Hansı irs dəyərli axirət azuqəsidir və o azuqəni nələrlə düzəldək?
Saleh övlad Qiyamət üçün azuqədir. Onları axirət azuqəsi etmək üçün övladların tərbiyəsi üçün üç əsas məsələyə diqqət yetirmək gərəkir. Onların: 1)Etiqadını düzəltmək. «Ey Rəbbim, (sonralar Məkkə adlandırılacaq) bu şəhəri təhlükəsiz hərəm et və məni və oğlanlarımı bütlərə ibadət etməkdən uzaq saxla!». (“İbrahim” 35). 2) Əməl. «Ey Rəbbim, məni namaz qılanlardan et, həmçinin övladlarımdan (da namaz qılanlar et)! Ey Rəbbimiz, duamı qəbul et!». (“İbrahim” 40). 3) Əxlaq. «Ey Rəbbimiz, bizi Özünə (əmrlərinə) təslim et, övladlarımızdan da Sənə təslim olan ümmət (yarat), bizim (Həcc, qurban kəsmək və qurbanlıq yerləri kimi) ibadət əməllərimizi bizə göstər və bizə nəzər sal ki, həqiqətən çox mehriban, tövbələri qəbul edən və rəhmli Sənsən!». (“Bəqərə” 128).
Nəticədə: İnsanın ən dəyərli azuqəsi ilahi qəzavətdə övladın saleh olmasıdır. saleh övladın əsas üç təribəyəsinə diqqət yetirmək gərəkir: Etiqadı. əməl və əxlaqıni düzgün istiqamətləndirmək.
NİYƏ İNSAN ÇOX VAXT BİLDİKLƏRİNƏ ƏMƏL ETMİR?
Niyə insan çox vaxt bildiklərinə əməl etmir? Ola bilsin ki, bunun səbəbi - bildiklərimizə lazımlı qədər diqqət etməməyimizdir. Bəzən bildiklərimiz diqqətimizin mərkəzində olur və həmişə zehnimizdədir. Ancaq bəzən də qəflətə qapılaraq, bildiklərimizi yaddan çıxardırıq. Dini təlimlər bildiklərimizi daima xatırlamağımız üçün təfəkkür etməyi tövsiyə edir.
ŞEYTANLA İBLİS BİR-BİRİNDƏN NƏ İLƏ FƏRQLƏNİR?
Şeytan o kəsdir ki, insanı günah işlətməyə vadar edir, insanı ruhi cəhətdən xəstə edir. Allah insanı yaradan zaman Öz İlahi ruhundan ona üfürmüşdür. Sonra əmr edir ki, bütün mələklər ona səcdə etsinlər. Bu zaman İblis (lən) insanı səcdə edilməyə layiqli bilmədiyi üçün İlahi əmrdən boyun qaçırdır. Bu itaətsizliyinə görə də İlahi dərgahdan qovulur.
ALLAH YOLUNDA SABİTQƏDƏM OLMAĞIN ŞƏRTİ NƏDİR?
Allah Təalaya yaxınlaşmaq yolunun şərtləri vardır, əgər bu şəraitlərə düzgün əməl edilməzsə, nicat sahilinə çatmaq mümkün deyildir. Bunlara nəzər salaq:
NAMAZIN QƏBUL OLMASININ NİŞANƏSİ NƏDİR?
Əgər namazqılan günahdan çəkinə bilirsə, günaha batmamağa müvəffəq olursa, namazı qəbul olmuş deməkdir. Namaz - Allahı və Onun gözəl adlarını ziyarət etmək deməkdir. İnsan namaz zamanı Allahın ziyarətinə gedir və Uca Allah da onun bu ziyarətinin cavabını verir. Allah heç bir zikri, yada salmağı və ziyarəti cavabsız buraxmaz.
Məhərrəm ayının İlk 10 günündə nə edək?
Məhərrəm ayının ilk ongünlüyündə ilk növbədə Məhərrəm ayının duasını oxumaq çox fəzilətlidir. Çünki bu ay ərəb təqviminin ilk ayıdır. Bu dua sağlamlığa, bəlaların uzaq olmasına və yaxşı əməllər əldə etmək üçün çox təsirlidir. (Tebyan)
Allahla dost olmağın əməlİ yolu nədİr?
Dini kitablar, əxlaq dərsləri Allaha yaxınlaşmağın yolunu namazda, orucda, həcdə, əmr-be-mərufda, xümsdə, zəkatda və bu kimi görürlər. Şübhəsiz ki, bütün bu ibadətlər Allahla rabitədə və insanın özünü islah etməsində çox dəyərli fenomenlərdir. Onlardan birini tərk etmək Allahla rabitədə, ruh və psixologiyada çətinliklər yaradar. Ancaq bəzi ibadətlər də vardır ki, çoxlarımız ondan qafilik. Onlara işarə edək.
QАRŞI TӘRӘFİ HАNSI YОLLАRLА TАNIMАQ ОLАR?
Bәs insаn аilә qurmаq istәdiyi tәrәfin хüsusiyyәtlәrini hаnsı yоllа öyrәnә bilәr? Bә`zilәri tәklif еdirlәr ki, bundаn ötrü еvlәnmәmişdәn öncә qаrşı tәrәflә tаnışlığа еhtiyаc vаr. Bеlә ki, аilә qurmаq fikrindә оlаn gәnclәr bir müddәt ünsiyyәtdә оlub bir-birlәrinin ruhiyyәsi vә әхlаqi хüsusiyyәtlәri ilә tаnış оlmаlıdırlаr. Bu fikiri irәli sürәn, qаdınlа kişi аrаsındа аzаd, ölçüsüz rаbitә tәrәfdаrı оlаn zümrәdir.
Hİcab - haqqəllahdır, yoxsa haqqun-nas?
Ayətullah Cavad Amuli buyurur: “Qurani-Kərim o zaman ki, hicabdan bəhs edir, buyurur ki, hicab qadına ehtiram və hörmət qoymaqdan ibarətdir ki, naməhrəm ona heyvancasına nəzər salmasın. Ona görə də qeyri-müsəlman qadınlara pis nəzərlə baxmamağı caiz bilir.
Necə olur kİ, Allah bəzİlərİnİ bəzİlərİndən çox sevİr?
Allah yaxşı əməlli insanları sevir. Allah bəzilərini bəzilərindən daha çox sevir. Məsələn, İmam Əlini (ə), digər İmamları (ə), Behcət ağa kimi övliyaları xüsusi sevirdi? Bunun səbəbi nədir?