Möminin gülməyi yaxşıdır, yoxsa ağlamağı?


Gülmək və ağlamaq – insana məxsus olan iki sifətdir. Məsumlarımız (ə) bizə verdikləri tövsiyələrdə günahlarımıza və Allah qorxusuna görə ağlamağımızı xüsusi vurğulamışdılar.
Dinimiz hər şeydə etidala əməl etməyi tövsiyə etdiyi kimi, gülmək və ağlamaq mövzusunda da etidala riayət etməyi göstəriş vermişdir.
İmam Sadiq (ə) buyurur: “Əgər ağlamağın gəlməsə, özünü ağlamağa vur ki, əgər gözlərindən milçəyin başı qədər yaş çıxarsa, səadətinə əhsən olsun”.
Həzrət İmam Cəfər Sadiq (ə) başqa yerdə buyurur: “Hər kim qardaşının üzünə təbəssüm edərsə, o təbəssüm onun üçün yaxşılıq olar”.
Nəql edilir ki, Peyğəmbərimiz (s) gülərüz insan idi. Danışan zaman təbəssüm edərdi.
Ağlamaq və gülmək – əgər yerində istifadə olunarsa, bəyənilən hesab olunar. Ancaq bu iki sifətdə nə ifrat etmək lazımdır, nə də təfrit. Həzrət Peyğəmbər (s) buyurur: “Çox gülməkdən çəkinin ki, qəlbi öldürər”.


Əxlaqi xüsusiyyətlərdən olan Səbir, alicənablıq, kəramət nədir?


Həzrət İmam Həsən Müctəbaya (ə) sual verirlər ki, səbir nədir? Həzrət (ə) buyurur: “Səbir – yəni qəzəbini yatızdırasan və özünə hakim olasan”.
Sual verirlər ki, bəs alicənablıq nədir? Həzrət (ə) buyurur: “Qəbilənə ehsan etmək və xəsarətlərə dözmək”.
Soruşurlar ki, bəs kəramət nədir? Buyurur: “Xahiş olunandan (istəniləndən) çoxunu bağışlamaq və qəhətlik zamanı yemək verməkdir”.


Əmr-be-məruf ilə eyib tutmağın nə fərqi var?


Bəz insanlar deyir ki, irad tutma ki, başın ağrımasın. Əlbəttə insan dərk etməlidir ki, əmr-be-məruf və nəhy-əz-munkər – dinin vacibatlarındandır ki, onu irad tutmaqla bərabər hesab etmək olmaz. Hədislərimiz buyurur ki, insanlara irad tutmaqdan çəkinin. Ancaq demir ki, nəhydən uzaqlaşdırmayın. Əksinə, dinimiz əmr-be-məruf və nəhy-əz-munkəri müsəlmanın vacib vəzifələrindən sayır. Əmr-be-məruf və nəhy-əz-munkərin qaydaları vardır ki, ona riayət olunaraq yerinə yetirilməlidir. Həzrət Peyğəmbər (s) buyurur:“O kəs ki, din qardaşını tövbə etdiyi günaha görə danlayarsa – ölməz o zamana qədər ki, özü də həmin günahı edər. )
İmam Sadiq (ə) buyurur: “Hər kim mömini günahına görə danlayarsa, ölməz o zamana qədər ki, özü həmin günahı edər”. Bu hədislərdən belə nəticə çıxartmaq olur ki:
1. Burada söhbət mömindən gedir – nə kafirdən, nə də münafiqdən. 2. Danlayan, bu işi insanların arasında görər. Nəinki mömini kənara çəkib, ona məsləhət verər....


İcazə verilən yalan hansıdır?


Yalan insanı imandan çıxardar və kafir edər. İmam Sadiq (ə) buyurur: “Həqiqətən, yalan imanın xarab olmasına bais olar və Quran buyurur: “Yalnız Allahın ayələrinə iman gətirməyənlər yalan uydurarlar və yalançı onlardı”. (“Nəhl” 105)”. Yalan müxtəlif niyyətlər üçün deyilər, o cümlədən: düşmənçilik, həsəd, dünya mənfəətini qazanmaq, tamah... Onun ən mühüm amili isə nəfsin zəif olmasıdır. Başqa sözlə desək, yalanı zəif və tədbirsiz insanlar deyərlər. Güclü insan yalan deməz. Çünki ona ehtiyacı olmaz.
Yalanın hər bir növü haramdır. Ancaq elə yalan vardır ki, onu deməyə icazə verilir. Yəni, məsləhət görülən yalandır. Misal üçün, müsəlmanın canını xilas etmək üçün, əsir olmamaq üçün, möminin abırını qorumaq üçün, insanların arasını düzəltmək üçün, dostluq yaratmaq üçün, düşməni aldatmaq üçün, həyat yoldaşını razı salmaq üçün deyilən yalanlar. İnsan həyat yoldaşına yalan deyən zaman tövriyədən istifadə etməlidir. Belə ki, yalanı elə deməlidir ki, yalan sayılmasın..


İslam maarifinə əsasən Yersiz sual verməkdən niyə çəkinmək lazımdır?


(“Maidə”. 101). Bu mübarək ayə müsəlmanlara tövsiyə edir ki, yersiz sual verməkdən çəkinsinlər. Misal üçün, əgər kimsə Həzrət Peyğəmbərdən (s) və ya Məsum İmamdan (ə) soruşsa ki, mən nə zaman öləcəyəm? Ya övladlarım, həyat yoldaşım nə zaman öləcəkdir? Təbiidir ki, bu cür sualların cavabı insanı qəmgin və kədərli edər. Bəzən də insan bu cavablardan xoşu gəlmir və onu inkar etməyə qalxır. Necə ki, növbəti ayə buyurur: “Əlbəttə, sizdən qabaq bir dəstə bu şeyləri soruşdu, sonra isə ona kafir oldu”. (“Maidə” 102).
Bəzən də insan yersiz sual verərək, özü üçün asan olanı çətinləşdirər. Bəni-İsrayil kimi. Onlara əmr olunur ki, bir inək kəssinlər və hər nə qurban etsəydilər, qəbul olunacaqdı. Ancaq onlar bu inəyin nişanələrini soruşmağa başlayan zaman, işləri çətinləşdi. Məcbur oldular ki, bir müddət belə bir inəyi axtarsınlar. Özlərini dərdi-sərə saldılar.
Bəzi sualları isə vaxtından əvvəl soruşurlar. Ona görə də ona cavab verilməz. Əgər cavab verilsə də, faydası olmaz. Misal üçün elə bir elmi sual verilər ki, hələ tədqiqatları sona çatmamışdır...


İslam maarifinə əsasən Ədalətdən də üstün olan sifət nədir?!


Ədalət hər iki tərəfi nəzərə almağına baxmayaraq, ehsan bir tərəflidir. Ona görə də kiməsə pislik edilərsə və qarşı tərəf onu bağışlayarsa – bu cür hala ehsan deyərlər.
Ehsandan üstünü isə ikramdır. İkram odur ki, ona pislik edən şəxsi nəinki bağışlayar, hələ bir onun pis əməlinə yaxşı əməllə cavab verər və fədakarlıq edər.
Dinimiz buyurur ki, müsəlmanlar arasındakı rabitə gərək ehsan həddində olsun. Həqiqi ehsan odur ki, insan başqalarına yaxşılıq edəndə onun cavabını gözləməsin. Əslində Allahın onu tərifləməsi ona kifayət edər.
Bunu qeyd etmək lazımdır ki, Allah insanı ibadət etmək üçün xəlq etmişdir. Ubudiyyət hədəfinə çatmaq üçün insanın təqvaya ehtiyacı olar. Ona görə də hər kim İlahi təqvaya malik olmaq istəyirsə, gərək iki asan yolu seçməlidir. Quranın nəzərinə görə bu iki yolun biri – ədalət və o birisi – ehsandır. Ona görə də Allah Quranın bir çox ayələrində insanları ədalətə və ehsana dəvət edir. Çünki məhz ədalətə riayət etmək və ehsan yolu ilə təqva əldə etmək olar. Hər kimin təqvası olar, ədalətli və ehsan əhlindən olar. Beləliklə deyə bilərik ki, ədalət baxmayaraq ki, ən üstün fəzilətli sifətlərdəndir, ehsan və ikram ondan daha üstündür.


Böyük alim, ona qarşı kobudluq edənlə necə davrandı?


Şeyx Cəfər Kəbir Əhli-beytin (ə) məşhur mərcələrindən idi. Əhli-beyt (ə) fiqhi haqqındakı elmi dillər əzbəri idi. Bu cür əzəmətli bir şəxs Fitr bayramında namaza getməmişdən əvvəl fitrə zəkatını ehtiyacı olanlara paylayar və sonra namaza gedərdi. Bir dəfə Fitr namazından sonra bir nəfər Şeyxə yaxınlaşır və onun da ehtiyacı olan bir insan olduğunu və ona zəkatın çatmadığını söyləyir. Ona yardım etməsini istəyir. Şeyx deyir: “Mənə nə qədər zəkat veriblərsə, ehtiyacı olanlara paylamışam. İndi yanımda heç bir şey yoxdur”. Bu kişi çox narahat olur və deyir: “Yersiz yerə bu məqamda oturmusan. Get və qoy burada layiqli olan əyləşsin”. Bu mənzərəni görəndə Şeyx ayağa qalxır və əbasını çıxarıb, onu torba halına salır və deyir: “Mən bir nəfər ehtiyacı olanı tanıyıram ki, ona zəkat çatmamışdır. Hər kim nə bacarırsa kömək etsin”. Möminlərdən bir neçəsi qalxır və pul toplamaq istəyir, ancaq Şeyx icazə vermir və bu işi özü görmək istəyir. Əba pulla dolur və həmin kişiyə yaxınlaşıb deyir: “Qardaş, abrını qorumaq üçün evimə gəl və əbanı apar”...


Pis söz deyən insanla hansı dörd yolla rəftar etməliyik?


Pis söz və söyüş söymək insanı ani də olsa, zahirən sakitləşdirər. Ancaq bu, aldadıcı sakitləşdirməkdir. Və ardınca ancaq əzab və cəza gətirər. Çox təəssüf ki, cəmiyyətimizdə pis söz deməyə adət edən insanların sayı az deyildir. Bəs bu insanlarla necə rəftar etməliyik?
1. Nəsihət vermək. Cəmiyyətimizdə elə insanlar vardır ki, qəzəbini sakitləşdirmək üçün söyüşə əl atırlar. Bu zaman həmin şəxsin ürəyi yanan bir dosta ehtiyacı vardır ki, mülayim dillə ona səhvini başa salsın və ona nəsihət versin. Söyüş söymək çox pis əməldir ki, insanı dindən uzaqlaşdırar. Əgər tövbə etməzsə, Əhli-Beyt (ə) davamçılığından xaric olar. İmamların (ə) nifrətinə səbəb olar.
İmam Əli (ə) Siffeyn döyüşündə söyüş söyən əsgərləri görən zaman, buyurmuşdu: “Mən sevmirəm ki, siz söyüş söyəsiniz. Ancaq əgər pis əməllərini (onlar üçün) şərh etsəniz, hallarını bəyan etsəniz – doğru sözə və hüccəti tamamlamağa daha yaxın olar...


İslam dininin qeyrətə baxışı məsumların hədisində!


Mömin qadınla kişinin ən bariz sifətlərindən biri – əmanətdarlıq olmalıdır. Əmanətdar insanlar heç bir zaman bir-birinə xəyanət etməzlər. Yaxşı olar ki, kişi qeyrət əhlindən olsun və başqalarını öz hərəmindən uzaqda saxlasın. Kişiyə əmanətdar olmaq vacib olduğu kimi, qadına da vacibdir ki, ərinə heç bir formada xəyanət etməsin.
-İmam Əli (ə) buyurur: “Yersiz qeyrət göstərməkdən çəkinin. Çünki bu iş düzgün qadınları büdrəməyə tərəf çəkər. Ancaq qadınların işinə nəzarət et və nə zaman onlarda bir günah gördün – istər böyük olsun, istərsə də kiçik – narazı olduğunu nümayiş etdirən halda onlarla rəftar et. Cəzalandırmaqdan çəkin”.
-İmam Sadiq (ə) buyurur: “Ata və ananıza yaxşılıq edin ki, övladlarınız sizə yaxşılıq etsin. Başqalarının qadınlarına qarşı pakətəkli olun ki, qadınlarınız da pakətəkli olsun”.


Hədislərə əsasən Həsədin paxıl insana vurduğu 6 ziyan !


Həsəd - o rəzil sifətlərdəndir ki, insanı uçuruma tərəf aparar və hətta dinindən döndərər. Həsəd başqalarına ziyan vurduğu kimi, sahibinə də dəhşətli ziyan vurar. Onlarla tanış olaq:
1. Həsəd imanı aradan aparar. Həzrət Peyğəmbər (s) buyurur: “Həsəd imanı məhv edər”. Bu cür insan belə hesab edər ki, Allah (nəuzubillah!) ədalətsizdir və başqalarına verdiklərindən ona verməmişdir. Ona görə də bu əqidədə olan insan imanını itirər.
2. Həsəd bütün yaxşılıqları aradan aparar. Həzrət Peyğəmbər (s) buyurur: “Həsəd yaxşılıqları yeyər və aradan aparar, necə ki, atəş odunu yeyər və aradan aparar”.
3. Həsəd insanı cismi və ruhi xəstəliklərə düçar edər. Belə bir insanın hüzuru olmaz. İmam Əli (ə) buyurur: “Həsəd bədəni suya çevirər”. “Həsəd aparan insan davamlı olaraq xəstə olar”.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter