Çətinliklərdə Allahı günahlandırmaq – İblisin (lən) yoludur!


Bəzən elə olur ki, insan həyat yolunda çətinliklə üzləşən zaman Allaha şikayət edir və Uca Yaradanı təqsirkar saymağa çalışır. Sanki yaxın dostdan giley edən kimi.
Ancaq bütün bunlar bizim cəhalətimizdən irəli gəlir. Çünki biz özümüzü və Allahımızı yaxşı tanımırıq. Ağrını müəyyən etmək – onun müalicəsinin bir hissəsidir. Əgər biz özümüzü islah etməsək – yolunu azmışlardan və İblisin (lən) davamçılarından olarıq. Çünki Allahı günahlardırmaq – İblisin (lən) getdiyi yoldur, biz insanların deyil.
O zaman ki, Allah Təala bu məluna insana səcdə etməklə bağlı əmr verir, o, təkəbbür edir və Allaha itaətsizlik edir. Sonra da öz inadını qəbul etmək yerinə, Allahı günahlandırır. Şeytan (lən) insana da bu dağıdıcı yolda getməsi üçün həmişə vəsvəsə edər. Ancaq biz insanlar gərək ayıq olaq və etdiyimiz pis əməllərin nəticəsini özümüzdə görək, başqalarında deyil, xüsusilə də Allahda deyil...


Allahı gözlə görmək olarmı? Araşdırma


“Gözlər Onu (görüb) dərk etmir. O, gözləri dərk edir. O, lətifdir, (hər şeydən) xəbərdardır!” (“Ənam” surəsi, ayə 103) Bu ayədə dörd hissə vardır:
1. Gözlər Allahı görmürlər. Çünki O mücərrəd varlıqdır. O, gözü yaradandır, ona görə də gözə görünməyəcək.
2. Allah gözləri dərk edir və gözü görməklə onun əmanət və xəyanətini də dərk edir. O, bilir ki, kimin baxışı mehribancasındır, kimin gözü qəzəbli; göz naməhrəmə baxır, ya yox. “Allah gözlərin xəyanətini (xain gözləri) və ürəklərin gizlətdiyini biləndir!” (“Ğafir” surəsi, ayə 19) 3. Lətif və mücərrəd olduğu üçün gözlər Onu görmürlər.
4. O, xəbərdar olduğu üçün bütün gözləri görür. Biz Qiyamətdə Allahı görəcəyik, amma maddi gözlə yox. Bizim hamımız yuxuda bəzi şeyləri görür və eşidirik, amma batini gözlə və canımızla görür və eşidirik. Bəzi şəxslərin sağlam göz və qulağı olmasına baxmayaraq, Qurani-kərim onları kar, kor və lal adlandırır...


Hansı əqli dəlillərlə insanın Peyğəmbərlərin (ə) gəlişinə ehtiyacı vardır?


Peyğəmbərlərin göndərilmə zərurəti: \"(Biz) müjdə verən və qorxudan elçilər (göndərdik) ki, insanların elçilərdən sonra Allaha qarşı bir bəhanəsi olmasın. Allah Qüdrətlidir, Müdrikdir.\" (Nisa, 165). İzah: Peyğəmbərlərin (ə) göndərilmə zərurəti dörd müqəddiməni yanaşı qoyduqda aydın olur:
1. Allah insanı azad (ixtiyar sahibi) yaratmışdır. 2. Xeyir və şər (yaxşı və pis) yolu tanımaq üçün bilik və məlumata ehtiyac var. 3. Allahın hikməti tələb edir ki, xeyir və şəri düzgün tanımağın yolunu insanın ixtiyarına versin və insan azad ikən bilmədən yolunu azmasın. 4. İnsanın zəka və hissi təkbaşına bütün yaxşı və pis işləri anlamaq qabiliyyətinə malik deyil. Nəticə: Allah bəndələri üçün başqa bir yol nəzərdə tutmalıdır ki, onun vasitəsilə yaxşı və məsələhətli işləri pis və xoşagəlməz işlərdən ayırd edib səadətə qovuşsunlar. Bu ikinci yol peyğəmbərlərin göndərilməsidir...


Allah-Taalanın (c.c) insana verdiyi dəyərli beş nemət hansılardır?!


Allah Təala insana çox sayda nemət vermişdir. Bəs bu nemətlər içərisində ən dəyərli olanları hansılardır?
1. İnsanın hidayət olması. “Rəhman (dünyada maddi və mənəvi nemətləri həm möminlərə, həm də kafirlərə şamil olan, axirətdə isə yalnız möminləri əhatə edəcək geniş mərhəmət sahibi) olan Allah!...
2. Bədən və cismin sağlamlığı. İmam Əli (ə) buyurur: “Sağlamlıq – ən böyük nemətdir”.
3. Axirət. Həzrət Peyğəmbər (s) buyurur: “İnsan üçün heç bir hədiyyə, ölüm hədiyyəsi kimi üstün deyildir. Çünki insanın bütün varlığı ölümdən ləzzət alar və öləndən sonra övliya və nəbiləri görər, onlarla məhşur olar”.
4. Ağıl. İmam Sadiq (ə) buyurur: “O zaman ki, Allah əqli xəlq edir, buyurur: İzzət və cəlalıma and olsun ki, elə mövcud xəlq etməmişəm ki, Mənim yanımda səndən daha əziz olsun”...


Bizi də Allahın dininə dəvət edən \"carçı\" varmı?


- \"Ey Rəbbimiz! Həqiqətən, biz: “Rəbbinizə iman gətirin!”– deyə imana çağıran bir kimsənin (carçı) çağırışını eşidib iman gətirdik. Ey Rəbbimiz! Günahlarımızı bizə bağışla, təqsirlərimizdən keç və canımızı yaxılarla (salrhlərlə) bir yerdə al!\" - Ayə iman gətirənlərin dilindən zikr olunur. Möminlər peyğəmbəri (s) Allah dininin carçısı olaraq qəbul edir və itaət edərək Allahın rəhmətinə ümid edirlər. Onların arasında Allahın nəbisi var idi. Onların arasında allahın carçısı var idi.
Ayənin təfsirində qeyd olunur ki, bu ayə Həzrət peyğəmbər hicrətin ardınca Mədinəyə yetişdikdən və İmam Əli (ə) özü, peyğəmbər (s) xanımlarını və bir dəstə mömini sağ-salamat aparıb Mədinəyə yetişdirdikdən sonra nazil olur. (Təfsiri Nur)


İnsanlara rəhbərlik etmək nə üçündür?


Rəhmətlik İmam (r) bu barədə buyurur: “Hökuməti öhdənə götürmək – öz-özlüyündə şən və məqam deyildir. Əslində əhkamı vəzifəni icra etmək və ədalətli İslam dövləti bərqərar etmək üçün vasitədir”. Dahi və İlahi insanlar rəhbərlik etməyi dəyərsiz hesab edib, onun heç bir məqam olmadığını dəfələrlə vurğulamışdılar. Onlar üçün hökumət ancaq Allahın qoyduğu qanunları bərqərar edib, ədaləti bərpa etmək üçün vasitə olmuşdur. O, səbəbdən Həzrət Əli (ə) “Nəhcul-bəlağə”də buyurur: “Əgər hüccət mənə tamam olmasaydı və bu işə vacib buyurulmasaydım, onu boş buraxardım”.


Allahın həqiqi sahibliyi nə deməkdir?


De: «Əgər bilirsinizsə (deyin görək: Onun istəyi ilə vücuda gəlmiş) hər bir şeyin sahibliyi və onlar üzərində hakimiyyət əlində olan, (istədiyinə) sığınacaq verən və (əzabı) müqabilində heç bir kəsə sığınacaq verilməyən kimdir?»”. (“Muminun” 88). Malik o kəsdir ki, öz mülkündə nəyəsə malik olsun. Allah elə bir qadir varlıqdır ki, həm malikdir, həm də məmluk sahibidir. Yəni, mülkün özünü də Allah yaratmışdır. Bu mülk öz-özündən peyda olmamışdır. O da Allahın qüdrətinin meyvəsidir. Yəni, ixtiyar, icad və məhv – hamısı onun əlindədir. Allah, var olan hər bir şeyin maliki və xaliqidir. Əmr və iradəsi hər bir şeyə nüfuz edər. Ona görə də təbii olaraq hər bir şey Ona tabedir və Onun səltənəti altındadır...


Allahla bağlı insanları düşündürən 2 ən mühüm suala gözəl cavab?!


Uzun illərdən bir çox şəxslərdən və alimlərdən verdiyi suala istədiyi cavabı almayan ateist bu dəfə həmin sualları daha bir alimə ünvanlayır. Həmin sualı və cavabı İslaminSesi sizə təqdim edir.
Ateist: \"Mənim sualım medalın iki üzü kimidir. Bir üzü belədir: Allah bütün kainatı yaratdı və Quranda da bundan bəhs olunar. Dağları yaratmağından və hey imtahanlardan bəhs edər. Mənim sualım belədir: Allah Adəm və Həvvanı yaratmazdan öncə bütün gələcəyi bilirdi və bilirdi ki, insan onun ümidlərini puç edəcək. İnsanların cəhənnəmə gedəcəyini və orada işgəncə görəcəklərini bilirdi. Qısaca, bütün kainatı yaratmazdan öncə nəticələri aydın idi. Cənnətə gedənlər heç, amma cəhənnəmə gedənlərə mane ola bilərdi. Təbii ki, yaratmazdan öncə bunu da bilər. Amma etmədi və öz məntiqi ilə yaratmağa davam etdi. Niyə Allah belə olacağını bilə-bilə onları yaratmağa davam etdi?...


Çətinliklərdə Ayətullah Kəşmiri İmam Cavada (ə) necə təvəssül etməyi tövsiyə edib?!


Çətinliklərdə Ayətullah Kəşmiri İmam Cavada (ə) necə təvəssül etməyi tövsiyə edib?! İmam Rzadan (ə) nəql olunan bir hədisdə çətinlik zamanı, xüsusəndə dolanışıq və maddi çətinlik zamanı İmam Cavada (ə) təvəssül etmək tövsiyə olunub. Mənbələrdə İmam Cavada (ə) təvəssül edib, Allahdan onun (ə) adı ilə istəməyin bir neçə qaydası qeyd edilib. O cümlədən bunlardan biri də Ayətullah Kəşmirinin (r) buyurduğu qaydadır. Ustad buyurur: “Maddı çətinliklərinizi həll etmək üçün İmam Cavada (ə) təvəssül edin. Yasin surəsini tilavət edin və onu İmama (ə) hədiyyə edin”


İmamın (ə) davamçısı, yoxsa İmamı (ə) sevən?


İmamın (ə) davamçısı, yoxsa İmamı (ə) sevən? Bir nəfər İmam Həsənə (ə) deyir: “Mən sizin davamçılarınızdanam”. Əziz İmam (ə) buyurur: “Ey Allah bəndəsi! Əgər bizim əmr və qadağalarımızın mütisi olsan – düz deyirsən. Ancaq əgər belə olmasan, bu uca məqamı iddia edərək ki, əhli deyilsən – günahına əlavə etmə. Demə ki, mən sizin davamçılarınızdanam. Bəlkə de: “Mən sizi sevənlərdən və düşmənlərinizin düşmənlərindənəm”. Belə olan halda (o deməkdir ki) sən yaxşı insansan və yaxşılıqlara meylin vardır”.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter