“MUNZİR VƏ HADİ” AYƏLƏRİ NƏ HAQDADIR?


وَيَقُولُ الَّذِينَ كَفَرُواْ لَوْلآ أُنزِلَ عَلَيْهِ آيَةٌ مِّن رَّبِّهِ إِنَّمَا أَنتَ مُنذِرٌ وَلِكُلِّ قَوْمٍ هَادٍ
“(Müşriklər) Tənə ilə deyirlər: Niyə Pərvərdigarından ona ayət nazil olmadı? Sən ancaq qorxudansan. Hər tayfanın bir hidayət edəni var.”


“VİLAYƏT” -AYƏSİNİN NAZİL OLMA SƏBƏBİ NƏDİR?


“Xüsusi İmamət”ə dəlalət edən ayələrdən biri də “vilayət” ayəsidir. Bu ayədə buyurulur:
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ
“Həqiqətən, sizin vəliniz (rəhbəriniz) yalnız Allah, Onun Peyğəmbəri və iman gətirənlərdir. O kəslər ki, iman gətirib namaz qılır və rüku halında zəkat verirlər.” (“Maidə” surəsi, ayə: 55.)


“SADİQİN” (SADİQ OLANLAR) AYƏSİNDƏ NƏ DEYİLİR?


“Tövbə” surəsinin 119-cu ayəsində buyurulur:
يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ اتَّقُواْ اللّهَ وَكُونُواْ مَعَ الصَّادِقِينَ
“Ey iman gətirənlər! Allahdan qorxun (təqvalı olun) və sadiqlərlə birgə olun!”


“QURBA” AYƏSİ Hansı ayıdİR?


“Şura” surəsinin 23-cü ayəsində Peyğəmbəri-əkrəmə (s) xitab olunaraq buyurulur:
قُل لَّا أَسْأَلُكُمْ عَلَيْهِ أَجْرًا إِلَّا الْمَوَدَّةَ فِي الْقُرْبَى
“(Ya Peyğəmbər!) De ki, mən sizdən bunun (peyğəmbərlik və risalətimin) müqabilində ən yaxınlarımı sevməkdən başqa bir şey istəmirəm.”


BƏYYİNƏ (ŞAHİD) AYƏSİNDƏ NƏ BUYURULUR?


“Hud” surəsinin 17-ci ayəsində buyurulur:
“Məgər Allahdan açıq-aydın bir dəlilə istinad edən, ardınca Allah tərəfindən bir şahid gələn, ondan da əvvəl Musanın bir rəhbər və mərhəmət olan kitabının təsdiq etdiyi kimsə (başqaları kimi ola bilərmi?!) Bunlar (haqq-ədalət istəyənlər) ona iman gətirmişlər!”....


“XEYRUL-BƏRİYYƏ” (YARADILMIŞLARIN ƏN YAXŞISI) AYƏSİ NƏYƏ İŞARƏ EDİR?


“Bəyyinə” surəsinin 7-8-ci ayələrində buyurulur:
“Həqiqətən, iman gətirib saleh əməllər edənlər yaradılmışların ən yaxşılarıdır. Onların öz Rəbbi yanındakı mükafatı (ağacları) altından çaylar axan behişt bağlarıdır. Onlar orada əbədi qalacaqlar. Allah onlardan razıdır, onlar da Allahdan. Bu (yüksək məqam) Rəbbindən qorxanlar üçündür!”


Dünya düzənİndəkİ gözəllİk haqda Quranda nə deyİlİr?


Quran ayələrində dünya düzəninin gözəlliyi təsdiq olunur. Yəni, Allah hər nə yaratmışsa, gözəl yaradıb. Bu məsələyə Tövratda da işarə var: \"Allahın yaratdığı hər bir şey gözəldir və ya O, hər bir şeyi öz vaxtında yaxşı yaradıb\" ....


“LEYLƏTÜL-MƏBİT” AYƏSİ HANSI AYƏDİR?


“Bəqərə” surəsinin 207-ci ayəsində buyurulur:
وَمِنَ النَّاسِ مَن يَشْرِي نَفْسَهُ ابْتِغَاء مَرْضَاتِ اللّهِ وَاللّهُ رَؤُوفٌ بِالْعِبَادِ
“İnsanlardan bəzisi Allahın razılığını qazanmaq üçün öz canını fəda edər. Allah Öz bəndələrinə qarşı çox mehribandır!”


QURANDA YERİN KÜRƏ ŞƏKİLİNDƏ OLMASI HAQDA NƏ DEYİLR?


Qurani-kərimdə bu haqda deyilir:
«Zəif, fəqir görünən o tayfanı [İsrail oğullarını] yer üzünün daimi xeyir-bərəkət verdiyimiz şərq və qərb tərəflərinə [Şam diyarına] varis etdik.» (Əraf-137).
«O, göylərin, yerin və onların arasında olanların [bütün məxluqatın] Rəbbidir. Məşriqlərin [şərqin və qərbin] Rəbbi Odur.» (Saffat-5).


QURANIN BOŞANMAYA NECƏ BAXIR?


Əgər qadın və kişi aralarındakı anlaşılmazlığı özləri həll edə bilməsələr, hər iki ailə tərəfindən mömin, hövsələli bir şəxs təyin olunmalıdır ki, problem talaqla nəticələnməsin....


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter