İmam Səccadın (ə) hədisinə əsasən O kəslər ki, cəhənnəmin atəş səsini eşitməyəcəklər!!


İmam Səccad (ə) “Əbu Həmzə” duasında Qiyamət qorxusunu belə bəyan etmişdir. “Bu gün ağlayırıq o zaman üçün ki, paltarsız, zəlil və ağır əməl yükü ilə qəbirlərdən çıxacağıq. Bir dəstə insanın üzü gülərdir, razı, xoşhal və başı ucadırlar. Bunlar kimlərdirlər?
O kəslərdir ki, dünyada sirat körpüsündən ki, həqiqət və batini buradadır – keçməyi bacarıblar. Bu sirat körpüsü ubudiyyət körpüsü, təqva körpüsü və dindarların körpüsüdür. Bu dünyanın siratı cəhənnəm üzərində olan həmin siratdır. Əgər biz burada həmin siratdan diqqət edərək və büdrəmədən keçə bilsək, o biri Siratdan keçmək asan iş olar. Mömin kimi işıq sürəti ilə keçər. Onlar cəhənnəmin həmhəməsini belə eşitmirlər. İnsanın başına gələn ən çətin qorxudur. Mömin bu cismi, ruhu və nəfsi ilə orada olan ən çətin qorxuya görə qəmgin və hüznlü olmaz. (Çünki) onlar bu siratdan keçiblər”.


O kəs ki… – İmam Əlidən (ə) ayıldıcı buyuruşlar!!


İmam Əli (ə) kamil insanın sifətlərini bizə tanıtmışdır ki, onlarla tanış olaq. İmam (ə) buyurur: “O kəs ki, öz eybinə baxar və başqalarının eybini tutmaqdan geri qalar.
O kəs ki, Allahın ruzisinə razı olar – əlindən gedənlərə görə qəmlənməz. O kəs ki, zülm qılıncını çəkər – elə onunla öldürülər. O kəs ki, işində özünü əziyyətə salar – özünü həlak edər. O kəs ki, özünü bəlaya salar – qərq olar. O kəs ki, pis adı olan yerlərə addım atar – ittiham olunar. O kəs ki, çoxlu danışar – çoxlu səhv edər...


İmam Əlinin (ə) hədisinə əsasən İnsanın ən həqiqi, ən güclü dostu kimdir?!


Hər bir fərdin və cəmiyyətin dostu – ağıldır. Hər bir insanın və cəmiyyətin düşməni – cəhalətdir. O kəs ki, düz danışar, haqqı deyər – həm özü rahat olar, həm də cəmiyyət. İmam Əli (ə) buyurur ki, əgər kimsə aqil olsa, onun dostu həmin ağıl olar. İmam Rzaya (ə) sual verirlər ki, insanlara Allahın hüccəti nədir? İnsanlar haqla batili necə ayırd etsinlər?
İmam (ə) buyurur ki, insanlara hüccət – ağıldır. Yəni ağıl insanlara Allahın hüccətidir. Belə bir ağıl – bürhani ağıldır. O qədər qüdrətlidir ki, qorxunu, yanlış xəyalları, şəhvəti və qəzəbi insandan dəf edər. Hər kim vahimə və xəyal səviyyəsində hökm olunar, onun ağlı zəif olar. Çünki güclü ağıl vahiməyə, xəyala, şəhvət və qəzəbə qalib gələr. Belə insan heç bir zaman yersiz söz danışmaz. Quranın nəzərinə görə, xəyalları əsasında yaşayan insanlar muxtal adlandırılmışdır. Muxtal o kəsdir ki, xəyal məhdudiyyətində düşünər. Bürhan ondan uzaq olar. O, hər zaman bürhansız danışar və həm də bürhansızlığı qəbul edər. Bu insanlar aqil deyildirlər. Elə bir gücə malik deyildirlər ki, cəhalətlərinin qarşısını alsınlar. Muxtal insanı Allah sevməz...


İmam Əlinin (ə) hədisinə əsasən Təyyibə həyat kimlərə aiddir?


İmam Əliyə (ə) sual verirlər ki, təyyibə həyat nədir? Həzrət (ə) buyurur: “Həyatın təyyibə olması bu dəstə üçündür: “Hər kim – kişi yaxud qadın – imanı olan halda yaxşı iş görsə, onu şübhəsiz, (dünyada) pak bir həyatla yaşadacaq və (axirətdə) mükafatlarını çox gözəl olan əməllərinin müqabilində verəcəyik”. (“Nəhl” 97)”.
Bu ayə buyurur ki, təyyibə həyat o insanlara aiddir ki, məadı və Qiyaməti xatırlayar və saleh əməl yerinə yetirər. Məad mövzusu – insanı tərbiyə edən ən mühüm mövzulardan biridir. Hicaz müşrikləri Allahın olduğunu qəbul etsələr də, məadı inkar edərdilər. Yəni, belə düşünürdülər ki, insan ölən zaman çürüyər...


Qadının öz əri üçün bəzənməsi haqda hədislər nə buyurur?!


İnsan da gözəlliyi sevir və zinət ardınca olur. Kişi ilə qadın öz bəzənməklərinə diqqət etməli və gözəl görünməyə çalışmalıdırlar. Çünki, bəzənmək – mömin üçün halal hesab olunur. Qadınlar adətən qulaqları vasitəsilə ləzzət duyarlar. Daima gözəl sözlər eşitmək istəyərlər. Ancaq kişilər gözləri vasitəsilə ləzzət alarlar. Ona görə də qadın gərək əri üçün bəzənsin və gözəl görünsün. Həzrət Peyğəmbər (s) buyurur: “Necə ki, kişi qadınla bağlı hüquqlara riayət etməlidir, qadın üçün də lazımdır (həmin hüquqlara riayət etsin). Belə ki, əri özünü xanımı üçün bəzədiyi kimi, qadın da özünü həyat yoldaşı üçün bəzəməlidir”.
Həzrət Rəsuli-Əkrəm (ə) başqa yerdə buyurur: “Ən üstün qadın o qadındır ki, əri üçün çoxlu bəzənər və zinətlənər. Ancaq özünü özgələrdən örtər”.


İmam Əlinin (ə) hədisinə əsasən Rükuda boyunu aşağı salmağın sirri nədir?!


Bir nəfər Əmirəl-mömininə (ə) deyir: “Ey Allahın ən yaxşı məxluqunun əmisi oğlu! İlk təkbirdə iki əli yuxarı qaldırmağın mənası nədir?”.
Həzrət (ə) buyurur: “Mənası Allahu Əkbərdir. Və “Allahu Əkbər”in mənası odur ki, Allah vahiddir və təkdir ki, heç bir şey Onun kimi deyildir və heç bir şeylə müqayisə oluna bilməz. Hiss orqanları ilə dərk edilməz”. Həmin şəxs deyir: “Bəs rükuda boyunu aşağı əyməyin mənası nədir?”.
Həzrət (ə) buyurur: “Mənası budur ki, آمنت بوحدانیتک و لو ضربت عنقی Yəni, sənin vahidliyinə iman gətirdim, baxmayaraq ki, boynumu vursan belə”.



İmam Əli (ə)-ın hədisinə əsassən dünya və axirət xeyri hansı əməllərdən asılıdır?!


İmam Əli (ə) buyurmuşdur: Dörd şey vardır ki, hər kəsə onlar verilmişdirsə dünya və axirət xeyrinə sahib olmuşdur:
1-Düz danışmaq xasiyyəti,
2-Əmanəti sahibinə geti qaytarmaq,
3-Qarının iffəti (haram yeməklərdən çəkinmək)
4-Gözəl əxlaqla insanlarla rəftar etmək.
Mənbə: Qərərul-hikəm kitabı, cild-2, səh-151 hədis: 2142


Azanın fəlsəfəsi barədə İmam Rzanın (ə) mübarək açıqlaması


Azan namaz zamanı bir növ şüar rolunu oynayır. İmam Rzadan (ə) soruşurlar ki, azanın fəlsəfəsi nədir? İmam (ə) buyurur: “İnsanların azan deməyə vəzifələndirilməklərinin bir çox dəlilləri vardır. O cümlədən: Unudanın yadına salsın. Qafilləri ayıltsın. Vaxtla tanış olmayanı, peşəsi ilə məşğul olanı, namazın fikrindən xəbərsiz olanı xəbərdarlıq edər və vaxtı tanıdar. Azan deyən şəxs dediyi azan ilə bəndələri Allahın ibadətinə və pərətişinə çağırar. İbadəti yerinə yetirmək üçün təşviq edəndir. Cəlal və Əla Allahın vahid olmasını etiraf edər, imanı aşkara çıxardar, salamı zahir və əyan edər. kəslər ki, şəhadəti və namazı unudublar, azan deyən yadlarına salar. Azan deyəni ona görə muəzzin adlandırırlar ki, azan vasitəsilə insanlara elan edir ki, namaz qılsınlar. Ona görə də azan təkbir ilə başlayır və təhlil (“Lə iləhə illəllah”) ilə sona çatır ki, Allah Təala iradə buyurmuşdur ki, Onun adı ilə başlanılsın.


Dünyaya yenidən gəlsəydin, nəyi istəyərdin? – yaxşı cavabın mükafatı


Nəql edirlər ki, bir yoxsul insan İmam Kazımın (ə) yanına gəlir və deyir: “Mən yoxsul insanam və mənə yoxsulluqdan nicat ver. Əgər yüz dinarım olsa, ticarət edərək, özümü yoxsulluqdan qurtararam”.
İmam (ə) gülümsəyən mübarək simasıyla ona baxaraq, buyurur: “Mən sənə bir sual verəcəyəm. Əgər ona düzgün cavab versən, sənə istədiyinin on qatını verəcəyəm”.
İmam (ə) ona buyurur: “Əgər dünyada nəyisə arzu etməli olsan, nəyi arzu edərsən?”.
Yoxsul şəxs deyir: “Arzu edərəm ki, din qardaşlarımın haqqını əda etmək tövfiqinə nail olum, dini və din qardaşlarımı qorumaq üçün təqiyyəyə riayət edim”.


Həzrəti Əlidən (ə) tövsiyə: \" Sizi dünyadan çəkindirirəm, çünki...\"


Sizi dünyadan çəkindirirəm, çünki dünya sabit yer deyil. Ora su və bitki istəyəcəyiniz eniləsi yer deyil. Özünü aldadıcı şeylərlə bəzəmiş və öz bəzək-düzəyi ilə (camaatı) aldatmışdır. Allahının yanında xar və alçaq bir saraydır. Onun halalını haramla, yaxşısını pislə, həyatını ölümlə və şirinini acı ilə qarışdırdı. Allah-təala onu dostları üçün saf və sağlam yaratmamış və onu düşmənlərinə verməyə xəsislik etməmişdir. Xeyri və yaxşılığı az, şəri və pisliyi hazırdır. Başına toplaşanlar fani və məhv, abadlığı xarab olar, dövləti əldən çıxar. Uçuq-sökük bina kimi dağılacaq sarayda nə xeyir və yaxşılıq olar? Bəs o sarayda azuqəsi yeyilib qurtaran kimi başa çatan ömürdən necə? Bəs yolun keçilməsitək sonu yetişən müddətdən necə? Allahın sizə vacib qıldığını öz istəklərinizə çevirin. Sizdən istədiyini yerinə yetirmək üçün Ondan kömək və yardım istəyin. Ölümün dəvətini, sizləri çağırmamış öz qulaqlarınıza eşitdirin. Zahid insanlar bu dünyada (zahirdə) gülsələr də, ürəkləri (Allah xofundan) ağlayar, (nəzərlərdə) şad görünsələr də (ilahi əzabdan) kədər və hüznləri ağırdır.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter