını aparar. 7. İmam (ə) buyurur: “Allah Əhli-beyt (ə) davamçılarından iki dəstəni bağışlamaz: müşrik olanı və ürəyi bədbin olanı”.


İmamlardan imamət məqamı haqqında bir hədis qeyd edin?


İmamlardan imamət məqamı haqqında bir hədis qeyd edin? 8-ci islam rəhbəri İmam Riza (ə)–ın İmamətin yüksək məqamı və xüsusiyyətləri barəsində bəyan etdiyi kəlam: «Onlar (ki, İmamət məsələsində ixtilaf edərək İmamətin seçki yolu ilə olmasına inanandılar) nadanlıq etdilər... Məgər camaat İmamətin ümmət arasındakı məqam və mənzilətini bilirlərmi ki, onların öz ixtiyarlarına həvalə edilmiş olsun?! Həqiqətən İmamətin qədir qiyməti o qədər yüksək və o qədər böyük, mənziləti o qədər ali, məqamı o qədər uca, ənginliyi o qədər əlçatmazdır ki, camaat öz əqli ilə ona çata, öz rə`yləri ilə onu dərk edə bilməzlər...
Həqiqətən İmamət elə bir məqamdır ki, Allah təala nübüvvət və xüllət məqamından sonra üçüncü mərhələdə onu İbrahim (ə)-ə məxsus etmişdir...
İmamət Allahın və Peyğəmbəri Əkrəmin xilafəti, Əmirəl-mö`mininin məqamı, Həsən və Hüseynin mirasıdır. Həqiqətən İmamət dinin rəhbərliyi, müsəlmanların (ictimai) quruluşunun qalıb davam etməsi, mö`minlərin dünyalarının islah olunması və izzətə çatmaları səbəbidir...


İmam Rzanın (ə) ziyarətinin fəziləti haqda hədislər yazın?


İmam Rzanın (ə) ziyarətinin fəziləti haqda hədislər yazın?İmam Rzanın (ə) ziyarətinin savabı və fəziləti barədə Peyğəmbəri-Əkrəm (s) və məsum İmamlardan (ə) bir çox hədislər nəql olunmuşdur ki, onlardan bir neçəsini nümunə üçün qeyd edirik:
1. Şeyx Səduq öz \"Uyunul-əxbar\" və \"Əmali\" kitablarında Peyğəmbəri-Əkrəmdən (s) belə nəql edir ki, həzrət buyurmuşdur:
\"Tezliklə mənim bədənimin bir parası (ovladlarımdan biri) Xorasan torpağında dəfn olacaq. Onu ziyarət edən hər bir möminə Allah Cənnəti vacib edər, bədənini isə Cəhənnəm oduna haram edər.\"
2. Yenə də, Şeyx Səduq qeyd olunmuş kitablarında Peyğəmbəri-Əkrəmdən (s) belə nəql edir ki, o həzrət buyurmuşdur:
Tezliklə mənim bədənimin bir parası (ovladlarımdan biri) Xorasan torpağında dəfn olacaq. Allah onu ziyarət edən və çətinliyi olan şəxsin çətinliyini aradan qaldırar və onu ziyarət edən günahkarın günahını bağışlayar.\"


İmam Məhəmməd Təqi (ə)-dan iki nəsihətyönlü hədis yazın?


İmam Məhəmməd Təqi (ə)-dan iki nəsihətyönlü hədis yazın? Həzrət Məhəmməd Təqi ələyhis-salam buyurub:
* Səbri yastıq et, yoxsulluğu qucaqla, şəhvətləri at uzağa, həvayi-nəsfə qarşı çıx! Bil ki, Allahın gözü qarşısındasan. Elə isə bax gör necəsən?!
* Üç şey var ki, hər kəs ona riayət etsə peşiman olmaz; 1.Tələsməkdən çəkinmək, 2. Məsləhət etmək, 3. Qərara gələn zaman Allaha təvəkkül etmək
* Can və malımız Allahın xoş bəxşişləri və Onun tapşırdığı borcudur. Ondan istifadə etsək sevincə səbəb olar. Onların (geri) alınması, əcr və savabdır. Elə isə hər kəsin qərarsızlığı onu səbrinə qalib olsa, əcri zay olar və ondan Allaha pənah!
* Bir işlə üzləşən şəxs onu xoşlamasa, elə bil ki, orada qaib kimidir. Hər kəs bir işi etməsə lakin onunla razılaşsa orada hazır kimidir.
* Üç şey var ki, adamı Allahın rizvanına çatdırır; 1. İstiğfarın çoxluğu 2. Yumşaqxasiyyətlilik 3. Çoxlu sədəqə vermək


Gecə namazı haqqında bir neçə hədis gətirin?


Gecə namazı haqqında bir neçə hədis gətirin?Gecə namazı Peyğəmbərdən (s) üçün vacib və möminlərə isə savab qazandıran əməl hesab olunur. Gecə namazı haqda bir neçə hədis gətirsək bu gözəl 3 hədisi deməyimiz yerinə düşər. Peyğəmbərdən (s) belə hədislər gəlmişdir: 1-\"Gecə namazı qılın çünki bu Peyğəmbərinizin bəyənilmiş sünnətindəndir, və sizdən öncəki saleh insanların adətlərindəndir, eləcə də bədəninizin dərd və ağrlarını uzaqlaşdıran əməldir\". 2-Eləcə də o həzrətdən başqa bir hədisdə gəlmişdir: \"Hər zaman bir bəndə Allahı ilə gecənin qaranlığında və gecənin yarısında (hamı yuxuda olan halda) Allahı ilə xəlvət edə və danışa (namaz qılmaq və Quran oxumaqla) Allah bir nur (onu səadətə çatdıran) qəlbində yerləşdirər ... sonra isə mələklərinə deyər: Ey Mənim Mələklərim! Bəndə nəzər salın ki, gecənin yarsında boş və hədəfsiz yaşıyanlar ləğv işlərlə məşğuldurlar və qafillikdə olanlar isə yatıblar, mənimlə künclənmişdir, siz şahid olun ki, mən onu bağşladım\".


Hədislər bulağından iki nümunə dəyərli hədislərdən qeyd edin?


Hədislər bulağından iki nümunə dəyərli hədislərdən qeyd edin?Peyğəmbər (s) kəlamlarından: \"Şeytan üçün Quran oxumaqdan ağır bir şey (əməl) yoxdur\". İmam Əli (ə) kəlamlarından: \"Hamıya etimad etməklə qəzavət edən şəxsin hökmü ədalətli olmaz\".


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter