Həyatı yaxşılaşdırmaq üçün 5 tövsiyə nələrdir?


Həyatı yaxşılaşdırmaq üçün 5 tövsiyə nələrdir? İnsan həyatında nəsihətə ehtiyac duyur. Bu yolda Məsumlardan (ə) yaxşısını tapmaq mümkün deyildir. Həyatda daha yaxşı yaşamaq üçün onların nəsihətinə qulaq asaq və əməl etməyə çalışaq. Islam təlimlərində deyilən tovsiyə ibarətdirlər: -Birinci tövsiyə. Haqqı demək - İslam dininin ən çox əhəmiyyət verdiyi mövzulardandır. İkinci tövsiyə. İmam Əli (ə) Kumeyli təvqalı insanlarla dost olmağa dəvət edir. Üçüncü tövsiyə. Məsumlar (ə) həmişə dostluğa və onun keyfiyyətinə çox əhəmiyyət veriblər. Dördüncü tövsiyə. Çox təəssüf ki, müasir həyatda rast gəldiyimiz insanların bəzəsi zahirdə gözəl görünsə də, daxildə xəbis və ikiüzlüdürlər. Bu cür insanlarla ünsiyyət zamanı diqqətli olmaq lazımdır. Çünki onlar yaxşı sirdaş deyildirlər. Beşinci tövsiyə. Məsumların (ə) beşinci tövsiyəsi budur ki, xain insanla yoldaş olmayaq.


Allahın ən böyük möcüzəsi nədir və çox dəyərlidir?


Allahın ən böyük möcüzəsi nədir və çox dəyərlidir? Əgər sual olunsa ki, Allahın ən böyük möcüzəsi nədir? Deyərik ki, insan. İnsan çox qəribə bir varlıqdır. Kiçik bir cisimdə qərar tutmasına baxmayaraq, bu qədər elmi daşımaq qabiliyyətinə malikdir. (Tebyan) Necə ki Qurani-Kərimdə gəlmişdir: \"Və (yadına sal) o zaman(ı) ki, Rəbbin mələklərə dedi: «Həqiqətən Mən yer üzündə bir canişin (Allahın oradakı nümayəndəsi, ya da oranın nəsli kəsilmiş qədim sakinlərinin canişini) qoyacağam». Dedilər: «Orada fəsad törədəcək və qanlar tökəcək bir kəsi (canişin) qoyursan?! Halbuki, biz Səni kamilliklərlə vəsf edərək zikr oxuyur və (bütün eyb və nöqsanlardan) pak bilirik». Allah buyurdu: «Şübhəsiz, Mən sizin bilmədiyiniz bir şey bilirəm»”. (\"Bəqərə\" 30). Belə dəyərli olduğumuz haldan başqa və onun yolunda qeyri yola ömrü xərcləmək nə həddə doğrudur?


Möminə mehribanlığın gətirdiyi faydalar nələrdir?


Möminə mehribanlığın gətirdiyi faydalar nələrdir?Mehribanlığın gətirdiyi nəticələr: 1-Xeyir və bərəkət. Mehribanlıq həyatda bərəkətə o qədər müsbət təsir edir ki, Həzrət Peyğəmbər (s) onu bərəkət mücəssiməsi kimi tanıtmışdır. 2-Xoşbəxtlik. Mehribanlığın gətirdiyi nəticələrdən biri budur ki, onun vasitəsilə xoşbəxt yaşamaq mümkündür. O kəs ki, mehribanlıq etməz, əlində olandan da bəhrələnə bilməz. Ancaq o kəs ki, mehribanlıq edər, ən azı əlində olanlardan bəhrələnər. 3-Asayiş. Bu cəmiyyətdə heç kəs başqasının rəftarına görə rahat ola bilmir. Belə ki, insan çirkin iş görən zaman özünə ziyan vurduğu kimi ətrafındakılara da ziyan vurar. Ancaq əgər mehriban olsaq, onlar bu təhlükədən uzaq olarlar. 4- Məhəbbət. Heç kəs iztirablı və gərgin həyatı sevməz. Hər kəs bu həyatda hüzur istəyər. Bu da mehribanlıq vasitəsilə hasil olar.


Xəstə ziyarətində hansı vəzifələrə əməl olunmalıdır?


Xəstə ziyarətində hansı vəzifələrə əməl olunmalıdır? Xəstəlik elə bir şeydir ki, ona hamı düçar ola bilər. Xəstə olan hər bir insan həm cismi və həm də ruhi cəhətdən ehtiyaclı olar. Sağlamlığına qovuşmayınca cəmiyyətın faydalı bir üzvü ola bilməz. Hər kim xəstə mömini ziyarət edər, Allahı ziyarət etmiş olar. (Tebyan) - İslam məktəbində xəstə ziyarətinin xüsusi əhəmyiyəti vardır. Bu yaxşı əməl həmişə Allahın razılığına səbəb olmuşdur. Rabitələrin möhkəmlənməsində və qardaşlıq əlaqələrinin səmimi olmasına çox təsir qoyar. O kəs ki, xəstə ziyarətinə gedər, söz və rəftarı ilə həmin xəstənin sağalmasına təsir qoya bilər. Ziyarət edənin bəzi vəzifələri bunlardır: 1. Ürəyini almaq. Xəstənini yanında əyləşmək, halını soruşmaq dərdinə təskinlik verər. 2. Həmdərd olmaq. 3. Hədiyyə vermək. 4. Dua. İslam dininin nəzərinə görə həkim və dərmanlar sadəcə bir vasitədir. Həqiqi şəfa verən Allahdır. İmam Kazım (ə) buyurur: “Nə zaman sizlərdən biri xəstə olsa, 5. Xəstəni yedizdirmək. 6. Ziyarət zamanına riayət etmək.


Allahdan tofiqi (yardimi) necə qazanaq?


Allahdan tofiqi (yardimi) necə qazanaq?Quran ayələrində və hədislərdə İlahi tofiqə işarə olunmuşdur. “Mənim uğurum yalnız Allahın köməyi ilədir”. (“Hud” 88). İmam Əli (ə) buyurur: “Allah bəndələri! Allahdan tofiq istəyin, çünki tofiq - möhkəm təməldir”. Yəni tofiq ilahi inayət və köməkdir ki, bəndəlikdə dayanıqlı olaq. İlahi tofiqi qazanmağın yolları ibarətdir: 1. Təqva. İbadət tofiqinə səbəb olan amil - təqva və günahı tərk etməkdir.maqdır. 2. Tövbə. (“Hud” 3). Bəli, istiğfar etmək insana ruzi gətirər. Həm maddi və həm də mənəvi. Mənəvi ruzi isə tofiqatdır. 3. Səy. Öz (dərgahımızdakı məqama yetişmək) yollarımızı göstərərik və həqiqətən, Allah yaxşı iş görənlərlədir”. (“Ənkəbut” 69). - Bu ayədə adı çəkilən cihad - iman və təvqa əldə etmək üçün səy və çalışmaqdır. İmam Rza (ə) buyurur: “Hər kim Allahdan tofiq istəyər, halbuki səy etməz, özünə istehza etmiş olar”.


Quranın hansı surələrini oxumaqla ruzi artır?


Quranın hansı surələrini oxumaqla ruzi artır? Ruzinin artıb azalması Allahın əlindədir. “Həqiqətən sənin Rəbbin istədiyi şəxs üçün ruzini genişləndirər və (istədiyi şəxs üçün də) daraldar”. (“İsra” 30). Hədislərimiz ruzini artırmaq üçün bu surələri oxumağı tövsiyə edir. 1. “Vaqiə” surəsi. 2. “Huməzə” surəsi. 3. “Ləyl” surəsi. 4. “Muzəmmil” surəsi. Peyğəmbər (s) buyurur: “Hər kim “Muzəmmil” surəsini oxuyarsa, dünya və axirətdə çətinlik ondan götürülər”. 5. “Zariyat surəsi”. 6. “Mumtəhənə” surəsi. 7. “Nəcm” və “İbrahim” surəsi də ruzinin artması üçün tövsiyə olunur. Əlbəttə, bunu qeyd etmək lazımdır ki, ruzi qazanmaq üçün səy etmək lazımdır. Ticarət və başqa sahələrdə elm öyrənmək və məsləhətləşmək ruzinin artmasına yardım edər. (Bunu da qeyd edək ki, hədislərin tövsiyələrinə diqqət etməklə ruzilərimizin halal və bərəkətli olmasına kömək edə bilərik ki, halal ruzi insanın xoşbəxtlik simvoludur).


Namazdan ləzzət almağın 5 amili nələrdir?


Namazdan ləzzət almağın 5 amili nələrdir? Namaz o zaman həqiqi ola bilər ki, təvazökarlıqla və itaətkarcasına olsun. Bəzi amillər ürəyin yumşalmasına və təvazö əldə etməyə yardım edər. Bu amillərə nəzər salaq: 1. Eqoistliklə mübarizə. İbadətin həqiqəti budur ki, insan Məbudu qarşısında özünün hər şeyini təslim edər. 2. İlahi əzəmətə diqqət etmək. Əgər biz namaz zamanı Allahın hüzurunu ən az bir insan qədər hiss etsək, namazımız çox fərqli olar. 3. Allah qarşısında etdiyimiz çirkin işlərə diqqət etmək. Allah Təala varlıq aləmini elə qərar vermişdir ki, günah işlətmək mənfi təsirlər qoyar. 4. Allahın camal sifətinə diqqət etmək. İnsan hər kimi sevirsə, özünü ona yaxın etmək istəyir. İnsanın ürəyində Allah sevgisi hər nə qədər çox olarsa, Ona yaxın olmaq şövqü və istəyi də çox olar. 5. Son namaz. Namazda qəlb hüzuruna yardım edə bilən amillərdən biri də odur ki, qıldığın namazı son namazın hesab edəsən.


Vasvasılıq - əslində ruhi xəstəlikdirmi?


Vasvasılıq - əslində ruhi xəstəlikdirmi? Vasvasliq insanin boyuk cətinliklərindən biridir ki bəndəliyi ucun mane olaraq qəbul olunur. Misal ucun: Bir çoxları şəkk edər ki, dəstəmazları pozulub, ya yox. Hədisdə oxuyuruq ki, şeytan insanın fikrinə nüfuz edər və dəstəmazının batil olduğunu söyləyər. Bu fikirə etina etmək olmaz. İnsan gərək yəqin etsin ki, dəstəmazı pozulmuşdur. Məsələn, yatmışdır. Əgər şəkk etsə ki, yatmışdır, yoxsa yox, dəstəmazı pozulmaz. Dəstəmaz şəklə batil olmaz. Əgər biz bunu bilsək, halımız yaxşı olar. Bu misal wəri bir məsələ olaraq gətirildi eləcədə weytan insanin etiqadinda da nufuz edər ki momin waxs diqqat etmalidir ki məlun weytanin hiylələri onu yoldan cixarmasin.


Allahı tanımağın 5 bərəkəti nələrdir?


Allahı tanımağın 5 bərəkəti nələrdir? Məsumların (ə) nəzərinə görə, Allahı tanımaq özü ilə 5 bərəkət gətirər: 1. Yaranmışlardan ehtiyacsız olmaq. 2. Dünyaya qarşı laqeyd olmaq. 3. Allah qarşısında təvazökar olmaq. 4. İlahi təqdirə razı olar. 5. Allah qorxusu.


Savabı 10 həccə bərabər olan əməl hansıdır?


Savabı 10 həccə bərabər olan əməl hansıdır? O əməl ki, Allah dərgahında 10 bərabər həcc savabını qazandırır hədislərdə mömin qardaşın çətinliyini həll etmək kimi tanıtdırılmışdır ki, bu haqda Səhabələrdən biri nəql edir: “İmam Sadiqdən (ə) eşitmişəm ki. buyurub: “Hər kim Allahın evini təvaf edər, Allah Təala ona 6 min həsənə yazar, 6 min günahını bağışlayar və ona 6 min dərəcə əta edər. Onun 6 min hacətini yerinə yetirər. Bir möminin düyününü açmaq bu təvafın on bərabər fəzilətinə malikdir””.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter