Ölülərin ruhları ailələrini ziyarətə gəlirmi?


Cümə axşamının dinimizdə özünəməxsus yeri vardır. Bu özünəxsusluğun bir nişanəsi də hədis və rəvayətlərə əsasən dünyasını dəyişmiş insanların evlərini ziyarət etmələri ilə əlaqədardır. Həzrət Peyğəmbər (s) buyurur: “Möminlərin ruhları hər cümə dünya səmasında evlərinin bərabərinə gəlib hər biri qəmli səslə ağlayaraq belə deyəcəklər: “Ey mənin ailəm, övladlarım, ey atam, ey anam, ey əqrabalarım, bir dirhəm pul ilə (onu sədəqə verib savabını bizə hədiyyə etməklə), yaxud bir geyimlə də olsa (onu bir fəqirə verib savabını bizə hədiyyə etməklə) bizə acıyın ki, Allah da sizə Cənnət geyimlərindən geydirsin.” Sonra Allah Rəsulu (s) ağladı, onunla olanlar da ağladılar.
Daha sonra Peyğəmbər (s) belə davam etdi: “Onlar sizin din qardaşlarınızdırlar. Öz hallarına fəryad edib ağlayırlar və belə deyirlər: “Əgər əlimizdə olanları Allahın itaəti və rizası üçün xərcləsəydik, o zaman sizə möhtac olmazdıq.” Sonra evlərindən geri qayıdarlar. Qayıdarkən: “Ölülər üçün sədəqə verməkdə tələsin” deyə səslənərlər.” (“Müstədrək”, c. 2, səh. 485; “Səfinətul-Bihar”, c. 2, səh. 554-555)


Qədr gecəsinin hansı olması niyə gizli saxlanılır?


Məsumlardan (ə) Qədr gecəsi haqqında soruşanda dəqiq məlumat verməmişdilər. Belə ki, Həzrət Peyğəmbər (s) Ramazan ayının son on gününü əhya saxlayardı. İmam Sadiq (ə) isə buyurmuşdur: “Qədr gecəsi Ramazan ayının 21 və 23-cü gecəsidir”. Nəql edən bu iki gecədən hansının olduğunu bilmək istəyir və deyir: “Əgər hər iki gecədə ibadət edə bilməzsəm, bunlardan hansını seçim?”. İmam (ə) təyin etməmişdir və buyurmuşdur: “İstədiyin şey üçün bu iki gecə necə də asandır”.
Lakin Məsumlar (ə) ən çox 23-cü gecənin Qədr gecəsi olduğuna gizli də olsa, işarə etmişdilər. Qədr gecəsinin bu qədər gizli olmasının səbəbi budur ki, onun bütün gecələrini əhya saxlayaq. Necə ki, Allah razılğını itaətlərin içində gizlətmişdir ki, insanlar bütün ibadətlərə əhəmiyyət versinlər. Qəzəbini günahların arasında gizlətmişdir ki, hər günahdan çəkinsinlər. Dostlarını insanların arasında gizlətmişdir ki, hamıya hörmət etsinlər. Əzim adını qalan adları içərisində gizlətmişdir ki, hamısını böyük hesab etsinlər. Ölüm vaxtını gizlətmişdir ki, hər bir halda ona hazır olsunlar. Əməllərin qəbul olduğu bu gecənin fəzilətindən məhrum qalmayaq.


Məgər Allahdan qeyrisinə səcdə etmək olarmı?


Əslində mələklər Həzrət Adəmə (ə) nə üçün səcdə etdiklərinin səbəbini yaxşı başa düşürdülər. Onların niyyəti Adəmi (ə) böyük hesab edib, ona səcdə etmək deyildi, sadəcə Allahın əmrinə itaət etmək idi. Çünki Allah onlara bu əmri vermişdir və onlar da yaxşı bilirdilər ki, Allah heç bir əmri səbəb olmadan verməz.
Beləliklə deyə bilərik ki, mələklərin Həzrət Adəmə (ə) səcdə etməkləri – ibadət deyil, itaət məqsədini daşıyırdı ki, İblis bu yolda təkəbbürə düçar olur və günah işlədir. Əslində həm Adəmə (ə) və həm də Yusifə (ə) edilən səcdələr Allaha şamil olmuşdur,


Görəsən Allah insandan sonra başqa bir varlıq xəlq edəcəkdirmi?


Əbu Xalid nəql edir ki, İmam Sadiqə (ə) dedim: “O zaman ki, behişt əhli behiştə və cəhənnəm əhli cəhənnəmə daxil olacaqdır, sonra nə olacaqdır?”.Həzrət (ə) buyurur: “Əgər Allah istəsə məxluqlar yaradar və onlar üçün dünya icad edər. Bu işi görəcəkdir”.
Muhəmməd ibni Müslim nəql edir ki, İmam Baqir (ə) buyurur: “Allah o gün ki, yer üzündə xəlqin yaradılışının bünövrəsini qoydu, yeddi aləm xəlq etmişdir ki, onlar Adəm övladı hesab olunmurdular. Bir-birinin ardınca orada sakin olmuşdular. Nəhayət məhv olmuşdular. (Allah) Adəmi (ə) yaradır və övladlarını onun nəslindən xəlq edir.


Bəzi elmi kəşflər dinlə uzlaşmır. Əksinə bəzən dini nəzəriyyələrin əksinə olur. Din bu məsələni necə həll edir?


Bismillahir-rəhmanir-rəhim. Elm və dinin uzlaşmaması mövzusu zristianlıqdan İslam dininə daxil olan bir mövzudur. Müqəddəs İslam dinində bu məsələnin həlli üçün aşağıdakı qeydlərə diqqət yetirmək lazımdır.
1. Dindən hər hansı bir nəticəni almaq üçün ilkin surətdə onun qeydlərini və müxəssislərini (xüsusiyyətlərini və istisnalarını) tanımaq lazımdır. Bu geniş və ümumi tanışlıqdan sonra biz dindən hər hansı bir nəticəni ala bilər və ya ona nisbət verə bilərik. Yəni bu prosesi keçməmiş heç bir nəzəriyyəni din barəsində yürütmək olmaz. Bundan əlavə ayə və hədislərə müraciət etmədən heç bir nəticə ala bilmərik.
2. Zəka İslam dininin nəzərində Allahın ümdə dəlilidir. Əgər hər hansı bir nəzəriyyə əqil və dəlil yolu ilə sübuta yetirilsə din onu sözsüz qəbul edir. Bu yolla sübuta yetirilmiş nəzəriyyə Quranın və hədislərin yazılmamış (qeyri ləfzi, lobbi) qanununa çevrilir. Yəni ayə və hədis onun təsdiq möhrünü vurur...


Quran, namaz və bu kimi başqa vacibatlar gərək ərəb dilində oxunsun ya hər dildə ola bilər?


Bismillahir-rəhmanir-rəhim. Qurani-kərim məna cəhətdən möcüzə olmaqla yanaşı, nəzm baxımından da möcüzə olduğu üçün onun ərəb nəzmi qorunmalıdır. Namazın ərəb dilində oxunmasının səbəbi budur ki, namazda hər rəkətdə müəyyən miqdarda Qurandan (“həmd” surəsi, ya başqa surə) oxunmalıdır. Başqa bir tərəfdən dinin əsas mənbəyi olan ayə və rəvayətlər ərəb dilindədir. Müsəlmanların ərəb dilinə olan diqqəti bu səbəbə görədir.


İslam dininə əsasən Bəxtin gətirməsi vardırmı?


İslam dini bizə öyrədir ki, bəxtin gətirməsi mövcud deyildir. Hər bir hadisənin nəticəsi onun səbəbindən asılıdır. Bu dünyada səbəb olmadan nəticə olmaz. Hər kim bəxt olduğunu iddia edirsə, Allahın varlığına inanmır deməkdir. Bu dünyada hər bir şey Allahın əlindədir və Onun qüdrətinə tabedir. Bu mövzu fəlsəfə elmində sübut olmuşdur. Lakin bəziləri deyir ki, adətən həsəd aparan insanın bəxti başqalarından daha çox olur. Baxaq görək, həsəd aparmaq nədir? Həsəd odur ki, insan başqasının əlində olanın aradan getməsini arzu edər. İstər bu nemət ona çatsın, istərsə də çatmasın. Həsəd aparının əqidəsinə görə bu nemətin həmin şəxsin əlində olması adil deyildir. Adətən həsəd aparan şəxs həmişə istəyər ki, nemət sahibi həmin nemətdən məhrum olsun...


İslam maarifində qeyd olunan İnsanın Bərzəx gözü necə olur?


Bərzəx gözü deyildikdə, bəsirət nəzərdə tutulur. Bəli, insan elə bir məqama çata bilər ki, bəsirət gözü açılsın və qeyb aləminin həqiqətlərini batini gözü ilə görə bilsin. İlahi nuru müşahidə etsin. Ancaq bərzəx gözünə malik olmaq – asan bir iş deyildir. Bunun üçün insan öz nəfsi üzərində işləməli və nəfsini islah etməlidir. Dünyaya olan məhəbbətini azaltmalı, Allaha diqqətini artırmalıdır. Hər an Allah zikri ilə məşğul olmalı və Onu yaddan çıxartmamalıdır. Bəsirət gözünə malik olmaq istəyən insan qəzəbinə hakim olmalıdır.
Qəzəb onu alovlandıran zaman, onu yatızdırmağı bacarmalı və başqalarına ziyan vurmamalıdır. Bu cür insan şəhvətini kontrol etməli və haram baxışlardan çəkinməlidir. Qulağına da nəzarət etməli və hər sözü eşitməyi sevməməlidir.


Əgər hamımız Həzrət Adəmin (ə) nəvələriyiksə, niyə rəngimiz və irqimiz fərqlidir?


Həzrət Peyğəmbərə (s) sual verirlər ki, Adəm (ə) bütün gillərdən xəlq olmuşdur, yoxsa vahid bir gildən? Həzrət (s) buyurur: “Bütün gillərdən. Əgər vahid bir gildən xəlq olunsaydı, insanların bəzisi, bəzilərini tanımazdılar. Torpağında ağ, yaşıl, qırmızı və s. rənglər mövcuddur. Bəzi torpaqlar yumşaq və bəziləri də sərtdir. Ona görə də insanların bəzisi ağdır, bəziləri sarı, bəziləri qırmızı və qaradır. Rənglərdəki bu fərq – torpağın rənginə əsasəndir”. İmam Əli (ə) buyurur: “İnsanların arasında olan fərq onların fitrətinin müxtəlifliyinə görədir. Çünki insanın əvvəlki tərkibi şor, şirin, yumşaq və sərt torpaqdan olmuşdur. Biri gözəl və ağılsız, biri uzun qamətli və az hümmətli, biri çirkin və saleh, biri alçaq boylu və xoş fikirli, biri pak fitrətli və pis əxlaqlıdır...”...


Niyə birinə az, birinə çox ruzi verilir?


Quran buyurur: “Əgər Allah bəndələrinin ruzisini bol etsəydi şübhəsiz, yer üzündə zülm və tüğyan edərdilər. Lakin O, istədiyini qədər və ölçü ilə nazil edir. Çünki O, bəndələrin(in vəziyyətin)dən xəbərdar və (onların halını) görəndir”. (“Şura” 27). Bu ayədən göründüyü kimi, Allah bilir ki, kimə çox və kimə az ruzi vermək lazımdır. Çünki Allah hər kəsdən bəndələrinə qarşı daha agahdır. Həzrət Musa (ə) yolunun üstündə bir yoxsul insan görür və o, peyğəmbərindən istəyir ki, Allaha dua etsin və ruzisini çoxaltsın. Həzrət Musa (ə) da Allaha dua edir ki, onun ruzisini çoxaltsın...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter