Məsum imamların dövründə xəlifələr növruz bayramını qeyd edirdilərmi?


Xəlifələrin həyatında Novruz bayramı: Əllamə Seyyid Murtəza Cəfəri özünün Əl-Məvasim vəl-Mərasim kitabının 98-99-cu səhifəsində yazır: “Əhli sünnət Novruzu möhtərəm bilir və bir-birlərinə hədiyyələr göndərirdilər. Xəlifə Mütəvəkkil Abbasi Novruz zamanı bəzi xüsusi şirin şeylər bişitdirər və camaat arasında paylayardı.” (Əd-Diyarat səh. 57)
Muqtədir Abbasinin anası da bu günü əziz bilirdi. (Nuşvarul-Muhazerat c 1, səh. 293) Kitabın yazdığına görə Mənsur Dəvaniqi də Novruzu qeyd etmişdir. Bəzi mənbələr Mənsur Dəvaniqiyə nisbət verərək saxta hədis düzəltmişlər. O, hədisin saxtalığına bu kifayət edər ki, həmin ravini heç bir hədis alimi tanımır və adını qeyd etməyib. Həccac bin Yusif Səqəfi də Novruz təntənə ilə qeyd edənlərdən olmuşdur. (Əl-əvail c 2, səh. 34) Bütün bu hadisələr baş verdikdə isə heç bir İslam alimi onlara bu işi irad tutmurdu. (Əl-Məvasim vəl-Mərasim kitabı 98-99) Araşdırdı - Mahir Şəkərov


Hansı hadisədən sonra və niyə Qurana hərəkələr qoyuldu?


Hansı hadisədən sonra və niyə Qurana hərəkələr qoyuldu? Cavab: Ərəblər İslam dinindən qabaq yazıda hərəkədən istifadə etmirdilər. Deyilənlərə görə, Quran hərfləri üzərində hərəkələr ilk dəfə birinci Əməvi xəlifəsi Müaviyənin zamanında, Kufə valisi Ziyad ibn Əbihinin tapşırığı ilə məşhur ərəb qrammatiki Əbül-Əsvəd Duəli tərəfindən qoyulmuşdur. Əbül-Əsvəd ya işin məsuliyyətindən çəkinərək, ya da Əhli-beyt tərəfdarı olduğu üçün əvvəlcə Ziyadın tapşırığını yerinə yetirməkdən imtina edir (çünki Ziyad Əhli-beytə düşmənçiliyi ilə ad qazanmışdı). Lakin yuxarıda göstərilən ayənin bir nəfər tərəfindən səhv şəkildə oxunduğunu eşitdikdən sonra razılaşır və əvvəldən-axıra bütün Quran nüsxəsinə hərəkələr qoyur. İlk quran nüsxələrində hərəkələri rənginə görə mətndən fərqlənən mürəkkəblə qoyurdular...


Cəfəri məktəbinin ilk mötəbər kitabı hansı kitabdır?


Kərbəla faciəsindən sonra cəmiyyətdə ictimai-siyasi durum elə ağırlaşdı ki, sanki ilkin İslam dövrünə dönüş baş verdi. Peyğəmbərin rehlətindən cəmi 50 il sonra onun əziz nəvəsi İmam Hüseyni (ə) qətlə yetirdilər. İmam Səccad (ə) çox qərib oldu. Mədinə o qədər yoldan azdı ki, xalq xanəndə, rəqqasə qadınların ardınca gəzirdi. Cəmiyyətdə hakimiyyət qorxusu həqiqətə yolu qapamışdı. İslam maarifini yaşatmaqda israrlı İmam Səccad (ə) öz inqilabı üçün duanı vasitə seçdi. İmam (ə) qul alıb ona İslamı öyrədir, sonra onu azad edirdi. İmam Baqir (ə), İmam Sadiqin (ə) tədris fəaliyyətlərinin bünövrəsini əslində İmam Saccəd (ə) qoymuşdu. İmam İslam maarifini, zülmə etirazı, ədalətə çağırışı duaların mətnində çatdırırdı. Beləcə ilk şiə kitabı, “Səhifeyi-Səccadiyyə” ərsəyə gəldi. Bu kitab əhəmiyyətinə görə “Zəburi-Ali-Muhəmməd”, adını qazandı...


İmam Hüseynin (ə) katibi Əsləm ibn Əmr necə şəhid oldu?


İmam Hüseynin (ə) katibi Əsləm ibn Əmr necə şəhid oldu? Əsləm ibn Əmr İmam Hüseynin (ə) qardaşı İmam Həsənin (ə) şəhadətindən sonra xidmətə götürdüyü insandır. İmam Hüseyn (ə) onu İmam Səccada (ə) bağışladı. Əsləmin peşəsi İmam Hüseynin (ə) katibliyini etmək idi. İmam Hüseyn (ə) Mədinədən Məkkəyə hərəkət edən zaman o, da İmamın (ə) onun bayrağı altında olan ənsarlardan idi. Sonra da İmamla (ə) bir yerdə Kərbəlaya gəlir. O, Aşura günü şəhid olur. Bu vəfadar qul döyüşə getmək icazəsini almaq üçün İmamın (ə) yanına gəlir. Həzrət (ə) buyurur: “Oğlum Səccaddan (ə) izn istə”. O, İmam Səccaddan (ə) izn alır və hərəm əhli ilə vidalaşır. Sonra döyüş meydanına tələsir və 70 nəfəri cəhənnəmə göndərir. İmam Səccad (ə) xeymədən onun döyüşməyinə tamaşa edirdi...


Bəs Aşura günü şeytan nədən peşman oldu?


Bəs Aşura günü şeytan nədən peşman oldu? Ayətullah Seyyid Mühəmmədtəqi Müdərrisinin atası nəql edir: “61-ci Hicri ilinin Aşura gününün əsrində şeytanları gördülər ki, İblis onların ordusunun başında dayanıb üz və gözünə vurur. Sonra da ağlayır. Onlara dedilər: “Bu gün sən gərək sevinəsən, bəs niyə pərişan və ağlarsan?”. İblis dedi: “Böyük bir səhv etmişəm və insanları vadar etmişəm ki, Hüseyni (ə) öldürsünlər”. Dedilər: “Niyə? Məgər sən istəmirdin ki, zahirdə müsəlman olan bu insanlar cəhənnəmə getsin? Məgər cəhənnəmlik olmayıblar?”. Dedi: “Niyə, olublar. Ancaq bu məsələdən qəflət etmişəm ki, bu işlə İlahi rəhmət qapısı insanların üzünə açılmışdır. Hər kəs öz üslubu ilə onun şəfaətindən bəhrələnir”.


Kərbəla qətligahından niyə alma ətri gəlirdi?


Kərbəla qətligahından niyə alma ətri gəlirdi? Aşura ilə bağlı bir çox bədii əsərlərdə alma iyindən bəhs olunur ki, bu hədisə istinad verilir:
İmam Səccad (ə) buyurur: “Bu mövzunu atamın şəhadətindən bir saat əvvəl ondan eşitdim. Həzrətin (ə) şəhadətindən sonra qətlgahından həmin almanın ətri gəlirdi. Həmin almanın ətri Həzrətin (ə) məqbərəsində də qalmışdı. Mən nə zaman atamın məqbərəsini ziyarət edirəm, həmin almanın ətrini hiss edirəm. Bizim davamçılarımızdan hər kim atamı ziyarət edərsə, səhər çağı diqqət etsə, əgər muxlisdirsə, həmin ətri hiss edəcəkdir”.


Abid Zulqərneynin təklifinə hansı 4 şərtlə cavab verdi?


Abid Zulqərneynin təklifinə hansı 4 şərtlə cavab verdi? Zulqərneyn öz ordusu ilə bir səhradan keçirdi və bir qoca kişini görür ki, namaza məşğul idi. Zulqərneynin əzəmətinə diqqət etmirdi. Zulqərneyn onun ruhunun böyüklüyünə təəccüb edir və namazı bitən kimi, ona deyir: “Mənim ordumun böyüklüyünü görən zaman niyə qorxmadın və halında dəyişiklik olmadı?”.
Abid deyir: “O kəslə münacatla məşğul idim ki, qüdrəti və ordusu sonsuzdur. Ondan ayrılıb sənə diqqət etməkdən qorxdum ki, inayətindən məhrum olaram və duamı bir daha yerinə yetirməz”. Zulqərneyn deyir: “Əgər mənimlə birlikdə olsan, bütün istəklərini yerinə yetirərəm”. Abid deyir: “Hər yerdə səninlə olmağa hazıram bir şərtlə ki, dörd şeyi mənə zəmanət edəsən. 1. Ardınca xəstəliyi olmayan sağlamlıq. 2. Məhv olmayan nemət. 3. Qocalıq və süstlük olmayan cavanlıq və qüdrət. 4. Ölüm olmayan həyat. Zulqərneyn deyir: “Mənim bu işlərə heç vaxt qüdrətim çatmır”. Abid deyir: “Ona görə də mən bütün işlərin Onun qüdrəti altında olandan əl çəkmərəm və mənim kimi bir başqasına möhtac və aciz olan şəxsə söykənmərəm”.


İmam Rza (ə) əsəb xəstəsinə necə əlac etdi?


İmam Rza (ə) əsəb xəstəsinə necə əlac etdi? Rəvayət olunub ki, Həzrət İmam Rza (ə) bir şəxsin əsəb xəstəliyinin təsirindən bihuş olduğunu gördü.
İmam qabda su gətirilməsini tələb etdi. Sonra həzrət Həmd, İxlas, və Muəvvəzətəyn (Fələq və Nas) surələrini o suya oxudu və suyu onun başına səpdi, beləliklə də o kişi ayıldı.
Əgər bir şəxs əsəb xəstəliyinə düçar olsa, bu surələri (Həmd, İxlas, Fələq, Nas) yazıb özündə saxlasa şəfa tapar. (\"Quranla dərman\" kitabından)


Həzrət Məsumənin hərəmi tarix boyu kimlər tərəfindən bərpa edilib?


Həzrət Məsumənin hərəmi tarix boyu kimlər tərəfindən bərpa edilib? İslaminSesi – Həzrət Məsumə xanım hicri-qəməri tarixi ilə 201-ci ildə Quma daxil olub. O həzrət Quma gəldikdən cəmi 17 gün sonra vəfat edib. Həzrət Məsumə Quma gələndə o zaman Qum kiçik bir kənd idi. Həzrət Məsumə hazırda Mir meydanı adlanan və o zaman Musa ibni Xəzrəcin evində məskunlaşır.
Qardaşı İmam Rza kimi qürbətdə vəfat edən həzrət Məsumə qumlular tərəfindən kəndin kənarında yerləşən Babilan bağında dəfn edilir.
Musa ibni Xəzrəc birinci şəxs idi ki Məsumə xanımın məzarı üzərində bir kiçik dam tikdi. İmam Cavadın qızı həzrət Zeynəb 256-cı ildə Məsumə xanımın məzarı üstündə günbəz (türbə) tikir. Məzar bu şəkildə 4 əsr Əhli-beytsevərlərin ziyarətgahına çevrilib.
Hicri ilinin 605-ci ilində Ali-Müzəffər xanidanının böyüyü Əmir Muzəffar Əhməd bin İsmailin dəstəyi ilə dövrün ən yaxşı ustaları və bənnaları cəlb edilir. Burada həzrətin məzarının gümbəzinin ətrafında əlavə tikililər ucaldılır. Gümbəzin içi kaşi və mərmərlə bəzədilir...


30 min hədisi əzbər bilən alim kim idi?


30 min hədisi əzbər bilən alim kim idi? 30 min hədisi əzbər bilən və hər xütbəsi zamanı bir mətləb barədə 100-ə yaxın hədis rəvayət edib izah edən Şeyxul-muhəddisin Hüccətül-İslam Şeyx Mürtəza Ənsari Qumi.
Şeyx Mürtəza Ənsari Qumi 1899-cu ildə Qum şəhərində nəsəbi Şeyxut-Taifəyə və İmam Həsən Əskərinin tanınmış səhabəsi Səd ibni Abdullah Əşəri Qummiyə çatan bir ailədə dünyaya gəlib.
Şeyx Mürtəza Ənsari Qumi şiə hövzəsində, ruhanilər və alimlər arasında təbliğat üçün hicrətə getməyin əsasını qoyan, ramazan və məhərrəm aylarında təbliğat mühacirətlərin təşkil edilməsini formalaşdıran ilk alimdir.
Şeyx Mürtəza Ənsari Qumi islam dünyasının ən böyük xətiblərindən olub. Onun on minlərlə hədisi sənədi və mətni ilə birgə əzbər bilməsi şeyxin xütbələrini daha da cəzzab edirdi. O ömrünün 40 ilini təbliğat üçün mühcirətə sərf edib...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter