İmam Sadiq (ə) insan həyatında baş verən müsibətlər haqda səhabəsinə hansı tapşırığı verdi?


İmam Sadiq (ə) insan həyatında baş verən müsibətlər haqda səhabəsinə hansı tapşırığı verdi? Mufəzzəl ibn Qeys deyir: İmam Sadiqin (ə) görüşünə getdim. Həyatımla bağlı bəzi məsələlərə görə şikayətləndim. Ondan dua istədim. Həzrət kənizini çağırıb buyurdu: “Əbu Cəfərin bizə göndərdiyi pul kisəsini gətir.” Kisəni gətirdilər. İmam buyurdu: “Bu kisədə dörd yüz dinar pul var. Bu puldan istifadə edib çətinliklərini aradan qaldır.” Dedim: “Sənə fəda olum, and olsun Allaha, pul almaq məqsədim yox idi. Yalnız dua üçün gəlmişdim.” Buyurdu: “Dua edərəm, amma düşdüyün hər çətinliyi camaata danışma, yoxsa yüngül görünər, alçalarsan!” (“Ricale-kəşiş”, 144; “Biharul-ənvar”, 47-34, bab 4, hədis 31; “Mustədrəkul-vəsail”, 7-226, bab 31, hədis 8101)


Vаcib nәdir, vаcibdәn dә vаcib nәdir?


Vаcib nәdir, vаcibdәn dә vаcib nәdir? Bir şәхs İmаm Әliyə (ә) dеdi: Dörd suаlım vаr. Hәzrәt buyurdu: Qırх suаlın dа оlsа, sоruş.
Dеdi: Vаcib nәdir, vаcibdәn dә vаcib nәdir? Yахın nәdir vә әn yахın nәdir? Qәribә nәdir vә qәribәdәn dә qәribә nәdir? Çәtin nәdir vә әn çәtin nәdir?
Hәzrәt Әli (ә) cаvаb vеrdi: “Аllаhа itаәt еtmәk vаcibdir, оndаn dа vаcibi günаhı tәrk еtmәkdir. Qiyаmәt yахındır, оndаn dа yахını ölümdür. Dünyа qәribәdir, оndаn dа qәribәsi dünyаyа bаğlаnmаqdır. Qәbir әzаbı çәtindir, оndаn dа çәtini аzuqәsiz dünyаdаn gеtmәkdir. (“Nәsаyih”, sәh. 219.)...


İmam Əlinin (ə) 13 mühüm vəsiyyəti nələr haqda idi?


İmam Əlinin (ə) 13 mühüm vəsiyyəti nələr haqda idi? Əmirəl-Möminin İmam Əli (ə) müsəlmanlara 13 əsas tövsiyəsi:
1. Sizə tövsiyə edirəm ki, təqvalı olub Allahdan qorxasınız, dünya sizin sorağınıza gəlsə də, siz dünyanın ardınca getməyəsiniz.
2. Dünyada əlinizdən çıxan bir şey üçün təəssüflənməyin.
3. Haqq söz deyin və (ilahi) əcr və savab üçün iş görün.
4. Zalımların düşməni və məzlumların dostu, himayəçisi olun.
5. Amandır, Qurana (çox-çox) əhəmiyyət verin! Məbada başqaları ona əməl etməkdə sizdən irəli keçə!
6. Amandır, namazdan qafil olmayın! Həqiqətən namaz dinin sütunudur.
7. Amandır, Allah yolunda mal-dövlətinizlə, canınızla və dilinizlə olan cahadı unutmayın!...


İmam Sadiqin (ə) öz qohumlarına son vəsiyyəti nə oldu?


İmam Sadiqin (ə) öz qohumlarına son vəsiyyəti nə oldu? Əbu Bəsir deyir: Mən Ummu Həmidənin yanına gedib Cəfər Sadiqin (ə) dünyadan getməsini ona baş sağlığı verdim. O ağladı, mən də onun ağlamğına baxıb ağladım. Sonra dedi: Ey Əba Məhəmməd, əgər İmam (ə) can verərkən görsəydin, qəribə şeylər hiss edərdin. O, son anlarda gözlərinin açıb buyurdu: Mənimlə qohum olan bütün şəxsləri bir yerə yığın. Hamı bir yerə toplandıqdan sonra Həzrət onlara baxıb buyurdu: \"Həqiqətən bizim şəfaətimiz namazı yüngül sayanlara çatmaz\".


Dörd səmavi kitabdan əsasən hansı 4 kəlamı öyrənmək olar?


Dörd səmavi kitabdan əsasən hansı 4 kəlamı öyrənmək olar? 4 səmavi kitabdan bir kəlmə:
İmam Əli (ə) buyurur: “Tövrat, İncil, Zəbur və Furqanı (Qurani-Kərimi) oxudum və hər kitabdan bir kəlmə seçdim.
-Tövratdan: “Hər kim sükut edər, bəlalardan nicat tapar”.
-İncildən: “Hər kim qane olar, tox olar”.
-Zəburdan: “Hər kim şəhvəti (meyilləri) tərk edər, bəladan amanda olar”.
-Qurani-Kərimdən: “Hər kim Allaha təvəkkül edər, Allah ona kifayət edər


“İmam Rzaya (ə) dedim ki, mənə elə bir dua öyrətsin...”?


“İmam Rzaya (ə) dedim ki, mənə elə bir dua öyrətsin...”? -Hüseyn ibni Abdullah nəql edir: “Atam İmam Rzaya (ə) məktub yazır ki, mətni belə idi: “Qurban olum! Yaşım artmışdır və gücsüz olmuşam. Gördüyüm bir çox işlərdən qalmışam. İstəyirəm ki, mənə elə bir söz öyrədəsiniz ki, onunla Allaha yaxınlaşam. Elm və dərkimi də artırasınız.
-İmam (ə) cavabında yazır: “Sənə bir məktub göndərmişəm ki, onu oxu və zərrə-zərrə dərk et. Çünki onda əgər Allah şəfasına iradə edərsə, şəfa vardır və o kəsin ki, hidayətini Allah iradə edərsə, hidayət vardır. Ona görə də bu zikri çoxlu de: (“Bismilləhir-Rahmənir-Rahim, lə həvlə və lə quvvətə illə billəhil-aliyyil-azim”).
İsmayil ibni Səhl nəql edir: “İmam Rzaya (ə) dedim ki, mənə elə bir dua öyrətsin ki, nə zaman onu oxusam, dünya və axirətdə onunla birlikdə olum.
-İmam (ə) buyurur: “Qədr” surəsini çoxlu oxu və dodaqlarını istiğfar ilə təravətli saxla”. Hüseyn ibni Səyid nəql edir: “İmam Rzaya (ə) dedim ki, mənə bir dua öyrətsin. İmam (ə) buyurdu: Bu cür de: Ondan sonra Allahdan nə istəyirsənsə, dilinə gətir”...


İmam Əli (ə) kimi ən pis dost olaraq tanıtdırır?


İmam Əli (ə) kimi ən pis dost olaraq tanıtdırır? Ən pis yoldaş kimdir sualına İmam Əlinin (ə) cavabı: Səhabələrdən biri İmam Əlidən ən şər və pis yoldaş barədə soruşur. İmam buyurur: “Ən şər yoldaş Allaha günah etməyi sənin üçün bəzəyəndir( Yəni onu yaxşı cilvələndirəndir)\"
Pis yoldaşlar isə istər ki dostları da onların etdiyi səhvləri etsin. Onlar paxıldırlar. Onlar dostların uğuruna sevinmir ki heç narahat da olurlar. Buna görə yoldaşlarını da çəkib getdiyi uçuruma doğru aparırlar.


Həzrət Zəhranın (ə.s) Allah-Taala (c.c) dərgahında olan 9 adının anlamları necədir?


Həzrət Zəhranın (ə.s) Allah-Taala (c.c) dərgahında olan 9 adının anlamları necədir? Həzrət Zəhranın (ə.s) 9 adının mənaları: İmam Sadiq (ə)-dan nəql olunub ki, Allah yanında Fatimənin doqquz adı vardır: «Fatimə, Siddiqə, Mübarəkə, Tahirə, Zəkiyyə, Raziyyə, Rəziyyə, Muhəddəsə, Zəhra.»
İmam Rza (ə)-dan nəql olunub ki, Allah-təala onu Fatimə adlandırdı. Bəli, ilahi insanların bütün şə’ni, hətta adları da ilahidir. Necə ki, həzrət Məhəmməd (s), həzrət Yəhya (s), həzrət Məsihin (s) adları Allah tərəfindən buyuruldu. Rəvayətlərdə həzrət Fatimə (ə) üçün başqa adlar da nəql olunmuşdur. O cümlədən Bətul, Hisan, Hürrə, Səyyidə, Üzra, Hura, Ünsiyyə, Məryəm, Kübra, Səmaviyyə, Ümmül Hüseyn, Ümmül Möhsin və s. ən gözəli isə, Fatimə «Ümmül-fəzail»dir.
Nə üçün Fatimə adlanıb? Bunun səbəbi müxtəlif cür izah edilib. İmam Sadiq (ə)-a görə, xalq onu tanımaqda aciz olduğu üçün Fatimə adlanıb. Əli (ə) həzrət Peyğəmbərdən nəql edir ki, Fatimənin belə adlanmasının səbəbi onun və övladlarının təkallahçı olması, mənə nazil olana iman gətirməsinə görə oddan amanda qalmasıdır...


Günümüzdə Peyğəmbərimizi (s) rahatsız edən beş əməl nələrdir?


Günümüzdə Peyğəmbərimizi (s) rahatsız edən beş əməl nələrdir? Qum Elm hövzəsinin dəyərli alim və ustadlarından olan Doktor Nasir Məhəmmədi Rəfii cənabları:
-Dinin yalnız peyğəmbərin dönəminə aid olmadığını deyən ruhani əlavə edib: Məhəmməd peyğəmbər axır - zamanda baş verəcək bir sıra ictimai durumla bağlı öz nigarançılığını səhabə və ətrafındakılarına söyləyərdi. Bunlar günümüzdə də diqqət mərkəzində saxlanılmalı və ondan çəkinməliyik.

-Allahın Elçisi (s) buyurardı: Mən axır – zamanda 5 şeylə bağlı nigaranam: Din yüngül sayılar, hökm və sərəncamlar satılar, rüşvət alınar, qohum - əqrəba ilə əlaqələr kəsilər, Quranı qina ilə oxuyarlar, bir də layiq olmayan insanları qabağa çəkərlər.


İmam Zaman ağanın (ə.f) mübarək dilindən İmam Hüseynin (ə) 10 xüsusiyyəti hansılardır?


İmam Zaman ağanın (ə.f) mübarək dilindən İmam Hüseynin (ə) 10 xüsusiyyəti  hansılardır? İmam Məhdi (ə.f) cəddi haqqında buyurur: “Sən, ey Hüseyn! Allahın Rəsulu (ə) üçün övlad, Quran üçün sənəd, ümmət üçün qol idin. Allaha itaətdə çalışqan, əhd və peymana qarşı hafiz idin. Fasiqlərin yolundan üz çevirmisən, ah çəkmisən, zəhmət və əziyyətə düşmüş insanın ahını. Sənin səcdə və rükuların uzun idi, dünyada zahid və təqvalı idin”. İmam (ə.f) bu dəyərli kəlamları ilə bizə İmam Hüseynin (ə) on xüsusiyyətini tanıtmışdır.
1. İmam Hüseyn (ə) Peyğəmbərin (s) övladı idi. 2. O, Quranın sənədi və dayağı idi. Qurani-Kərim, İmam Hüseynin (ə) müqəddəs varlığına söykənərək yayılmağa başladı. 3. İmam (ə) ümmətin sınmaz qolu idi. İslam ümməti onun varlığı ilə daha qüdrətli və güclü idi. 4. İmam (ə) itaət yolunda çox çalışqan və səy göstərən idi.
5. Həzrət (ə) verdiyi sözə və bağladığı əhdə həmişə vəfalı olmuşdur. 6. O, fasiqlərin yolundan üz çevirmişdi və heç bir zaman onlara tərəf meyl etməmişdir. 7. İmam (ə) dərdli halda ah çəkir və onun bu ahı – zəhmətə və əziyyətə düşən insanın naləsi idi. 8. İmamın (ə) səcdə və rükusu uzun olardı və uzun müddət səcdə və rükuda qalardı. Belə görünür ki, İmam Zaman ağamız (ə.f) bu sözləri ilə İmam Hüseynin (ə) Məbuduna qarşı nə qədər aşiq olduğunu bildirmək istəmişdir...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter