İmam Zaman ağanın (ə.f) dostlarının 6 mühüm xüsusiyyəti hansılardır?


İmam Zaman ağanın (ə.f) dostlarının 6 mühüm xüsusiyyəti hansılardır? İmam Zaman ağa (ə.f) zühur edərkən, bütün dünya insanlarına xitab edəcək və İslamın şüarını və müraciətini hamıya çatdıracaqdır. O insanlar ki, İmamın (ə.f) sözlərini qəbul edəcək - onlar İmamın (ə.f) dostları olacaqlar. (Tebyan)
İmamın (ə.f) dostlarının elə xüsusiyyətləri vardır ki, başqalarından fərqləndirər. Onların ən mühüm xüsusiyətləri bunlardır:
1. Dərin baxış və dərkə malik olmaq, 2. İbadət. İmamın (ə.f) dostları öz rəhbərlərindən nümunə götürür və gündüz və gecələrini zikrlə keçirirlər. 3. Məhəbbət. İmam Zaman ağanın (ə.f) dostları ona sevgi bəsləyərlər. 4. İtaət. Həzrətin (ə.f) istəyini öz istəyindən üstün bilmək, 5. Şücaət. Onlar bu yolda möhkəm əzmə və iradəyə malikdirlər. 6. Səbir. Bu insanlar təvazökar və ixlaslı olduqları üçün öz əməllərini heç sayarlar. Çətinliklərin hücumuna baxmayaraq, Allaha minnət qoymazlar.


Məhdi (ə) zühuru zamanı nemətlərin fəravanlığdan yazın?


Məhdi (ə) zühuru zamanı nemətlərin fəravanlığdan yazın? Əhli-beyt (ə) davamçılarının təfəkkürü belədir ki, Həzrət Qaimin (ə.f) ədalətli hökumətinin tez bir zamanda qorulmasının intizarını çəkir. Bu, elə bir cəmiyyətdir ki, qasitinlərin (zalımlar), mariqinlərin (dindən çıxanlar), nakisinlərin (əhd-peymanını pozanlar) varlığından azad olacaqdır. Vahid və mömin bir cəmiyyət olacaq. (Tebyan) Bu cəmiyyətin hər bir üzvü kamala çatar və sülh, səfa və səmimiyyət hər yeri bürüyər. Allah da Öz bərəkətini yerə nazil edər. Rəhməti və bərəkəti o qədər çox olar ki, cəmiyyətin bütün üzvlərinə çatar. Nəticədə bütün giriftarlıqlar, qəhətlik və aclıqlar sona çatar. ...


Zühur dövründə kİmlər yenİdən dünyaya qayıdacaq?


\"Yalnız xalis möminlər dünyaya qayıda biləcəklər, deməli zühur dövrünü görmək üçün mömin olmaq lazımdır; Əhli-beytin (ə) haqlığına imanı olan rəcətin ən birinci şərtinə mənimsəmiş olar.


İmam Zaman ağanın (ə.f) zahİrİ sİması necədİr?


Hədislərin araşdırmasından belə nəticəyə gəlmək olur ki, İmam Zaman ağanın (ə.f) xarici görünüşü Həzrət Peyğəmbərə (s) çox bənzəyir. Siması çox xoş və mülayimdır. Həzrətin (ə.f) siması o qədər gözəldir ki, onu görənlər Allaha belə dua edirlər: “Allahım! O gözəl simanı mənə bir də göstər və gözlərimi onun gözəlliyi ilə bir daha nurlandır”.


Nə üçün İmam Zamanın (ə) zühur dövrü hələ gəlİb çatmayıb?


Nə üçün İmam Zamanın (ə) zühur dövrü hələ gəlib çatmayıb?
Çünki o, 313 nəfər, nə azı və nə də çoxu hələ dünyaya gəlməyib, yəni zaman o qədər irəli hərəkət etməlidir ki, bir baxımdan hər nə qədər fəsad ilə dolsa da hakimiyyət təşkil edib İmam Zamanın (ə) rəhbərliyi altında dünyaya hökmranlıq etmək istəyən insanlar da vücuda gəlməlidir. Hələ ki, belə bir layiqli insanlar dünyaya gəlməyib.


Qeybdə olmaq nə deməkdİr?


Allah Təala bəşərin ilk günlərindən indiyə qədər insanları hidayət etmək üçün hədəfli bir proqrama malik olmuşdur. O, peyğəmbərləri və səma kitablarını göndərərək, bu proqramına başlamışdı. İslam Peyğəmbərinin (s) besətindən sonra səma kitablarının sonuncusu nazil oldu. Ancaq Peyğəmbərdən (s) sonra İlahi risaləti on iki İmam (ə) davam etdirməyə başladı. Ona görə də İmam (ə) təyin etməyin hədəfi insanları hidayət etmək və İslam ümmətinin rəhbərliyidir. Bəs qeybətdə olan İmam (ə) öz ümmətinə necə rəhbəlik edə bilər? İmamın (ə) məsuliyyətlərini kim icra edir?


İmam Zaman ağanın (ə) İlahİ peyğəmbərlərə (ə) bənzərlİyİ hansı cəhətə görədİR?


İmam Sadiq (ə) buyurur: “O zaman ki, biizm Qaim (ə) Kəbə evinə söykənər, deyər: “Ey insanlar! O kəs ki, Adəmi və Şisi görmək istəyir, bilsin ki, mən Adəm və Şisəm. Hər kim Nuhu və oğlu Samı görmək istəyirsə, bilsin ki, mən həmin Nuh və Saməm. Hər şəxs ki, İbrahim və İsmayili görmək istəyir, bilsin ki, mən həmin İbrahim və İsmayiləm. Hər kim istəyir Musa və Yuşəni görsün, mən həmin Musa və Yuşəyəm.


İMAM ZAMAN AĞANIN (ə.f.) QEYBİNİN SƏBƏBİ NƏDİR?


İmam Zaman ağa (ə.f.) nə səbəbə görə nəzərdən gizlidir və qeyb zamanı onunla rabitə yaradan kimsə varmı?
Cavab: İmam Zaman ağanın (ə.f.) qeyb zamanının həqiqi və əsl səbəbini bəyan etmək çətin məsələdir. Qeyb haqqında həm tarixi və həm də psixoloji nəzərə malik olmaq olar.


İmam Zaman ağa (ə.f.) harada yaşayır?


Deyilənə görə İmam Zaman (ə) hər yerdə yaşayır. Ancaq insanlar onu tanımırlar. Ola bilsin ki, yoldan keçən biri olsun və bizim yanımızdan gəlib getsin.
İmam (ə.f.) cismi varlığa malik olduğuna görə necə ola bilər ki, eyni zamanda hər yerdə olsun? Əgər belədirsə, bəs Həzrət (ə.f.) harada yaşayır?


İmam Mehdinin (ə) azərbaycanlı sİlahdaşları olacaqmı?


Dini mənbələrdə İmam Mehdinin (ə) silahdaşları iki təbəqəyə bölünür. Birinci təbəqə İmamın zühurunun lap əvvəlində Ona yardım göstərəcək insanlardan ibarətdir. İkinci təbəqəyə isə sonradan o həzrətə beyət edib Onun bayrağı altında haqq uğrunda döyüşəcək şəxslər aiddir.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter