Ölüm vaxtını bilmək insanın xeyrinədirmi?


Bu zamanın insan üçün məchul olmasının iki nəticəsi vardır:
1. Allah insanı elə xəlq etmişdir ki, həmişə cavidanlıq – həmişəyaşarlıq ardınca olmuşdur. Ona görə də insan gələcək həyata həmişə ümid bəsləyərək, yaşayar. Əgər bu hal ondan alınarsa, həyatı sönər. Hədislərin birində deyilir: “Arzu - ümmətimin rəhmətidir. Əgər insandan arzunu alarlarsa, ana öz körpəsinə süd verməz. Bağban bağçanı əkməz. Əgər insan öz ölümündən xəbərdar olarsa, ölümünə yaxınlaşan illərdə qəm və qüssə bütün vücudunu əhatə edər. Fikri pərişan olar. Bütün səy və çalışmalardan əl çəkər”.
2. Ölüm vaxtını bilməməyin başqa bir faydası budur ki, insan düzgün yolu seçməkdə azad olar. İnsan imanı seçə və ya onu tərk edə bilər. Əgər imanı öz iradə və ixtiyarı ilə seçərsə, ruhi sevinc əldə edər...


Oruc tutarkən özümüzü axirətə bağlı bilməliyik! İmam Sadiqin (ə) tövsiyəsi


İmam Sadiq (ə) gözəl bir hədisdə oruc tutanlara belə tövsiyələr vermişdir: “Oruc tutan zaman halın elə halda olsun ki, özünü axirətə müşərrəf görəsən. Halın təvazökar, müti, xar halda olsun. Halın mövlasından qorxan qulun halı kimi olsun.Qəlbin eyiblərdən pak və batinin hiylə və məkrdən təmiz olsun. Allahdan qeyrisindən bezar olasan.
Orucunda Allah üçün olan vilayətini xalis edəsən. Qəhhar Allahdan qorxasan. Can və bədənini Ona məhəbbət və zikr üçün ayırasan. Bədənini Onun əmrlərinə əməl etmək üçün və o şeyə ki, səni dəvət etmişdir – hazır edəsən.
Əzalarını xata və müxalifətlikdən, xüsusilə də dilini mücadilə etməkdən və and içməkdən saxlayasan.Əgər sənin üçün bəyan olunanlara əməl etsən, həqiqətən oruc tutan üçün haqq olan şeyə əməl etmiş olarsan. Əgər bunlarda səhlənkarlıq etsən, orucunun fəzilətindən azaltmış olarsan”....


Qiyamət günü Allah-Taalaya (c.c) yaxın olaraq razılığı qazanan insan!


İmam Baqir (ə) buyurur: “Sizlərdən hər biriniz necə ki, özünüzün xeyirxahısınız – başqa qardaşlarınızın da xeyirini istəməlisiniz”.
İmam Sadiq (ə) buyurur: “Möminlərə vacibdir ki, davamlı olaraq bir-birlərinin xeyirxahı və nəsihət verəni olsunlar”.
Əmirəl-möminin (ə) buyurur: “O kəs ki, eybini sənə göstərər – şübhəsiz ki, onun sənə ürəyi yanır və sənin xeyirini istəyir”.
İmam Əli (ə) buyurur: “İnsan üçün heç bir mehriban dost, xeyirxah dost kimi deyildir”.
Həzrət Peyğəmbər (s) buyurur: “Allah Təala buyurur: “Mənim bəndəmin Mənə ibadət etdiyi ən yaxşı şey – Mənim üçün xeyirxahlıqdır\".
Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: “Həqiqətən, Qiyamət günü Allah yanında ən ali məqama malik olan insan o kəsdir ki, hamıdan daha çox insanların xeyirxahlığı üçün səy etmiş olsun”....


Qiyamətin ən çətin hesabı nədən ibarətdir? Ayətullah İbrahim Əmininin izahı


Ayətullah İbrahim Əmini “Məad” adlı kitabında Qiyamətin ən çətin hesabı barəsində söz açmışdır ki, onunla biz də tanış olaq.
Alimin nəzərinə görə, Qiyamət günü ən çətin hesab verən insanlar – zalımlar və insanların haqlarını tapdalayanlar olacaqlar. İnsanlar bir-birinin yanında yaşadıqları üçün, bir-birlərinə qarşı haqları vardır. İlahi peyğəmbərlər (ə) bu haqları tanıtmış və zalımlara əzab vəd etmişdilər. Başqa sözlə desək, ər və arvad, ana və ata, övlad, qohumlar, yaxınlar, qonşular, həmvətənlər, cavanlar və qocalar, zənginlər və yoxsullar... bunların hamısının bir-birinə qarşı haqları vardır.
Allah Qiyamət günü ola bilsin ki, Öz haqqından keçsin, ancaq insanların bir-biri üzərində olan haqqından heç bir zaman keçməyəcəkdir.
Əmirəl-möminin (ə) buyurur: “Zülm üç cürdür: Birinci zülm odur ki, bağışlanılmaz. İkinci o zülmdür ki, məhkəməsiz xilas olmaz. Üçüncü zülm odur ki, bağışlanar...


Məsumlar qəbir əzab və qoruxusundan amanda qalmaq üçün hansı əməli tapşırırblar?!


Qəbrin dəhşətindən azad olmaq üçün iki rükət namaz! Ölüm bədənlə ruh arasında olan rabitəni kəsir və yeni həyatın başlanğıcı olur. Öləndən sonra insan elə aləmə gedir ki, adı qəbir adlanır. Qəbir – ölülərin müvəqqəti məkanıdır. Qəbirdə olan insanı çoxlu əzablar və narahatlıqlar, qorxular gözləyir. Nəkir ilə Münkərin sorğu-sualı, qəbir əzabı, qəbrin zülmətli olması, müxtəlif heyvanların insanın cəsədinə hücum etməsi kimi. İnsan hələ bu dünyada özünü həmin aləm üçün hazırlamalıdır. Həzrət Peyğəmbər (s) buyurur: “Ölüm mələyi deyir: “Hər kim beş vacib namazın vaxtına riayət edərsə, mən ona qarşı anasından da mehriban olaram””. İmam Sadiq (ə) buyurur: “Gecənin qaranlığında qəbrin dəhşətindən azad olmaq üçün iki rükət namaz qıl. Ölüm mələyi ruhu qəbz edən zaman namazına riayət edən insanı şeytandan dəf edər. O, dəhşətli vaxtda tövhidə şəhadəti ona təqlin edər”....


Qiyamət gününün ağır mərhələlərindən ən ağır keçid mərhələsi hansıdır?!


Qiyamət günü hesab vermək və əməllərinə görə cavab vermək ən çətin mərhələdir. Ondan da çətin mərhələ əgər boynunda haqqun-nas varsa ona görə hesab verməkdir. Allah Təala Qiyamət günü Öz haqqından keçər, ancaq haqqun-nasdan keçməz. Ona görə də Qiyamətin ən çətin mərhələsi – məhz bu mərhələdir.
Hədislərdə oxuyuruq ki, bir taciri gətirərlər və ona deyərlər ki, sən bu insanı iş görmək üçün tutmuşdun, ancaq onun muzdunu verməmisən. İndi məhşər səhrasında qal və onun muzdunu ver.
İmam Rza (ə) buyurur: “O kəs ki, sizin üçün iş görür – alnının təri qurumamış onun muzdunu verin. Məgər özü istəsə ki, onun pulu sizin yanınızda əmanət qalsın”.
Əgər kimsə işçisinin muzdunu verməzsə, Qiyamət günü onu məhşərdə saxlayarlar. Deyərlər: “Onun muzdunu ver”...


Ölülərimiz bizim görüşümüzə gəlirmi? Məsumlardan hədislər


Ölüm insanın bədənini ruhundan ayırır. Ancaq bu aləmlə olan rabitəsi kəsilmir. Ölülər bizim səsimizi eşidirlər, hətta bizimlə söhbət belə edirlər. Ancaq onların maddi dilləri olmadığı üçün, biz onları eşitmirik. Ancaq Məsumlar (ə) onlarla söhbət edir və onları eşidə bilirdilər.
İmam Sadiq (ə) buyurur: “Cümə günü, Fitr və Qurban bayramları olan zaman Allah behiştin məmuruna əmr edər ki, bərzəx behiştində möminlərə elan edin ki, Allah sizə cümə günü dünyada olan ailə və dostlarınızı ziyarət etmək üçün icazə vermişdir.
Sonra Allah Rizvana əmr edər ki, hər biri üçün behişt dəvələrindən birini hazır etsin. Bu dəvənin üzəri yaşıl zərli parça ilə örtülmüşdür və behişt parçaları ilə bəzənmişdir.
Sonra Allah əmr edər ki, səma əhli onları qarşılasın. Bu cür hal ilə hər səmanın mələkləri onları müşayiət edər. Bundan sonra ruhlar yerə enərlər və Kufənin arxasında olan Vadius-Səlamda yerə enərlər”....


Qiyamət günü kimin əməl dəftəri ağır gələrək onu nicat verər?!


“Beləliklə kimin ölçülmüş (etiqad, əxlaq və əməl)ləri ağır və dəyərli olsa, belələri həqiqətən nicat taparlar”. (“Muminun” 102).
O zaman ki, Qiyamət gəlib çatar, bütün insanlar qəbirlərindən qalxaraq, hesab vermək üçün sıraya düzülərlər. Növbə əməllərin ölçülməsinə gəlib çatar. O kəsin ki, əməlləri daha ağır və dəyərli olar – onlar nicat tapar və Allahın nemətlə dolu behiştinə daxil olarlar. Ancaq o kəslərin ki, əməlləri yüngül və dəyərsiz olar – ziyan çəkənlərdən olarlar.
Qiyamət günü insanların əməllərini ölçən tərəzi nəinki insanların əməllərini ölçər, əslində batini həqiqətlərindən də xəbər verər. Çünki, əməllərin əsil mənbəyi batindən gələr. Əslində həmin tərəzi insanın batinini ölçər və dəyər verər.
Əlbəttə ki, bu ölçü meyarlarının əsil sahibləri – peyğəmbərlər (ə) və Məsum İmamlar (ə) olacaqdır. Yəni, onların əməlləri, rəftar və əxlaqları bu tərəzinin həqiqi ölçü meyarı olacaqdır. Qalan insanların rəftar və əməlləri onların əməlləri ilə müqayisə olunacaq və dəyərləndiriləcəkdir....


Məsumların hədislərinə əsasən bu 11 əməl can tapşırmağı yüngülləşdirir?!


Hədislərimiz bizləri can verməyi asanlaşdıran bəzi əməllər ilə tanış etmişdilər ki, onlara işarə edək.
1. İnfaq və saleh əməl. Həzrət Peyğəmbər (s) buyurur: “Malını özündən əvvəl göndər ki, ona qovuşmağın səni sevindirsin”.
2. Günahı tərk etmək. Həzrət Peyğəmbər (s) buyurur: “Xahişlərini azalt ki, yoxsulluğa dözmək sənin üçün asan olsun və günahlarından azalt ki, ölüm sənin üçün asan olsun”.
3. İmam Sadiq (ə) buyurur: “Hər kim istəyirsə ki, Allah Təala can verməyi onun üçün asan etsin – gərək qohumlarına əl tutsun, ata və anasına yaxşılıq etsin”..
4. Çoxlu salavat göndərmək.
5. İmam Hüseyni (ə) ziyarət etmək.
6. İmam Hüseyn (ə) müsibəti üçün göz yaşı tökmək...


Bu 3 əməl insanın bərzəxini gözəl edər!!


Bir gün Həzrət Peyğəmbər (s) sübh namazını səhabələri ilə birlikdə qılır və sonra mübarək üzünü onlara çevirib buyurur: “Mən dünən gecə əmim Həmzəni və Cəfəri yuxuda görmüşəm. Onlar üzüm və xurma yeməklə məşğul idilər. Onlara yaxın getdim və soruşdum: “Siz orada hansı əməli daha üstün əməl kimi görürsünüz?”.
Deyirlər: “Ata və anamız sizə fəda olsun, burada ən yaxşı əməl 3 şeydir: 1. Sizə salavat göndərmək. 2. Susuza su vermək. 3. Əli ibn Əbutalibin (ə) məhəbbəti””.
Salavat – o saleh əməllərdəndir ki, Məsumlarımız (ə) bizə daima tövsiyə etmiş və onun faydalarından danışmışdılar. Salavat insanın ruzisini artırar, insanı Həzrət Peyğəmbərə (s) və Allaha yaxınlaşdırar, bir çox bəlaların dəf olmasına səbəb olar. ...


��? G��?rc��?stan - ����slami T��?hqiqat qrupu 2012 . Flag Counter